Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə7/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   2   3   4   5   6   7   8   9   10   ...   91

 
21 
Mahalın mərkəzindən əlavə, onun böyük kəndləri olan Qaba-
nava  və  Zənciravada  da  həftəlik  bazar  təşkil  edilirdi.  Miyandabı 
başqa  şəhər  və  mahallarla  rahat  karvan  yolları  birləşdirir.  Mahalın 
mərkəzi Miyandab qəsəbəsi idi Xanlığın başqa mahallarına nisbətən 
burada ipəkçilik daha artıq inkişaf etmişdir». 
19.Təbriz  şəhəri  avşarların  kök  saldıqları  qədim  şəhərlərdən 
biridir.  Evliya  Çələbi  «Səyahətnamə»  adlı  əsərində  Təbrizin  zadə-
gan və əyanları haqqında yazır: «Xeyli zadəgan və əyanları vardır. 
Lakin avşar, dümbülü, dümyülü, xələç, tərəkəmə, göydolaq tayfaları 
çoxdur»
16
.  Ünlü səyyah əhalinin dilindən danışarkən avşar tayfası-
nın özlərinin özəl ləhcəsi olduğunu qeyd edir. 
20.Avşarların  yaşadıqları  yörələrdən  biri  də  Savədir.  Savə 
Hovmə,  Cəfərabad,  Zərənd,  Xərqan,  Məzliqan,  Novbəran  bölgələ-
rindən  ibarətdir.  Bu  bölgələrdə  729  kənd  və  qəsəbə  qərar  tutur. 
Xərqan  avşarların  cəmləşdiyi  bölgələrdən  biridir.  Oranın  təxminən 
250  km  uzunluğu,  80  km  eni  var.  200-dən  çox  qəsəbə  və  kənd 
yerləşir. Əhalisinin hamısı türkdür. 
21.Avşar  elinin  binayi-qədimdən  məskunlaşdığı  bölgələrdən 
biri də Qarabağdır. Əski tarixçilər Qarabağı avşarların vətəni hesab 
edirlər. Qarabağda Avşar elinin araşlı oymağı binə bağlayıb. Hazır-
da Ağcabədi bölgəsində Avşar adlı 3 kənd, Araşlı adlı yurd yeri var. 
Həmin  bölgədəki  Hüsülü  kəndinin  ən  böyük  tayfalarından  biri 
Ərəşli  adlanır.  Qarabağ  Arazbarında  Ərşə  adlı  başqa  bir  yurd  yeri 
avşarların nişanəsidir. 
22.Kermanşahın  dağlıq  hissəsində  avşarlar  özlərinə  yurd  qu-
rublar. 
23.Bocnurd  və  Kaşanın  cənub  bölgələrində  kompakt  halda 
yaşayan avşar obaları var. 
24.Nişapur  və  Səbzvarın  arasında  avşarlar  qədim  dövrlərdən 
bəri yaşam sürürlər. 
 
                                                 
16
 E. Çələbi, Səyahətnamə, Bakı, 1997, səh.25. 


 
22 
AVŞAR ELİNİN OYMAQLARI,  
TAYFA VƏ TİRƏLƏRİ 
 
 
Avşar  elinin  Adaxlı,  Araşlı,  Alplı,  Bəgişli,  Qasımlı,  Qutulu, 
Qırxlı, Qılıclı, Qənibəyli, Qarahəsənli, Davudlu, İmanlı, Kərəcli, Gilə-
li, Gözüböyüklü, Gündüzlü, Mahmudlu, Tutmaqlı, Tərzili, Əmirli, Əli-
bəyli, Ərəbli, Yəhərli, Yorğanlı, Şahboranlı və başqa oymaqları var. 
Əhməd  Kəsrəvi  avşarları  bir  neçə  qola  ayırır.  Həmin  qollar: 
qırxlı,  babalı,  cəlayır,  kosaəhmədli,  gündüzlü,  inallı,  araşlı,  alplı, 
imirli, bəgəşli. 
B.  Nikitinə  görə  avşarlar  şamlı,  usalı,  qasımlı,  imanlı,  araşlı, 
gündüzlü, bəgəşli, kuhgiluyəli qollarına bölünür. 
Tarixçi  Tohid  Məlikzadə  «Salmasın  on  min  illik  tarixi»  adlı 
əsərində Avşar elinin 11 tayfa-tirəsini göstərir. Həmin tirələr: Şamlı, 
Usanlu, Qasımlı, İnanlı, Araşlı, Gündüzlü, Təkəşli, Kəhgilulu, Qırx-
lı, Təkəli,  İmirli. Tohid Məlikzadə ilə Nikitinin bölgüləri  yaxındır. 
Lakin T. Məlikzadə Bəgəşli əvəzinə Təkəşli yazıb ki, Avşar elində 
bu adda oymaq yoxdur. 
Oskan Mann avşarları qasımlı, araşlı, kosaəhmədli, qutulu, tə-
kəli, inanlı, bəgəşli, qırxlı, imirli, gündüzlü, təkəlilər qollarına pay-
laşdırır. 
A.Düpreyə görə, Urmiya avşarları Araşlı və Qasımlı adlı oy-
maqlardan,  kərəcli,  imanlı,  davudlu,  usallı,  qılıclı,  qənibəyli,  kiləli, 
tutmaqlı,  adaqlı,  qarahəsənli,  əlibəyli,  tərzili,  şahburanlı,  yəhərli, 
kuhgiluyəli adlı tayfalardan təşkil olunub. 
İran  tarixçisi  Məhəmməd  Xaliqi  Müqəddəmin  yazdıqlarına 
görə, Tikab (Tikantəpə) yörəsinin Əcirli mahalında Avşar elinin us-
taclı, badamlı, pətəkli, cənkli, hasarlı, qəmişli, gözəlli, laləli, nəxtalı, 
yeləkli  tirələri  yaşayırlar.  Aşağı  Əhmədabad  mahalında  alıçlı,  tən-
dirli,  çublu,  faqılı  tirələri  qərar  tutublar.  Göyağac  mahalında  isə 
ətaqlı tirəsi binə bağlayıb. 
Tikabın  ətrafında  və  bölgələrində  yaşayan  avşar  tirələri:  bə-
dirli, sarıcalı, qırxlı, yəhərli. 


 
23 
Şahindej  (Sayınqala)  şəhərinin  ətrafında  avşar  elinin  həsənli, 
xocalı, dəvəli, əqrəbli, qozlu, mamalı tirələri məskunlaşıblar. Şahin-
dejin  Çahardəvəli  mahalında  çiçəkli,  davudlu,  zeynallı,  qanqanlı, 
qaraqoyunlu, tozlu, novruzlu tirələri qərar tutublar. 
Sayınqala  məntəqəsində  qurtbəyli,  xorasanlı  tirələri  məskun-
laşıblar. 
Zəncanın  Oryad  bölgəsində  yaşayan  avşar  tirələri:  almalı, 
bəyamlı, bəyanlı, fəxrili, xəndəkli. 
Zəncanın  Çaypara  bölgəsində  buta  bağlayan  avşar  tirələri: 
alvarlı, pirili, mehdili, dadlı, əzizli və qaraoğlanlı. 
Aşağı və Yuxarı Zəncanrudda qərar tutan avşar tirələri: alma-
lı,  qoluqısalı,  iydəli,  bəhrəmli,  paşalı,  məlikli,  mustafalı,  muxtarlı, 
xələfli  (Qaraçəryan  kəndində),  nəzərli,  həşimli,  hamamlı,  ocaqlı, 
mollalı, mehrli, zinətli, rəhmanlı, dədəli, radlı. 
Zəncanın  Qənibəyli  və  Qızılkeçili  bölgələrində  mehdili, 
nəcimli,  kərimbəyli,  nasirli,  rzalı,  tağılı,  şirli,  məhərrəmli,  musalı, 
rəhimli, əhmədli, həmzəli, qənili, muğanlı tirələri yaşam sürürlər. 
Zəncanın Ənquran bölgəsində qaramusanlı, qozlu, gülablı, ca-
hanlı, muğanlı, cumalı, xaslı, bədirli, armudlu, iydəli, iyəli, əhmədli, 
xocalı, davudbəyli tirələri sakindirlər. 
Zəncanın  İçrud, Səidabad və Qoltuq  bölgələrində qərar tutan 
avşar tirələri: qozlu, qaragözlü, həsənli, çayırlı, həşimli, korhəsənli, 
nədirli, nəqibli, nəsirli, cəfərli, nağılı, novruzlu, musalı, mahmudlu, 
məhəmmədli, kavəli, kərəmli, kərimbəyli, əhmədli, yavərli, yektalı, 
tarlı, pərvizli. 
Zəncan şəhərinin ətrafında yaşayan avşar tirələri: adnalı, azər-
li, hasarlı, ağacanlı, ağcalı, ağabəyli, əhmədxanlı, əhmədli, hamam-
lı, qaraxtılı, imamlı, sarıcalı, almalı, şücalı, şəkərli, nədirli, söhbətli, 
çapuqlu,  həsənli,  haqverdili,  həmzəli,  heydərli,  paşalı,  əbucanlı, 
pərçəmli,  pənahlı, pirili, tarlı, baratlı,  bozquşlu, nəbili,  bəyməhəm-
mədli,  bəhrəmli,  tohidli,  kavəli,  kərimbəyli,  gövhərli,  gəncəli,  mə-
hərrəmli,  nemətli,  mirili,  zeynallı,  qozlu,  müqimli,  hadılı,  yarılı, 
kakalı,  qaratuşlu,  rəcəbli,  zəfəranlı,  zamanlı,  zinətli,  rəfili,  rama-
zanlı, muradlı, mədədli, mənsurlu, mollalı. 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə