Avqust 2016 İş yeri statistikası açıqlanıb


Pulsuz təşviqat: hər qrupa həftədə 45 dəqiqə düşür



Yüklə 0,53 Mb.
səhifə16/25
tarix10.11.2017
ölçüsü0,53 Mb.
#9569
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

Pulsuz təşviqat: hər qrupa həftədə 45 dəqiqə düşür


26.08.2016

itv 1
İctimai Televiziya və Radio Yayımları Şirkəti sentyabrın 26-da keçiriləcək konstitusiya referendumunda qeydə alınmış təşviqat qruplarına ödənişsiz efir vaxtı ayırmalıdır. Seçki Məcəlləsi 40 min və daha çox üzvü olan təşviqat qruplarına belə hüquq verir. Təşviqat sentyabrın 3-dən 25-dək aparılacaq.

Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi təqvim planına görə, referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün sənədlərin təqdimatı avqustun 22-də başa çatıb. REAL Hərəkatının yaratdığı “Respublikaçı Alternativ” təşəbbüs qrupu MSK-dan imza vərəqələri götürsə də, fəaliyyətini yarımçıq kəsib.

Avqustun 25-dək referendumun təşviqatı üçün 3 təşəbbüs qrupu qeydə alınıb: “Yeni Azərbaycan”, “Bələdiyyə” və “Vətəndaş Cəmiyyəti”. Müsavat Partiyasının yaratdığı “Respublika” təşəbbüs qrupu qeydiyyat mərhələsindədir.

Seçki Məcəlləsinə əsasən, referendumda təşviqat üçün ayrılan pulsuz efir vaxtının ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır (3 saat televiziyada, 3 saat radioda). Pulsuz efir vaxtı qeydə alınmış təşəbbüs qrupları arasında bərabər şərtlərlə və bərabər həcmdə bölünür.

Televiziyada 3 saat ödənişsiz efir vaxtını (180 dəqiqəni) MSK-ya müraciət etmiş 4 təşəbbüs qrupu arasında bərabər böləndə hər təşəbbüs qrupuna həftədə 45 dəqiqə efir vaxtı düşür (“Respublika” təşəbbüs qrupu da qeydə alınarsa).

Referendum aktı layihəsində konstitusiyanın 25-dən çox maddəsində dəyişikliklər təklifi yer alır. Eyni zamanda ana qanuna bir neçə yeni maddə təklif olunur.

Dəyişikliklər prezident seçilmək üçün 35, hakim olmaq üçün 30, deputat mandatı almaq üçün 25 yaş şərtlərini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq səlahiyyəti verilir.

Başqa bir yenilik vitse-prezident postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir, növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətləri birinci vitse-prezidentə keçir.


Rusiya iqtisadiyyatı bir ildə 0,9% geriləyib


26.08.2016

http://transparency.az/cnews/wp-content/uploads/2016/08/rusiya-iqtisadiyyati-1.jpg
Avqustun 26-da Rusiyanın İqtisadi İnkişaf Nazirliyi ölkənin bəzi iqtisadi göstəricilərini açıqlayıb. Novator.az-ın məlumatına görə, açıqlamada qeyd olunur ki, yanvar-iyul aylarında ümumi daxili məhsulun həcmi 2015-ci ilin eyni dövrü ilə müqayisədə 0,9% azalıb. İqtisadi geriləmənin illik tempinin iyul ayında yenə sürətləndiyi vurğulanır. Açıqlamaya əsasən, ümumi daxili məhsul ötən illə müqayisədə iyul ayında 0,7% az olub. Mayda 0,6%, iyunda 0,5% azalma qeydə alınmışdı.

Nazirliyin məlumatında deyilir ki, iyul ayında ümumi daxili məhsulun həcmi 0,1% azalıb.

Yanvar-iyul aylarında ticarət balansının müsbət saldosunun 48% azalaraq 52 milyard dollara düşdüyü bildirilir.

Rusiya iqtisadiyyatına kapital qoyuluşu isə bu ilin ikinci rübündə 1% geriləyib.


Vergi bəyannamələrinin yeni formaları təsdiq edildi


26.08.2016

vn
Vergilər Nazirliyinin 26 avqust məlumatına görə, prezident İlham Əliyevin 4 avqust sərəncamının tələblərinə uyğun olaraq “Gəlir vergisinin bəyannaməsi”, “Mənfəət vergisinin bəyannaməsi”, “Torpaq vergisinin bəyannaməsi”, “Əmlak vergisinin bəyannaməsi” və onların tərtib edilmə qaydaları, “Dövlət rüsumunun tutulması haqqında hesabat”ın forması, “Dövlət rüsumunun tutulması haqqında hesabatın tərtib edilməsi qaydası”, habelə “Sadələşdirilmiş verginin bəyannaməsi” və “Əlavə dəyər vergisinin bəyannaməsi”nə, “Xüsusi notariusun gəlir vergisi bəyannaməsi”nə, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nə əlavələr və onların tərtib edilmə qaydalarına dəyişikliklər təsdiqlənib.

Qeyd olunur ki, bu dəyişikliklər vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə və bəyannamə formalarının sadələşdirilməsinə, ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının düzgün müəyyənləşdirilməsinə, bəyannamələr vasitəsilə əldə olunan məlumatların dəqiqləşdirilməsi hesabına vergi ödəyicilərində keçirilən nəzarət tədbirlərinin sayının azaldılmasına xidmət edəcək.


Bəyannamələr

AZƏRTAC-ın maliyyə mənbələri artıb


26.08.2016

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, habelə xidmətlər göstərilməsindən və işlər görülməsindən əldə edilən vəsait hesabına da maliyyələşəcək. Transparency.az-ın məlumatına görə, agentliyin yenilənmiş əsasnaməsində belə qeyd olunur.

Avqustun 10-da prezident İlham Əliyev AZƏRTAC-ın 29 iyun 2001-ci ildə təsdiqlənmiş əsasnaməsinə dəyişiklik fərmanı imzalayıb. Yeniliyə görə, əsasnamənin 13-cü hissəsi belə redaksiyada verilir: “AZƏRTAC-ın saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, habelə xidmətlər göstərilməsindən və işlər görülməsindən əldə edilən vəsait hesabına maliyyələşdirilir”.

2016-cı ilin dövlət büdcəsində AZƏRTAC üçün 7 milyon 785 min 171 manat ayrılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Azərbaycan Teleqraf Agentliyi 1920-ci il martın 1-də fəaliyyətə başlayıb. Müxtəlif illərdə AzQafRosta, AzərTA, ZaqTA, Azərinform adı ilə fəaliyyət göstərib. 96 illik fəaliyyəti dövründə AZƏRTAC-ın adı 8 dəfə dəyişdirilib. Son dəyişiklik ötən il olub: prezident İlham Əliyevin 26 fevral 2015-ci il sərəncamı ilə qurum Azərbaycan Dövlət İnformasiya Agentliyi adlandırılıb.

azertac


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə