AudiT” fənnindən test sualları Müəllim: Kərimova İradə C.; Qrup 4328a1, a2 Müəllim:Əliyev M. O


Auditin vəzifələrini əks etdirən düzgün cavabı seçin



Yüklə 0,57 Mb.
səhifə2/29
tarix06.01.2023
ölçüsü0,57 Mb.
#98260
1   2   3   4   5   6   7   8   9   ...   29
Audit

Auditin vəzifələrini əks etdirən düzgün cavabı seçin.

A) Müəssisədə mühasibat uçotunun təşkilində, bərpasında, mühasibat hesabatının tərtibində, mühasibat əməliyyatlarının düzgünlüyünə, gəlirlərin və vergilərin düzgün planlaşdırılmasına, təsis sənədlərinin tərtibində, uçot siyasətinin hazırlanmasında kömək etməkdir
B) Aktivlərin, öhdəliklərin və xüsusi kapitalın qiymətləndirilməsi haqqında qüvvədə olan qaydaya əməl olunma vəziyyətinə nəzarəti həyata keçirməkdir
C) Sintetik və analitik uçotda əks etdirilən məlumatların düzgün qruplaşdırılmasına, dəqiq yekunlaşdırılmasına və bu məlumatların baş kitabın məlumatlarına uyğun nəzarəti həyata keçirməkdir
D) Auditi planlaşdırmaq, auditor sübutları toplamaq, auditi sənədləşdirmək, başqa şəxslərin işlərindən istifadə etmək, rəy vermək üçün müəyyən nəticə çıxarmaq, hesabatın doğruluq səviyyəsini yüksəltməkdir
E) Qəbul edilmiş uçot siyasətinin həyata keçirilməsinə nəzarət etmək, təftiş və nəzarət işlərini yerinə yetirməkdir


  1. Auditin yaranmasının əsas səbəbləri hansılardır?

A) Müəssisəni idarə edənlərlə, yəni müəssisə rəhbərləri, menecerlərlə həmin müəssisəyə sərmayə qoyan səhmdarların , kreditorların maraqlarının tənzimlənməsi
B) Müəssisələrin tez-tez müflisləşməsi halları
C) Vergilərin düzgün hesablanmaması və vergi bəyannamələrinin düzgün tərtib edilməsi
D)Müəssisə rəhbərliyinin təqdim etdiyi hesabatın düzgün tərtib edildiyinin səhmdarlar tərəfindən yoxlanılmasının çətinliyi
E) Müəssisədə maliyyə ehtiyatlarından daha səmərəli istifadə etmək imkanlarının müəyyən olunması, vergilərin düzgün hesablanması və maliyyə vəziyyətini yaxşılaşdırmaq tədbirlərinin çətinliyi


  1. Auditor kimdir?

A) Audit yoxlamasını aparan səlahiyyətli şəxsdir
B) Hüquq mühafizə orqanlarının səlahiyyətli şəxsidir
C) Aiditor təşkilatın təsisçidir
D) Auditi aparmaq üçün cəlb edilmiş mütəxəssisdir
E) Məhkəmə mühasibat ekspertidir

9. İnformasiyaların istifadəçilərinə görə audit bölünür:


A) Xarici audit və daxili audit
B) Vergi auditi və Dövlət auditi
C) Maliyyə auditi və qiymət auditi
D) İlkin audit və operativ audit
E) Sistemli audit və təsdiqedici audit

10. Qanunçuluğun tələblərinə görə audit 2 yerə ayrılır.


A) Bank və sığorta təşkilatlarının auditinə
B) Məcburi və könüllü (təşəbbüslə) auditə
C) Vergi və dövlət auditinə
D) İlkin və operativ auditə
E) Məcburi və dövlət auditinə

11. “Auditor xidməti haqqında” AR Qanunu nə vaxt qəbul edilib, neçə fəsildən və neçə maddədən ibarətdir?


A) 16 sentyabr 1994-cu ildə, V fəsil, 20 maddə
B) 20 iyun 1995-ci ildə, IV fəsil, 22 maddə
C) 12 mart 1996-cı ildə, VI fəsil, 25 maddə
D) 20 oktyabr 1995-ci ildə, III fəsil, 18 maddə.
E) 20 mart 2007-ci ildə , VII fəsil, 34 maddə.

12. Auditorun seçməsinin növləri hansıdır?


A) Təsadüfi, ardıcıl, kombinə edilmiş
B) Süni, ardıcıl, təsadüfi
C) Ardıcıl, süni kombinə edilmiş
D) Planlı, ardıcıl təsadüfi
E) Kombinə edilmiş, planlı, süni

13. Auditor seçməsinin müəyyən edilməsinin metodlarını göstərin


A) Statistik metod, qeyri - statistik metod, seçmə metodu
B) Riyazi metod, statistik metod, kalkulyasiya metodu
C) Qeyri-statistik metod, normativ metod, riyazi metod
D) Nəzarət metodu, balans metodu, statistik metod
E) Balans metodu, kalkulyasiya metodu, statistik metod

14. Auditin keyfiyyətinə kənar nəzarət nəyin əsasında həyata keçirilir?


A) Auditorun mövcud iş və yekun sənədlərinə əsasən həyata keçirilir
B) Mühasibat uçotu sənədlərinə əsasən həyata keçirilir
C) Azərbaycan Respublikası Qanunlarına əsasən həyata keçirilir
D) Beynəlxalq Audit Standartlarına əsasən həyata keçirilir
E) Azərbaycan Respublikasının Audit xidməti haqqında Qanununa əsasən həyata keçirilir

15. Auditin planlaşdırılmasının xüsusi prinsipləri hansı variantda göstərilmişdir?


A) Planlaşdırmanın kompleksliyi, optimallığı, fasiləsizliyi
B) Planlaşdırmanın reallığı, optimallığı, məxfiliyi
C) Planlaşdırmanın reallığı, optimallığı, fasiləsizliyi
D) Planlaşdırmanın fasiləsizliyi, reallığı, kompleksliyi
E) Planlaşdırmanın optimallığı, fasiləsizliyi, məxfiliyi

16. Auditin planlaşdırılmasında əsas məqsəd nədir?


A) Auditin həcmi, planlaşdırılan işlərin növləri, audit işlərində göstərilən risklərin təhlili və qiymətləndirilməsi, təsərrüfat subyektinin mühasibat-maliyyə hesabatı haqqında rəy vermək, proqram hazırlamaqdır
B) Auditdə iş və xidmətlərin yerinə yetirilməsinə dair tədbirlər sistemini hazırlamaqdır
C) Audit işlərinin təsərrüfat subyektinin strukturuna uyğun olaraq ardıcıl qurulması və onların əlaqələndirilməsini ifadə etməkdir
D) Auditin ilkin planlaşdırılması mərhələsi, ümumi planın hazırlanması qaydaları və auditin yoxlama proqramının hazırlanmasıdır
E) Təsərrüfat subyektinin mühasibat - maliyyə hesabatı üçün proqram hazırlamaqdır

17. Auditor etikasının əsas prinsiplərini göstərin.


A) Düzgünlük, obyektivlik, müxtəlif, peşə davranışı, peşə normaları, müstəqillik
B) Peşəkarlıq, etimad, düzgünlük, məxfilik, peşə normaları
C) Xidmətin keyfiyyəti, etimad, peşəkarlıq, müstəqillik, düzgünlük
D) Mötəbərlilik, etimad, düzgünlük, obyektivlik, məxfilik, peşə norması, müstəqillik
E) Məsuliyyət, xidmətin keyfiyyəti, peşə norması, etimad

18. Auditor peşəsinə tələbləri göstərin.


A) Mötəbərlik, peşəkarlıq, xidmətlərin keyfiyyəti, etimad
B) Düzgünlük, peşəkarlıq, etimad, məxfilik
C) Peşə davranışı, peşə normaları, düzgünlük, etimad, xidmətlərin keyfiyyəti
D) Məxfilik, peşə davranışı, peşəkarlıq, düzgünlük, obyektivlik
E) Düzgünlük, məxfilik, peşə davranışı, sadəlik


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə