Audit” fənnindən test sualları Müəllim: Kərimova İradə Cəmil q. Düzgün cavablar “A”



Yüklə 281,38 Kb.
səhifə1/10
tarix17.09.2018
ölçüsü281,38 Kb.
#68739
  1   2   3   4   5   6   7   8   9   10

Audit” fənnindən test sualları
Müəllim:Kərimova İradə Cəmil q.
Düzgün cavablar “A” variantındadır.

  1. Audit nədir?

A) Müstəqil maliyyə nəzarətidir

B) Dövlət maliyyə nəzarətidir

C) İctimai maliyyə nəzarətidir

D)Təsərrüfat fəaliyyətinin yoxlanılmasıdır

E) Qeyri - hökumət təşkilatlarının yoxlanılmasıdır


  1. Azərbaycan Respublikasının “Auditorlar Palatası haqqında” Əsasnamə nə vaxt qəbul edilmişdir və neçə bölmədən ibarətdir?

A) 19 sentyabr 1995-ci ildə, 8 bölmə

B) 29 iyun 2004-cü ildə, 6 bölmə

C) 16 sentyabr 1998-ci ildə, 9 bölmə

D) 11 aprel 1996-cı ildə, 7 bölmə

E)11 sentyabr 2000-ci ildə, 10 bölmə


  1. Auditin nəticələrinin reallaşdırılması dedikdə nə başa düşülür?

A) Aşkar edilmiş çatışmazlıqlar, nöqsanlar və digər qanun pozuntularının aradan qaldırılması üçün verilən real təkliflə və onların icra mexanizmi başa düşülür

B) Yol verilmiş nöqsanların səbəbi, nəticəsi və gələcəkdə hansı fəsadların törədəcəyi başa düşülür

C) Resursların səmərəli istifadəsi və bütövlükdə müəssisə üzrə iqtisadi göstəricilərin təhlili başa düşülür

D) Auditin nəticəsinin təhlil edilməsi nəzərdə tutulur

E) Aşkar edilmiş çatışmazlıq və nöqsanların aradan qaldırılması üçün

iqtisadi subyektin rəhbərinə yazılmış məktub nəzərdə tutulur



  1. Azərbaycanda hansı təşkilat auditor xidməti işlərini təşkil edir və tənzimləyir?

A) AR Auditorlar Palatası

B) AR Maliyyə Nazirliyi

C) AR İqtisadi İnkişaf Nazirliyi

D) AR Vergilər Nazirliyi

E) AR Dövlət Statistika komitəsi


  1. Auditor təşkilatın təsis etmək üçün ən azı neçə sərbəst auditorun olması tələb olunur?

A) Ən azı 3 nəfər

B) Ən azı 7 nəfər

D) Ən azı 4 nəfər

C) Ən azı 5 nəfər

E) Ən azı 1 nəfər


  1. Auditin vəzifələrini əks etdirən düzgün cavabı seçin.

A) Müəssisədə mühasibat uçotunun təşkilində, bərpasında, mühasibat hesabatının tərtibində, mühasibat əməliyyatlarının düzgünlüyünə, gəlirlərin və vergilərin düzgün planlaşdırılmasına, təsis sənədlərinin tərtibində, uçot siyasətinin hazırlanmasında kömək etməkdir

B) Aktivlərin, öhdəliklərin və xüsusi kapitalın qiymətləndirilməsi haqqında qüvvədə olan qaydaya əməl olunma vəziyyətinə nəzarəti həyata keçirməkdir

C) Sintetik və analitik uçotda əks etdirilən məlumatların düzgün qruplaşdırılmasına, dəqiq yekunlaşdırılmasına və bu məlumatların baş kitabın məlumatlarına uyğun nəzarəti həyata keçirməkdir

D) Auditi planlaşdırmaq, auditor sübutları toplamaq, auditi sənədləşdirmək, başqa şəxslərin işlərindən istifadə etmək, rəy vermək üçün müəyyən nəticə çıxarmaq, hesabatın doğruluq səviyyəsini yüksəltməkdir

E) Qəbul edilmiş uçot siyasətinin həyata keçirilməsinə nəzarət etmək, təftiş və nəzarət işlərini yerinə yetirməkdir


  1. Auditin yaranmasının əsas səbəbləri hansılardır?

A) Müəssisəni idarə edənlərlə, yəni müəssisə rəhbərləri, menecerlərlə həmin müəssisəyə sərmayə qoyan səhmdarların , kreditorların maraqlarının tənzimlənməsi

B) Müəssisələrin tez-tez müflisləşməsi halları

C) Vergilərin düzgün hesablanmaması və vergi bəyannamələrinin düzgün tərtib edilməsi

D)Müəssisə rəhbərliyinin təqdim etdiyi hesabatın düzgün tərtib edildiyinin səhmdarlar tərəfindən yoxlanılmasının çətinliyi

E) Müəssisədə maliyyə ehtiyatlarından daha səmərəli istifadə etmək imkanlarının müəyyən olunması, vergilərin düzgün hesablanması və maliyyə vəziyyətini yaxşılaşdırmaq tədbirlərinin çətinliyi


  1. Auditor kimdir?

A) Audit yoxlamasını aparan səlahiyyətli şəxsdir

B) Hüquq mühafizə orqanlarının səlahiyyətli şəxsidir

C) Aiditor təşkilatın təsisçidir

D) Auditi aparmaq üçün cəlb edilmiş mütəxəssisdir

E) Məhkəmə mühasibat ekspertidir

9. İnformasiyaların istifadəçilərinə görə audit bölünür:

A) Xarici audit və daxili audit

B) Vergi auditi və Dövlət auditi

C) Maliyyə auditi və qiymət auditi

D) İlkin audit və operativ audit

E) Sistemli audit və təsdiqedici audit

10. Qanunçuluğun tələblərinə görə audit 2 yerə ayrılır.

A) Bank və sığorta təşkilatlarının auditinə

B) Məcburi və könüllü (təşəbbüslə) auditə

C) Vergi və dövlət auditinə

D) İlkin və operativ auditə

E) Məcburi və dövlət auditinə

11. “Auditor xidməti haqqında” AR Qanunu nə vaxt qəbul edilib, neçə fəsildən və neçə maddədən ibarətdir?

A) 16 sentyabr 1994-cu ildə, V fəsil, 20 maddə

B) 20 iyun 1995-ci ildə, IV fəsil, 22 maddə

C) 12 mart 1996-cı ildə, VI fəsil, 25 maddə

D) 20 oktyabr 1995-ci ildə, III fəsil, 18 maddə.

E) 20 mart 2007-ci ildə , VII fəsil, 34 maddə.

12. Auditorun seçməsinin növləri hansıdır?

A) Təsadüfi, ardıcıl, kombinə edilmiş

B) Süni, ardıcıl, təsadüfi

C) Ardıcıl, süni kombinə edilmiş

D) Planlı, ardıcıl təsadüfi

E) Kombinə edilmiş, planlı, süni

13. Auditor seçməsinin müəyyən edilməsinin metodlarını göstərin

A) Statistik metod, qeyri - statistik metod, seçmə metodu

B) Riyazi metod, statistik metod, kalkulyasiya metodu

C) Qeyri-statistik metod, normativ metod, riyazi metod

D) Nəzarət metodu, balans metodu, statistik metod

E) Balans metodu, kalkulyasiya metodu, statistik metod

14. Auditin keyfiyyətinə kənar nəzarət nəyin əsasında həyata keçirilir?

A) Auditorun mövcud iş və yekun sənədlərinə əsasən həyata keçirilir

B) Mühasibat uçotu sənədlərinə əsasən həyata keçirilir

C) Azərbaycan Respublikası Qanunlarına əsasən həyata keçirilir

D) Beynəlxalq Audit Standartlarına əsasən həyata keçirilir

E) Azərbaycan Respublikasının Audit xidməti haqqında Qanununa əsasən həyata keçirilir

15. Auditin planlaşdırılmasının xüsusi prinsipləri hansı variantda göstərilmişdir?

A) Planlaşdırmanın kompleksliyi, optimallığı, fasiləsizliyi

B) Planlaşdırmanın reallığı, optimallığı, məxfiliyi

C) Planlaşdırmanın reallığı, optimallığı, fasiləsizliyi

D) Planlaşdırmanın fasiləsizliyi, reallığı, kompleksliyi

E) Planlaşdırmanın optimallığı, fasiləsizliyi, məxfiliyi

16. Auditin planlaşdırılmasında əsas məqsəd nədir?

A) Auditin həcmi, planlaşdırılan işlərin növləri, audit işlərində göstərilən risklərin təhlili və qiymətləndirilməsi, təsərrüfat subyektinin mühasibat-maliyyə hesabatı haqqında rəy vermək, proqram hazırlamaqdır

B) Auditdə iş və xidmətlərin yerinə yetirilməsinə dair tədbirlər sistemini hazırlamaqdır

C) Audit işlərinin təsərrüfat subyektinin strukturuna uyğun olaraq ardıcıl qurulması və onların əlaqələndirilməsini ifadə etməkdir

D) Auditin ilkin planlaşdırılması mərhələsi, ümumi planın hazırlanması qaydaları və auditin yoxlama proqramının hazırlanmasıdır

E) Təsərrüfat subyektinin mühasibat - maliyyə hesabatı üçün proqram hazırlamaqdır

17. Auditor etikasının əsas prinsiplərini göstərin.

A) Düzgünlük, obyektivlik, müxtəlif, peşə davranışı, peşə normaları, müstəqillik

B) Peşəkarlıq, etimad, düzgünlük, məxfilik, peşə normaları

C) Xidmətin keyfiyyəti, etimad, peşəkarlıq, müstəqillik, düzgünlük

D) Mötəbərlilik, etimad, düzgünlük, obyektivlik, məxfilik, peşə norması, müstəqillik

E) Məsuliyyət, xidmətin keyfiyyəti, peşə norması, etimad

18. Auditor peşəsinə tələbləri göstərin.

A) Mötəbərlik, peşəkarlıq, xidmətlərin keyfiyyəti, etimad

B) Düzgünlük, peşəkarlıq, etimad, məxfilik

C) Peşə davranışı, peşə normaları, düzgünlük, etimad, xidmətlərin keyfiyyəti

D) Məxfilik, peşə davranışı, peşəkarlıq, düzgünlük, obyektivlik

E) Düzgünlük, məxfilik, peşə davranışı, sadəlik

19. Auditor xidmətilə məşğul olmaq üçün verilmiş lisenziyanın müddəti neçə ildir

A) 5 il


B) 7 il

C) 4 il


D) 6 il

E) 10 il


20. Auditor xidmətini həyata keçirmək hüquq verən əsas sənəd hansıdır?

A) Lisenziya

B) Auditor rəyi

C) Müqavilə

D) Milli audit standartları

E) Şəxsiyyət vəsiqəsi

21. Auditorlar Palatası tərəfindən verilən lisenziyaya nəzarəti kim həyata keçirir?

A) Azərbaycan Respublikası Auditorlar Palatası

B) Azərbaycan Respublikası Nazirlər Kabineti.

C) Azərbaycan Respublikası Milli Məclisi

D) Azərbaycan Respublikası Maliyyə Nazirliyi

E) Azərbaycan Respublikası Vergilər Nazirliyi

22. Auditor rəyi kim tərəfindən təsdiq olunur?

A) Yoxlama aparan auditor tərəfindən

B) Təsərrüfat subyektinin rəhbəri tərəfindən

C) Auditorlar Palatasının sədri tərəfindən

D) Notarius tərəfindən

E) Ərazi vergilər idarəsi tərəfindən

23. Auditor rəyi neçə nüsxədən ibarət tərtib edilir?

A) 2 nüsxə

B) 4 nüsxə

C) 1 nüsxə

D) 3 nüsxə

E) 5 nüsxə

24. Auditor rəyi dedikdə nə başa düşürsünüz?



A) Müəssisənin maliyyə vəziyyətini, maliyyə-təsərrüfat əməliyyatının düzgünlüyünü, mühasibat-maliyyə hesabatlarında iqtisadi göstəricilərin düzgün əks etdirilməsini, mühasibat uçotunun müasir vəziyyətini qiymətləndirən zəruri sənəd başa düşülür

B) Auditin təşkili və aparılmasını, uçot əməliyyatlarında buraxılmış səhvlərin aradan qaldırılmasının həyata keçirilməsini nizamlayan qayda başa düşülür

C) Dövlət orqanlarının qərarına əsasən aparılmış yoxlamanın nəticəsinin əks etdirilməsi başa düşülür

D) Təsərrüfat subyektlərinin mühasibat-maliyyə hesabatlarının düzgünlüyünün və onların apardıqları maliyyə və təsərrüfat əməliyyatlarının normativ aktlara uyğunluğunu müəyyən etməsi başa düşülür

E) Mühasibat uçotunun aparılmasına dair auditorun fikridir

25. Auditin məqsədi nədir?

A) Təsərrüfat subyektinin mühasibat - maliyyə hesabatının düzgünlüyünün və onların apardıqları maliyyə təsərrüfat əməliyyatlarının normativ aktlara uyğunluğunu müəyyən etməkdir

B) Maliyyə ehtiyatlarını aşkar edib və onun düzgün istifadəsini müəyyən etməkdir

C) Müstəqil maliyyə nəzarətini həyata keçirib, sifarişçini lazımi informasiyalarla təmin etməkdir

D) Mühasibat uçotunun təşkilinə kömək etmək, biznes planı tərtib etməkdir

E) Maliyyə və təsərrüfat əməliyyatlarını həyata keçirmək və mühasibat uçotunun təşkilinə köməklik göstərməkdir

26. Auditin növlərini göstərin

A) Daxili audit və kənar audit

B) Plan üzrə audit və plandan kənar audit

C) Əməliyyat auditi, maliyyə hesabatının auditi

D) İki tərəfli audit və başdan-başa audit

E) Birdəfəlik audit və müntəzəm audit

27. Auditor rəyinin hansı növləri vardır?

A) Şərti müsbət rəy, şərtsiz müsbət rəy, mənfi rəy, rəy verilməsindən imtina etmək

B) Mənfi rəy, müsbət rəy, rəy verməmək, məktub-öhdəlik yazmaq

C) Müsbət rəy, auditor aktı, şərtsiz müsbət rəy vermək

D) Rəy verməmək, iradlı rəy, şərti müsbət rəy, qərəzli rəy

E) Auditor aktı, mənfi rəy, rəy verməkdən imtina

28. Auditin yekun sənədlərinin məqbul tərkib hissələri hansılardır?

A) Auditor rəyi və audit aktı

B) Nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair təkliflər

C) Mühasibat uçotu və hesabatın tərkib hissəsi

D) Auditorun əhəmiyyətli hesab etdiyi amil

E) Nizamnamə kapitalı, mənfəət və fondlar haqqında məlumat

29. İş sənədlərinin formaları kim tərəfindən müəyyənləşdirilir?

A) Auditor tərəfindən

B) Auditorlar Palatası tərəfindən

C) Auditor firması tərəfindən

D) Auditorlar Komitəsi tərəfindən

E) Vergilər Nazirliyi və Dövlət Statistika Komitəsi tərəfindən

30. Beynəlxalq Mühasiblər Federasiyası tərəfindən qəbul edilmiş, audit standartları necədir?

A) 32 beynəlxalq audit standartları

B) 27 beynəlxalq audit standartları

C) 30 beynəlxalq audit standartlar

D) 40 beynəlxalq audit standartları

E) 45 beynəlxalq audit standartları

31. Auditorun məsuliyyətinin növləri hansılardır?

A) İntizam məsuliyyəti, mülki məsuliyyət, cinayət məsuliyyəti

B) İntizam məsuliyyəti , xəbərdarlıq mənəvi məsuliyyət

C) Cinayət məsuliyyəti, intizam məsuliyyəti, töhmət vermək

D) İşdən azad olunma, töhmət, intizam məsuliyyəti

E) Əmək intizamının pozulması, mülki məsuliyyət

32. Auditor xidməti göstərmək üçün hansı sənəd tərtib olunmalıdır?

A) Müqavilə

B) Akt


C) Ərizə

D) Auditor rəyi

E) Məktub

33. Auditor sübutlarını əldə etmək üçün prosedurlar hansılardır?

A) Faktiki nəzarət, təsdiq etmə; sənədləşdirmə, müşahidə, analitik proseduralar, nəzarət hesablamaları

B) Auditor yoxlamaları, faktiki nəzarət, alternativ hesabat tərtib etmək

C) Analitik proseduralar, müşahidə sənədləşdirmə, ikili yazılış, təhlil

D) Nəzarət hesablaşmalar, biznes planını tərtib etmək

E) Müşahidə aparmaq, təsdiq etmə, riyazi statistika

34. Auditor fəaliyyətinin təşkilini, auditorların funksiyalarını kim müəyyən edir?

A) Auditor xidməti haqqında qanun

B) Maliyyə Nazirliyinin qanunu

C) Auditor palatası

D) İqtisadi İnkişaf Nazirliyi

E) Auditor mərkəzi

35. Auditor peşəsinin əsas tələbləri

A) Mötəbərlik, peşəkarlıq xidmətlərinin keyfiyyəti, etimad

B) Düzgünlük, obyektivlik

C) Məxfilik, obyektivlik

D) Peşə davranışı, məxfilik

E) Müstəqillik, düzgünlük

36. Auditorlar palatasının fəaliyyəti hansı sənədlə tənzimlənir?

A) Auditor xidməti haqqında Azərbaycan Respublikasının Qanunu, Auditorlar Palatası haqqında əsasnamə

B) Maliyyə nazirliyinin əmri ilə

C) Auditor mərkəzinin göstərişi ilə, Vergi Məcəlləsi ilə

D) Auditor xidməti haqqında qanunla

E) Auditor palatasının əmri ilə

37. Auditor xidmətinə nələr daxildir?

A) Maliyyə - təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq, yazılı rəy vermək, mühasibat uçotunu aparmaq

B) İllik hesabatı tərtib etmək, kalkulyasiya cədvəllərinin cəmini tərtib etmək

C) Ekspertiza aparmaq, əvvəlki illərin iqtisadi göstəricilərini müqayisə etmək

D) Kassanın yoxlanılması barədə rəy vermək, kassanın limitini müəyyən etmək

E) Mühasibat balansını tərtib etmək, biznes planın tərtib edilməsi

38. Sərbəst auditor kim ola bilər?

A) Hüquq mühafizə orqanlarının səlahiyyətli şəxsidir. Lisenziyaya əsasən respublika ərazisində sərbəst auditor xidməti göstərmək hüququnu əldə etmiş fiziki şəxs

B) Baş mühasib

C) İqtisadçı

D) Auditor

E) Azərbaycan Respublikası Auditorlar Palatasının verdiyi

39. Auditor aktı neçə bölmədən ibarətdir?

A) 16 bölmə

B) 10 bölmə

C) 12 bölmə

D) 15 bölmə

E) 5 bölmə

40. Daxili auditorların funksiyalarını göstərin:

A) Uçot və hesabat işlərinə nəzarət

B) Daxili nəzarət sisteminin fəaliyyətinin təhlili

C) Mühasibat uçotu məlumatlarına nəzarət etmək

D) Aktivlərin vəziyyətinə nəzarət

E) Vəsaitlərdən istifadənin vəziyyətinə nəzarətə, izafi xərclərə yol verilməməsinə nəzarət rəhbərliyin qərar qəbul etmək üçün istifadə etdiyi məlumatın düzgünlüyünün təsdiqlənməsi,təsərrüfat əməliyyatlarının yerinə yetirilməsinə nəzarət, maliyyə təsərrüfat fəaliyyətinin təhlili, idarəetmə sistemi üzrə məlumatların keyfiyyətinin qiymətləndirilməsi

41. Fransada məcburi audit barədə qanun nə vaxt qəbul olunub?

A) 1867-ci ildə

B) 1897-ci ildə

C) 1857-ci ildə

D) 1837-ci ildə

E) 1885-ci ildə

42. Almaniyada auditorlar institutu nə vaxt yaradılıb?

A) 1932-ci ildə

B) 1927-ci ildə

C) 1955-ci ildə

D) 1923-cü ildə

E) 1930-cu ildə

43 Auditin metodu və metodlar sisteminə hansı variantı aid etmək olar?

A) Faktiki yoxlama, seçmə üsulu, arifmetik hesablamalar, analitik testlər, sorğu, müsahibə, riyazi statistik metodlar, sənədli təftiş, başdan-başa yoxlama

B) Elmi - texniki tərəqqinin nailiyyətləri, sənədlərin texniki ekspertizası aqrotexniki hesablamalar, analitik testlər, maddi ekspertiza, faktiki yoxlama

C) İqtisadi proseslərə təsir göstərən, istehsalın səmərəli təşkili, ehtiyatlardan istifadənin səmərəli təşkili, fondverimi, fondtutumu, statistik metodlar, fondla silahlanma, qarşılıqlı üzləşdirmə

D) İqtisadi göstəricilər sistemi, mühasibat sənədləri üzrə göstəricilər, mühasibat-maliyyə hesabatının təhlili, inventarlaşdırma, şəxsi müşahidə, qarşılıqlı üzləşdirmə

E) Şəxsi müşahidə, faktiki yoxlama, riyazi statistik üsullar, seçmə üsulu, ikili yazılış, mühasibat balansı, sənədləşdirmə, analitik testlər

44 .Auditin nəticəsi hansı sənədlə rəsmiyyətə salınır?

A) Audit aktı ilə

B) Müqavilə ilə

C) Arayışla

D)Auditin yekun sənədi ilə

E) Ekspert rəyi ilə

45. Auditor adını almaq üçün imtahanlar kim tərəfindən qəbul edilir?

A) Auditor adını almaq üçün imtahanlar Auditorlar Palatasının təyin etdiyi komissiya tərəfindən qəbul edilir

B) İqtisadi İnkişaf Nasirliyi tərəfindən

C) Maliyyə Nazirliyi tərəfindən

D)Auditor mərkəzləri tərəfindən

E) Auditor firmaları tərəfindən



46. Auditor rəyi hansı bölmələrdən ibarətdir?

A) Auditi aparan sərbəst auditor haqqında məlumat, Auditor rəyinin ünvanlandığı fiziki və hüquqi şəxslər barədə məlumat, giriş; yoxlamanın məzmunu, auditor rəyi, auditor rəyinin tarixi, sərbəst auditorun ünvanı, auditor rəyinin təsdiq olunması

B) Auditor rəyinin ünvanı və tarixi, müəssisə haqqında məlumat, müəssisənin iqtisadi göstəriciləri, auditor rəyinin təsdiq olunması

C) Giriş, yoxlamanın məzmunu müəssisənin iqtisadi göstəriciləri əks etdirən cədvəllər, bölmələrin adı, audit aparan auditorun tərcümeyi hal

D) Sərbəst auditorun ünvanı və tarix

E) 10 bölmədən ibarətdir və bölmələrin adı yazılmır

47. Təsərrüfat subyektlərinin auditi zamanı auditoru necə seçirlər?

A) İqtisadi subyektlər auditor seçməkdə sərbəstdirlər

B) İqtisadi subyektləri auditorun rəhbəri ilə seçirlər

C) Auditor mərkəzinin razılığı ilə

D) Baş mühasibin razılığı ilə

E) Auditor müqaviləsilə



48. Sərbəst auditor olmağın şərtlərini göstərin

A)AR-nın vətəndaşı olmaq, məhkumluğun qanunvericilikdə müəyyən edilmiş qaydada ödənilməsi və ixtisas üzrə azı 3 il iş stajına malik olmaq, sərbəst auditor imtahanlarını vermək

B) İmtahan verəndən sonra ən azı 3 il staja malik olmalıdır

C) Lisenziya alan şəxs, imtahan verən şəxs, xarici vətəndaş

D) Ali təhsilli şəxslər, hüqüqşunas, rayon yerlərinin birində yaşayan şəxs

E) Azərbaycan Respublikasının Vətəndaşı olmaq, ali təhsilli olmaq



49. Auditor xidməti göstərilməsi hansı sənədlə rəsmiyyətə salınır?

A) Müqavilə ilə

B) Ərizə ilə

C) Aktla


D) Əmrlə

E) Arayışla



50. Auditor xidməti göstərilməsi hansı sənədlə rəsmiyyətə salınır?

A) Müqavilə ilə

B) Ərizə ilə

C) Aktla


D) Əmrlə

E) Arayışla

50. Azərbaycan Respublikasında audit işinin keyfiyyətinə edilən nəzarətin növlərini göstərin?

A) Daxili və kənar nəzarət

B) Ümumi və kənar nəzarət

C) Daxili və ümumi nəzarət

D) Ümumi və audit prosedurları üzrə nəzarət

E) Xarici və kənar nəzarət

51. Həyata keçirilmə vaxtına görə maliyyə təsərrüfat nəzarəti neçə yerə bölünür?

A) Qabaqcadan nəzarət, cari nəzarət, sonradan aparılan nəzarət

B) Qabaqcadan nəzarət

C) Daxili nəzarət, kənar nəzarət

D) İki tərəfli nəzarət

E) Başdan başa yoxlama, cari nəzarət

52. Auditor rəyi verməkdən imtina hansı ballarda ola bilər?

A) Məlumatların olmaması

B) Mənfi rəy olanda

C) Kifayət qədər auditor sübutunun olmaması

D) Sənədlər düzgün olmadıqda

E) Şərtli məlumatlar olduqda

53. Audit standartları neçə qrupa bölünür?

A) Audit standartları 3 qrupa bölünür: ümumi standartlar, auditor yoxlamasının aparılması standartları, hesabatın tərtib edilməsi standartları

B) Audit standartları 4 qrupa bölünür: auditor rəyi, auditor sübutu; audit yoxlamasının standartları

C) Audit standartları iki qrupa bölünür: auditor rəyi, auditor hesabatı

D) Audit standartları bir qrupla aparılır

E) Audit rəyi audit aktı və auditor sübutları formasında aparılır

54. Auditin aparılma texnikasının neçə forması mövcuddur?

A) 2 forması

B) 3 forması

C) 4 forması

D) 5 forması

E) 6 forması

55.Auditor adı almaq üçün imtahanların təşkilində auditor palatasından neçə nəfər iştirak edir?

A) 4 nəfər

B) 2 nəfər

C) 3 nəfər

D) 1 nəfər

E) 5 nəfər

56. Auditor Palatasının üzvləri kimlər ola bilər?

A) Sərbəst auditorlar və auditor təşkilatları

B) Sərbəst auditorlar

C) Auditor təşkilatları

D) Baş mühasiblər

E) Baş iqtisadçı, hüquqşünas

57.Auditor yoxlama zamanı hansı üsullardan istifadə olunur?

A) İnventarizasiya, audit aktı, auditor rəyi, yazılı sorğu

B) Auditin rəyi, audit aktı, inventarlaşdırma

C) İnventarlaşdırma, laboratoriya təhlili; ekspertiza, yazılı sorğu

D) Müqavilə, inventarlaşdırma, əlavə yazılış, təhlil ekspertiza

E) Audit aktı, auditin rəyi, müqavilə,təhlil

58. Auditin yekun sənədləri dedikdə hansı sənədlər nəzərdə tutulur?

A) Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş akt, arayış və rəylərə əlavə edilmiş müvafiq sənədlər nəzərdə tutulur

B) Məktub-ohdəlik, aktlar və rəylər nəzərdə tutulur

C) Bağlanmış müqavilə, arayış və rəylər nəzərdə tutulur

D) Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş arayış və rəylərə əlavə edilmiş müqavilə sənədlər, auditin planı

E) Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş akt, arayış və rəylər, auditin proqramı

59. Auditor xidməti sahəsində olan qadağanları göstərin

A) Şəxsi əmlak mənafeyi, yoxlanılan müəssisədə birbaşa qohumluq əlaqəsi, təsisçi mülkiyyətçi və ya səhmdarı olduqda

B) Yoxlamanı keyfiyyətsiz apardıqda, hesabatı vaxtında vermədikdə

C) Qohumluq əlaqəsi olduqda, lisenziyanın müddəti qurtardıqda

D) Təsisçi olduqda, ardıcıl olaraq bir neçə dəfə audit apardıqda

E) Lisenziya olmadıqda, qohumluq əlaqəsi olduqda, şəxsi əmlak mənafeyi olduqda

60. Auditin müstəqilliyi aşağıdakılara əsasən müəyyən edilir?

A) Auditorla müştəri arasında müqavilə münasibətlərinin olması, çatışmazlıqlar aradan qaldırılmayana qədər auditorun rəy verməkdən imtina edə bilməsi

B) İnvestorlar, kreditorlar və s. arasında müdiriyyət tərəfindən informasiyanın verilməsi

C) İnformasiya istifadəçilərinin onlara verilmiş informasiyaların düzgünlüyünü yoxlamaq üçün imkanlarının olmamasının

D) Qərarların nəticələrinin informasiyanın keyfiyyətindən asılı olması

E) Verilmiş informasiyanın keyfiyyətindən asılı olaraq istifadəçilərin rəyinin olması

61. Auditin vəzifəsinə nə aiddir?

A) Müəssisədə mühasibat uçotunun təşkilində, bərpasında və aparılmasında iqtisadi subyektə müqavilə əsasında auditor xidməti göstərmək, onun maliyyə-təsərrüfat vəziyyətini təhlil etmək

B) Mövcud və istifadə olunmayan daxili ehtiyat mənbələrini müəyyən edib təkliflər verməsi

C) Dövri hesabatlarda əks etdirən rəqəm məlumatlarının əsaslı planlaşdırılmasını həyata keçirməsi

D) Əsas fondlardan, dövriyyə vəsaitlərindən nə dərəcədə istifadə olunması

E) Aktivlərin, öhdəliklərin və xüsusi kapitalın qiymətləndirilməsi haqqında qaydalara əməl olunması üzərində nəzarəti həyata keçirməsi

62. Auditor yoxlamasının mərhələlərini göstərin?

A) Planlaşdırma, sənədləşdirmə, auditor rəyinin tərtib edilməsi

B) İnventarlaşma, proqnozlaşdırma, sənədləşdirmə

C) Proqnozlaşdırma, auditorun məsuliyyəti, planlaşdırma

D) Auditin məsuliyyəti, planlaşdırma, sənədləşdirmə, auditor sübutlarının əldə edilməsi

E) Ekspert işlərindən istifadə edilməsi, auditor sübutlarının alınması

63. Auditin obyektinə görə hansı növləri var?

A) Bank, sığorta, birja, dövlət, ümumi audit

B) Ekoloji vergi operativ audit

C) Vergi qiymət, sistemi, audit

D) Daxili, xarici, qiymət, bank auditi

E) Riskli, təsdiqedici məcburi audit

64. Təyinatına görə auditin neçə növü var?

A) 7


B) 4

C) 3


D) 8

E) 2


65. Həyata keçirilmə vaxtı üzrə mövcud olan auditin növlərini göstərin

A) İlkin, operativ, razılaşdırılmış (təkrarlanan) audit

B) Ekoloji, xarici, təşəbbüslü audit

C) Könüllü, məcburi, sistemli audit

D) Daxili, xarici, operativ audit

E) Birdəfəlik, müntəzəm, operativ audit

66. Yoxlamanın xarakteri üzrə auditin mövcud növləri hansıdır?

A) Təsdiqedici, sistemli-nəzərə alınmış, riskə istinad edən audit

B) Ümumi, riskə istinad edən, könüllü audit

C) İlkin, təsdiqedici, məcburi audit

D) Sistemli-nəzarət alınmış riskə istinad edilən, ümumi audit

E) Birdəfəlik, təsdiqedici, məcburi audit

67. Daxili audit dedikdə nə başa düşülür?

A) Müəssisənin xüsusi struktur bölməsi olub, birbaşa müəssisənin rəhbərliyinə tabe olan işçilər tərəfindən həyata keçirilir

B) Qanunvericilikdə müəyyən edilmiş hallarda, dövlət orqanlarının tapşırığı ilə həyata keçirilir

C) İqtisadi subyekt öz müraciətinə əsasən keçirilməsi deməkdir

D) Müəssisənin ştatında olub, müəssisə tərəfindən məcburi keçirilir, risk əsaslanır

E) Müqavilə əsasında həyata keçirilmiş yoxlamadır

68. Kənar audit dedikdə nə başa düşülür?

A) Müstəqil tərəflər (müəssisə sifarişçi) və auditor təşkilat arasında müqavilə əsasında həyata keçirilir

B) Müəssisənin ştatında olub, müəssisə tərəfindən məcburi keçirilir, riskə əsaslanır

C) Qanunvericilikdə müəyyən edilmiş hallarda, dövlət orqanlarının tapşırığı ilə həyata keçirilir

D) İqtisadi subyekt öz müraciətinə əsasən keçirilməsi deməkdir

E) Müqavilə əsasında həyata keçirilmiş yoxlamadır

69. Daxili audit hansı tələblərə əsasən aparılır?

A) İqtisadi subyektin bölmələrinin, eləcə də bütövlükdə müəssisəni idarə etmək tələblərinə əsasən

B) Aktivlərin hərəkətinin düzgün müəyyən edilməsi

C) Müəssisəyə lisenziya verilməsi, aktivlərin hərəkəti

D) Kapitalın hərəkətinin müəyyən edilməsi, aktivlərin hərəkəti

E) Hesabatın düzgün verilməsi, müəssisənin idarə edilməsi

70. Daxili auditin xüsusiyyətləri hansılardır?

A) Müəssisənin rəhbərliyinə tabedir və onun qarşısında cavabdehdir

B) Müqavilə əsasında həyata keçirilir

C) Audit xidməti pulludur, sahibkarlıq fəaliyyətinin növlərindən biridir

D) Mühasibat ( maliyyə) hesabatında nöqsanları araşdırır

E) Kənardan təşkil olunan, müəssisənin fəaliyyətinə rəy verməklə kifayətlənir

71. Məcburi audit hansı hallarda aparılır?

A) Nizamnamə kapitalında xarici investorlara məxsus payı olduqda

B) Mühasibat uçotunun təşkilində müsbət və mənfi halların baş verməsində

C) Audit yoxlamasının yekunlaşdırılmasında

D) Auditor və sifarişçilərin müqaviləsi pozulduqda

E) Daxili nəzarət və s. haqda auditorlar lazımi informasiyalara malik olmadıqda

72. Məktub-öhdəlik iqtisadi subyektə nə vaxt göndərilir?

A) Müqavilə bağlananadək göndərilir

B) Göndərilmir

C) Audit qurtaranadək göndərilir

D) Auditor rəyi tərtib edildikdən sonra göndərilir

E) Məktub-öhdəlik müqavilə ilə birlikdə tərtib edilir

73.Audit və təftişin oxşar cəhətlərini göstərin

A) Hər ikisi yoxlama xarakteri daşıyır, sənədlərin yoxlanması, təhlil üsulundan istifadə olunması

B) Hər ikisi müqavilə ilə həyata keçirilir, könüllüdür

C) Hər ikisi fəaliyyətidir və könüllüdür

D) Hər ikisi könüllü yaranır, müqavilə ilə həyata keçirilir

E) Hər ikisi yoxlama rəylə tamamlanır, sahibkarlıq fəaliyyətidir

74. Hansı hallarda auditora lisenziya verməkdən imtina edilir?

A) Tələb olunan sənədlər tam təqdim edilmədikdə

B) Vergi Məcəlləsi ilə əlaqədar vergi orqanları ilə fikir ayrılığı olduqda

C) Balansın tərtib olunduğu anda akkreditivlər haqqında informasiya əldə olmadıqda

D) Maliyyə hesabatlarında dəyişiklik olduqda

E) Auditor rəyinin təsdiq olunması

75. Hansı hallarda auditorun lisenziyası ləğv edilir?

A) Lisenziyadan istifadə edən şəxs bu haqda Auditorlar Palatasına ərizə ilə müraciət etdikdə, məhkəmə qərarı olduqda

B) Təsərrüfat-maliyyə fəaliyyətinin təhlili qeyri-obyektiv olduqda

C) Mühasibat (maliyyə) hesabatı düzgün tərtib edilmədikdə

D) İqtisadi subyektlərin aktiv və passivinə düzgün qiymət vermədikdə

E)Uçot siyasəti düzgün olmadıqda

76. Auditin başlıca prinsipləri hansılardır?

A) Düzgünlük, obyektivlik, konfidensiallıq

B) Sənədli yoxlama, faktiki yoxlama, sorğu

C) Müşahidə, sorğu, taktiki yoxlama

D) Analitik testlər, müşahidə, sənədli yoxlama

E) Müayinə, xüsusi yoxlama, obyektivlik

77. Auditora müstəqil və normal fəaliyyət göstərmələrini təmin etmək üçün onlara verilmiş hüquqlar hansılardır?

A) Sifarişçinin rəhbərliyindən və işçilərindən yazılı izahat almaq

B) Maliyyə hesabatlarını Beynəlxalq Standartlara uyğunlaşdırmaq

C) Nümunəvi nəzarət forması olmalıdır

D) Tapşırıqların yerinə yetirilməsinin nəticələrini və onları əks etdirən sənəd hazırlamaq

E) Auditlə bərabər yerinə yetirilən işlərin keyfiyyətinə nəzarət sistemi olmalıdır

78. Audit təşkilati cəhətdən bölünür:

A) Daxili və xarici auditə

B) Operativ və kənar auditə

C) Məcburi və könüllü auditə

D) Sistemli və operativ auditə

E) Təsdiqedici və xarici auditə

79. Audit standartları dedikdə nə başa düşülür?

A) Vəzifələrini yerinə yetirərkən normativ materialları rəhbər tutmaq

B) Mühasibat uçotunun təşkilində müəssisəyə köməklik göstərmək

C) Uçotun bərpa olunmasına və aparılmasına mühasibat (maliyyə) hesabatının tərtib edilməsinə köməklik göstərmək

D) Vergilərin planlaşdırılmasına və vergiyə görə hesablaşma aparılmasına köməklik göstərmək

E) Müştərilərə informasiya xidmətləri göstərmək

80. Firmadaxili audit standartları nəyi özündə əks etdirir?

A) Razılaşmanın məqsədinin müəyyən edilməsi, biznesin icmalını, riskin qiymətləndirilməsini

B) Obyektivlik, razılaşmanın məqsədinin müəyyən edilməsini

C) Konfidensiallıq, düzgünlük, biznesin icmalını

D) Düzgünlük, konfidensiallıq, riskin qiymətləndirilməsini

E) Məsuliyyət, obyektivlik, konfidensiallıq, düzgünlüyün

81. Auditin planlaşdırılması dedikdə nə başa düşülür?

A) Planlaşdırılan işlərin növləri, yerinə yetirilmə müddəti, hesabat haqqında rəyin hazırlanması

B) İstehsalatın şəraiti və aktivlərin səviyyəsi ilə tanış olmaq və planlaşdırilması

C) Müştərinin yoxlama aparmaqda məqsədi və onun nəticəsindən istifadə imkanlarının müəyyən edilməsi

D) Yerinə yetiriləcəyi audit xidmətinə xüsusi imkanların yaranması və planlaşdırılması

E) Uçot siyasətinin səviyyəsinin müəyyən edilməsi və planlaşdırılması

82. Audit planlaşdırılması aşağıdakı məqsədlər üçün zəruridir ()

A) Riskə qiymət verilməsi, işin yerinə yetirilməsinə nəzarət

B) Daxili nəzarət sistemini yaratmaq

C) Hüquqi öhdəliklər əldə etmək

D) Texnoloji, istehsalat üzrə əlaqələr yaratmaq

E) Törəmə müəssisələrin yaradılmasına

83. Auditin planlaşdırılması özündə nəyi birləşdirir? ()

A) Auditin ümumi planını, auditin proqramını

B) Auditin standartlarını, auditin hüquqi bazasını

C)Auditin növlərini, auditin standartlarını

D) Auditin hüquqi bazasını, auditin proqramını

E) Auditin növlərini, auditin ümumi planını

84. Maliyyə (mühasibat) hesabatının auditi neçə risklə əlaqəlidir?

A) İki


B) Üç

C) Dörd


D) Bir

E) Beş


85, Maliyyə (mühasibat) hesabatının auditi hansı risklər ilə əlaqəlidir?

A) Sahibkarlıq riski, auditor riski

B) Dövlət riski

C) Bank riski

D) Qiymətləndirmə riski

E) Lisenziyaların verilməsi ilə əlaqədar risk

86. Vaxta görə xərclərin planlaşdırılması prosesində audit aşağıdakıları nəzərə almalıdır.

A) Real əmək məsrəfləri, riskin qiymətləndirilməsi

B) İnventarlaşmanın vaxtında aparılması

C) İlkin sənədlərin tərtib edilməsi

D) Mühasibat uçotunda səhvlərin düzəldilməsi

E) Planlaşdırmanın optimallığı

87. Auditor riski nə deməkdir?

A) Yoxlamanın yekunları üzrə müəyyənləşdirilən gümanların etirafı

B) Lisenziyanın verilməsi deməkdir

C) Auditor proqramının həyata keçirilməsi deməkdir

D) Yoxlamanın nəticəsinin rəylə yekunlaşdırılması deməkdir

E) Auditor planlaşdırılmasının həyata keçirilməsi deməkdir

88. Auditor riski özündə hansı komponentləri birləşdirir?

A) Nəzarət riskini, təsərrüfatdaxili riski

B) Dövlət riski, nəzarət riski aşkaretməmək riski

C) Qiymətləndirmə riski, bank riski

D) Bank riski, təsərrüfatdaxili risk

E) Sahibkarlıq riski, dövlət riski

89. Auditor proqramı dedikdə nə başa düşülür?

A) Yoxlama üçün lazım olan auditor əməliyyatlarının siyahısı

B) Sənədlərin tamlığı və dəqiqliyi

C) Səhvlərin aradan qaldırılması

D) Əmr və sərəncamların icrasının siyahısı

E) Bütün proseslərin mühafizəsinə nəzarət edilmə siyahısı

90. Auditor proqramının hansı növləri var?

A) Mühasibat hesabatlarının vaxtında, düzgün aparılması

B) Aktivlərin hərəkətinin yoxlanılması

C) Testlərə nəzarət hesablarındakı qalıqların yoxlanılması

D) Mühasibat uçotu sənədlərinin yoxlanılması

E) Balansın düzgünlüyünün yoxlanılması

91. Auditor sübutu deyəndə nə başa düşülür?

A) Auditorun rəyini əsaslandırmaq və müəyyən bir nəticəyə gəlmək üçün toplanmış məlumatları

B) Auditor hesablaşmalarının seçmə yolu ilə aparılması

C) Bunun köməyi ilə mal çatdırılmasının müqavilə-qaimələrdə qeydə alınması

D) İqtisadi subyektin əmlakı və öhdəlikləri haqda dəqiq informasiyaların əldə olunması

E) Auditor hesablaşmaların müşahidə yolu ilə əldə edilməsi

92. Auditor sübutları əldə etmək üçün əsas metodlar hansılardır?

A) Analitik prosedurlar

B) Müşahidə, təhlil, riyazi hesablamalar

C) Üzləşdirmə, müşahidə

D) İqtisadi subyektin əvvəllər keçirilmiş inventarlaşdırılmasının sənədlərinin mövcudluğu

E) Sənədli yoxlamanın təhlili

93. Audit yoxlamasının metodları hansılardır?

A) Faktiki, müşahidə, analitik testlər

B) Etibarlılıq, təsdiqnamə

C) Ekspertlərin rəyi, mühasibat uçotunun sənədləri

D) Sənədin yoxlanılması, yazılı təqdimat

E) Digər mənbələrdən daxil olan məlumatlar

94. Auditin təşkilati metodları hansılardır?

A) Başdan-başa, seçmə üsul, analitik yoxlama

B) Müştəri tərəfindən qəbul olunmuş uçot siyasətinin ümumi təhlilinin araşdırılması

C) Yoxlamanın nəticəsinin sistemləşdirilməsi

D)Auditor rəyinin hazırlanması

E) Maliyyə vəziyyəti haqqında hesabat

95. Analitik prosedurlar dedikdə nə başa düşülür?

A) Təhlil və qiymətləndirilməsi, iqtisadi göstəricilərin tədqiqi və baş verən səhvlərin və saxtalaşdırılmaların səbəblərinin aşkara çıxarılması

B) Auditor proqramının hər bir maddəsinin tam və keyfiyyətlə yerinə yetirilmə vəziyyətinin qiymətləndirilməsi

C) Hesablaşmalar təkrar yoxlanılır və informasiyaların verilməsinin düzgünlüyünün bir daha araşdırılması

D) İlk sənədlər və yazılışların yoxlanılması

E) Maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılmasının qiymətləndirilməsi

96. Analitik prosedurların tipik növləri aşağıdakılardan hansıdır?

A) Aşkara çıxarılan kənarlaşmaları qiymətləndirmək

B) Mühasibat hesabatları göstəricilərini smeta göstəriciləri ilə üzləşdirmək

C) Seçmənin nəticəsini qiymətləndirmək

D) Sifarişçilər və onlarla əlaqə saxlamaq

E) Xüsusi fənd və üsullarla hesablamaları aparmaq

97. Auditin predmetini təşkil edir:

A) Müstəqil yoxlama aparmaqla təsərrüfat - maliyyə fəaliyyətini mühasibat sənədləri əsasında öyrənmək və ona kompleks qiymət vermək

B) Müəssisənin sosial-iqtisadi problemlərinin həlli səviyyəsini öyrənmək və qiymətləndirmək

C) Müəssisə rəhbərliyinin verdiyi sərəncam və göstərişlərin yerinə yetirilmə vəziyyəti

D) Müstəqil yoxlayıcılar tərəfindən mühasibat sənədlərinə əsasən müəssisənin əmlakının inventlaşdırılması

E) Təsərrüfat maliyyə fəaliyyətinin yoxlanması

98. Mühasibat hesabatının audit yoxlamasının metodoloji əsasları hansılardır?

A) Auditor sübutlarının toplanması

B) Audit aparmaq üçün normativ baza

C) İqtisadi subyektin fəaliyyətinin əhəmiyyətli göstəricilərinin təhlili

D) Yoxlama nəticəsinin qiymətləndirilməsi

E) Daxili auditin nəticəsindən və ekspert işlərinin nəticəsindən istifadə edilməsi

99. Auditin gedişatında əlaqəli tərəflərlə əməliyyatlara aşağıdakılardan hansılar aiddir?

A) Qapalı tipli səhmdar cəmiyyətlər

B) Törəmə, asılı cəmiyyətlər, qarşılıqlı, əlaqəli və eyni qrupa aid olan təşkilatın müəssisələri

C) Açıq tipli səhmdar cəmiyyətlər

D) Təşkilatın hüquqi şəxsi

E) Müəssisənin təsisçiləri

100. Auditor iqtisadi subyektin fəaliyyətinin dayandırılması və ləğv edilməsi ilə bağlı yerinə yetirilməyən normativ aktları yoxlayan zaman nəyə əməl etməlidir?

A) İqtisadi subyektə aid olan informasiyalari, normativ hüquqi bazanı öyrənməli

B) Daxili və xarici auditin aparılmasına dair məlumatları öyrənməli

C) Ekspertin məqsədi və ekspert işinin həcmini öyrənməli

D) Ekspertin iqtisadi subyektlə qarşılıqlı münasibətlərinin şərhini öyrənməli

E) Auditor təşkilatının ekspert rəyini öyrənməli

101. Audit əsasən kimlərin qarşılıqlı maraqları təşkil edir?

A) Auditin əsasını dövlətin təsərrüfat subyektlərinin qarşılıqlı maraqları təşkil edir.

B) Auditin əsasını debitorların,malsatanların,səhimdarların qoyduqları qarşılıqlı maraqları təşkil edir

C) Auditin əsaslarını cəmiyyətlərində səhimdarların dövlətin qarşılıqlı marağı təşkil edir

D) Auditin əsaslarını sərmayəçilərin,səhimdarların,kreditorların və dövlətin qarşılıqlı maraqları təşkil edir.

E) Auditorların təsərrüffat subyektləri və ayrı-ayrı şəxslərin maraqları təşkil edir.

102. Audit dedikdə nə başa düşülür?

A) Audit dedikdə maliyyə hesabatının müstəqil yoxlanması və bu barədə fikir ifadə olunması başa düşülür.

B) Audit dedikdə müəssisənin yoxlanılması üsulları başa düşülür.

C) Audit dedikdə iqtisadi hərəkətlər və hadisələr haqında məlumat toplanması üsulları başa düşülür.

D) Audit dedikdə -iqtisadi subyektlərin maliyyə vəziyyəti başa düşülür.

E) Audit dedikdə təsərrüfat subyektlərinin mühasibat uçotunun yenidən qurulması başa düşülür.

103. Müəssisə və onun əhatə edən mühitin, eləcə də daxili nəzarətinin öyrənilməsi məqsədilə auditor aşağıda göstərilən riskin qiymətləndirilməsi prosedurlarını həyata keçirməlidir.

A) Müqavilə bağlamaq

B) Rəhbərlik və müəssisə daxilində digər şəxslərə sorğu verilməsi

C) Analitik prosedurlar

D) Müşahidə

E) Nəzarət



Yüklə 281,38 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə