Avqust 2016 İş yeri statistikası açıqlanıb


Qiymətli metallara və daşlara nəzarət xidməti xəbərdarlıq etdi



Yüklə 0,53 Mb.
səhifə21/25
tarix10.11.2017
ölçüsü0,53 Mb.
#9569
1   ...   17   18   19   20   21   22   23   24   25

Qiymətli metallara və daşlara nəzarət xidməti xəbərdarlıq etdi


30.08.2016

qizil 1
Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti zərgərlik və digər məişət məmulatlarının istehsalı, satışı ilə məşğul olanlara müraciət edib. Müraciətdə qeyd olunur ki, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunun 10.3-cü bəndinə əsasən, sahibkarlıq fəaliyyəti subyektlərinin istehsal etdiyi, habelə ölkə ərazisində satışa çıxarılan qiymətli metallardan, qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatları dövlət əyar damğası ilə damğalanmalıdır: “Azərbaycanda istehsal edilmiş, xaricdən satış məqsədilə gətirilmiş zərgərlik və digər məişət məmulatlarının analizini, ekspertizasını, əyarlanıb damğalanmasını təmin etmək məqsədilə həmin məmulatların Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi xahiş olunur.

Prezidentin 20 aprel 2016-cı il fərmanı ilə “Lisenziya və icazələr haqqında” qanun təsdiq edilib. Həmin qanunun 3 nömrəli əlavəsində qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası icazələr növünə aid edilib. Əks halda “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunun 20.3-cü bəndinə əsasən, dövlət əyar damğalarını saxtalaşdırmağa, üzərində dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk edilmiş zərgərlik və digər məişət məmulatlarının satışına görə İnzibati Xətalar və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət yaranır”.


Avro ucuzlaşıb, rubl dəyər qazanıb, dollar sabit qalıb


30.08.2016

merkezi bank 1Mərkəzi Bank avqustun 30-da da ABŞ dollarının kursunu olduğu kimi saxlayıb. 1 dollar yenə 1,628 manata satılır. Bu qiymət avqustun 26-dan qüvvədədir.

Avronun rəsmi məzənnəsi isə üzüaşağı gedib. Transparency.az-ın məlumatına görə, ötən gün 1,8238 manata təklif olunan 1 avroya 1,8188 manat qiymət qoyulub.



Məzənnə cədvəlinə əsasən, Rusiya rublu bahalaşıb. 1 rublun rəsmi kursu 0,0251 manatdan 0,0252 manata qaldırılıb.

Digər valyutaların kursu belə müəyyən edilib:

1 gürcü larisi – 0,7078 manat

1 ingilis funt sterlinqi – 2,1304 manat

1 türk lirəsi – 0,5507 manat.

Əcnəbilərin Azərbaycanda yaşamaq üçün icazə qaydalarında yeniliklər var


30.08.2016

nkNazirlər Kabineti əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və ya daimi yaşamaq üçün icazənin, o cümlədən iş icazəsinin verilməsi (və ya müddətinin uzadılması) qaydasında dəyişikliklər edib. Yeniliyə əsasən, Azərbaycan ərazisində müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və ya daimi yaşamaq üçün icazənin, o cümlədən iş icazəsinin verilməsi (və ya müddətinin uzadılması) bu hallarda da mümkün olacaq:

— Azərbaycan Respublikası prezidentinin müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslərin dəvət etdiyi mütəxəssis olduqda;

— Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda.

Transparency.az bildirir ki, qaydalar bu halları da nəzərdə tutur:

— Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq (ata, ana, ər (arvad), övlad, qardaş, bacı və onların övladları, baba, nənə, babanın (nənənin) atası və anası, nəvə, qayınata, qaynana, qayın, baldız) münasibətlərində olduqda

— Azərbaycan Respublikasının iqtisadiyyatına azı 500 min manat məbləğində investisiya qoyduqda

— Azərbaycan Respublikasının ərazisində azı 100 min manat dəyərində daşınmaz əmlakı və ya Azərbaycan Respublikasının banklarında həmin məbləğdə pul vəsaiti olduqda

iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda

— Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda

— xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda

— Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda

— Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi aldıqda

— Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda

— dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda

— Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsasları olduqda.

25 illik bəyannamə


30.08.2016

bayraq 1Azərbaycanın dövlət müstəqilliyinin 25 ili tamam olur.

1991-ci ildə dövlət müstəqilliyinin bərpası üç mərhələdən keçib: avqustun 30-da parlament Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunması haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib, dekabrın 29-da akt ümumxalq səsverməsi ilə təsdiqlənib.

Transparency.az 1991-ci il avqustun 30-da qəbul edilmiş müstəqillik bəyannaməsini oxucuların diqqətinə çatdırır:

Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Azərbaycan Respublikası Ali Sovetinin bəyannaməsi

Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək,

1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək,

Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının suverenliyi haqqında və Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında konstitusiya qanunlarına əsaslanaraq,

Azərbaycan xalqının müqəddəratı və azad inkişafının təmin olunması üçün öz məsuliyyətini dərk edərək,

milli mənsubiyyətindən və dini etiqadından asılı olmadan Azərbaycan Respublikasının bütün vətəndaşlarının beynəlxalq aktlarda nəzərdə tutulmuş bütün insan hüquqlarına və əsas azadlıqlarına təminat verərək,

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü üçün təhlükəni aradan qaldırmağa çalışaraq,

Azərbaycan Respublikasının təhlükəsizliyini və dövlət sərhədlərinin toxunulmazlığını təmin etmək kimi müqəddəs borcu rəhbər tutaraq,

respublikanın bütün vətənpərvər qüvvələrinin sıx birləşməsinin zəruriliyini dərk edərək,

Azərbaycan Respublikasının və onun xalqının mənafeyinə zidd olmayan beynəlxalq paktları, konvensiyaları və başqa sənədləri qəbul edərək,

SSR İttifaqına daxil olan bütün respublikalarla dostluq münasibətlərini bundan sonra da saxlamağı arzu edərək,

beynəlxalq birliyin üzvü olan dövlətlərlə bərabər hüquqlu münasibətlər yaratmağa hazır olduğunu bildirərək,

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına ümid bəsləyərək

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa  olunduğunu elan edir.


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə