Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə6/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   2   3   4   5   6   7   8   9   ...   91

 
18 
9.Şahsevən  elinin  aparıcı  və  nəcib  oymağı  sarıxanbəylilər 
avşar əsillidirlər. Bu eli yaradan oymaqların əksəriyyəti avşar idilər. 
İnanlı avşar köklü oymaq sayılırdı. 
10.Bir çox tarixçilər (Rzaqulu xan Hidayət, Mirzə Camal Ca-
vanşir,  Rzaqulu  bəy  Vəzirov)  Cavanşir  elini  avşar  köklü  hesab 
edirlər. 
11.XVIII yüzilə aid ərəb əlifbası ilə yazılmış sənədlərdə, həm-
çinin  məşhur  Azərbaycan  coğrafiyaçısı  Qafur  Rəşad  Mirzəzadənin 
1920-ci  ildən qabaq çap  etdirdiyi  bir xəritədə Abşeron adı  Əfşaran 
şəkilində yazılmışdır. Açması “avşarların yaşadığı yer” deməkdir. 
12.Avşar eli qədim zamanlarda, XIII yüzildə Həmədan və Əx-
lat ətrafında  yaşayırdılar. Tarixçi  Əhməd  Zəki  Vəlidi  Toğan  yazır: 
«Avşar  boyu  Xarəzmşahlar  dövründə  də  güclü  qəbilə  kimi  Həmə-
dan  və  Əxlat  ətrafında  yaşamışdır. Cəlal əd-Dinin  bunlardan aldığı 
qənimətlərin yalnız beşdə biri (xüms) 30000 qoyundan ibarət idi
15.
  
13.  Həmədanın  Əsədabad  bölgəsindəki  Qızılüzən  çayının  və 
ona  qoşulan  Talvar  çayının  vadisində  yaşayan  əhali  avşar  soyuna 
mənsubdurlar. Həmədanın dağlıq bölgəsi avşarların yurd yeridir. 
14.Kərəcin cənub hissəsində Əfşariyyə adlı bölgə var. Oranın 
yaxınlığında İştəharud bölgəsinin əhalisi də əsasən avşarlardan iba-
rətdir. 
15.Avşarların  daha  çox  məskunlaşdığı  ərazilərdən  biri  də 
Urmiyadır.  Urmiyanın  Dol  mahalında  avşarlar  binə  bağlamışdılar. 
Dol mahalı Qaşqagədikdən Xantavusa qədərdir. Oranın məsafəsinin 
uzunluğu  təxminən  5  ağacdır.  Tarix  kitablarında  yazılır:  «Dol  ma-
halı Urmiya gölünün sahilində yerləşir. Kiçik olmasına baxmayaraq 
çox abaddır. Dol qərb tərəfdən Kurd, Meh dağları, şimaldan Baran-
duz mahalı ilə həmsərhəd idi. 
Dol  mahalında  Urmiya  gölü  sahilindən  külli  miqdarda  duz 
əldə edilirdi. Mahalın kəndləri əsasən onun mərkəzində uzanan bağ-
bağatlı geniş Zirə və Naznaz dərələrində yerləşirdi. Həmin kəndlə-
rin birində, Səmədlidə mahal bəyləri yaşayırdılar. Dolun tabeliyində 
Rəşki-Sultanava,  Pirəli,  Kamanə,  Nizava,  Nara,  Oğul  Daşağıl, 
                                                 
15
 Ə. Z. V. Toğan, Azərbaycan, Bakı, 2007, səh.39-40. 


 
19 
Birinci Kənan,  İkinci Kənan, Bərdəxoş, Nazlı, Papaz, Zivə, Jarava, 
Şeytanava, Samurta, Xudrava, Dölə, Dördbənd, Talava, Cuşbər, Ba-
lıstan, Xan, Tavus və Təzəkənd kəndləri var». 
XVII yüzildə Urmiya hakimi Kəlbəli xan Qasımlı-Avşar Dol 
mahalını Gündüzlü (Qaroğlu) oymağına vermişdi. Gündüzlü oyma-
ğı orda kənd salıb, arx çəkib, ağac əkmişdi. 
Kəlbəli  xan  Binab  və  Nazlı  mahallarını  Bərduk  qalasından 
Mehranruda qədər olan yerləri Avşar elinin Kəhkəhli oymağına ver-
mişdi. Binab mahalı Marağa şəhərinin 16 km-də yerləşirdi. Mərkəzi 
Binab  qəsəbəsi  idi.  Əhali  Sofiyançayın  suyundan  istifadə  edirdi. 
XVIII-XIX yüzillərdə burda bir karvansara, həftə bazarı və bir neçə 
dükan vardı. 
Nazlı  mahalının  ərazisi  96  kvadrat  km-dən  ibarət  idi.  O, 
şimaldan  Ənzəl,  şərqdən  Urmiya  gölü,  cənubdan  Sumay,  qərbdən 
Urmiyanın özü ilə həmsərhəd idi. 
Kəlbəli xan Qasımlı Qırxlı oymağını Rövzə çayının sahilində 
yerləşdirmişdi.  Rövzə  mahalı  şimaldan  Sumay,  şərqdən  Nazlı,  cə-
nubdan Tərgəvər, qərbdən Urmiya ilə sınırlanır.  Sənədlərdən  görü-
nür ki, Rövzə mahalına 25 böyük və kiçik kənd bağlı idi. Əhali əsa-
sən heyvandarlıqla və əkinçiliklə məşğul idi. Mahal bəyləri Lar adlı 
böyük bir kənddə yaşayırdılar. 
Kəlbəli xan Urmiya şəhərinin ətrafını Qasımlı, Araşlı,  İmanlı 
oymaqlarına vermişdi. Bura qədimdə Urmiya mahalı adlanırdı. 
16.Avşarların ən çox cəmləşdiyi bölgələrdən biri də Tikabdır. 
Tikab tarixi, coğrafi ədəbiyyatlarda Tikabi-Əfşar, Avşar Tikabı ad-
lanır. Bəzi qaynaqlarda Təkab kimi xatırlanır. Tarixi kitablarda ma-
hal  haqqında  yazılır:  «Təkab,  şimaldan  Sərəs,  Qaraağac,  cənubdan 
Miranşah, şərqdən Ənguran, qərbdən Sayınqala  mahalları ilə həm-
sərhəddir. Mahalın ərazisi dağlıqdır. Keçən çağlarda bulaqlar və bu-
radan  axan  yeganə  Təkəb  çayı  əhalini  su  ilə  təmin  edərdi.  Təkab 
mahalı  çox  geniş  əraziyə  malik  olduğu  üçün  inzibati  cəhətdən 
Tikantəpə və Aşağı Təkab nahiyələrinə ayrılırdı». 


 
20 
XVII yüzildən sonra Təkab mahalının ümumi inzibati mərkəzi 
mühüm  ticarət  və  strateji  əhəmiyyəti  olan  Tikantəpə  kəndi  idi. 
Burada dükanlar, həftəbazarı və hamam var idi. 
17.Avşarların daha çox yaşıdıqları bölgələrdən biri də Sayın-
qala  mahalıdır.  Hazırda  Şahindej  adlanır.  Tarixi  kitablarda  mahal 
haqqında  yazılır:  «Marağanın  cənub-şərqində  yerləşən  bu  mahal 
şimaldan Əcirli, Çahardol mahalları, cənubdan Saqqız mahalı, şərq-
dən  Təkab  mahalı,  qərbdən  Bokan  mahalı  ilə  həmsərhəddir.  Əhali 
əsasən maldarlıqla məşğul idi. 
Mahal onun qərb sərhəddindəki Cığatu çayının Sarıq qolu və 
burada mövcud olan çeşmələrin suyu ilə təmin edilirdi. XVIII-XIX 
yüzillərdə  Sayınqaladan  başqa  yerlərə  gedən  yollar  (Miyandab  və 
Təkab yollarını istisna etməklə) yararsız idi. Nisbətən əlverişli olan 
Miyandab  və  Təkab  yolları  da  yağışlı  və  qarlı  günlərdə  keçilməz 
olurdu. Mahalın cənub-qərbində Kirifli (Kərəftu) dağı uzanır. Orada 
bir sıra mağaralar vardır. Dağın müxtəlif yerlərində və mağaraların 
divarlarında çoxlu daşüstü təsvirlər və yazılar vardır. 
Mərkəzi  Kürdistan  əyalətinə  gedən  yol  üzərində  yerləşən 
Sayınqala  kəndi  müəyyən  strateji  və  hərbi  əhəmiyyətə  malik  idi. 
Sayınqalada  Böyük  xan,  Mirzəcan,  Qırx  ayaq  və  Şah  Məhəmməd 
Novdanı  adlı çeşmələr  axırdı. Çox güman  ki,  kənddə müdafiə  əhə-
miyyətli Sayın adlı qalanın olması ilə əlaqədar olaraq ona həmin ad 
verilmişdir».  
Şahindej ətrafında Avşar elinin Araşlı və Qasımlı oymaqları-
nın tayfa-tirələri yaşayırlar. 
18.Avşarların  yaşadıqları  bölgələrdən  biri  də  Qoşaçaydır. 
Hazırda Miyandab adlanır. Tarixi kitablarda mahal haqqında yazılır: 
«Miyandab  mahalı  Marağanın  cənub-qərbində,  Urmiyə  gölünün 
sahilində və tam düzənlikdə yerləşmişdir. O, şimaldan Kavdil kən-
di,  cənubdan  Tatau,  şərqdən  Cığatı  və  qərbdən  Urmiyə  gölü  ilə 
həmsərhəddir. Miyandabın havası istiyə maildir və ərazisinin müəy-
yən  hissəsi  bataqlıqdır.  Burada  ilin  bütün  fəsillərində  mal-qaranın 
otlaması üçün yaş yem olduğu üçün qoyunçuluq geniş yayılmışdır. 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə