Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə14/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   10   11   12   13   14   15   16   17   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
46 
Ağcaqanad  dişləməsindən  9-14  gün  sonra  əlamətləri  ortaya  çıxar.  Plasmodium  növünün  aşkar 
edilməsi,xəstəliyin  proqnozunun  və  dərman  müalicəsinin  təyin  edilməsi  baxımından  əhəmiyyətlidir. 
Ümumdünya  Səhiyyə  Təşkilatının  məlumatlarına  görə  il  ərzində  təxminən  300-500  milyon  insan 
malyariya infeksiyasına yoluxur  ki,bunun da çoxu  uşaq yaşlarında olmaqla 1.5-2.7 milyonu  vəfat edir. 
Tədqiqatlarda serebral malyariya,şiddətli anemiya  və böyrək çatışmazlığıkimi ağırlaşmaların daha çox 
ölümlə nəticələndiyi bildirilir. Belə ki,dünyada malyariya mənşəli serebral komadan ölüm 15-20% təşkil 
edir. 
 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
47 
 
QƏLYAN HERPES,  VƏRƏM  VƏ  HEPATİT C-YƏ  DƏVƏT EDİR 
 
Sevda MƏMMƏDOVA ,  Bahar QULİYEVA 
 
İşin rəhbəri: Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemioloji  şöbəsinin müdiri  Rəna 
Yusifi 
 
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi 
 
Açar sözlər:  qəlyan, tütün, vərəm, hepatit C 
Giriş 
Son  illərdə  Azərbaycanda  tütünün  qəlyan  formasında  istifadəsinin  artımı  xüsusilə  də  gənclər  arasında 
müşahidə  olunur.  Aparılan  son  elmi  araşdırmalara  əsasən  qəlyan  çəkənlərin  qəlyanın  zərərləri  haqqında  kifayət 
qədər  məlumatlı  olmadıqları  məlum  olmuşdur.  Halbuki  bunun  onlarda  asılılıq  yaradacaq  və  sağlamlıqlarına 
göstərəcək  mənfi  təsirləri  siqaretdən  daha  çoxdur.  Bu  da  gənclər  arasında  maarifləndirilmənin  daha  da 
gücləndirilməsinə zərurət yaradır. Qəlyanın gənc yaşlarda istifadəsi herpes, vərəm, virus hepatitlərinə, göbələk və 
s. kimi xəstəliklərə dəvət edir. Çünki qəlyanın başlıq (müştük) hissəsi hər müştəri üçün dəyişdirilsə də boru, çanaq 
və su fırlatma hissələrinin dəyişdirilməməsi infeksiyalara yoluxma riskini artırır. Belə ki, tüpürcək də infeksiyalar 
üçün qidalı mühitdir. 
Tədqiqatın məqsədi: Tezisin yazılmasında məqsəd Azərbaycan Respublikasında xüsusən gənclər arasında 
qəlyanın geniş istifadəsini nəzərə alaraq bu məsələyə diqqətin və əhalinin maarifləndirilməsinin gücləndirilməsini, 
lazımi  nəzarət  orqanlarının  cəlb  olunmasını,  əksepidemik  tədbirlərinin  görülməsinə  dair  hüquqi  normativ 
sənədlərin hazırlanmasına göstəriş verilməsini vurğulamaqdır. 
Material və metodlar: Tədqiqat sorğu ilə 50 nəfər (38 - kişi, 12 - qadın) arasında aparılmışdır. 
 
Nəticələr: 
                                                                                      
Sorğuda verilən suallar 
Sayı 
(n=50) 

Qəlyanın zərərləri haqqında məlumatınız varmı ? 
Zərərlidir 
Məlumatım yoxdur 
Zərərsizdir 
 
27 
14 

 
 
54.6 
27.1 
18.3 
Qəlyan və siqaretin insan sağlamlığına zərərləri 
mövzusunda müqayisəsi: 
Qəlyan zərərsizdir 
Qəlyan daha az zərərlidir 
Eyni dərəcədə zərərlidir 
Qəlyan daha zərərlidir 
 

31 


 
11.4 
64.1 
19 

 
Yoluxucu xəstəliklər barədə düşüncələriniz: 
Xəstəlik yoluxucudur 
Xəstəlik yoluxdurmaz 
Məlumatım yoxdur 
 

17 
26 
 
15 
33.7 
51.3 
Yoluxdurulduğu hesab edilən xəstəliklər: 
Tənəffüs yolları infeksiyaları 
Vərəm 
Hepatit B 
Bakterial xəstəliklər 
QİÇS 
Herpes simplex virus 
Hepatit C 
 







 
11.4 
1.8 
1.8 
1.8 



Qəlyan və asılılıq mövzusunda düşüncələr: 
Asılılıq yaratmır 
Asılılıq yaradır 
Məlumatım yoxdur 
 
26 
15 

 
53.5 
28.6 
17.9 
 
 
Müzakirə:  Gənclər arasında aparılan  sorğu  zamanı  məlum olmuşdur ki, respodentlərin  əksəriyyəti hesab 
edir  ki,  qəlyan  çəkmə  insan  sağlamlığına  mənfi  təsir  göstərmir,  infeksiyaların  yayılmasında  rol  oynamır.  Bəzi 
insanlar siqaretlə müqayisədə qəlyanın daha az zərərli olduğunu düşünür və asılılıq yaratdığını inkar edir. Halbuki 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
48 
bu belə deyil. Qəlyan dumanının tərkibində  əsasən 3  maddə  aşkar edilir:   nikotin, qətran və  ağır  metallar (arsen, 
xrom, qurğuşun və s.) 
Gənclər arasında  formalaşmış səhv  fikirlərdən biri də qəlyan vasitəsilə  çəkilən tütünün siqaret formasında 
çəkilən tütündən tam zərərsiz hesab edilməsidir. Bütün hallarda çəkilən tütün eynidir. 
Ümumdünya  Səhiyyə  Təşkilatının  araşdırmaları  göstərir  ki,  1  saat  qəlyan  istifadəsi  200  ədəd  siqaret 
çəkilməsinə bərabərdir. Qəlyan  istifadəsindən sonra  əksər hallarda başlıqların dəyişdirilmədiyi  müşahidə olunur. 
Başlıqlar  dəyişdirilsə  belə  qəlyanın  daxilindəki  mayesi  dəyişdirilmir.  Bunlar  olsa  belə  qəlyanın  daxili  hissələri 
dezinfeksiyaedici məhlullar ilə aylarla təmizlənmir. Bu da qəlyanın başlığında və şüşə boru hissəsinin divarlarında 
qalan mikroorqanizmlərin insanlardan insana infeksiyanın  ötürülməsinə şərait yaradır.  
 
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə