Avqust 2016 İş yeri statistikası açıqlanıb


Vəkil: “Əli İnsanov sakit və nikbindir”



Yüklə 0,53 Mb.
səhifə17/25
tarix10.11.2017
ölçüsü0,53 Mb.
#9569
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

Vəkil: “Əli İnsanov sakit və nikbindir”


29.08.2016

eli insanov13 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülən sabiq səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev “Yeni Müsavat” qəzetinə danışıb. Toğrul Babayev təcridxanada Əli İnsanovla görüşündən sonra verdiyi açıqlamada deyib ki, yeni ittihamlarla bağlı apellyasiya şikayəti hüququndan istifadə etməyiblər: “Əli İnsanovla bağlı qərar həbs qətimkan tədbirinin seçilməsi deyil, etap qərarıdır. Onun barəsində oktyabrın 20-dək hökm var idi. Bununla əlaqədar etap barədə qərar seçdilər, şikayət vermədik”.

Keçmiş səhiyyə nazirinə yeni cinayət işini avqustun 24-də Qaradağ Rayon Prokurorluğu qaldırıb. Həmin gün Qaradağ Rayon Məhkəməsi Əli İnsanovun istintaq təcridxanasına köçürülməsi barədə qərar qəbul edib. Əli İnsanovun təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərara görə, o, avqustun 23-də xidməti vəzifəsini yerinə yetirən ədliyyə mayoru Anar Məmmədova zor tətbiq edib.

70 yaşlı Əli İnsanov tibb elmləri doktorudur. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. Səhiyyə naziri postunu 1993-2005-ci illərdə tutub.

2005-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə tutulan Əli İnsanov sonra iqtisadi cinayətlər ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib. 2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi işə baxılmasını yekunlaşdırıb, Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarı dəyişməyib. 2016-cı il iyunun 9-da Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin bu qərarını qüvvədə saxlayıb.

Qaradağ rayon prokuroru Natiq Abdullayev ötən həftə APA-ya bildirib ki, avqustun 23-də 13 saylı Cəzaçəkmə Müəssisəsində rejim qaydalarına baxış tədbirləri keçirilərkən Əli İnsanovda psixotrop maddə hesab edilən həblər, cəzaçəkmə müəssisələrində qadağan olunmuş güclü təsiredici dərman vasitəsi aşkar olunub: “Penitensiar Xidmətin əməkdaşları protokol tərtib edərkən Əli İnsanov onlara mane olmağa cəhd göstərərək protokolu cırıb, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq edib və sağlamlığı üçün təhlükəli xəsarətlər yetirib”.

Vəkil Toğrul Babayev “Yeni Müsavat”a deyib ki, Əli İnsanov bütün ittihamları rədd edir: “Hesab edir ki, onu həbsdə saxlamaq üçün belə düşünülmüş ssenari işə salınıb. Onun həbsdən azad olunmasına 57 gün qalmışdı. Hər hansı bir məntiqə uyğun gəlmir ki, 11 il cəza çəkən şəxs azadlığa çıxmasına 57 gün qalmış Penitensiar Xidmətin əməkdaşına bir aktı cırmaq üçün hücum etsin. Akt cırılıbsa, yenisi ilə əvəzlənsin. İnandırıcı ola bilməz ki, aktla bağlı əməkdaşa hücum etsin, onu itələsin, başı divara dəysin. Əli İnsanov bu ittihamların heç birini qəbul etmir”.

Vəkil bildirir ki, sabiq nazir məhkəmədən ədalətli heç nə gözləmir: “Son dərəcə sakit və nikbindir. Səhhəti də normaldır. Bizim əvvəldən əlavə cinayət işinin açılacağı barədə ehtimallarımız var idi. İyun ayında mətbuatda məlumat yayılmışdı ki, Əli İnsanova qarşı cinayət işi qaldırılıb (Əli İnsanova yeni cinayət işi?). Bu məlumatları təkzib etmişdik. Əli İnsanovla bağlı bu barədə söhbətimiz olanda demişdik ki, son dərəcə ehtiyatlı olmaq lazımdır. O bizə demişdi ki, mən nə qədər ehtiyatlı olsam da, hər hansı bir əməkdaş, şəxs üzümə durub hansısa hadisəni törətdiyimi deyə bilər, çünki bura qapalı yerdir. Onun 70 yaşı var, alim adamdır. Cəza çəkdiyi 11 ildə heç bir qanun pozuntusuna yol verməyib. O ki qaldı kiməsə hücum eləsin, xəsarət yetirsin”.

Əli İnsanova Cinayət Məcəlləsinin üç maddəsi ilə yeni işi qaldırılıb:

234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama.

315.2. Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə.

317-2.1. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi.

51 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı


29.08.2016

emlak komitesi
Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac elan edib. Rəsmi məlumata görə, hərraclara ümumilikdə 51 dövlət əmlakı çıxarılıb.

Əmlaklardan 25-i nizamnamə kapitalının nəzarət səhm paketinin 30-45 faizini təşkil edən açıq səhmdar cəmiyyətləridir (Siyahı). Səhmdar cəmiyyətləri iqtisadiyyatın müxtəlif sahələrini (sənaye, inşaat, nəqliyyat, xidmət və s.) əhatə edir.

Kiçik dövlət müəssisə və obyektlərin özəlləşdirilməsi ilə bağlı elan edilən hərraca isə 26 əmlak (Siyahı) çıxarılıb. Onların arasında xidmət, ticarət, ictimai iaşə, avtotəmir obyektləri və digər müəssisələr var.

Hərraclar sentyabrın 27-si saat 11:00-da keçiriləcək.


TQDK qəbul hesabatı yayıb


29.08.2016

tqdk

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yeni hesabat açıqlayıb. Hesabata görə, 2016/2017-ci tədris ili üçün ölkənin ali təhsil müəssisələrinə qəbul üçün 41 min 736 yer ayrılıb: “Müsabiqədə iştirak edən abituriyentlərdən 34 min 771 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Onlardan 12 min 315 nəfər dövlət sifarişi əsasında, 22 min 456 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Qəbul planı 83,31 faiz dolub”.

TQDK qeyd edir ki, Dövlət İdarəçilik Akademiyası, Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyasının plan yerləri tam, Azərbaycan Turizm və Menecment Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Müəllimlər İnstitutunun plan yerləri isə 95 faiz və daha çox tutulub (Təfsilat).


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə