Avqust 2016 İş yeri statistikası açıqlanıb


İki hərraca 138 dövlət əmlakı çıxarılacaq



Yüklə 0,53 Mb.
səhifə8/25
tarix10.11.2017
ölçüsü0,53 Mb.
#9569
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

İki hərraca 138 dövlət əmlakı çıxarılacaq


23.08.2016

emlak - merkezƏmlak Məsələləri Dövlət Komitəsi 138 dövlət əmlakının özəlləşdirilməsi barədə hərracların vaxtını açıqlayıb. Hərraclar sentyabrın 14-ü və 20-də komitənin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin binasında (Bakı, Heydər Əliyev prospekti, 139A) təşkil ediləcək.

AZƏRTAC-ın məlumatına görə, hərraca çıxarılan əmlakların 50-si iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərin 30 faizlik səhm paketləri, 62-si qeyri-yaşayış sahələri, kiçik əmlak və obyektlər, 26-sı isə nəqliyyat vasitələridir.

Əmlak Məsələləri Dövlət Komitəsi qeyd edir ki, KİV nümayəndələri və vətəndaşlar İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində hərracların gedişini və dövlət əmlakının satışının necə həyata keçirildiyini izləyə biləcək.

182 və 364 günlük yeni istiqrazlar buraxılıb


24.08.2016

bfbBakı Fond Birjasında Maliyyə Nazirliyinin 182 gün tədavül müddətli, 10 milyon manat həcmində qısamüddətli dövlət istiqrazları üzrə hərrac keçirilib. Avqustun 23-də keçirilən hərrac zamanı 6 sərmayəçi 12 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 14 milyon 5 min 700 manat olub, onlar 91,6180 manat (18,4998 faiz) və 96,1943 manat (7,9999 faiz) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanmış əqdlərin kəsmə qiyməti 94,8400 manat (11,0017 faiz), orta ölçülmüş qiyməti 95,6251 manat (9.2512 faiz) olub. Nominal qiymət üzrə reallaşdırılmış həcmi 7 milyon 320 min 200 manat təşkil edən istiqrazlar 2017-ci il fevralın 21-də ödənəcək.

AZƏRTAC-ın məlumatına görə, həmin gün Maliyyə Nazirliyinin 364 gün tədavül müddətli, 10 milyon manat məbləğində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə keçirilən hərracda 5 investordan 10 sifariş qəbul olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 16 milyon 123 min 200 manat olub, onlar 82,1285 manat (21,8803 faiz) və 91,3500 manat (9,5212 faiz) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanmış əqdlərin kəsmə qiyməti 91,3500 manat (9.5212 faiz), orta ölçülmüş qiyməti 91,3500 manat (9,5212 faiz) olub. Nominal qiymət üzrə reallaşdırılmış həcmi 5 milyon 473 min 400 manat təşkil edən istiqrazlar 2017-ci il avqustun 22-də ödənəcək.


Dollar və rubl bahalaşıb


24.08.2016

dollar ve rubl 1ABŞ dolları 4 günlük fasilənin ardınca yenidən bahalaşıb. Mərkəzi Bank avqustun 24-də dollara 1,6245 manat qiymət qoyub. Əvvəlki rəsmi kurs 1,6204 manat idi və avqustun 19-dan dəyişmirdi.

Transparency.az-ın məlumatına görə, Rusiya rublunun da kursu qalxıb. 1 rubl 0,0252 manata satılır. Ötən gün rəsmi məzənnə 0,025 manat olub.

Avroda isə cüzi ucuzlaşma qeydə alınıb. 1 avronun rəsmi məzənnəsi 1,8369 manatdan 1,8349 manata düşüb.

Ötən il Azərbaycan manatı ikiqat devalvasiyaya uğrayıb və dolların kursu 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Manatın məzənnəsini nizamlamağa bu il 3 milyard 987,3 milyon dollar xərclənib. Dövlət Neft Fondunun 2016-cı ilin hərraclarında satdığı xarici valyutanın həcmi 3 milyard 151,9 milyon dollardır, Mərkəzi Bankdan isə 835,4 milyon dollar alınıb.


Büdcə qiymətindən 26 dollar 4 sent yuxarı


24.08.2016

neft 1
Avqustun 24-ü dünya birjalarında neftin qiyməti artıb. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 69 sent bahalaşaraq 48,10 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 80 sent artaraq 49,96 dollar olub.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 75 sent bahalaşaraq 51,04 dollara satılır. Bu, büdcə qiymətindən 26 dollar 4 sent yuxarı qiymətdir. Azərbaycanın dövlət büdcəsində xam neftin satış qiyməti bir barrel üçün 25 dollar götürülüb.


Naxçıvan: əhalinin gəlirləri, əməkhaqqı, xidmət göstəriciləri


24.08.2016

nmr 1
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında əhalinin gəlirləri 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 998 milyon 783 min 600 manata, onun hər bir nəfərə düşən həcmi isə 1,1 faiz yüksələrək 2 min 240,9 manata çatıb.

Muxtar respublikanın Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yanvar-iyun aylarında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 406,8 manat olub. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artım deməkdir.

Statistikaya görə, 2016-cı ilin yanvar-iyun aylarında muxtar respublikanın istehlak bazarında əhaliyə 662 milyon 77 min 900 manat həcmində istehlak malları satılıb və pullu xidmətlər göstərilib (2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox). Yanvar-iyul aylarında informasiya və rabitə xidmətlərinin həcmi 28 milyon 714 min manata yaxın olub və 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz artıb. 7 ayda mobil rabitə xidmətlərinin həcmi 23 milyon 691 min 600 manat olmaqla bir il öncəki göstəricini 1,7 faiz üstələyib.

2016-cı ilin ilk altı ayı ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına 232 min 833 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib. Bu, 2015-ci ilin müvafiq dövründəki göstəricini 0,9 faiz üstələyir.

2016-cı ilin ilk altı ayında muxtar respublikada 1811 yeni iş yeri yaradılıb, bunun da 1768-i və ya 97,6 faizi daimi iş yerləridir. Yanvar-iyul aylarında muxtar respublikanın bank və kredit təşkilatları hüquqi və fiziki şəxslərə 21 milyon 937 min 200 manat məbləğində kreditlər verib.


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə