Avropa Şurası Sazişinin seriya nömrəsi: 201



Yüklə 304,85 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix19.11.2017
ölçüsü304,85 Kb.
#11196
1   2   3   4   5   6   7   8   9



CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007 

_________________________________________________________________________________________ 

 

şəxslərlə  aparılan  işə  məsuliyyət  daşıyan  digər  orqanlar  arasında  tərəfdaşlığın  və  ya 



əməkdaşlığın digər formalarının inkişafını təmin edir və dəstəkləyir.  

 

 



3

 

Hər bir Tərəf daxili hüququna  uyğun olaraq, hazırkı Konvensiyaya uyğun olaraq müəyyən 



edilən  cinayət  əməllərinin  təhlükəliyini  və  16-cı  maddənin  1  və  2-ci  bəndlərində  istinad 

edilən  şəxslər  tərəfindən  təkrar  törədilmə  riskinin  başvermə  mümkünlüyünün  müvafiq 

proqram və ya tədbirlərin müəyyən edilməsi məqsədilə qiymətləndirilməsini təmin edir.  

 

 



4

 

Hər  bir  Tərəf  daxili  hüququna  uyğun  olaraq,  həyata  keçirilən  proqram  və  tədbirlərin 



səmərəliliyinin qiymətləndirilməsini təmin edir.  

 

 



 

Maddə  16 –Müdaxilə proqramları və tədbirlərindən yararlanan şəxslər  

 

 



1

 

Hər bir Tərəf daxili hüququna uyğun olaraq, hazırkı Konvensiyaya uyğun olaraq müəyyən  



edilmiş  istənilən  qanun  pozuntusuna  görə  cinayət  qaydasında  təqib  edilən  şəxslərin  15-ci 

maddənin 1-ci bəndində göstərilən proqram və ya tədbirlərdən yararlana bilmələrini təmin 

edir, bu şərtlə ki, onlar müdafiənin hüquqlarına xələl gətirməmiş və ya bu hüquqlara zidd 

olmamış olsun və xüsusilə də, günahsızlıq prezumpsiyası prinsiplərinə aid normalar lazımi  

qaydada nəzərə alınmalıdır.  

 

 



2

 

 Hər bir Tərəf daxili hüququna uyğun olaraq, hazırkı Konvensiyaya uyğun olaraq müəyyən 



edilmiş  istənilən  qanun  pozuntusuna  görə  ittiham  edilən  şəxslərin  15-ci  maddənin  1-ci 

bəndində göstərilən proqram və ya tədbirlərdən yararlanmalarını təmin edir.  

 

 

3



 

Hər  bir  Tərəf  daxili  hüququna  uyğun  olaraq,  müdaxilə  proqramları  və  ya  tədbirlərinin 

cinayət  məsuliyyəti  yarandığı  yaşdan  aşağı  olan  şəxslər  daxil  olmaqla  seksual  xarakterli 

cinayət  əməli  törətmiş  uşaqların  inkişaf  tələbatlarına  uyğun  işlənib  hazırlanmalarını  və  ya 

qəbul  edilmələrini  təmin  edir,  bunun  da  məqsədi  onların  seksual  davranış  problemlərinin 

həll edilməsi ilə bağlıdır.  

 

 

 

Maddə 17 – Məlumat və razılıq 

 

 

1



 

Hər  bir  Tərəf  daxili  hüququna  uyğun  olaraq,  16-cı  maddədə  istinad  edilən  və  müdaxilə 

proqramları  və  ya  tədbirlərinin  şamil  edildiyi  şəxslərin  bu  təklifin  səbəbləri  haqda 

məlumatlı olmalarını və faktları tam bilərək proqram və ya tədbirə razılıq vermələrini təmin 

edir.  

 

 



2

 

Hər  bir  Tərəf  daxili  hüququna  uyğun  olaraq,  müdaxilə  proqramı  və  ya  tədbirlərinin  təklif 



edildiyi  şəxslərin  onlardan  imtina  edə  bilmələrini  və  mühakimə  olunmuş  şəxslərin 

imtinadan yaranacaq mümkün nəticələr haqda məlumatlı olmalarını təmin edir.  

 

Fəsil VI – Maddi cinayət hüququ  

 

 

 

Maddə 18 – Seksual xarakterli hərəkətlər 

 

 

1



 

Hər  bir  Tərəf  aşağıda  göstərilən  qəsdən  törədilmiş  cinayətəgörə  cinayət  məsuliyyətini  

təmin etmək üçün bütün lazımi qanunvericilik və ya digər tədbirləri görür:  

 

 



 

a

 



milli  qanunun  müvafiq  müddəalarına  uyğun  olaraq  seksual  xarakterli fəaliyyət  üçün 

qanunla  müəyyən  edilmiş  yaşa  çatmamış  uşağa  qarşı    seksual  xarakterli  hərəkətlər 

etmək ;  





CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007 

_________________________________________________________________________________________ 

 

 



 

 

b



 

uşaqla aşağıdakı hallarda seksual xarakterli hərəkətlər etmək :  

 

 

 



 

–   güc və ya hədənin tətbiq edilməsi; yaxud   

 

 

 



 

– 

uşağın  etibarından,  onun  üzərində  səlahiyyətdən  və  ya  təsirdən  sui-istifadə 



edilməsi, habelə ailə daxilində; yaxud  

 

 



 

 

– 



xüsusilə də, uşağın köməksizliyindən sui-istifadə edilməsi, eləcə də uşaq əqli və ya 

fiziki cəhətdən zəif olduqda, yaxud da asılı vəziyyətdə olduqda.  

 

 

2



 

Yuxarıdakı 1-ci bəndin məqsədinə gəldikdə, hər bir Tərəf uşağın seksual xarakterli hərəkət 

etməsinin  edildiyi yaş həddini müəyyən edir.  

 

 



3

 

1.a  bəndinin  müddəaları    həddi-buluğa  çatmamış  uşaqlarınrazılığa  əsaslanan  seksual 



xarakterli əlaqəyə şamil edilmir.  

 

 

 

Maddə 19 –Uşaq fahişəliyi ilə bağlı cinayət əməlləri  

 

 

1



 

Hər  bir  Tərəf  aşağıda  göstərilən  qəsdən  törədilmiş  cinayət  əməlin  görə  cinayət 

məsuliyyətini təmin etmək üçün bütün lazımi qanunvericilik və ya digər tədbirləri görür: 

 

 



 

a

 



uşağın fahişəliyə cəlb edilməsi və ya uşağın fahişəliyə sövq edilməsi;  

 

 



 

b

 



uşağın fahişəliklə məşğul olmağa və ya bundan mənfəət əldə etməyə məcbur edilməsi 

və ya bu cür məqsədlər üçün onun başqa cür istismar edilməsi;   

 

 

 



c

 

uşaq fahişəliyi xidmətlərindən istifadə edilməsi.   



 

 

2



 

Hazırkı  maddənin  məqsədləri  üçün  “uşaq  fahişəliyi”  termini  pul  və  ya  istənilən  növ 

mükafatın  və  ya  ödənişin  edildiyi,  yaxud  vəd  verildiyi,  və  bu  cür  mükafatın,  vədin  və  ya 

ödənişin  uşağa,  yaxud  üçüncü  şəxsə  edilməsi,  yaxud  edilməməsindən  asılı  olmayaraq 

seksual xarakterli fəaliyyətlər üçün uşaqdan istifadə edilməsi faktını bildirir.  

 

 



 

Maddə  20 –Uşaq pornoqrafiyası ilə bağlı cinayət əməlləri 

 

 

1



 

Hər  bir  Tərəf  aşağıda  göstərilən  qəsdən  törədilmiş  cinayət  əməlinə  görə  cinayət 

məsuliyyətini təmin etmək üçün bütün lazımi qanunvericilik və ya digər tədbirləri görür: 

 

 



 

a

 



uşaq pornoqrafiyasının istehsalı; 

 

 



 

b

 



uşaq pornoqrafiyasının  təklif edilməsi və ya təqdim edilməsi;   

 

 



 

c

 



uşaq pornoqrafiyasının yayılması və ya ötürülməsi;   

 

 



 

d

 



uşaq pornoqrafiyasının şəxsi istifadə  və ya başqa şəxs üçün alınması;   

 

 



 

e

 



uşaq pornoqrafiyasına malik olma; 

 

 



 

f

 



qəsdən 

informasiya 

və 

kommunikasiya 



texnologiyaları 

vasitəsilə 

uşaq 

pornoqrafiyasının əldə edilməsi.  




Yüklə 304,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə