Avropa Şurası Sazişinin seriya nömrəsi: 201



Yüklə 304,85 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix19.11.2017
ölçüsü304,85 Kb.
#11196
1   2   3   4   5   6   7   8   9

18 

CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007 

_________________________________________________________________________________________ 

 

 



Fəsil VIII – Məlumatların qeydə alınması və saxlanması   

 

 

 

Maddə  37  –  Seksual  xarakterli  cinayət  əməlləri  üzrə  məlumatların  qeydə  alınması  və 

saxlanması  

 

 



1

 

Hazırkı  Konvensiyaya  uyğun  olaraq  müəyyən  edilmiş  cinayət  əməllərinin  qarşısının 



alınması və cinayət təqibi üçün hər bir Tərəf şəxsi məlumatların qorunmasına dair müvafiq 

müddəalara və yerli qanunun müəyyən etdiyi digər müvafiq qayda və zəmanətlərə uyğun 

olaraq,  hazırkı  Konvensiyaya  əsasən  müəyyən    edilmiş  cinayət  əməli  törətmiş  şəxsin 

şəxsiyyətinə  və  genetik  profilinə  ()  aid  məlumatları  toplamaq  və  saxlamaq  üçün  lazımi 

qanunvericilik və digər tədbirləri görür.  

 

 



2

 

Hər bir Tərəf imzalama və ya ratifikasiya, qəbuletmə, təsdiq və ya daxilolma sənədini təhvil 



verən  zaman  Avropa  Şurasının  Baş  Katibinə  1-ci  bəndin  məqsədlərilə  məsuliyyət  daşıyan 

vahid milli orqanın adını və ünvanını təqdim edir. 

 

 

3



 

Hər  bir  Tərəf  1-ci  bənddə  göstərilən  məlumatın  daxili  qanunda  və  müvafiq  beynəlxalq 

sənədlərdə  müəyyən  edilən  şərtlərə  uyğun  olaraq  digər  Tərəfin  səlahiyyətli  orqanına 

ötürülə bilməsi üçün lazımi qanunvericilik və digər tədbirləri görür. 

 

Fəsil  IX – Beynəlxalq əməkdaşlıq 

 

 

 

Maddə 38 – Beynəlxalq əməkdaşlıq üzrə ümumi prinsiplər və tədbirlər  

 

 

1



 

Tərəflər  aşağıdakı  məqsədlər  üzrə  hazırkı  Konvensiyanın  müddəalarına  uyğun  olaraq  və 

vahid  və  ya  ikitərəfli  qaydada  qanunvericilik  və  daxili  qanunlar  əsasında  razılaşdırılmış 

müvafiq beynəlxalq və regional sənədlər və razılaşmalar vasitəsilə  bir-birləri ilə əməkdaşlıq 

edirlər: 

 

 



 

a

 



uşaqların cinsi istismarının və seksual xarakterli hərəkətlərin  qarşısının alınması və bu 

cür hallara qarşı mübarizə aparılması;   

 

 

 



b

 

qurbanların qorunması və onlara köməklik göstərilməsi;  



 

 

 



c

 

hazırkı  Konvensiyaya  uyğun  olaraq  müəyyən    edilmiş  cinayət  əməlləri  ilə  bağlı 



istintaq və ya məhkəmə araşdırmaları. 

 

 



2

 

Hər bir Tərəf hazırkı Konvensiyaya uyğun olaraq müəyyən edilmiş və qurbanların yaşadığı 



ərazidə deyil, digər Tərəfin ərazisində törədilmiş cinayət əməlinin qurbanlarının yaşadıqları 

Dövlətin səlahiyyətli orqanlarına şikayət  edə bilmələri üçün lazımi qanunvericilik və digər 

tədbirləri görür.  

 

 



3

 

Cinayət işləri və ya razılaşma mövcud olduğu zaman ekstradisiya ilə bağlı qarşılıqlı hüquqi 



yardım  göstərən  Tərəf  bu  cür  razılaşmanın  olmadığı  Tərəfdən  hüquqi  yardım  və  ya 

ekstradisiya  ilə  bağlı  sorğu  alarsa,  o  hazırkı  Konvensiyanı  cinayət  işləri,  və  ya  hazırkı 

Konvensiyaya uyğun olaraq müəyyən edilmiş cinayət əməllərinə görə ekstradisiya ilə bağlı 

qarşılıqlı  hüquqi  yardım  üçün  hüquqi  əsas  hesab  edə  bilər.  Hər  bir  Tərəf  məqsədəuyğun 

olduğu  zaman  uzaqların  cinsi  istismarı  və 

 

seksual  xarakterli  hərəkətlərin  qarşısının 



alınması  və  ona  qarşı  mübarizənin  üçüncü  dövlətlərin  maraqları  naminə  həyata  keçirilən 

yardım proqramlarına daxil edilməsinə səy göstərir.  




19 

CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007 

_________________________________________________________________________________________ 

 

 



Fəsil X – Monitorinq mexanizmi 

 

 

 

Maddə 39 – Tərəflərin Komitəsi 

 

 

1



 

Tərəflərin Komitəsi Konvensiya Tərəflərinin nümayəndələrindən ibarətdir.  

 

 

2



 

Tərəflərin Komitəsi Avropa Şurasının Baş Katibi tərəfindən çağırılır. Onun birinci yığıncağı 

on imzalayan tərəfin ratifikasiya etdiyi hazırkı Konvensiya qüvvəyə mindiyi tarixdən bir il 

ərzində keçirilir. Sonrakı yığıncaqlar Tərəflərin ən azı üçdə biri və ya Baş Katib bunu tələb 

etdiyi zaman keçirilir.  

 

 



3

 

Tərəflərin Komitəsi öz prosedur qaydalarını qəbul edir. 



 

 

 

Maddə 40 – Digər nümayəndələr 

 

 

1



 

Avropa  Şurası  Parlament  Assambleyası,  İnsan  Hüquqları  üzrə  Komissar,  Cinayət 

Problemləri  üzrə  Avropa  Komitəsi  (CDPC),  eləcə  də  Avropa  Şurasının  digər  müvafiq  

hökumətlərarası komitələrinin hər biri Tərəflərin Komitəsinə nümayəndə təyin edirlər.  

 

 

2



 

Nazirlər  Komitəsi  Avropa  Şurasının  digər  orqanlarını  sonuncu  ilə  məsləhətləşmə 

apardıqdan sonra Tərəflərin Komitəsinə nümayəndə təyin etməyə dəvət edə bilər.  

 

 



3

 

Vətəndaş  cəmiyyəti  nümayəndələri,  xüsusilə  də  qeyri-hökumət  təşkilatları  Avropa 



Şurasının  müvafiq  qaydaları  ilə  müəyyən  edilmiş  prosedura  əməl  etməklə  Tərəflərin 

Komitəsinə müşahidəçilər qismində qəbul edilə bilərlər.  

 

 

4



 

 Yuxarıda  göstərilən  1-ci  –  3-cü  bəndlərə  uyğun  olaraq  təyin  edilmiş  nümayəndələr 

səsvermə hüququ olmadan Tərəflərin Komitəsinin yığıncaqlarında iştirak edirlər.  

 

 



 

Maddə 41 –Tərəflərin Komitəsinin funksiyaları  

 

 

1



 

Tərəflərin  Komitəsi  hazırkı  Konvensiyanın    yerinə  yetirilməsinə  nəzarət  edir.  Tərəflərin 

Komitəsinin 

prosedur 

qaydaları 

hazırkı 


Konvensiyanın 

yerinə 


yetirilməsinin 

qiymətləndirilməsi üçün proseduru müəyyən edir.  

 

 

2



 

Tərəflərin  Komitəsi  Dövlətlər  arasında  onların  uşaqların  cinsi  istismara  və 

 

seksual 


xarakterli  hərəkətlərə  məruz  qalmalarının  qarşısını  almaq  potensialını  gücləndirmək  üçün 

məlumatların və yaxşı təcrübələrin toplanmasına, təhlilinə və mübadilə edilməsinə yardım 

göstərir.  

 

 



3

 

Tərəflərin Komitəsi  həmçinin məqsədəuyğun olduqda, aşağıdakıları həyata keçirir:  



 

 

 



a

 

istənilən  problemin  və  hazırkı  Konvensiya  üzrə  edilən  istənilən  bəyannamə  və  ya 



şərtləndirmənin  təsirinin  müəyyən  edilməsi  daxil  olmaqla,  hazırkı  Konvensiyanın 

səmərəli şəkildə istifadəsinə və həyata keçirilməsinə yardım edilməsi; 

 

 

 



b

 

hazırkı Konvensiyanın tətbiqi ilə bağlı hər hansı məsələ ilə bağlı rəyin bildirilməsi və 



hüquq,  siyasət  və  ya  texnoloji  təkmilləşdirmələr  sahəsində  əhəmiyyətli  dəyişikliklərə 

dair məlumat mübadiləsinin aparılmasına yardım göstərilməsi;  

 



20 

CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007 

_________________________________________________________________________________________ 

 

 



4

 

Hazırkı  maddəyə  uyğun  olaraq  öz  funksiyalarının  yerinə  yetirilməsində  Tərəflərin 



Komitəsinə Avropa Şurasının Katibliyi yardım göstərir.  

 

 



5

 

Cinayət Problemləri üzrə Avropa Komitəsi (CDPC)  dövrü şəkildə hazırkı maddənin 1, 2 və 



3-cü bəndində göstərilən fəaliyyətlərlə bağlı məlumatlandırılır.  

 

Fəsil XI – Digər beynəlxalq sənədlərlə əlaqə   

 

 

 

Maddə 42 – 

Birləşmiş  Millətlər  Təşkilatının  Uşaq  Hüquqları  Bəyannaməsi    və  onun 

uşaqalveri,  uşaq  fahişəliyi  ə  və  uşaq  pornoqrafiyasına  dair  Fakültativ 

Protokolu ilə əlaqə 

 

 



 

Hazırkı  Konvensiya  Birləşmiş  Millətlər  Təşkilatının  Uşaq  Hüquqları  Bəyannaməsinin    və 

onun  uşaq  alveri  ,  uşaq  fahişəliyi  və  uşaq  pornoqrafiyasına  dair  Fakültativ  Protokolunun 

müddəalarından irəli gələn hüquq və öhdəliklərə təsir göstərmir və  onların tətbiq etdikləri 

müdafiənin  səmərəliliyini  artırmaq  və  orada  göstərilən  standartları  inkişaf  etdirmək  və 

təkmilləşdirmək məqsədi güdür.  

 

 

 

Maddə  43 –Digər beynəlxalq sənədlərlə əlaqə 

 

 

 

1



 

Hazırkı Konvensiya,  Tərəflərin tərəfdaşlıq etdikləri və ya Tərəfdaşları olacaqları və hazırkı 

Konvensiyanın idarə etdiyi məsələlər üzrə müddəalardan ibarət olan və cinsi istismar və ya 

seksual xarakterli hərəkətlərin  qurbanları olan uşaqlara daha yüksək səviyyədə müdafiə və 

yardımı  təmin  edən  digər  beynəlxalq  sənədlərin  müddəalarından  irəli  gələn  hüquq  və 

öhdəliklərə təsir etmir. 

 

 

2



 

Hazırkı Konvensiyanın Tərəfləri bir-birləri ilə hazırkı Konvensiyanın əhatə etdiyi məsələlər 

üzrə onun müddəalarına əlavə etmək və ya gücləndirmək məqsədilə, yaxud onda müəyyən 

edilən prinsiplərin tətbiqinə yardım etmək məqsədilə ikitərəfli və ya çoxtərəfli razılaşmalar 

bağlaya bilərlər.  

 

 



3

 

Avropa  İttifaqının  üzvləri  olan  Tərəflər  öz  qarşılıqlı  münasibətlərində  hazırkı 



Konvensiyanın məqsəd və məramına xələl gətirmədən və onun digər Tərəflər arasında tam 

tətbiqinə  xələl  gətirmədən  konkret  məsələni  idarə  edən  Cəmiyyətin  və  ya  Avropa  İttifaqı 

normalarının  mövcud  olduğu  və  konkret  məsələyə  tətbiq  edildiyi  qədər  Cəmiyyətin  və 

Avropa İttifaqının qaydalarını tətbiq edir.  




21 

CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007 

_________________________________________________________________________________________ 

 

 



Fəsil XII – Konvensiyaya düzəlişlər 

 

 

 

Maddə 44 – Düzəlişlər 

 

 

1



 

Tərəfin hazırkı Konvensiyaya düzəliş edilməsi ilə bağlı irəli sürdüyü istənilən təklif Avropa 

Şurasının  Baş  Katibinə  təqdim  edilir  və  onun  tərəfindən  isə,  Avropa  Şurasının  üzv 

Dövlətlərinə,  Konvensiyanın  istənilən  Tərəfinə,  Avropa  İttifaqına,  və  45-ci  maddənin  1-ci 

bəndinin müddəalarına uyğun olaraq  hazırkı Konvensiyanı imzalamaq üçün dəvət edilmiş 

istənilən  dövlətə  və  46-cı  maddənin  1-ci  bəndinin  müddəalarına  uyğun  olaraq  hazırkı 

Konvensiyaya qoşulmaq üçün dəvət edilmiş istənilən Dövlətə paylanılır.  

 

 



2

 

Tərəfin təklif etdiyi istənilən düzəliş Cinayət Problemləri üzrə Avropa Komitəsinə  (CDPC) 



verilir və o, Nazirlər Komitəsinə həmin təklif edilən düzəliş barədə öz rəyini təqdim edir.  

 

 



3

 

Nazirlər Komitəsi təklif edilən düzəlişi  və CDPC-nin təqdim etdiyi rəyi nəzərdən keçirir və 



qeyri-üzv Dövlətlər - Tərəflərlə məsləhətləşmə apardıqdan sonra düzəlişi qəbul edə bilər.  

 

 



4

 

Nazirlər Komitəsinin qəbul etdiyi istənilən düzəlişin mətni hazırkı maddənin 3-cü bəndinə 



uyğun olaraq qəbul edilməsi üçün Tərəflərə təqdim edilir.  

 

 



5

 

Hazırkı  maddənin  3-cü  bəndinə  uyğun  olaraq  qəbul  edilən  istənilən  düzəliş  bütün 



Tərəflərin  Baş  Katibi  düzəlişi  qəbul  etmələri  haqda  məlumatlandırdıqları  tarixdən  bir  ay 

müddəti başa çatdıqdan sonrakı ayın birinci günü qüvvəyə minir.  

 

Fəsil XIII – Yekun müddəalar 

 

 

 

Maddə 45 –İmza və hüquqi qüvvəyəminmə 

 

 

1



 

Hazırkı Konvensiya Avropa Şurasının üzv Dövlətləri, onun işlənib hazırlanmasında iştirak 

etmiş üzv olmayan Dövlətlərin, eləcə də Avropa İttifaqının imzalaması üçün açıqdır.  

 

 



2

 

Hazırkı  Konvensiya  ratifikasiya,  qəbuledilmə  və  ya  təsdiq  üçün  açıqdır.    Ratifikasiya, 



qəbuledilmə  və  ya  təsdiq  üçün  sənədlər  Avropa  Şurasının  Baş  Katibinə  saxlamaq  üçün 

təqdim edilir.  

 

 

3



 

Hazırkı  Konvensiya  Avropa  Şurasının  ən  azı  3  üzvü  daxil  olmaqla  5  imzalayan  tərəfin 

əvvəlki paraqrafın müddəalarına uyğun olaraq Konvensiyanın müddəalarını qəbul etdikləri 

haqda razılıqlarını bildirdikləri tarixdən sonrakı üç ay müddəti başa çatdıqdan sonra gələn 

ayın birinci günü qüvvəyə minir.  

 

4



 

1-ci  paraqrafda  göstərilən  istənilən  Dövlətlə  və  ya  sonradan  Konvensiyanın  müddəalarını 

qəbul etməyə razılıq vermiş Avropa İttifaqı ilə bağlı, Konvensiya ratifikasiya, qəbuletmə və 

ya  təsdiq  sənədi  saxlamaq  üçün  təqdim  edilən  tarixdən  sonrakı  üç  ay  müddəti  başa 

çatdıqdan sonra gələn ayın birinci günü qüvvəyə minir.  



22 

CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007 

_________________________________________________________________________________________ 

 

 



 

 

Maddə 46 – Konvensiyaya qoşulma 

 

 

1



 

Hazırkı Konvensiya qüvvəyə mindikdən sonra Avropa Şurasının Nazirlər Komitəsi hazırkı 

Konvensiyanın  Tərəfləri  ilə  məsləhətləşmə  apardıqdan  və  onların  yekdil  razılıqlarını 

aldıqdan  sonra  Konvensiyanın  işlənib  hazırlanmasında  iştirak  etməmiş  Avropa  Şurasının 

üzv olmayan Dövlətini Avropa Şurası Nizamnaməsinin 20.(d) maddəsində nəzərdə tutulan 

əksər  səsçoxluğu  ilə  qəbul  edilmiş  qərar,  və  Nazirlər  Komitəsi  tərkibinə  daxil  olmaq 

səlahiyyətinə  malik  Müqavilə  Dövlətlərinin  nümayəndələrinin  yekdil  səsçoxluğu  əsasında 

hazırkı Konvensiyaya qoşulmağa dəvət edə bilər.  

 

 

2



 

Konvensiyaya qoşulan istənilən Dövlətlə bağlı, Konvensiya qoşulmaya dair sənədin Avropa 

Şurasının Baş Katibinə saxlanmaq üçün verildiyi tarixdən üç ay başa çatdıqdan sonra gələn 

ayın birinci günü qüvvəyə minir.  

 

 

 

Maddə  47 – Ərazi tətbiqetməsi   

 

 

1



 

İstənilən Dövlət və ya Avropa Cəmiyyəti imzalanma və ya öz ratifikasiya, qəbuletmə, təsdiq 

və  ya  qoşulma  sənədini  saxlamaq  üçün  təqdim  edən  zaman  hazırkı  Konvensiyanın  tətbiq 

edildiyi ərazi və ya əraziləri göstərə bilər.   

 

 

2



 

Hər  hansı  tərəf  istənilən  sonrakı  tarixdə  Avropa  Şurasının  Baş  Katibinə  ünvanlanan 

bəyannamə  göndərməklə  hazırkı  Konvensiyanın  bəyannamədə  göstərilən  və  Konvensiya 

adından  beynəlxalq  münasibətlərinə  və  öhdəlik  həvalə  edilməsinə  məsuliyyət  daşıdığı  

digər əraziyə tətbiq edə bilər. Bu cür ərazi ilə bağlı Konvensiya Baş katib tərəfindən bu cür 

bəyannamə  alındığı  tarixdən  üç  ay  müddəti  bitdiyi  tarixdən  sonrakı    ayın  birinci  günü 

qüvvəyə minir.  

 

3



 

Yuxarıdakı  iki  paraqraf  üzrə  edilən    bəyannamə    və  bu  cür  bəyannamədə  göstərilən 

istənilən ərazi ilə bağlı məsələ Avropa Şurasının Baş Katibinə bildirişlə geri götürülə bilər. 

Bu  cür  gerigötürmə  bildirişin  Baş  Katib  tərəfindən  alındığı  tarixdən  üç  ay  müddəti 

bitdikdən sonrakı ayın birinci günü qüvvəyə minir.  

 

Maddə 48 – Qeyd-şərtlər   



 

 

 



Dəqiq şəkildə müəyyən edilən qeyd-şərtlər istisna olmaqla hazırkı Konvensiyanın istənilən 

müddəası  ilə  bağlı  heç  bir  qeyd-şərt  edilə  bilməz,  .  Hər  hansı  qeyd-şərt  istənilən  vaxt  geri 

götürülə bilər.  

 

 



 

Maddə 49 – İmtina 

 

 

1



 

Hər hansı Tərəf istənilən vaxt Avropa Şurasının Baş Katibinin adına bildiriş ünvanlamaqla 

hazırkı Konvensiyadan imtina edə bilər.  

 

 



2

 

Bu  cür  imtina  bu  cür  bildirişin  Baş  Katib  tərəfindən  alınması  günündən  üç  ay  müddəti 



bitdikdən sonrakı ayın birinci günü qüvvəyə minir.  


23 

CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007 

_________________________________________________________________________________________ 

 

 



 

 

Maddə 50 – Bildiriş 

 

 

 



Avropa  Şurasının  Baş  Katibi  Avropa  Şurasının  üzv  Dövlətlərinə,  konvensiyanı  imzalayan 

istənilən Dövlətə, istənilən Dövlətə, Avropa  İttifaqına, 45-ci maddəyə uyğun olaraq hazırkı 

Konvensiyanı  imzalamaq  üçün  dəvət  edilmiş  istənilən  Dövlətə  və  46-cı  maddənin 

müddəalarına uyğun olaraq hazırkı Konvensiyaya qoşulmaq dəvəti almış istənilən Dövlətə 

aşağıdakılar barədə məlumat verir:  

 

 



 

a

 



istənilən imza;  

 

 



 

b

 



ratifikasiya, qəbuledilmə, təsdiq və ya qoşulma haqda istənilən sənədin saxlamaq üçün 

təhvil verilməsi;  

 

 

 



c

 

45  və  46-cı  maddələrə  uyğun  olaraq  hazırkı  Müqavilənin  qüvvəyə  mindiyi  istənilən 



tarix;   

 

 



 

d

 



44-cü  maddəyə  uyğun  olaraq  qəbul  edilmiş  istənilən  düzəliş  və  bu  cür  düzəlişlərin 

qüvvəyə mindiyi tarix;  

 

 

 



e

 

48-ci maddə üzrə edilən istənilən şərtləndirmə;   



 

 

 



f

 

49-cu maddənin müddəalarına uyğun olaraq edilən istənilən imtina;   



 

 

 



g

 

hazırkı Konvensiya ilə bağlı istənilən digər qanun, bildiriş və ya məlumat.  



 

Yuxarıdakıların  təsdiqi  olaraq  aşağıda  imzalarını  təqdim  etmək  kimi  lazımi  səlahiyyət     

verilmiş şəxslər hazırkı Konvensiyanı imzalamışlar.  

 

 



 

Lanzarotedə, 25 oktyabr 2007-ci il tarixdə, ingilis və fransız dillərində tərtib edilmişdir, hər 

iki  dildə  olan  mətn  eyni  hüquqi  qüvvəyə  malikdir,  bir  nüsxədə  Avropa  Şurasının 

arxivlərinə  saxlanmaq  üçün  təqdim  edilir.    Avropa  Şurasının  Baş  Katibi  təsdiq  edilmiş 

nüsxələri  Avropa  Şurasının  hər  bir  üzv  Dövlətinə,  hazırkı  Konvensiyanın  işlənib 

hazırlanmasında  iştirak  edən  üzv  olmayan  Dövlətlərə,  Avropa  Cəmiyyətinə  və  hazırkı 

Konvensiyaya qoşulmaq üçün dəvət edilmiş istənilən Dövlətə təqdim edir.  

 

 



Yüklə 304,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə