Avqust 2016 İş yeri statistikası açıqlanıb


Hesablama Palatası ünvanlı sosial yardım təyinatında nöqsanlar üzə çıxarıb



Yüklə 0,53 Mb.
səhifə24/25
tarix10.11.2017
ölçüsü0,53 Mb.
#9569
1   ...   17   18   19   20   21   22   23   24   25

Hesablama Palatası ünvanlı sosial yardım təyinatında nöqsanlar üzə çıxarıb


30.08.2016

hesablamapalatasi 1Hesablama Palatasının Kollegiyası dövlət büdcəsindən 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-mart aylarında Sumqayıt Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ayrılmış vəsaitlərin istifadəsinə dair auditin nəticələrini təsdiq edib. Rəsmi məlumata görə, bir sıra hallarda ünvanlı dövlət sosial yardımı (ÜSY) təyinatı üzrə qanunvericiliyin tələblərinə əməl edilməyib, 56 iş üzrə ailənin əməkhaqqı gəlirləri, 36 iş üzrə sosial müavinətlərdən, 17 iş üzrə əmək pensiyalarından, 22 iş üzrə torpaq payından, 11 iş üzrə digər mənbələrdən gəlirləri haqqında, 16 iş üzrə ailənin tərkibi, 2 iş üzrə kredit öhdəliyi, 1 iş üzrə edilmiş alğı-satqı, 100 iş üzrə ailənin istifadəsində avtomobilin olması haqqında düzgün və ya tam məlumat verilməyib, 2 iş üzrə ailənin əmək qabiliyyətli üzvünün işləmədiyi bilinib, 16 məcburi köçkün işi üzrə kommunal xidmətlərə görə ödəmələr düzgün nəzərə alınmayıb, 2 iş üzrə Azərbaycan Respublikasında daimi yaşamayan əcnəbi ailənin tərkibinə daxil edilib, nəticədə ÜSY üzrə artıq ödəmələr yaranıb.

Qeyd olunur ki, sosial müavinətlər və təqaüdlərin təyinatı və ödənişi zamanı da qanunvericiliyin bir sıra tələblərinə əməl edilməyib, əmək pensiyası hüququ olduğu halda 5 iş üzrə əlilliyə görə, 3 iş üzrə sağlamlıq imkanlarının məhdudluğuna görə, 1 iş üzrə ailə başçısının itirilməsinə görə, 7 iş üzrə kommunal güzəştlərin ləğv edilməsinə görə sosial müavinət ödənib, 16 iş üzrə vətəndaşın vəfat etdiyi tarix dəqiqləşdirilməyib, 7 iş üzrə səhv hesablamalara yol verilib, birdəfəlik müavinətlərin ödənməsində nöqsanlar olub: “Təqdim edilmiş məlumatlara əsasən, auditin başladığı tarixə həm ünvanlı dövlət sosial yardımı, həm də sosial müavinətlər və təqaüdlər üzrə bağlanmış hesablarda istifadəsiz qalmış vəsaitlər mövcud olduğu müəyyən edilib və həmin vəsaitlər audit dövründə dövlət büdcəsinə qaytarılıb.

Hesablama Palatasının Kollegiyası Sumqayıt Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin yol verdiyi nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla digər nöqsanların qısa müddət ərzində ləğvi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, müvafiq təqdimat Sumqayıt Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə, kollegiya qərarının surəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib”.

İstiqraz hərracında sifariş təklifi 3 dəfədən çox üstələyib


31.08.2016

maliyye nazirliyi
Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 91 gün tədavül müddətli, 10 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 8 investor 15 sifariş verib. Nominal üzrə ümumi məbləği 33 milyon 714 min 500 manat olan sifarişlər 96,3512 manat (15,4003 faiz) və 97,9200 manat (8,6383 faiz) qiymət intervalında təqdim edilib.

Avqustun 30-da keçirilən hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 97,6234 manat (9,9001 faiz), orta ölçülmüş qiyməti 97,7580 manat (9,3265 faiz) olub. İstiqrazların ödəmə tarixi noyabrın 29-dur.


Dollar 1 manat 63 qəpiyi ötdü


31.08.2016

dollar 1Avqustun 31-də ABŞ dollarının rəsmi kursu dəyişib. 1 dollar 1,628 manatdan 1,6321 manata qalxıb. Avqustun 26-dan bəri rəsmi məzənnə sabit qalmışdı.

Avroda da bahalaşma var. Transparency.az-ın məlumatına görə, 1 avro 1,8209 manata satılır. Ötən gün kurs 1,8188 manat idi.

Mərkəzi Bank Rusiya rublunu ucuzlaşdırıb. 1 rublun rəsmi kursu 0,0252 manatdan 0,0250 manata enib.

2015-ci ildə Azərbaycan manatı ikiqat devalvasiyaya uğrayıb, dolların kursu 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Mərkəzi Bankla Dövlət Neft Fondu 2016-cı ildə manatın məzənnəsini nizamlamaq üçün valyuta hərraclarında üst-üstə 4 milyard 87,3 milyon dollar satıblar.


Biləsuvar və Şəmkirdə yoxlamaların nəticələri açıqlanıb


31.08.2016

audit 1Dövlət büdcəsindən 2013-2015-cı illərdə Biləsuvar Rayon İcra Hakimiyyətinə (RİH) ayrılmış vəsaitlərdən istifadə auditinin nəticələri üzrə hesabat təsdiq olunub. Hesablama Palatası bildirir ki, audit 9 tədbiri, o cümlədən beş məktəb və bir inzibati bina və iki yolun tikintisi, həmçinin Biləsuvar rayonu ərazisində abadlıq və quruculuq işlərinin yerinə yetirilməsi layihəsi üzrə ümumilikdə 31 milyon 363,8 min manat məbləğində vəsaiti əhatə edib.

Rəsmi məlumata görə, RİH “Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi qaydaları”nın tələblərinə əməl etməyərək layihə təklifləri verilməzdən əvvəl investisiya layihələrinin əsaslandırılması, ilkin strukturu və qiymətləndirilməsini əks etdirən ilkin texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlamayıb, məktəblərin tikintisi üçün layihə smeta sənədlərinin tərtibində Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin bəzi tələblərinə əməl etməyib, nəzərdə tutulan 5 tədbir vaxtında başa çatdırılmayıb.

Audit hesabatına görə, tikinti obyektinin layihə ilə uyğunluğunu təmin etmək, həmçinin tikilən və ya yenidən qurulan kommunikasiyalarda yüksək keyfiyyətin təmin olunması məqsədilə layihənin müəllif nəzarətinin təmin olunması barədə qeydlər aparılmayıb, 2 layihə üzrə tərtib edilmiş dövlət ekspertiza rəyində bildirilmiş iradlar aradan qaldırılmayıb: “Tikintisi başa çatdırılmış məktəb binalarının istismara verilməsi üçün tərtib olunan dövlət qəbul komissiyasının aktlarından əvvəl işçi komissiyanın aktlarının tərtib olunmadığı, 4 obyekt üzrə son ödəmənin texniki təminat müddəti nəzərə alınmadan həyata keçirildiyi qeyd olunub. Yerinə yetirilməyən bəzi tikinti-quraşdırma işləri qəbul aktlarına daxil edilib, bir sıra hallarda müxtəlif mebel və inventarların məktəblərə təhvil verilməsi tam təmin olunmayıb.

1 yanvar 2016-cı ilə başa çatdırılmamış kapital qoyuluş üzrə 1 obyektin dəyəri, 10 obyekt üzrə isə kreditor borcun məbləği mühasibat uçotunda və maliyyə hesabatlarında əks etdirilməyib”.

Hesablama Palatasının Kollegiyası 2014-2015-ci illərdə və 2016-cı ilin 1-ci rübündə Şəmkir Rayon Təhsil Şöbəsinə (Şöbə) ayrılmış vəsaitlərlə bağlı auditin nəticələrini də açıqlayıb. Audit ümumilikdə 46 milyon 901,5 min manat məbləğində vəsaiti əhatə edib: “Əməyin ödənilməsi ilə bağlı fəaliyyətin araşdırılması nəticəsində müəyyən olunub ki, lazımı avadanlıqlarla təchiz edilmədiyi halda tədris kabinetinə rəhbərliyə görə, şagirdlərin sayı normadan az olan siniflərin yarımqruplara bölünməsi nəticəsində artıq tarifləşdirilmiş dərs saatlarına görə və dərslərin normadan artıq tarifləşdirilməsi səbəbindən artıq əməkhaqqı ödənib. Audit prosesində əvəz edilməmiş, lakin əvəz edilməsi rəsmiləşdirilmiş dərs saatlarına görə, həmçinin əvəzetmə zamanı əvəzedici müəllimlərə düzgün olmayaraq sinif və kabinet rəhbərlikləri üzrə vəzifələrin əvəz olunmasına görə də əlavə haqq müəyyənləşdirilərək ödəndiyi müəyyən olunub.

Azkontingentli ibtidai siniflərdə komplektləşdirilmənin düzgün aparılmaması, siniflər üzrə şagirdlərin say həddinin gözlənilməməsi nəticəsində paralel siniflər yaradılıb, nəticədə artıq büdcə vəsaiti icra edilib. Şöbə tarifləşmə siyahılarına salınmış dərs saatlarının ünvanlı bölgüsünün müvafiq qaydada rəsmiləşdirilməməsi, həmçinin artıq ştat vahidlərinin saxlanması nəticəsində artıq büdcə vəsaitinin ödənişinə yol verib.

Məzuniyyət günləri ilə üst-üstə düşən bayram günlərinin məzuniyyətin təqvim günlərinə daxil edilməsi və artıq hesablanmış iş günləri üçün əməkhaqqı ödənilməsi, gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi ilə bağlı müvafiq qərarla təsdiq edilmiş müddətlərin gözlənilməməsi səbəbindən artıq əməkhaqqı və kompensasiya ödənməsi hallarına yol verilib, həmçinin funksional fəaliyyətə aid edilməyən və xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə vəsait yönəldilib.

Bir sıra hallarda vəsaitin satınalma metodlarından istifadə edilmədən xərcləndiyi, icraçıya malların alınmasına görə qaimədə göstərilmiş yekun məbləğindən artıq vəsaitin ödənməsi, həmçinin alınan malların ehtimal olunan qiymətlərinin düzgün müəyyənləşdirilməməsi nəticəsində artıq xərcə yol verildiyi müəyyən olunub.

Audit dövrünün sonuna kreditor borcun məbləği 5,9 dəfə artaraq 126 min manat olub, həmin məbləğin 70,1%-ni kommunal xidmətlərin haqqının ödənişi ilə bağlı yaranmış borclar təşkil edib”.


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə