Avropa Şurası Sazişinin seriya nömrəsi: 201



Yüklə 304,85 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix19.11.2017
ölçüsü304,85 Kb.
#11196
1   2   3   4   5   6   7   8   9



CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007 

_________________________________________________________________________________________ 

 

 



Fəsil  III – İxtisaslaşmış və əlaqələndirici orqanlar 

 

 

 

Maddə 10 – Əlaqələndirmə və qarşılıqlı fəaliyyət üzrə milli tədbirlər  

 

 

1



 

Hər bir Tərəf uşaqların cinsi istismar və seksual xarakterli hərəkətlərdən dan müdafiəsi, bu 

cür  halların  qarşısının  alınması  və  onlara  qarşı  mübarizə  sahəsində,  xüsusilə  də  təhsil, 

səhiyyə, social xidmət, hüquq-mühafizə və məhkəmə orqanlarında çalışan müxtəlif şəxslər 

arasında  milli  və  ya  yerli  səviyyədə  əlaqələndirməni  təmin  etmək  üçün  lazımi  tədbirlər 

görür.   

 

 

2



 

Hər  bir  Tərəf  aşağıdakıların  yaradılması  və  ya  təyin  edilməsinə  yönəldilən  lazımi 

qanunvericilik və digər tədbirləri görür:  

 

 



 

a

 



uşağın hüquqlarının dəstəklənməsi və qorunması, ona konkret  ehtiyatların  ayrılması 

və  onun  üzərinə  konkret  öhdəliklərin  qoyulmasını  təmin  etmək  üçün  müstəqil  və 

nüfuzlu milli və ya yerli təsisatlar;  

 

 



 

b

 



 şəxsi  məlumatların  qorunması  tələblərinə  lazımi  qaydada  əməl  etməklə,  uşaqların 

cinsi istismarı və onlara qarşı seksual xarakterli hərəkət hallarının müşahidə edilməsi 

və qiymətləndirilməsi məqsədilə milli və ya yerli səviyyələrdə  və vətəndaş cəmiyyəti 

ilə  əməkdaşlıq  etməklə  məlumatların  toplanması  mexanizmləri  və  ya  koordinasiya 

mərkəzləri.  

 

 



3

 

Hər  bir  Tərəf  uşaqların  cinsi  istismarı  və  onlara  qarşı  seksual  xarakterli  hərəkətlərin 



qarşısının  daha  yaxşı  alınması  və  bu  cür  hallara  qarşı  mübarizə  aparılması    üçün  nüfuzlu 

dövlət orqanları, vətəndaş cəmiyyəti və özəl sektor arasında əməkdaşlığa dəstək olur.  

 

Fəsil IV –Qabaqlayıcı tədbirlər və qurbanlara yardım 

 

 

 

Maddə 11 – Prinsiplər 

 

 



1

 

Hər  bir  Tərəf  qurbanlara,  onların  yaxınlarına  və  onların  qayğısına  qalmağa  məsuliyyət 



daşıyan istənilən şəxsə lazımi yardım göstərilməsi üçün səmərəli  sosial proqramlar yaradır 

və çoxşaxəli strukturlar qurur.  

 

 

2



 

Hər  bir  Tərəf  qurbanın  yaşı  müəyyən  olunmayanda  və  qurbanın  uşaq  olduğuna 

inanmaqüçün  səbəblər  mövcud  olduqda,  uşaqlar  üçün  müdafiə  və  yardım  tədbirlərinin 

onların yaşı müəyyən olunandan əvvəl göstərilməsi üçün lazımi qanunvericilik və ya digər 

tədbirləri görür.  

 

 



 

Maddə 12 – Cinsi istismar və ya seksual xarakterli hərəkətlərlə bağlı şübhəli hallar haqda 

məlumat verilməsi  

 

 

1



 

Hər  bir  Tərəf  uşaqlarla  təmasda  olmaları  lazım  gələn  müəyyən  peşəkarlarla  bağlı  daxili 

qanunun  tətbiq  etdiyi  məxfi  qaydaların  həmin  peşəkarlarda  uşağın  cinsi  istismar  və  ya 

seksual  xarakterli  hərəkətlər  qurbanı  olması  əminliyi  yarandığı  hallarda  uşağın  müdafiə 

edilməsinə  məsul  xidmətlərə məlumat vermək imkanlarına maneə yaratmamalarını  təmin 

etmək üçün lazımi qanunvericilik və ya digər tədbirləri görür.  






CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007 

_________________________________________________________________________________________ 

 

 



 

2

 



Hər  bir  Tərəf  uşaqların  cinsi  istismarı  və  ya  seksual  xarakterli  hərəkətlər  halı  haqda 

məlumatı  olan  və  ya  bu  barədə  xoşməramlı  şübhəsi  olan  istənilən  şəxsi  bu  faktlar  barədə 

müvafiq  xidmətlərə  məlumat  verməyə    həvəsləndirmək  üçün  lazımi  qanunvericilik  və  ya 

digər tədbirləri görür.  

 

 

 

Maddə 13 –  Yardım almaq üçün məlumat xidməti  

 

 

 



Hər  bir  Tərəf    zəng  edən  şəxslərin  məxfiliyini,  yaxud  anonimliyini  tam  şəkildə  təmin 

etməklə  telefon,  yaxud  İnternet  xidmətləri  kimi  məlumat  xidmətlərini  yaratmaq  və  onlara 

yardım etmək üçün lazımi qanunvericilik və ya digər tədbirləri görür.  

 

 



 

 

Maddə 14 – Qurbanlara yardım 

 

 



1

 

Hər  bir Tərəf qısa  və ya uzun  müddətə  psixi və psixi-sosial  durumlarının bərpası ilə bağlı 



qurbanlara  yardım  etmək  üçün  lazımi  qanunvericilik  və  ya  digər  tədbirləri  görür.  Hazırkı 

bəndə  uyğun  olaraq  görülən  tədbirlər  zamanı  uşağın  fikri,  tələbatı  və  problemləri  nəzərə 

alınır.  

 

 



2

 

Hər bir Tərəf, daxili qanununun təmin etdiyi şərtlər daxilində qurbanlara yardım sahəsində 



çalışan  qeyri-hökumət  təşkilatları,  digər  müvafiq  təşkilatlar  və  ya  qurumlarla    əməkdaşlıq 

etmək üçün tədbirlər görür.  

 

 

3



 

Valideynlər və ya uşağın qayğısına qalan şəxslər onun cinsi istismarı və ya ona qarşı seksual 

xarakterli  hərəkətlərdə  iştirak  edərlərsə,  onda  11-ci  maddənin  1-ci  bəndində  göstərilən 

müdaxilə tədbirlərinə aşağıdakılar daxil edilir:  

 

 

 



– 

güman edilən  cinayətkarın təcrid edilməsi ehtimalı ;   

 

 

 



– 

qurbanın  ailəsindən  təcrid  edilməsi  ehtimalı  .  Bu  cür  təcridedilmənin  şərtləri  və 

müddəti uşağın maraqları nəzərə alınaraq müəyyən edilir.  

 

 



4

 

Hər  bir  Tərəf  qurbana  yaxın  olan  şəxslərin  lazım  gəldikdə  terapevtik  yardım,  xüsusilə  də 



psixoloji  yardım  almalarını  təmin  etmək  üçün  lazımi  qanunvericilik  və  ya  digər  tədbirlər 

görür.  


 

Fəsil V – Müdaxilə proqramları və ya tədbirləri  

 

 

 

Maddə 15 – Ümumi prinsiplər 

 

 



1

 

Hər  bir  Tərəf  daxili  hüququna  uyğun  olaraq,  uşaqlara  qarşı  seksual  xarakterli  təkrar 



cinayətlərin baş verməsinin qarşısını almaq və ya azaltmaq məqsədilə 16-cı maddənin 1 və 

2-ci  bəndlərində  istinad  edilən  şəxslər  üçün  səmərəli  müdaxilə  proqramları  və  ya 

tədbirlərini  təmin  edir  və  ya  dəstəkləyir.  Bu  cür  proqramlar  və  ya  tədbirlərdən  istifadə 

məhkəmə  araşdırılması  getdiyi  müddət  ərzində  daxili  qanunun  müəyyən  etdiyi  şərtlərə 

uyğun olaraq, həbsxanalarda və ya onlardan kənar hər zaman mümkün olmalıdır.  

 

 



2

 

Hər bir Tərəf daxili hüququna uyğun olaraq müvafiq orqanlar, xüsusilə də səhiyyə və sosial 



xidmət orqanları, eləcə də məhkəmə və 16-cı maddənin 1 və 2-ci bəndlərində istinad edilən 


Yüklə 304,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə