Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə3/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   2   3   4   5   6   7   8   9   ...   91

 

II  İsmayıl  mirzənin  tərəfdarları  arasında  Əmiraslan  sultan  və 
Məhəmmədqulu  bəy  Avşar  da  vardı.  Saraydaxili  çəkişmədə  Avşar 
elinin dəstəklədiyi İsmayıl mirzə qalib gəldi. 
II  Şah  İsmayıl  taxta  əyləşəndən  sonra  avşarların  zəhmətini 
dəyərləndirdi.  Vəli  bəyə  xan  ünvanı  verib  Kirmana  bəylərbəyi 
yolladı.  Məhəmmədqulu  bəyə  isə  xan  ünvanı  bəxş  edib,  qorçubaşı 
təyin  etdi.  Avşar  elinin  tanınmış  nümayəndələri  və  qorçubaşıları 
haqqında ayrı yazıda danışacağıq. 
1577-ci  ildə  II  Şah  İsmayıl  vəfat  etdi.  Əmirlər  ayaqlandılar. 
Qiyam  başlandı.  Araya  girən  Xəlil  xan  Avşar  qızılbaşları  sakitləş-
dirdi. 
II  Şah  İsmayıl  öləndən  sonra  məmləkəti  müvəqqəti  idarə  et-
mək üçün «Ağsaqqallar şurası» yarandı. Şuraya Ustaclı elindən Pirə 
Məhəmməd  xan  Çavuşlu,  Türkman  elindən  Əmir  xan  Mosullu, 
Şamlı elindən Sultan Hüseyn xan  Bəydili, Təkəli  elindən Müseyib 
xan  Şərəfəddinli,  Avşar  elindən  Məhəmmədqulu  xan  Araşlı  daxil 
idilər. 
1578-ci ildə Məhəmməd Xudabəndə şah elan edildi. Yeni şah 
gözdən qarav olduğu və zəif gördüyü üçün dövləti onun arvadı Xey-
rənnisə bəyim Məhdi Ülya, oğlu Həmzə mirzə və vəziri Mirzə Sal-
man Cabiri-Ənsari idarə edirdilər. Şah taxta əyləşən kimi yeni təyi-
natlara  başladı.  Avşar  elinin  nümayəndələri  əsasən,  köhnə  vəzifə-
lərində saxlandılar. Kirman, Kuhgiluyə əyalətlərini, Fərəh və başqa 
vilayətləri avşarlar idarə edirdilər. 
1578-ci  ildə  osmanlı  sultanı  III  Murad  (1574  –1585)  “Ama-
siya” sülh müqaviləsini pozub çoxsaylı ordu ilə Qızılbaşlar məmlə-
kətinə  soxuldu.  Osmanlı  ordusuna  qarşı  vuruşan  Qızılbaş  qoşu-
nunun sərkərdələri içində Avşar elinin nümayəndələri də vardı. 
1579-cu ildə Osmanlı sultanının göstərişi ilə Krım tatarları da 
Azərbaycana basqın etdilər. İmamqulu xan Qacar, Məhəmmədqulu 
xan Avşar, Şahrux xan Zülqədər, Məhəmməd xan Türkman, Pirmə-
həmməd  xan  Ustaclı,  Həmzə  xan  Ustaclı,  Museyib  xan  Təkəli  və 
başqalarının başçılığı  altında ordu toplanıb tatarların üzərinə hücu-
ma keçdi. Tatarlar yenildilər. Şirvan tatarlardan təmizləndi. Bəylər-


 
10 
bəyi  Araz  xan  Rumlu  osmanlılara  qarşı  döyüşdə  öldürülmüşdü. 
Yeni bəylərbəyi təyin  etmək  gərəkliyi düşünüldü. Qızılbaş əmirləri 
Həmzə  xan  Təmişli-Ustaclının  namizədliyini  irəli  sürdülər.  Dəlil 
gətirdilər ki, onun atası Abdulla xan uzun müddət Şirvanın bəylər-
bəyisi  olub.  Şahın  arvadı  bu  təklifə  etiraz  edib  qışın  şaxtasında 
saraya qayıtdı. Qızılbaş əmirləri də qeyzlənib Məhdi Ülyanın ardın-
ca  Qəzvinə  getdilər.  Qəzvinə  toplanan  qızılbaş  əmirləri  sözü  bir 
yerə  qoyub  and  içdilər  ki,  dövlət  işinə  qarışan  şah  arvadını  öldür-
sünlər. Ustaclı elinin ağsaqqalı Pirə Məhəmməd xan Çavuşlu onları 
bu fikirdən daşındırmağa çalışdı. Lakin qızışmış əmirlər saraya hü-
cum edib Məhdi Ülyanı və tat-tacik ünsürlü bir çox əyan-əşrəfi öl-
dürdülər.  Hətta  özünün  ağlı  və  təcrübəsi  ilə  tanınan  qorçubaşı  Mə-
həmmədqulu bəy Avşar kimi nüfuzlu əmir də bu qəsdə cəlb edildi. 
1580-ci ildə Qızılbaşlar arasına yenidən ədavət düşdü. Şirvana 
təzədən  soxulan  tatarlara  qarşı  vuruşan  bəylərbəyi  Məhəmməd 
xəlifə  Hacılar-Zülqədər  Əmir  xan  Mosullu-Türkmandan  kömək  is-
tədi.  Əmir xan köməyə  gəlsə də, döyüşə candan atılmadı.  Bu dəfə 
Şahrux  xan  Zülqədər  onu  suçlayaraq  özü  vuruşmağa  getmək  istə-
diyini bildirdi. Ustaclılar da onun tərəfini tutub Əmir xanı mühaki-
mə etdilər. Təfriqə yenidən başlandı. Öncə türkmanlara tərəf duran 
zülqədərlər və şamlılar bu dəfə ustaclılara qahmar çıxdılar. Şahrux 
xan  Zülqədər  açıq-açığa  Əmir  xanla  düşmənçilik  edirdi.  Məhəm-
mədqulu xan Avşar araya girərək barışıq yaratdı. 
1581-ci  (hicri-qəməri  989)  ilin  yazında  Qazi  Girey  və  Səfi 
Gireyin  başçılığı  ilə  Krım  tatarları  dördüncü  dəfə  Şirvana  hücüm 
etdilər.  Bundan  bir  qədər  əvvəl  İmamqulu  xan  Qacar  qızılbaşların 
güclü  dəstəsini  (əasən  qarabağlıları)  həmellisi  Peykər  xanın  kömə-
yinə göndərmişdi. Şamaxıya hərəkət edən tatarlar başda Şirvan bəy-
lərbəyi Peykər xan olmaqla qacar, çəkirli, qaramanlı və başqa tay-
faların əmirləri ilə qarşılaşdılar. Döyüş Şamaxı ilə Şabran arasında 
baş  verdi.  Tatarların  əvvəlki  uğurlarının  təsiri  altında  özünə  güvə-
nən Qazi Girey at belində döyüşün ən qızğın yerinə yeridi və Qara-
bağ qacarları tərəfindən əsir alındı. Tatarların və türklərin birləşmiş 
qoşunu yenidən ağır məğlubiyyətə uğradı. Səadət Girey də az qala 


 
11 
əsir  düşəcəkdi.  Sağ  qalan  tatarlar  və  türklər  (osmanlılar)  döyüş 
meydanından qaçdılar. Şirvanlı Əbubəkr mirzə də aradan çıxdı. Bu 
savaşda  avşarlar  da  fəal  iştirak  etmişdilər.  Tarixçilər  avşarların 
qəhrəmanlığını xüsusi qeyd edirlər. 
1583-cü ildə Fərhad paşanın başçılığı altında Osmanlı ordusu 
Azərbaycana  hərtərəfli  hücum  etmişdi.  Çuxursəd  bəylərbəyi  Mə-
həmmədi xan (Toxmaq) Ustaclı ilk zərbəni  yenə  öz üzərinə götür-
müşdü. 
Daim  qızılbaşlar  arasında  təfriqənin  olmasını  arzulayan  baş 
vəzir Etimadəddövlə Mirzə Salman Cabiri-İsfahani Həmzə mirzəni 
adlı-sanlı Qızılbaş əmirləri Məhəmmədqulu bəy Avşara, Şahrux xan 
Zülqədərə və Məhəmməd xan Türkmana qarşı qaldırmağa çalışırdı. 
O  şahzadəni  inandırırdı  ki,  «bu  üç  xadim  sağ  olduqca,  şahın  cani-
şinin gülüstanı ətir saçmayacaq və çiçək açmayacaq».
6  
Qızılbaş  əmirləri  vəzirin  onlara  qarşı  fitnələrindən  xəbərdar 
idilər və onu öldürmək qərarına gəlmişdilər. Heratda olarkən Mirzə 
Salman  məiyyəti  ilə  şəhər  ətrafına  gəzintiyə  çıxmışdı.  Aralarında 
Məhəmmədqulu  xan  Avşarın  oğlu  Yusif  xanın,  Məhəmməd  xan 
Türkmanın oğlu Vəlican xanın, Şahrux xan Zülqədərin qardaşıoğlu 
Xəlil sultanın və başqalarının olduğu qızılbaş gənclər dəstəsi qoca-
man  əmirlərin  göstərişi  ilə  onların  arxasınca  düşdü.  Yolda  təqib 
edənlər barədə məlumat alan Mirzə Salman tələsik geri qayıtdı. O, 
sığınacaq  tapmaq  ümidi  ilə  dövlətxanaya  –  şahın  və  Həmzə  mir-
zənin  yanına  gəldi.  Belə  olduqda  qızılbaş  əmirləri  şah  sarayının 
yerləşdiyi Sultan Hüseyn mirzə mədrəsəsinə gələrək vəzirin onlara 
verilməsini  tələb  etdilər.  Onlar  açıq  surətdə  bildirdilər  ki,  Mirzə 
Salman  qızılbaşların  düşmənidir,  tayfalar  arasında  ədavət  və  düş-
mənçiliyin  səbəbkarıdır.  Xorasan  əmirləri  arasında  itaətsizliyin  və 
qiyamın  günahkarıdır  və  o,  sağ  olduqca  əmirlər  arasında  birlikdən 
söhbət gedə bilməz. Şahın və Həmzə mirzənin təslim olmaqdan baş-
qa çarəsi qalmadı. Çünki əmirlər əks təqdirdə Abbas mirzə ilə birlə-
şəcəkləri  ilə  hədələyirdilər.  Əmirlər  öncə  vəzirin  bütün  əmlakını 
                                                 

İskəndər bəy Münşi, Tarixi-aləm-arayi-abbasi. 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə