Avropa Şurası Sazişinin seriya nömrəsi: 201



Yüklə 304,85 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix19.11.2017
ölçüsü304,85 Kb.
#11196
1   2   3   4   5   6   7   8   9

14 

CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007 

_________________________________________________________________________________________ 

 

cinayət  əməlinin qurbanları üçün preventiv  və yardım proqramlarının  maliyyələşdirilməsi 



üçün xüsusi fonda ayrılmasını təmin edə bilər.  

 

 



 

Maddə  28 – Ağırlaşdırıcı hallar 

 

 

 



Hər  bir  Tərəf  cinayət  əməllərinin  tərkib  hissəsi  kimi  müəyyən  edilmədikləri  təqdirdə 

aşağıdakı  halların,  daxili  qanunvericiliyin  müvafiq  müddəalarına  uyğun  olaraq  hazırkı 

Konvensiyaya müvafiq müəyyən edilmiş qanun pozuntuları ilə bağlı sanksiyalar müəyyən 

edilən zaman ağırlaşdırıcı hallar kimi baxılmalarını  təmin etmək üçün lazımi qanunvericilik 

və ya digər tədbirləri görür: 

 

 



 

a

 



qurbana ciddi fiziki və ya əqli ziyan vurmuş cinayət əməli;  

 

 



 

b

 



işgəncə və ya ciddi zorakılıq əməlləri ilə müşayiət olunan cinayət əməlləri;    

 

 



 

c

 



cinayət əməli xüsusilə  köməksiz qurbana qarşı törədiləndə;  

 

 



 

d

 



cinayət  əməli  ailə  üzvü,  uşaqla  yaşayan  şəxs  və  ya  səlahiyyətindən  sui-istifadə  edən 

şəxs tərəfindən törədildikdə

 

 

 



e

 

cinayət əməli  birlikdə hərəkət edən bir neçə şəxs tərəfindən törədildikdə;   



 

 

 



f

 

cinayət əməli  mütəşəkkil cinayət qrupu tərəfindən törədildikdə;   



 

 

 



g

 

cinayətkar əvvəllər eyni xarakterli cinayət əməlinə görə mühakimə olunubsa.  



 

 

 

Maddə  29 – Əvvəlki cinayət əməlləri 

 

 



 

Hər  bir  Tərəf  cəzanı  müəyyən    edən  zaman  digər  Tərəfin  hazırkı  Konvensiyaya  uyğun 

olaraq  müəyyən  edilmiş  cinayət  əməlləri  ilə  bağlı  verdiyi  son  hökmləri  nəzərə  almaq 

imkanını təmin edən lazımi qanunvericilik və digər tədbirləri görür.   

 

Fəsil VII – İstintaq, məhkəmə təqibi və prosesual hüquq  

 

 

 

Maddə 30 – Prinsiplər 

 

 

1



 

Hər  bir  tərəf  istintaq  və  cinayət  araşdırmalarının  uşağın  maraqlarının  nəzərə  alınması  və 

onun  hüquqlarının  qorunması    baxımından  aparılmasını  təmin  etmək  məqsədilə  lazımi 

qanunvericilik və ya digər tədbirləri  görür.  

 

 

2



 

Hər bir Tərəf istintaq və cinayət araşdırmalarının uşağın üzləşdiyi sarsıntını dərinləşməsinə 

yol  verməmısi  yərək  və  lazım  gəldikdə  yardım  göstərilməklə  cinayət  prosesinin 

ədalətlinəticələnməsini təmin etməklə qurbanları müdafiə edir.  

 

 

3



 

Hər  bir  Tərəf  istintaq  və  cinayət  araşdırmalarının  prioritet  məsələ  hesab  edilməsini  və  heç 

bir əsassız ləngimə olmadan aparılmasını təmin edir.   Hər bir Tərəf hazırkı fəsil üzrə tətbiq 

edilən tədbirlərin İnsan Hüquqları və Fundamental Azadlıqlar haqqında Konvensiyanın 6-cı 

maddəsinə uyğun olaraq müdafiə hüquqlarına və ədalətli və qərəzsiz  məhkəmə tələblərinə 

xələl gətirməməklərini təmin edir.  

 



15 

CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007 

_________________________________________________________________________________________ 

 

 



5

 

Hər  bir  Tərəf  öz  daxili  qanununun  fundamental  prinsiplərinə  uyğun  olaraq  lazımi 



qanunvericilik və ya digər tədbirləri  görür:  

 



 

hazırkı Konvensiyaya uyğun olaraq müəyyən edilmiş cinayətlərin  səmərəli  istintaqının 

və  cinayət  araşdırmasının  təmin  edilməsi,  müvafiq  olduğu  yerdə,  gizli  əməliyyat-

istintaq üsullarından istifadə edilməsinə icazə verilməsi; 

 

-

 



xüsusilə də, informasiya və kommunikasiya texnologiyaları vasitəsilə ötürülən, yaxud 

təqdim edilən fotolar və ya  audiovizual çəkilişlər kimi uşaq pornoqrafiyası materialını 

təhlil  etməklə  20-ci  maddəyə  uyğun  olaraq  müəyyən  edilmiş  cinayət  qurbanlarının 

şəxsiyyətini  müəyyən  etmək  məqsədilə  bölmələrə  və  istintaq  xidmətlərinə  imkan 

yaratmaq. 

 

 



 

Maddə  31 –  Ümumi müdafiə tədbirləri  

 

 

1



 

Hər  bir Tərəf  xüsusilə də aşağıdakılar vasitəsilə istintaq  və cinayət araşdırmalarının bütün 

mərhələlərində  qurbanların  şahid  kimi  xüsusi  ehtiyacları  daxil  olmaqla  onların  hüquq  və 

maraqlarının müdafiəsi üçün lazımi qanunvericilik və ya digər tədbirləri  görür:  

 

 

 



a

 

onların  sərəncamında  olan  hüquq  və  xidmətlər  barədə  onlara  məlumat  verilməsi,  və 



əgər onlar bu cür məlumat almaqdan imtina etmirlərsə, etdikləri şikayət müqabilində 

görülən  tədbirlər,  ittihamlar,  istintaq  və  araşdırmaların  gedişatı    və  onların  bu 

məsələdə rolu, eləcə də onların işləri üzrə gəlinən nəticə haqda məlumat vermək;  

 

 



 

b

 



ən  azı  qurbanların  və  onların  ailələrinin  təhlükəyə  məruz  qala  biləcəkləri  hallarda 

onlara,  lazım  gəldikdə,  cinayət  məsuliyyətinə  cəlb  edilmiş  şəxsin  və  ya  məhkumun 

müvəqqəti və ya həmişəlik azadlığa buraxılması haqda məlumat verilməsi; 

 

 



 

c

 



onların  daxili  qanunun  prosesual  normalarına  uyğun  qaydada  birbaşa  və  ya 

vasitəçinin  köməkliyi  ilə  ifadə  vermək,  sübutları  təqdim  etmək  və  öz  fikirlərini, 

ehtiyaclarını və narahatlıqlarını bildirmək vasitələri ilə təmin edilməsi; 

 

 



 

d

 



onların  hüquq  və  maraqlarının  lazımi  qaydada  təqdim  edilməsi  və  nəzərə  alınması 

üçün  onlara müvafiq  yardım xidmətlərinin göstərilməsi;  

 

 

 



e

 

onların    şəxsi  həyatlarının  qorunması,  adlarının  və  xarici  görünüşlərinin    məxfi 



saxlanması,  və  daxili  qanuna  uyğun  olaraq  tədbirlər  görməklə  onların  şəxsiyyətinin 

müəyyən  edilməsinə  yönələn  istənilən  informasiyanın  açıqlanmasının  qarşısının 

alınması;  

 

 



 

f

 



onların, eləcə də ailələrinin və onların tərəfindən çıxış edən şahidlərin hədələmə, qisas 

alma və təkrarən qurbana çevrilmə  kimi təhlükələrdən qorunması;  




Yüklə 304,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə