Avropa komiSSİyasi iTTİfaqin xariCİ İŞLƏr və TƏHLÜKƏSİZLİk siyasəTİ MƏSƏLƏLƏRİ ÜZRƏ YÜKSƏK



Yüklə 343,02 Kb.
Pdf görüntüsü
səhifə1/11
tarix31.08.2018
ölçüsü343,02 Kb.
#65615
  1   2   3   4   5   6   7   8   9   10   11


AVROPA KOMİSSİYASI 

İTTİFAQIN  XARİCİ  İŞLƏR  VƏ  TƏHLÜKƏSİZLİK 

SİYASƏTİ  MƏSƏLƏLƏRİ  ÜZRƏ  YÜKSƏK 

SƏVİYYƏLİ NÜMAYƏNDƏLİYİ 

 

 



 

Brüssel, 18.11.2015 

JOİN (2015) 50 yekun 

AVROPA PARLAMNTİNƏ, ŞURAYA, AVROPA İQTİSADİ VƏ SOSİAL KOMİTƏSİNƏ VƏ 

REGİONLAR KOMİTƏSİNƏ BİRGƏ MƏLUMAT 

Avropa Qonşuluq Siyasətinin nəzərdən keçirilməsi 

(SVD (2015) 500 YEKUN) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 



İ. Giriş  

Avropa  Qonşuluq  Siyasəti  (AQS)  Aİ-yə  onun  sərhədlərinin  yaxınlığında  yerləsən  ölkələrdə 

sabitliyi,  təhlükəsizliyi  və  tərəqqini  dəstəkləmək  və  təşviq  etməkdə  yardım  etmək  məqsədilə 

2004-cü ildə yaradılmışdır. Aİ sözügedən məqsədlərə sadiq olaraq qalsa da, son illərin hadisələri 

yeni  yanaşmaya,  yeni  iş  metodlarının  təkrar  prioritetləşdirilməsinə  və  tətbiq  edilməsinə 

ehtiyacın olduğunu göstərmişdir.  

Ötən  12  il  ərzində,  Aİ-nin  qonşuluğunda  yerləşən  çoxsaylı  ölkələrdə  radikal  dəyişiklər  baş 

vermişdir.  Müəyyən  pozitiv  inkişaflar  da  qeydə  alınmışdır:  yerli  oyunçular  qanunun  aliliyinin, 

sosial  ədalətin  təmin  edilməsi  və  məsuliyyət  hissinin  yüksəldilməsi    istiqamətində  islahatların 

aparılması ilə bağlı tədbirlər həyata keçirmişlər. Tunis Kvartetinin Nobel Sülh Mükafatına layiq 

görülməsi  deyilənlərə  bariz  nümunədir.  Eyni  zamanda,  münaqişə,  artan  ekstremist  və 

terrorçuluq meyliləri, insan hüquqlarının pozulması və beynəlxalq hüquq ilə bağlı digər çağırışlar 

və iqtisadi çətinliklər qaçqınların axınının əhəmiyyətli dərəcədə yüksəlməsi ilə nəticələnmişdir. 

Qeyd edilən hadisələr Ərəb inqilablarından və İŞİD istilasından sonra Şimali Afrika və Yaxın Şərq 

ölkələrində  öz  izini  qoymuşdur.  Şərqdə,  Rusiyanın  daha  çox  aqressiv  xarakter  daşıyan    xarici 

siyasəti  Ukraynanın  suverenliyinin,  müstəqilliyinin  və  ərazi  bütövlüyünün  pozulmasına  gətirib 

çıxarmışdır. Həlli yubadılan münaqişələr regionda inkişaf üçün əsas maneə olaraq qalmaqdadır.  

Eyni zamanda, Aİ-nin öz qonşu ölkələri ilə qarşılıqlı asılılığı getdikcə daha çox diqqət mərkəzin 

olmuşdur.  Təhlükəsiz  gələcək  tapmaq  arzusu  ilə  çox  sayda  qaçqınlar  Avropa  İttifaqının 

sərhədlərinə  gəlirlər.  Enerji  böhranları  Aİ-nin  enerji  təhlükəsizliyi,  o  cümlədən  enerji 

mənbələrinin, marşrutlarının və təchizatçılarının diversifikasiyası istiqamətində öz qonşuları ilə 

birgə işləmək ehtiyacını qabarıq şəkildə büruzə vermişdir. Aİ və qonşu ölkələri sarsıdan bir sıra 

terror  aktları baş  vermişdir  ki,  onlardan  da  ən  sonuncusu 13 noyabr  tarixində  Paris  şəhərinin 

məruz qaldığı mənfur terror hücumudur.  

AQS-ın nəzərdən keçirilməsinin məqsədi Aİ və onun qonşu ölkələrinin daha effektiv tərəfdaşlıq 

əlaqələrinin  formalaşdırılması  yolları  barədə  təkliflər verməkdən  ibarətdir.  Bununla  Aİ  bəşəri 

dəyərlərin təşviqini əks etdirən öz maraqlarını reallaşdırmaqda davam edəcəkdir. Aİ-nin özünün 

sabitliyi demokratiya, insan haqları və qanunun aliliyi prinsiplərinə və iqtisadi açıqlığa əsaslanır 

və  yeni  AQS  stabilləşməni  özünün  mandatı  çərçivəsində  əsas  siyasi  prioritet  kimi  müəyyən 

edəcəkdir. 

Fərqləndirmə  və  daha  böyük  qarşılıqlı  məsuliyyət  yeni  AQS-ın  əsas  xüsusiyyəti  olacaqdır. 

Sözügedən yanaşma heç də bütün tərəfdaşların Aİ qayda və standartlarına can atmadığını nəzər 

alır və hər bir ölkənin Aİ ilə tərəfdaşlıq əlaqələrinin xarakteri və istiqaməti  ilə bağlı istəklərini 

əks  etdirir.  




 

Aİ  təkbaşına  regionun  qarşılaşdığı  əksər problemləri  həll etmək  iqtidarında  deyildir  və  onun 



potensial  imkanları  məhduddur.  Lakin  yeni  AQS  müsbət  inkişafların  əldə  edilməsi  məqsədilə 

müvafiq şəraitin yaradılmasına yardım edəcəkdir. 

Prezident Canker tərəfindən təklif edilən və Aİ üzv ölkələri tərəfindən tələb edilən yenilənmə 

250  –dən  artıq  cavabları  üzv  ölkələrin,  tərəfdaş  hökumətlərin,  Aİ  təsisatlarının,  beynəlxalq 

təşkilatların,  sosial  tərəfdaşların,  vətəndaş  cəmiyyətinin,  biznes  və  akademik  dairələrin,  təhsil 

ocaqlarının  və  cəmiyyətin  üzvlərinin  iştirakı  ilə  ictimai  məsləhətləşməyə  çıxarmışdır  və  onlar 

həm  mahiyyət, həm də  metodologiya  baxımından  AQS-da dəyişiklərin  edilməsini  ehtiyacın 

yarandığını böyük ölçüdə təsdiq etmişlər. 

İctimai məsləhətləşmələr idarəetmə sahəsində islahatlar aparmış ölkələr üçün Aİ ilə sıx əlaqənin 

təklif edilməsinin bir sıra ölkələrdə dəyişiklərə rəvac verdiyini göstərsə də, mövcud təcrübələr 

və  siyasət  digər tərəfdaşlar  tərəfindən  həddindən  artıq  təlimatlandırıcı  və  nəticə  etibarilə, 

onların  müvafiq  istəklərini  kifayət  qədər  nəzərə  almayan  fenomenlər  kimi  nəzərdən 

keçirilmişdir. Məsləhətləşmələr həm tərəfdaşlar, həm də Aİ üzv ölkələri tərəfindən məsuliyyət 

hissinin  yüksəldilməsinə  ehtiyacın  olduğunu;  əməkdaşlığı  daha  dar, daha hədəfli  xarakter 

daşımalı olduğunu və Aİ və onun tərəfdaşlarının daim dəyişən ehtiyac və şəraitlərinə cavab verə 

bilməsi üçün daha böyük çevikliyin lazım olduğunu bir daha nümayiş etdirmişdir.  

Demokratik,  hesabatlı  və  səmərəli  idarəetməni  təşviq  etmək,  eləcə  də  ədliyyə  sistemində 

islahatlar  aparmaq  üçün  qanunun  aliliyi  və  fundamental  hüquqlar  üzrə  birgə  öhdəliklərin 

mövcud olduğu daha effektiv yollar axtarılacaqdır. Açıq bazarlar və artım, inkluziv iqtisadi inkişaf 

və  xüsusilə  də,  gənclər  üçün  perspektivlər  qonşu  ölkələrdə  cəmiyyətlərin  stabilləşdirilməsi 

baxımından mühüm amil kimi vurğulanır. Həm Aİ-ni özü, həm də tərəfdaşlar tərəfindən enerji 

təhlükəsizliyi və iqlim tədbirlərinə daha çox diqqət yetiriləcəkdir.  

Təhlükəsizlik  sektorunda  islahatlar,  münaqişələrin  qarşısının  alınması,  terrorçuluğa  qarşı 

mübarizə  və  radikalizmə  qarşı  siyasətlər sahəsində  insan  hüquqlarında  dair  beynəlxalq 

qanunların  tələblərinə  tam  uyğun  şəkildə  tərəfdaşlar  ilə  birgə  fəaliyyətin  gücləndirilməsinə 

diqqət yetiriləcəkdir. 13 noyabr tarixində Paris şəhərində baş vermiş terror hücumundan sonra 

qeyd  edilən  sahələrdə  qonşularımız  ilə  əməkdaşlığın  intensivləşdirilməsinə  əvvəlkindən  daha 

çox  ehtiyac  vardır.  Təhlükəsiz  və  qanuni  hərəkətlər,  qanunsuz  miqrasiyaya,  insan  alverinə  və 

qaçaqmalçılığa qarşı mübarizə məsələləri də prioritet istiqamətlər sırasına daxildir.  

Yeni AQS mövcud alət və resursları daha sistemli və çevik şəkildə istifadə etməyə çalışacaqdır. 

Eyni zamanda, Aİ üzv ölkələrinin qonşularımız ilə fəaliyyətin intensivləşdirilməsinə daha sıx cəlb 

edilməsinə nail olmaq mühüm əhəmiyyət kəsb edəcəkdir.  Eynilə, vətəndaş cəmiyyəti və sosial 

tərəfdaşlar ilə daha dərin əlaqələrə xüsusi diqqət yetiriləcəkdir.  



Yüklə 343,02 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə