Avropa Şurası Sazişinin seriya nömrəsi: 201



Yüklə 304,85 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix19.11.2017
ölçüsü304,85 Kb.
#11196
1   2   3   4   5   6   7   8   9

10 

CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007 

_________________________________________________________________________________________ 

 

 



 

2

 



Hazırkı  maddənin  məqsədləri  üçün  ,  “uşaq  pornoqrafiyası”  termini  real  və  ya  qeyri-real 

açıq-aydın seksual hərəkətlər edən uşağı göstərən, yaxud başlıca olaraq seksual məqsədlər 

üçün uşağın cinsiyyət orqanlarını nümayiş etdirən istənilən materialı bildirir.  

 

 



3

 

Hər bir Tərəf pornoqrafik materialın istehsalı və saxlanması ilə bağlı 1.a və e. bəndlərini tam 



və ya qismən aşağıdakı hallarda tətbiq etməmək hüququnu özündə saxlaya bilər :  

 

 



 

– 

müstəsna  olaraq  mövcud  olmayan  uşağın  qeyri-real  və  realistik  təsvirlərindən  ibarət 



materiallar halında;  

 

 



 

– 

18-ci  maddənin  2-ci  bəndində  müəyyən    edilən  yaşa  çatmış  uşaqların  iştirakı  və 



təsvirlərin uşaqların razılığı ilə onların özləri tərəfindən və yalnız öz şəxsi istifadələri 

üçün hazırlanması və sahib olunması  halında. 

 

 

4



 

Hər bir Tərəf 1.f bəndini tam və ya qismən tətbiq etməmək hüququnu özündə saxlaya bilər.  

 

 

 

Maddə 21 – Uşağın pornoqrafik hərəkətlərdə iştirakı ilə bağlı cinayət əməlləri  

 

 

1



 

Hər  bir  Tərəf  aşağıda  göstərilən  qəsdən  törədilmiş  cinayət  əməlin  görə  cinayət 

məsuliyyətini təmin etmək üçün bütün lazımi qanunvericilik və ya digər tədbirləri görür: 

 

 



 

a

 



uşağın pornoqrafik hərəkətlərdə  iştiraka cəlb edilməsi və ya uşağın bu cür hərəkətlərə  

sövq edilməsi;  

 

 

 



b

 

uşağın  pornoqrafik  hərəkətlərdə  iştiraka  məcbur  edilməsi  və  ya  uşağın  bu  məqsədlə 



başqa cür istismar edilməsi;  

 

 



 

c

 



uşağın iştirak etdiyi pornoqrafik hərəkətlərdə  qəsdən iştirak etmək.  

 

 



2

 

Hər bir Tərəf 1.c bəndini uşaqların cəlb edilməsi və ya məcbur edilməsini əhatə edən 1.a və 



ya b. bəndlərinə məhdudlaşdıra bilərlər.  

 

 



 

Maddə  22 – Uşaqlara qarşı əxlaqsız hərəkətlər  

 

 

 



Hər  bir  Tərəf  18-ci  maddənin  2-ci  bəndində  müəyyən  edilən  yaş  həddinə  çatmamış  uşağa 

qarşı  seksual  xarakterli  məqsədlər  üçün  qəsdən  seksual  xarakterli  əxlaqsız  hərəkətlər 

edilməsi,  yəni  hətta    uşaq  bu  hərəkətlərdə  iştirak  etməsə  belə,  seksual  xarakterli  səhnələri 

müşahidə  etməyə  məcbur  edilməsinə  görə  cinayət  məsuliyyəti  tətbiq  edilməsi  ilə  bağlı 

lazımi qanunvericilik və ya digər tədbirləri görür.  



11 

CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007 

_________________________________________________________________________________________ 

 

 



 

 

Maddə  23 – Seksual xarakterli məqsədlər üçün uşaqların təqib edilməsi 

 

 

 



Hər bir Tərəf yetkin şəxsin informasiya və kommunikasiya texnologiyaları vasitəsilə qəsdən 

18-ci  maddənin  2-ci  bəndində  müəyyən  edilən  yaş  həddinə  çatmamış  uşağı  ələ  keçirmək 

niyyətində olan, yaxud  uşağa qarşı 18-ci maddənin 1.a bəndində, yaxud 20-ci maddənin 1-

ci  bəndində  müəyyən    edilən  cinayət  əməllərinin  istənilən  birini  törətmək  məqsədi  güdən 

şəxslərə  qarşı  və  bu  cür  təkliflər  praktik  olaraq  bu  cür  görüşün  baş  tutmasına  yönəldiyi  

hallara qarşı cinayət məsuliyyəti tətbiq edilməsi ilə bağlı lazımi  qanunvericilik və ya digər 

tədbirləri görür. 

 

 



 

Maddə 24 – Əlbirlik, yaxud təhriketmə və cəhd   

 

 

 

1



 

Hər bir Tərəf cinayət əməlinin qəsdən, əlbir şəkildə, Konvensiyaya uyğun olaraq müəyyən 

edilmiş  cinayət  əməllərinin  istənilən  birinə  təhriketmə  \    vəya  ona  cəhd    olduğunu 

müəyyən etmək üçün lazımi qanunvericilik və ya digər tədbirlər görür.  

 

 

2



 

Hər  bir  Tərəf  hazırkı  Konvensiyaya  uyğun  olaraq  müəyyən    edilən  cinayət  əməllərinin 

qəsdən  törədildiyini  və  ya  törədilməsinə  cəhd  göstərildiyini  müəyyən  etmək  üçün  lazımi 

qanunvericilik və ya digər tədbirlər görür.  

 

 

3



 

Hər bir Tərəf 20-ci maddənin 1.b, d. e. və f. bəndlərinə,21-ci maddənin 1.c. bəndinə,  22-ci və 

22-ci maddələrə uyğun olaraq müəyyən edilmiş cinayət əməllərinin tam və ya  qismən 2-ci 

bəndə tətbiq etməmək hüququnu özündə saxlayır.  

 

 

 

Maddə 25 – Yurisdiksiya 

 

 

1



 

Hər bir Tərəf hazırkı Konvensiyaya uyğun olaraq  müəyyən  edilmiş istənilən cinayət əməli 

ilə əlaqədar yurisdiksiyanı müəyyən  etmək üçün lazımi qanunvericilik və ya digər tədbirlər 

görür, əgər bu cür cinayət əməlləri:   

 

 

a



 

onun ərazisində baş veribsə; yaxud  

 

 

b



 

həmin Tərəfin bayrağı altında uçan təyyarənin göyərtəsində baş veribsə; yaxud   

 

 

c



 

həmin  Tərəfin  qanunları  üzrə  qeydiyyata  alınmış  hava  gəmisinin  göyərtəsində  baş 

veribsə; yaxud   

 

 



d

 

öz vətəndaşlarının biri tərəfindən törədilibsə; yaxud   



 

 

e



 

onun ərazisində daimi yaşayış yeri olan şəxs tərəfindən törədilibsə.  

 

 

2



 

Hər  bir  Tərəf  istənilən  hazırkı  Konvensiyaya  uyğun  olaraq    müəyyən    edilmiş  və  onun 

vətəndaşlarından biri tərəfindən törədilmiş, yaxud onun ərazisində daimi yaşayış yeri olan 

şəxs  tərəfindən  törədilmiş  cinayət  əməli  ilə  bağlı  yurisdiksiyaya  malik  olmaq    məqsədilə 

lazımi qanunvericilik və ya digər tədbirlər görür.  

 

 



3

 

Hər bir Tərəf imzalama və ya ratifikasiya, qəbuletmə, təsdiq və ya daxilolma sənədini təhvil 



verən zaman Avropa Şurasının Baş Katibinə ünvanlanan bəyannamə ilə bəyan edə bilər ki, 

hazırkı maddənin 1.e bəndində müəyyən edilən yurisdiksiya qaydalarını tətbiq etməmək və 

ya  konkret hallarda və ya şəraitlərdə tətbiq etmək hüququnu özündə saxlayır.  



Yüklə 304,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə