Avropa Şurası Sazişinin seriya nömrəsi: 201



Yüklə 304,85 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix19.11.2017
ölçüsü304,85 Kb.
#11196
1   2   3   4   5   6   7   8   9

16 

CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007 

_________________________________________________________________________________________ 

 

 



 

 

g



 

səlahiyyətli orqanların uşağın marağı baxımından başqa hal cür müəyyən  etdiyi hallar 

, yaxud da istintaq və ya məhkəmə araşdırması bu cür təması tələb etdiyi hallar istisna 

olmaqla,  məhkəmədə  və  hüquq-mühafizə  orqanlarında  qurbanlar  və  cinayətkar 

arasında təmasın qarşısının alınması,  .  

 

 



2

 

Hər  bir  Tərəf,    qurbanlaırn  səlahiyyətli  orqanlarla  ilk  görüşündən  sonra  onların    müvafiq 



məhkəmə və inzibati araşdırmalar haqda məlumatlı olmasını təmin edir.  

 

 



3

 

Hər bir Tərəf qurbanların icazə verilən zaman pulsuz hüquqi yardımdan istifadə etmələrini 



və mümkün olduqda isə cinayət prosesinin tərəfi statusuna malik  olmalarını təmin edir.  

 

 



4

 

Hər  bir  Tərəf  məhkəmə  orqanlarına,  daxili  qanun  üzrə,  qurban  cinayət  prosesinin    tərəfi 



statusuna  malik  olduqda,    və  valideyn  məsuliyyəti  daşıyan  şəxslər,  onlar  və  qurban 

arasında mövcud olan münaqişə səbəbindən uşağı bu cür məhkəmə araşdırmasına  təqdim 

edə bilmədikdə, qurban üçün xüsusi nümayəndə təyin etmək imkanı yaradır.  

 

 



5

 

Hər  bir  Tərəf  qanunvericilik  və  ya  digər  tədbirlər  vasitəsilə  ilə,  daxili  qanunun  müəyyən  



etdiyi  şərtlərə  uyğun  olaraq  qruplara,  fondlara,  cəmiyyətlərə  və  ya  hökumət  və  qeyri-

hökumət təşkilatlarına hazırkı Konvensiyaya uyğun olaraq müəyyən edilən cinayət əməlləri 

ilə  bağlı  cinayət  araşdırması  zamanı  qurbanlara  onların  icazəsi  ilə  yardım  və  /  və  ya 

köməklik etmək imkanı ilə təmin edir.  

 

 

6



 

Hər  bir  Tərəf  hazırkı  maddənin  müddəalarına  uyğun  olaraq  qurbanlara  verilən 

məlumatların  onların  yaşına  və  kamillik  dövrünə  uyğun  qaydada  və  onların  başa 

düşdükləri dildə verilməsini təmin edir. 

 

 

 

Maddə 32 –  Məhkəmə prosesinin başlanması   

 

 

 



Hər  bir  Tərəf  hazırkı  Konvensiyaya  uyğun  olaraq  müəyyən  edilən  cinayət  əməllərinin 

araşdırılması  və  istintaqının  qurban  tərəfindən  irəli  sürülən  ittiham  və  ya  şikayətdən  asılı 

olmamasını  və məhkəmə araşdırmasının qurban hətta öz ərizəsini geri götürmüş olsa belə 

davam etdirilməsini təmin etmək üçün lazımi qanunvericilik və ya digər tədbirlər görür.  

 

 

 

Maddə 33 – İddia müddətinin keçməsi  

 

 

 



Hər  bir  Tərəf  18,  19-cu  mədədlərin  1.a    və  b.  bəndlərinə,  və  21-ci  maddənin  1.a  bəndinə 

uyğun  olaraq  müəyyən  edilmiş  cinayət  əməlləri  ilə  bağlı  məhkəmə  prosesinə    başlamaq 

üçün müddətin qurban həddi-buluğa çatanadək davam etməsini və onun törədilmiş cinayət 

əməlinin  ağırlığına  uyğun  gəlməsini  təmin  etmək  üçün  lazımi  qanunvericilik  və  ya  digər 

tədbirlər görür.  

 

 



 

Maddə  34 – İstintaq araşdırmaları 

 

 

1



 

Hər  bir Tərəf   instintaq   ilə məşğul olan şəxslərin,  qurumların  və  ya  xidmətlərin  uşaqların 

cinsi  istismarı  və  ya  onlara  qarşı  seksual  xarakterli  hərəkətlərlə  ı  mübarizə  sahəsində 

çalışmalarını  və  ya  həmin  şəxslərin  müvafiq  peşə  hazırlığı  keçmələrini  təmin  etmək  üçün 

lazımi  tədbirləri görür.  Bu cür qurumlar və ya xidmətlər kifayət qədər maliyyə resursları 

ilə təmin edilirlər.  

 

2

 



Hər  bir Tərəf  qurbanın yaşı ilə bağlı qeyri-müəyyənliyin  istintaq  araşdırmasına  başlamağa 

mane olmaması üçün lazımi qanunvericilik və ya digər tədbirlər görür.  




17 

CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007 

_________________________________________________________________________________________ 

 

 



 

 

 

Maddə 35 – Uşağın dindirilməsi   

 

 

1



 

Hər bir Tərəf aşağıdakıların təmin edilməsi üçün lazımi qanunvericilik və ya digər tədbirlər 

görür: 

 

 



 

a

 



uşağın dindirilməsi heç bir üzrlü ləngimə olmadan səlahiyyətli orqanlar tərəfindən baş 

verən hadisə barədə məlumat alındıqdan sonra başlayır. 

 

 

 



b

 

uşağın  dindirilməsi,  lazım  gəldikdə  bu  məqsədlə  layihələşdirilmiş  və  ya  nəzərdə 



tutulmuş sahədə aparılır;  

 

 



 

c

 



uşağın dindirilməsi bu məqsəd üçün hazırlıq keçmiş peşəkarlar tərəfindən aparılır;  

 

 



 

d

 



mümkün  olduqda  və  vəziyyətdən  asılı  olaraq  uşağın  bütün  dindirilmələri    eyni  şəxs 

tərəfindən aparılır;  

 

 

 



e

 

dindirilmələrin  sayı  mümkün  olduğu  qədər  az  olmalı  və  yalnız  istintaq  araşdırması 



məqsədilə aparılmalıdır;  

 

 



 

f

 



uşağı  qanuni  nümayəndəsi  və  ya  lazım  gəldikdə,  onun  seçimi  ilə  yetkinlik  yaşına 

çatmış  şəxs  müşayiət  edə  bilər,  o  vaxtadək  ki,  məhkəmə  bu  cür  şəxs  barəsində  

əsaslandırılmış qərar çıxarmamış olsun.  

 

 



2

 

Hər bir Tərəf qurbanla aparılan bütün dindirmələrin və ya  vəziyyətdən asılı olaraq  uşaq – 



şahidlə  aparılan  bütün  dindirmələrin  videolentə  yazılmasını  və  bu  videolentə  yazılmış 

dindirilmələrin  daxili  qanunun  müəyyən  etdiyi  qaydalara  uyğun  olaraq  məhkəmə 

araşdırması zamanı sübut kimi qəbul edilməsini təmin etmək üçün lazımi  qanunvericilik və 

ya digər tədbirləri görür.  

 

 

3



 

Qurbanın  yaşı  qeyri-müəyyən  olarsa  və  qurbanın  uşaq  olduğuna  inanmaq  səbəbi  mövcud 

olarsa, 1 və 2-ci bəndlərdə göstərilən tədbirlər onun yaşının təsdiq edilməsi ilə bağlı tətbiq 

edilir.  

 

 

 

Maddə 36 –  Məhkəmə prosesi 

 

 

1



 

Hər  bir  Tərəf  hüquq  sahəsində  çalışan  insanların    müstəqilliyini  tənzimləyən  normalara 

lazımi  qaydada əməl etməklə, məhkəmə prosesinə cəlb edilən bütün şəxslərin, xüsusilə də 

hakimlərin,  dövlət  ittihamçılarının  və  vəkillərin  uşaqların  hüquqları  və  uşaqların  cinsi 

istismarı və onlara qarşı seksual hərəkətlərlə əlaqədar təlimlər  keçilməsinin  təmin edilməsi 

üçün lazımi qanunvericilik və ya digər tədbirləri görür.  

 

 

2



 

Hər  bir  Tərəf  öz  daxili  qanunu  ilə  müəyyən    edilən  qaydalara  uyğun  olaraq    lazımi 

qanunvericilik və ya digər tədbirləri görür ki:  

 

 



 

a

 



hakim məhkəmə dinləməsinin qapalı iclasda keçirilməsi üçün  sərəncam verə bilsin;  

 

 



 

 

b



 

qurban  məhkəmədə  iştirak  etmədən,  müvafiq  rabitə  texnologiyalarından  istifadə 

etməklə məhkəmə zalında çıxış edə bilsin. 



Yüklə 304,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə