Gəmi ilə səfər . Dənizin kənarında Türkiyənin sədr-əzəminin
qoşununun bir hissəsini gördük. Gözəl atlar və qoşundakı nizam-
intizam bizi təəccübləndirdi. Silivriya və burnu dolanandan sonra
sahilə yaxınlaşdıq. Bu arada bir dəstə əsgər bizə tərəf atəş açdı.
Xoşbəxtlikdən yoldaşlarımızdan heç kim yaralanmadı.
Həmin gecə müxalif külək güclü əsdiyindən məcbur olduq
ki, bir yunan kəndində gəmidən enək. Kəndin bütün qapıları bağlı
idi. Sakinlər türk qoşununun qorxusundan qaçmış, ya da evlərdə
gizlənmişdilər. Çünki İstanbuldan çıxan türk qoşunu biçarə rəiy-
yətə hücum edərək soyğunçuluqla məşğul olurdu. Əsgərlər heç
bir zülm və amnsızlıqdan çəkinmir, hətta silahlarını günahsız in-
sanlar üzərində sınayırdılar.
Xoşbəxtlikdən kənddə öz evində gizlənmiş bir nəfər tapdıq.
O, bizim fransız olduğumuzu və ona pul verəcəyimizi anlayanda
bizi öz evinə buraxdı. Onun bütün ailə üzvləri qaçmış və ərzaq
ehtiyatını özləri ilə aparmışdılar. Ona görə də biz məcbur olduq
ki, öz ərzaq ehtiyatımızda olan çiy şor balıq yeyək. Türklərin qor-
xusundan biz od qalamadıq və çıraq yandırmadıq.
Bir az istirahət etdikdən sonra havanın tufanlı olmasına bax-
mayaraq, yola düşdük.
Axır ki, aprelin 13-də günortadan sonra saat 17
00
radələrində
İstanbula çatdıq. Güclü yağış yağdığına görə bütün qonaqların
diqqətini cəlb edən İstanbulun mənzərəsinə tamaşa edə bilmədik.
Limandakı izdiham üzündən yunan gəmiçiləri bizi Yeddiqala
qəsrinin yaxınlığında düşürdülər. Şərqdəki balaca yük limanına
“Taxta pilləkən” deyirlər. O, minmə və düşmə üçün istifadə edi-
lir. Orada balaca və yüngül bir qayığa mindik. O, qısa bir müd-
dətdə bizi şəhərin qəmli divarlarının yanına çatdırdı. Türklər bu
divarları tikmək üçün gözəl, lakin qismən aşınmış qədim daşlar-
dan istifadə etmişdilər. Bəzən divarlarda yöndəmsiz qoyulmuş
qədim sütun başları və sınıq sütun parçaları görünürdü. Saray tə-
pəsi, limanın mənzərəsi və “Topxana” eniş-miniş zolağından keç-
mək çox gözəl idi. Biz oradan Avropa səfirlərinin yaşadıqları Pe-
ra məhəlləsinə yollandıq.
35
Perada bir fransız tərəfindən idarə olunan mehmanxanaya
yerləşdik. Bir qədər istirahət etdikdən və olduqca yaxşı şam ye-
dikdən sonra gecəni rahat yataqlarda yatdıq.