Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə1/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
  1   2   3   4   5   6   7   8   9   ...   91


 
 
АZƏRBAYCAN TARİX QURUMU 
 
 
 
 
ƏNVƏR ÇİNGİZOĞLU, AYDIN AVŞAR 
 
 
 
 
 
 
 
MƏŞHUR AVŞARLAR 
 
(Tarixi-bioqrafik tədqiqat) 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı  
Mütərcim 
2014 
 
 


 

Kitab həmmüəllif Aydın Avşarın (Alıyev Aydın Müseyib oğlu)  
vəsaiti hesabına çap olunmuşdur. 
 
 
Elmi redaktoru:   Qasım Hacıyev,  
tarix elmləri doktoru 
 
Redaktoru:  
Bəhram Məmmədli,  
tarix elmləri üzrə fəlsəfə doktoru 
 
Rəyçilər:  
Gültəkin Nəcəfli,  
tarix elmləri üzrə fəlsəfə doktoru 
 
Mahal Qacarlı,  
tarix elmləri üzrə fəlsəfə doktoru 
 
Məsləhətçi:  
Sevda Aşurbəyli-Avşar 
 
 
Ənvər  Çingizoğlu,  Aydın  Avşar.  Məşhur  avşarlar.  Tarixi-bioqrafik 
tədqiqat. – Bakı: Mütərcim, 2014. – 324 səh.  
 
 
Jurnalist-etnoqraf  Ənvər  Çingizoğlunun  və  tədqiqatçı  Aydın  Avşarın 
bu  kitabında  Avşar  boyunun  məşhur  simalarından  söhbət  açılır.  Dündən 
bu  günə  dünyanın  siyasətində  və  mədəniyyətində  mühüm  rol  oynayan 
şəxsiyyətlərin yaşam yolundan bəhs olunur. 
Kitab tədqiqatçılar, müəllim və tələbələr, еləcə də gеniş оxucu kütləsi 
üçün nəzərdə tutulmuşdur. 
 
 
ISBN: 978-9952-28-185-9 
 
 
© Müəllif hüquqları qorunur. Müəlliflərin icazəsi olmadan bu kitabı  
və ya onun hər hansı bir hissəsini çap etdirmək, surətini çıxarmaq qadağandır! 
 
© Ə. Çingizoğlu, A.Avşar, 2014 


 

 
GİRİŞ 
 
 
Avşar  adı  gələndə  bəzilər  qürrələnir,  bəziləri  isə  qıcıqlanır. 
Qürrələnənlər şanlı tariximizə sevgisi olanlar, qıcıqlananlar isə cılız 
hisslərlə  yaşayanlar,  türkün  möhtəşəm  tarixinə  dodaq  büzənlərdir. 
Biz bu kitabı hamı üçün yazdıq. 
Avşar boyunun tarixi Oğuz elinin, Türk soyunun tarixidir. 
Avşar boyu еli tarix yazıb, tarix yaradıb. Bir şahlıq (Avşarlar 
imperiyası,  1735-1748),  bir  neçə  bəylik  (Qaramanoğulları,  Sarıxa-
noğulları),  bir  neçə  xanlıq  (Qarabağ  xanlığı,  1747-1822,  Urmiya 
xanlığı,  1747-1865,  Marağa  xanlığı,  1747-1925,  Zəncan  xanlığı, 
1747-1797, Xalxal xanlığı, 1747-1797, Ərdəbil xanlığı, 1747-1822) 
qurmuşlar. 
Kitabın  yazılmasında  arхiv  matеrialları  ilə  bərabər,  muхtəlif 
illərdə cap olunmuş qaynaqlardan, kitablardan da istifadə olunmuş-
dur.  Daha  çox  faydalandığımız  Faruq  Sümerin,  Mehdi  Bamdadın, 
Tahirə Həsənzadənin və başqalarının kitabları oldu. Onlara minnət-
darlıq, təşəkkür borcumuz var. 
Avşar boyunun ünlü, adlı-sanlı övladları çoxdur. Təbii ki, bir 
kitabda onları bir yеrə cəmləmək çətindir. Biz Türkiyədə, Suriyada, 
İraqda  yaşayan  avşarlardan  bəhs  etmədik.  Onları  gələn  kitabımıza 
saxladıq.  
Kitabı yazarkən çalışdıq ki, qiymətli adamlar qədərincə olsun. 
Əsas üstünlüyü tarixi kеçmişə, əski soylara, hərbçilərə və mədəniy-
yət xadimlərinə vеrdik. Maarif və səhiyyəni də bacardıqca işıqlan-
dırdıq. Hələ ki, bu son kitab dеyil. Qüsurlarımızı yеni yazılarımızda 
düzəldəcəyik. İnşallah! 
 
 
 
 
 


 

 
AVŞARLAR HAQQINDA ÜMUMİ MƏLUMAT 
 
 
Öncə adaçımı haqqında. F.Rəşidəddin (Cəmiəttəvarix), Yazı-
çıoğlu  Əli  (Səlcuqnamə) və Əbülqazi  Bahadır xan Xivəliyə (Şəcə-
rei-təraikəmə) görə Avşar adının anlamı «işlərini cəld görən və ova 
həvəsli»dir. K.Vamberi bu adı əsərinin bir yerində «toplayıcı» digər 
yerində  «əfsər,  zabit»  kimi  açıqlayır.  K.  Nemət  isə  Avşar  adının 
«avş» felindən törəndiyini qeyd edib, «itaətli» mənasında olduğunu 
yazır. 
Məşhur türkoloq M.Kaşğari (XI yüzil) məlum «Divani-Lüğət-
it-türk» əsərində 22 oğuz tayfalarından biri olan Əfşar//Avşar tayfa-
sının adını qeyd etmişdir. 
F.Rəşidəddin oğuzların boyları, damğası, geneologiyasını da-
ha dəqiq və stabil təsnif etmişdir. 
Fəzlullah  Rəşiddədində  oğuzların  boyları  Boz-ok  və  Üç-ok 
deyə  iki  qrupa  ayrılır.  Avşar  boyu  Boz-ok  qrupuna  mənsub  olub 
Ulduz  xanın  oğlu  kimi  təsvir  olunmuşdur.  O,  yazır:  «Avşar,  çevik 
və vəhşi heyvan ovuna həvəsli»
1
.  
Yazıçıoğlu Əli bəy, Əbülqazi Bahadır xan Xivəli də oğuz tay-
falarını 24 boya bölmüş, Avşar tayfasının da adını qeyd etmişlər. 
M. Kaşğaridən, F. Mübarəkşahdan (əfşar) fərqli olaraq Fəzlul-
lah  Rəşidəddin  və  Əbulqazi  xan  Xivəlidə  bu  söz  «avşar»  forma-
sında işlənmişdir. 
Avşar adı yerlərə, yörələrə görə, müxtəlif cür səslənir. Avşar, 
ovşar,  əfşar  kimi  deyiliş  və  yazılış  biçimləri  mövcuddur.  Bu  elin 
ilkin və dəqiq adı avşardır. 
Bu adın Avşar adlı türk-Azərbaycan mənşəli etnonimdən törə-
məsi şübhə doğurmur. Avşarlar Azərbaycan xalqı və dilinin forma-
laşmasında əsas rol oynayan və Azərbaycan ərazisində onlarca eyni 
                                                 
1
 F. Rəşidəddin, Oğuznamə, Bakı, 1987. səh.65. 


 

adlı  toponimlərin  yaranmasında  fəal  iştirak  edən  etnos  olmuşlar. 
Türk xalqlarının abidələrində bu tayfanın adı dönə-dönə çəkilir. 
Bəzi  tarixçilər  qeyd  edirlər  ki,  türk  tayfaları  olan  qacar  və 
avşarlar  monqol  istilaçıları  ilə  birlikdə  Orta  Asiyadan  gəlmişlər. 
Azərbaycanda bu tayfanın yerləşməsi isə Əmir Teymur və Miranşah 
mirzənin  gəlişi  ilə  bağlıdır.  Əslində  isə  avşarların  Azərbaycanda 
yerləşməsi çox-çox əvvəllərə aiddir. 
İ.P. Petruşevskiyə görə, əfşarlar, qacarlar və monqollarla bir-
likdə  Orta  Asiyadan  İrana  gəliblər.  Teymurun  vaxtında  onların  bir 
hissəsi Azərbaycana köçürülüb.
2
  
Avşar tayfalarının İranda geniş ərazidə yayıldığını V.İ. Savina 
qeyd  edir:  «Avşarların  İranın  türk  əhalisinin  arasında  hazırkı  dö-
nəmdə  böyük  qrupları  vardır.  Səfəvilərə  qədər  Azərbaycanda  (Ca-
ğatu  çayından şərqdə)  yaşayırdılar, sonra demək olar ki,  hər tərəfə 
yayıldılar. İndi onlara Azərbaycanın hər yerində rast gəlmək müm-
kündür. 
Məlumdur  ki,  avşar  tayfasından  1736-1747-ci  illərdə  İranda 
hakimiyyətdə  olmuş  Nadir  şah  çıxmışdır.  Avşar  etnonimi  İran  to-
ponimiyasında  çox  yayılmışdır.  Əfşar,  Əfşarcıq  (Azərbaycanda), 
Əfşaran,  Təppəəfşar  (Kermanşahda),  Əfşarlı,  Qışlaqəfşar  (Zəncan-
da),  Əfşarməhəmməd,  Hüseynabadəfşar,  Ərəbabadəfşar,  Cərməəf-
şar,  Cülgəəfşar,  Siyahəfşar  (Mərkəzi  İranda),  Qavəfşar  (Yəzddə), 
Çəmənəfşar (Kermanda)».

 
Adnan Menderes Kaya yazır: «Xorasanın Birsand bölgəsində 
Abşar, Fars bölgesinde Abşar, Xuzistanda 2 ədəd Abşar, Ərdəbildə 
Afşar,  Şərqi  Azərbaycanda  Afşarcıq  və  Çahar-Mahalda  Afşarabad 
adlı yerləşim birimləri də Avşarlardan qalmadır» (Adnan Menderes 
Kaya, Avşar türkmənləri, Keçit Yay., Qayseri, 2004, ss. 24-250). 
                                                 
2
  И.  П.  Петрушевский,  Очерки  по  истории  феодальных  отношений  в  Азер-
байджане и Армении в ХVI – начале ХIХ вв., Ленинградский Государствен-
ный Университет, 1949 год. ст. 94. 
3
 Савина В. И. Этнонимы и топонимии Ирана // Ономастика Востока. – М.: 
Наука, 1980. – с.150.
 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə