Avqust benton



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə22/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   ...   18   19   20   21   22   23   24   25   ...   101
Benton PDF.çapı

Gəmi ilə səfər
. Dənizin kənarında Türkiyənin sədr-əzəminin 
qoşununun bir hissəsini gördük. Gözəl atlar və qoşundakı nizam-
intizam bizi təəccübləndirdi. Silivriya və burnu dolanandan sonra 
sahilə  yaxınlaşdıq. Bu arada bir dəstə əsgər bizə tərəf atəş açdı. 
Xoşbəxtlikdən yoldaşlarımızdan heç kim yaralanmadı.  
Həmin gecə  müxalif külək güclü  əsdiyindən məcbur olduq 
ki, bir yunan kəndində gəmidən enək. Kəndin bütün qapıları bağlı 
idi. Sakinlər türk qoşununun qorxusundan qaçmış, ya da evlərdə 
gizlənmişdilər. Çünki İstanbuldan çıxan türk qoşunu biçarə rəiy-
yətə  hücum  edərək  soyğunçuluqla  məşğul  olurdu.  Əsgərlər  heç 
bir zülm və amnsızlıqdan çəkinmir, hətta silahlarını günahsız in-
sanlar üzərində sınayırdılar.  
Xoşbəxtlikdən kənddə öz evində gizlənmiş bir nəfər tapdıq. 
O, bizim fransız olduğumuzu və ona pul verəcəyimizi anlayanda 
bizi  öz evinə  buraxdı.  Onun bütün  ailə  üzvləri qaçmış  və  ərzaq 
ehtiyatını özləri ilə aparmışdılar. Ona görə də biz məcbur olduq 
ki, öz ərzaq ehtiyatımızda olan çiy şor balıq yeyək. Türklərin qor-
xusundan biz od qalamadıq və çıraq yandırmadıq.  
Bir az istirahət etdikdən sonra havanın tufanlı olmasına bax-
mayaraq, yola düşdük. 
Axır ki, aprelin 13-də günortadan sonra saat 17
00
 radələrində 
İstanbula  çatdıq.  Güclü  yağış  yağdığına  görə  bütün  qonaqların 
diqqətini cəlb edən İstanbulun mənzərəsinə tamaşa edə bilmədik. 
Limandakı  izdiham  üzündən  yunan  gəmiçiləri  bizi  Yeddiqala 
qəsrinin  yaxınlığında  düşürdülər.  Şərqdəki  balaca  yük  limanına 
“Taxta pilləkən” deyirlər. O, minmə və düşmə üçün istifadə edi-
lir. Orada balaca və yüngül bir qayığa mindik. O, qısa bir müd-
dətdə bizi şəhərin qəmli divarlarının yanına çatdırdı. Türklər bu 
divarları tikmək üçün gözəl, lakin qismən aşınmış qədim daşlar-
dan  istifadə  etmişdilər.  Bəzən  divarlarda  yöndəmsiz  qoyulmuş 
qədim sütun başları və sınıq sütun parçaları görünürdü. Saray tə-
pəsi, limanın mənzərəsi və “Topxana” eniş-miniş zolağından keç-
mək çox gözəl idi. Biz oradan Avropa səfirlərinin yaşadıqları Pe-
ra məhəlləsinə yollandıq.  


35 
Perada  bir  fransız  tərəfindən  idarə  olunan  mehmanxanaya 
yerləşdik. Bir qədər istirahət etdikdən və olduqca yaxşı şam ye-
dikdən sonra gecəni rahat yataqlarda yatdıq.    

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə