Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə2/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   2   3   4   5   6   7   8   9   ...   91

 

Avşar etnoniminin paralellərinə Qərbi Azərbaycanda (hazırkı 
Ermənistanda)  ürcah  oluruq.  Belə  bir  nəticəyə  gəlirik  ki,  türk  dilli 
avşar//afşar  adlı  tayfa  Orta  Asiya,  İran  (Cənubi  Azərbaycan)  və 
ümumən Qafqaz ərazisində geniş yayılmış, yayıldığı ərazinin topo-
nimiyasında öz izini qoruyub saxlamışdır. 
Təbiidir ki, bu etnonim yerləşdiyi ərazidə və təsirin nəticəsin-
də, eyni zamanda dilimizin monoformoloji qanunları,  zonanın  dia-
lekt  xüsusiyyətləri  çərçivəsində  müəyyən  dəyişikliyə  uğramışdır. 
Afşar//Ovşar //Əfşar və s. variantları olan bu sözün özəyini «avşar» 
termini təşkil edir. 
İndi isə Avşar eli haqqında. Avşar eli bir zamanlar Ağqoyunlu 
dövlətinə  sığınmışdı.  1406-cı  ildə  özünü  əl-Malük  əl-Adil  adı  ilə 
Sultan elan  edən Məmlük  əmiri  Çəkim  türkmanları  təhlükəli  ünsür 
sayaraq onlara qarşı hərəkətə keçdi. Nəticədə avşar, bayat və inallı-
ların mühüm bir qismi Qara Yuluq Osman bəyə sığındı. Qara Yuluq 
Osman bəy Çəkimin üzərinə getdi və o, döyüşdə öldürüldü. Həmin 
tayfalardan bəziləri öz yurdlarına qayıtdı. 
Avşar  elinin  böyük  bir  qolu  Qızılbaş  tayfa  ittifaqına  qoşul-
muşdu. Ünlü türkoloq Faruq Sümər Avşar elinin Qızılbaşları təşkil 
etməsi  haqqında  yazır:  «Səfəvi  dövlətini  quran  ünsür  tamamilə 
türklərdən  ibarətdir.  Bu  ünsürün  böyük  əksəriyyətini  də  anadolulu 
köçəri və kəndli türklər meydana gətirirdi. Yuxarıda deyildiyi kimi, 
Şah  İsmayıl  Ərzincan  yaxınlığında  Anadolu  türklərini  başına  yı-
ğaraq, buradan Azərbaycana yürüyərək öz dövlətini qurmuşdur. Bu 
halət Səfəvi dövlətinin başlıca dayağı olan boy və obaların yurdları-
nın bilinməsilə daha düzgün anlaşılmaqdadır. Qızılbaş ulusunu təş-
kil edən birinci dərəcəli oymaqlar bunlardır: ustacalı-ustahacılı (Sə-
fəvi dövründə ustaclı), rumlu, təkəlü, zülqədər, şamlı, əfşar, qaçar»
4
.  
Tarixçi Əhməd Zəki Vəlidi Toğan «Azərbaycan» adlı kitabın-
da Səfəvilərin ilk dövrlərində Azərbaycana hakim olan türk və türk-
manlar  haqqında  yazır:  «Teymur  Ərdəbildə  Şeyx  Səfiəddin  türbə-
sini  ziyarət  etməyə  gəldikdə  Ərdəbil  şeyxi  Xoca  Əlinin  xahişi  ilə 
                                                 

F. Sümər, Oğuzlar, Bakı, 1992, səh. 163.
 


 

rumlu, şamlı, musullu, quzanlu, kavanlı, zülqədir və qacarları Səfə-
vi  şeyxinin  tabeliyinə  vermişdi.  Ərdəbil  və  Muğan  tərəflərində 
şeyxlərin «qızılbaş» ordusunu təşkil edənlər də ustaclı, şamlı təkəli, 
baharlı,  zülqədər,  əfşar,  qacar  və  varsaqlar  idi.  Səfəvilər  dövründə 
«Otuz  iki  cavanşir»  adı  ilə  adlanan  cavanşir  qəbiləsi  Şirvanda  və 
Qarabağda görünür
5
.  
Avşar  eli  və  nümayəndələri  Səfəvilər  dövlətinin  qurulmasın-
da, genişlənməsində idarə olunmasında fəal iştirak etmişlər. 
1500-cü  ildə  Qızılbaş  qoşunu  Şirvana  yürüş  edərkən  Avşar 
sərkərdələrindən  Sultanşah  bəy,  Xəlil  bəy  möhrdar,  Hüseyn  bəy 
süfrəçi, Piri bəy pərvanəçi və başqaları öz qoşunları ilə orduya qatıl-
mış, oranın alınmasında fəal iştirak etmişlər. 
1514-cü  ildə  Çaldıranda  Osmanlı  ordusuna  qarşı  savaşan 
Qızılbaş ordusunun cinahına Sultanəli mirzə Avşar başçılıq edirdi. I 
Şah  İsmayılı  əsir  götürmək  istəyən  osmanlılara  «Şah  İsmayıl  mə-
nəm»  demişdi.  Osmanlılar  onu  əsir  almışdılar.  Sultanəli  mirzə  üz-
dən dayısıoğlu Şah İsmayıla oxşayırdı. 
1527-ci  ildə  özbək  xanı  Ubeydulla xan  Qızılbaşlar  məmləkə-
tinə qoşun çəkdi. I Şah Təhmasib ordu toplayıb onun qarşısına çıx-
dı. Ustaclı elindən Abdulla xan 200 nəfər seçmə bahadırla toplantı 
yerinə gəldi. Elin digər qruplarından isə 16 mindən yuxarı atlı yığıl-
mışdı. Yığılanlar içində Ustaclı eli birinci yeri 17 min atlıyla, ikinci 
yeri  Avşar  eli  16  min  atlıyla  tuturdu.  Özbəklər  məğlub  olub  geri 
çəkildilər. 
1534-cü  ildə  Osmanlı  padşahı  I  Sultan  Süleyman  Azərbay-
cana ikinci yürüş etdi. Təkəli və Zülqədər tayfaları osmanlıların tə-
rəfinə  keçdilər.  Avşar  eli  ağır  qoşunla  şahın  yanında  dayandı.  Əl-
vənd  xan  və  Göyçə  sultan  I  Təhmasibin  məşvərətçiləri,  yaxınları, 
sərkərdələri sırasında idilər. 
1546-cı  ildə  Alxaz  (bəzi  qaynaqlarda  Əliqasib)  mirzə  Şirvan 
bəylərbəyi idi. Qiyam edib qardaşına qarşı çıxdı. I Təhmasib onunla 
danışıq aparmaq üçün qorçubaşı Sevindik bəy Avşarı göndərmişdi. 
                                                 
5
 Ə. Z. V. Toğan, Azərbaycan, Bakı, 2007, səh.52. 


 

1548-ci ildə Osmanlı ordusu yenidən Qızılbaşlar məmləkətinə 
soxuldu.  I  Şah  Təhmasib  düşmən  ordusunu  izləyə-izləyə  Xoya 
gəldi. Oradan Çaldİrana yürüş etdi. Burada ona Kirman hakimi Şah-
qulu sultan Avşar və Mahmud xan Avşar qoşuldu. 
Şahqulu  sultan  böyük  qoşunla  Osmanlıların  sərhəd-sınır 
bölgələrini  viran  qoymaq  üçün  göndərilir.  Onlar  Əxlat  ərazisində 
tayfaları soyub taladılar və təqribən 5 min at, 100 min qoyun və 50 
min qaramal sürüb gətirdilər. Sultan Süleyman Azərbaycandan geri 
çəkilən kimi I Şah Təhmasib Kiş qalasına sığınmış Dərviş Məhəm-
məd  xanı  cəzalandırmaq  üçün  Qarabağdan  Sevindik  bəy  Avşarı 
2500  qorçu  ilə  Şəkiyə  göndərdi.  Qızılbaşlar  Şəkini  dağıdıb  çoxlu 
qənimət ələ keçirdikdən sonra geri döndülər. 
1551-ci  ildə  I  Şah Təhmasib Şəkinin müstəqilliyinə  son  qoy-
maq  qərarına  gəldi.  Avşarların  qatıldığı  və  Sevindik  bəyin  başçılıq 
etdiyi  Qızılbaş  ordusu  Şəkini  tutub  öz  dövlətlərinə  birləşdirdilər. 
Toygün bəy Qacar Şəkinin hakimi təyin edildi. 
1552-ci ildə Osmanlı ordusu yenidən Qızılbaşlar məmləkətinə 
soxuldu.  I  Şah  Təhmasib  düşmən  ordusuna  qarşı  dörd  istiqamətdə 
qoşun  tərtib  etdi.  Ərəb  İraqı  istiqamətində  Şahqulu  xan  Avşar  öz 
qoşunları ilə vuruşurdu. 
1575-ci  ildə  I  Şah  Təhmasib  xəstələndi.  Qəhqəhə  qalasında 
həbsdə yatan oğlu İsmayıl mirzə ilə bağlı əndişələndi. Ağlına gəldi 
ki, onun xəstəliyindən istifadə edib ustaclılar və qaradağlılar şahza-
dəni  öldürə  bilərlər.  İsmayıl  mirzəni  qorumaq  üçün  Avşar  elindən 
olan qorçuları Qaradağa, Qəhqəhə qalasına yolladı. 
1576-cı  ildə  I  Şah  Təhmasib  yenidən  yorğan-döşəyə  düşdü. 
Tayfalararası ədavət yenidən qızışdı. Hər el, hər qrup öz namizədini 
dəstəklədi. Bu arada şah vəfat etdi. Avşar elinin işi irəli düşdü. Sa-
rayın mühafizəsini, dərgahın keşiyini hərəmxana yüzbaşısı Vəli bəy 
Avşarın başçılığı ilə avşar, rumlu, qacar, bayat və varsaq tayfaların-
dan olan qorçular çəkirdilər. Vəli bəy qapını bağlayıb heç kimi içə-
ridən çölə, bayırdan daxilə buraxmadı. 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə