Avqust 2016 İş yeri statistikası açıqlanıb


Manatın taleyi: sentyabrdan yeni şərait yaranır



Yüklə 0,53 Mb.
səhifə13/25
tarix10.11.2017
ölçüsü0,53 Mb.
#9569
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

Manatın taleyi: sentyabrdan yeni şərait yaranır


25.08.2016

samir-aliyev2“Manatın sabitliyini təmin edən şərait yoxdur”. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Samir Əliyev belə yazır. Ekspert bildirir ki, hətta neftin bahalaşması manatı xilas edə bilməyib: “Tələbatın yüksək olması idxalın artması, bankların borc öhdəliklərini yerinə yetirməsi, bağlanan bankların qaytarılan əmanətlərinin dollarlaşması, turizm mövsümü və sair amillərlə bağlıdır. Banklarda dollar qıtlığı var. Dollar ya ölü kapital kimi yatır, ya da kapital şəklində ölkəni tərk edir.

Sentyabrdan başlayaraq yeni şərait yaranır. Təəssüf ki, manatın sabitliyini təmin edəcək şərait yoxdur. Hətta Mərkəzi Bank valyuta hərracına 600 milyon dollar çıxarıb bankların tələbatını tam ödəsə belə, növbəti hərracda yeni tələbat yarana bilər. Səbəb sadədir. Ölkədən rəsmi və qeyri-rəsmi şəkildə kapital axını var. Ölkəyə isə həmişəkindən dəfələrlə az dollar gəlir. Valyuta gətirən kanallardan ancaq biri – Dövlət Neft Fondu işləyir. Mərkəzi Bank xeyli vaxtdır bazarda iştirak etmir və azalmış ehtiyatlarını qoruyur. Digər kanal olan SOCAR-ın başı öz problemlərinə qarışıb. 92 markalı benzinin idxalı SOCAR-a ayda təxminən 40 milyon dollara başa gələcək və istisna deyil ki, həmin vəsait bazardan götürüləcək. Ona görə də əsas yük Neft Fondunun üzərinə düşür. Fond 2016-cı ildə 3 milyard 151,9 milyon dollar satıb və onun üçün nəzərə tutulan normadan artıq dollar satmaq niyyətində deyil.

Qeyri-neft ixracına da bel bağlamaq olmaz. İlin 7 ayında xarici ticarət dövriyyəsində 167 milyon 466 min dollarlıq mənfi saldo yaranıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft ixracında 30 faiz azalma var. Belə vəziyyətdə tədiyyə balansında da mənfi saldonun olması şübhəsizdir”.

Neftin bahalaşmasına gəldikdə isə ekspert nikbinlik üçün əsas olmadığını bildirir: “ABŞ-ın Federal Ehtiyat Sistemi bu il 3 iclas keçirəcək və bir dəfə uçot dərəcəsinin artacağı güman edilir. Deməli, manata qüvvə verəcək daxili və xarici amillər yoxdur. Ona görə də proqnozlar əsasən manatın necə və hansı həddə qədər ucuzlaşa biləcəyi üzərində qurula bilər.

Hazırda hökumətdə manatın məzənnəsinə münasibətdə fikir ayrılığı var. Ən azı maliyyə blokunda Mərkəz Bankla Maliyyə Nazirliyi arasında həmişəki fikir ayrılığı qalır. Bir tərəf yumşaq, digər tərəf isə kəskin devalvasiyada maraqlıdır. Hələ ki, birincilər prosesi nəzarətdə saxlayır. Ona görə də gözlənilməz hal (neftin kəskin ucuzlaşması, siyasi gərginlik, maliyyə təşvişi) olmasa, ilin sonuna doğru manat dollara münasibətdə tədricən ucuzlaşacaq və 1 dollar ən azı 1,80 manata satılacaq.

Əvvəlki devalvasiyada olduğu kimi ikincilər təşəbbüsü ələ alsalar (büdcənin icrasında problemlər səbəbindən), onda manat daha kəskin ucuzlaşa bilər. Hər bir halda yumşaq devalvasiya siyasəti davam etdirilməlidir. Çünki kəskin devalvasiyanın acı nəticələri hələ də aradan qalxmayıb”.

2015-ci ildə Azərbaycan manatı ikiqat devalvasiyaya uğrayıb, dolların kursu 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Avqustun 25-də Mərkəzi Bank 1 dolları 1,6245 manata satır.

Manatın məzənnəsini nizamlamağa 2016-cı ilin yanvar-avqust aylarında 3 milyard 987,3 milyon dollar xərclənib. Dövlət Neft Fondunun 2016-cı ilin hərraclarında satdığı xarici valyutanın həcmi 3 milyard 151,9 milyon dollardır, Mərkəzi Bankdan isə 835,4 milyon dollar alınıb.


Hərraclarda satılan vəsait 4 milyard dolları ötdü


25.08.2016

dollar 1Avqustun 25-də Dövlət Neft Fondu hərraca 50 milyon ABŞ dolları məbləğində xarici valyuta çıxararaq 28 banka satıb. Transparency.az bildirir ki, bununla Dövlət Neft Fondunun 2016-cı ilin hərraclarında satdığı xarici valyutanın həcmi 3 milyard 201,9 milyon dollara çatıb.

2015-ci ildə Azərbaycan manatı ikiqat devalvasiyaya uğrayıb, dolların kursu 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Avqustun 25-də Mərkəzi Bank 1 dolları 1,6245 manata satır.

Mərkəzi Bankdan 835,4 milyon dollar alındığını da hesablayanda 2016-cı ilin yanvar-avqust aylarında manatın məzənnəsini nizamlamağa 4 milyard 37,3 milyon dollar gedib.

İnternet pulunu bəri başdan alacaqlar


25.08.2016

btrib 1
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi sentyabrın 1-dən internet və İPTV xidmətləri üzrə öncədən ödəmə sisteminin tətbiqinə başlayır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yeni sistemin tətbiqi ilə abunəçi müvafiq qaydada öncədən ödədiyi məbləğə uyğun xidmət alacaq və göstərilən xidmətdə fasilə yaranmayacaq.

Məlumatda qeyd olunur ki, istifadəçilər Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin göstərdiyi xidmətlərə görə sonradan ödəniş etdiyi üçün debitor borcu yaranır, bəzi hallarda xidmətlərdən istifadə edən abunəçilər xidmət haqqını ödəməkdən yayınır, nəticədə abunəçiyə göstərilən xidmət dayandırılır. Yeni sistemin müxtəlif səbəblərdən ünvanı tərk edən və ya xidmət haqqını ödəyə bilməyən istifadəçilərin borclanması kimi problemləri aradan qaldıracağı vurğulanır.


Sabiq nazirə nə qədər iş düşür?


25.08.2016

eli insanov 1
11 ildir həbsdə yatan sabiq səhiyyə naziri Əli İnsanova Cinayət Məcəlləsinin üç maddəsi ilə yeni işi qaldırılıb. Transparency.az həmin maddələri təqdim edir:

234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama.

Bu maddə üç ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutur.

315.2. Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə.

Bu maddəyə görə üç ilədək müddətə azadlıqdan məhrumetmə düşür.

317-2.1. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi.

Bu maddə altı ayadək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutur.

Bakının Qaradağ rayonundakı 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan keçmiş səhiyyə nazirinə yeni cinayət işini avqustun 24-də Qaradağ Rayon Prokurorluğu qaldırıb. Əli İnsanovun təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərara görə, o, avqustun 23-də xidməti vəzifəsini yerinə yetirən ədliyyə mayoru Anar Məmmədova zor tətbiq edib, onun boğazını sıxıb, poqonlarını qoparıb. Sabiq nazirin istifadəsi qadağan olunmuş 60 ədəd “Tramadol” dərmanı saxladığı da bildirilir.

70 yaşlı Əli İnsanov tibb elmləri doktorudur. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. Hakim Yeni Azərbaycan Partiyasının qurucularından olan Əli İnsanov səhiyyə naziri postunu 1993-2005-ci illərdə tutub.

2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə tutulan Əli İnsanov sonra iqtisadi cinayətlər ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib. 2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi işə baxılmasını yekunlaşdırıb, Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarı dəyişməyib. 2016-cı il iyunun 9-da Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin bu qərarını qüvvədə saxlayıb.

Əli İnsanov 2016-cı il oktyabrın 19-da azadlığa çıxmalı idi.


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə