Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə8/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   4   5   6   7   8   9   10   11   ...   91

 
24 
Zəncanın  Xürrəmdərə  məntəqəsində  çıpıqlı,  xəlifəli  tirələri 
məskunlaşıblar. 
Zəncanın  Aşağı  və  Yuxarı  Qarapöştə  bölgəsində,  Xalxalın 
Kağızkünan  bölgəsinə  sərhəd  ərazilərdə  köç-düşlə  məşğul  olan 
Avşar  elinin  tirələri:  heydərli,  musalı,  rüstəmli,  bəndəli,  rəsullu, 
zareli,  rəşidli,  rzalı,  bəyməhəmmədli,  mirzəxanlı,  muxtarlı,  nəbili, 
muradlı, pərçəmli, müslümlü, iydəli, məlikli, kazımlı. 
Xalxalın cənubunda Kağıkünan, Xuruşrüstəm və Şahrud böl-
gələrində avşar elinin səədli, şatiranlı, təğtəmşili tirələri dövran ke-
çirirlər.  Qacar  hakimiyyətinə  qədər  Xalxalın  başçıları  Avşar  elinin 
Səədli oymağından olublar. 
Yuxarı Tarom bölgəsində buta bağlayan avşarlar dədəli, səfili, 
musalı  (Çorzəq  kəndində),  murtuzlu  (Dram  kəndində),  mirzəxanlı, 
kərimbəyli, nasirli, novruzlu və başqa tirələrdən ibarətdir. 
Aşağı  Tarom  bölgəsində  isə  binə  bağlayan  avşarlar  qulallı, 
qaradəvəli, mustafalı, zülqədər tirələrindən təşkil olunublar. 
Əbhərin  cənub  hissəsində  Avşar  elinin  İnanlı  oymağı  köç-
düşlə  məşğuldurlar.  Bu  oymaq  rahatlı,  şülkəli,  qaracalı,  qonqurlu, 
ağsaçlı,  şahverənli,  çarıqlı  tayfalarına  bölünürlər.  Onlar  Əbhərin 
cənub  hissəsindəki  Qamışlı  bölgəsindən  Qitəliyə  qədər,  Xərqanın 
ətəklərindən  Bölük  Zəhraya  kimi  yayılıblar.  Qışlaqları  Qumun 
civarından ta Məhəmmədəlixan qalasına qədər ərazilərdir. Ordan da 
Gedağ bölgəsinə kimi gedirlər. 
Əbhərin  ətrafında  avşarların  inanlı,  balıqlı,  iydəli  tirələri 
yaşıyırlar. Oranın Düdəngə bölgəsində inanlılar qərar tutublar. 
Avşarların  qışlaqlarında  və  Qidar  bölgəsində  məskunlaşan 
tirələr: əbucanlı, aslanlı, avşarlı, ağaçıqlı, tohidli, teymurlu, cığlı, çı-
pıqlı,  çirikli,  həsənli,  xəlifəli,  doğanlı,  şahverdili,  tahirli,  abbaslı, 
isabəyli,  qadirli,  qaruğlu,  qaradolaqlı,  keçəlalılı,  kürdlü,  küşkanlı, 
gümüşlü,  məhəmmədşahlı,  məhəmmədli,  mehdili,  vermanlı,  yarəh-
mədli, yəqinli. 
Secas bölgəsində avşarların dabanlı, Qidar bölgəsinin ətrafın-
da şıxlı, duraqlı, Bəzinəçayı bölgəsində ağuzlu, əmirli, tozlu, Sulta-
niyyə  civarında  sarıcalı,  bozğuşlu,  yaqublu,  Gözəldərə  kəndində 


 
25 
mehrli,  Binab  şenliyində  pənahlı,  Zakir  şenliyində  salmanlı,  usanlı 
tirələri sakindirlər. 
Qərbi  Xərqan  bölgəsində  məskunlaşan  avşar  tirələri:  ağçalı, 
çıpıqlı, qanqanlı, qəmişli. 
Şərqi  Xərqan  yörəsində  buta  bağlayan  avşar  tirələri:  avşar-
məhəmməd və başqaları. 
Takistanın  cənubunda Əfşariyyə bölgəsində və  Qəzvində  ya-
şayan avşar tirələri: muradbəyli, vəlicanlı, sadıqlı, bəgişli, təkəli və 
başqaları. 
Savənin Xərqan bölgəsində dövran sürən avşar tirələri: bəyan-
lı, yarpızlı. 
Savənin  Zərənd  yörəsində  qərar  tutan  avşar  tirələri:  həfişli, 
sultanəhmədli,  şirəlibəyli,  qəmişli,  tozlu,  musalı,  nəzərli,  bəyanlı, 
tohidli, şərəfli, balıqlı. 
Qorvə  bölgəsində  avşar  elinin  guvanlı,  pirimli  tirələri  binə 
bağlayırlar.  Qorvə  ətrafındakı  tirələrdən  bəziləri  qışlamağa  Qidara 
gedərlər.  Qidara  gedən  tirələr:  qəmçəli,  baharlı,  çımıqlı,  dirəkli, 
qamlı, giləkli və başqaları. 
Qızılüzən  çayının  Bicar  bölgəsinə  axan  hissəsində  yaşayan 
avşarların  tirələri:  çıpıqlı,  qəmişli,  iydəli,  bəyanlı,  qaracalı,  qara-
məhəmmədli, qıçlı, muğanlı. 
Quzey  Azərbaycanda  Avşar  elinin  Araşlı  (Ağcabədi),  Qırxlı 
(Tovuz), Xırmandalı (Biləsuvar, Masallı) oymaqları qərar tutublar. 
 
 
Əmir Şumla 
 
Tədqiqatçı  Faruq  Sümər  yazır  ki,  Şumla  avşar  bəylərindən 
birinin  adı  deyil,  ləqəbi  idi.  Bu  sözün  mənası  və  mənşəyi,  bizcə, 
məchuldur.  Şumlanın  əsil  adı  Ay-doğdu,  atasınınki  isə  Küş-doğan 
(Güc-doğan)  idi.  Şumlanın  Yaqub  bəylə  qohum  olub-olmadığı  da 
bilinmir.  Deyəsən,  Şumla  onun  dövründə  Xuzistanın  bir  qismi  ilə 
Luristanın  bəzi  yerlərini  idarə  edirdi,  Şumla  əvvəlcə  Sultan  Məsu-
dun  axırıncı  hacibi,  yəni  bəylərbəyisi,  Xas  bəyin  əmiri  və  yaxın 


 
26 
adamlarından  biri  idi.  Əgər  qaynaqlardan  biri  bizi  aldatmırsa,  Xas 
bəyin  tərəfdarı  Zəngi  Candar  da  türkmən  idi.  Birinci  hissədə 
deyildiyi kimi, Xas bəy öz rəqibləri olan məmlük mənşəli əmirlərlə 
mübarizə aparmaq üçün özü kimi türkmən bəylərinin başına yığma 
qayəsini  daşıyırdı.  Xas  bəy  547-ci  ildə  (1152)  Sultan  Məhəmməd 
tərəfindən  hiylə  ilə  öldürüldüyü  zaman  Şumla  öz  zəkası  sayəsində 
canını qurtara bilmişdi. O, bu hadisədən sonra Xuzistana gəldi... O 
vaxt bura artıq səlcuqlu Məlik şah ibn Məhəmmədin əlinə keçmişdi. 
Şumla  Xuzistana  gələr-gəlməz  dərhal  fəaliyyətə  başladı,  xırda 
Luristan  əmirlərini  özünə  tabe  etdi.  Həmin  dövrdə  Bağdaddakı 
Abbasi  xəlifəliyi  də  vəziyyətdən  istifadə  edərək  öz  torpaqlarını 
genişləndirməyə çalışmırdı. 
Xəlifə  zəif  bir  şəxsiyyət  olan  Məlik  şahın  əlindən  Xuzistanı 
almaq üçün 550-ci ildə (1155) bura  ya bir ordu göndərsə də, Şumla 
öz əsgərlərini yeridərək onun qoşunlarını məğlubiyyətə uğratdı, sər-
kərdələrini isə əsir aldı (rəcəb-sentyabr). Lakin Şumla onları Bağda-
da  göndərərək  xəlifədən  üzr  istədi,  bir  qədər  sonra  isə  Məlik  şahı 
qovaraq Xuzistanın müstəqil hakimi oldu. 
551-ci ildə (1156) Səlcuq hökmdarı Sultan Məhəmməd xəlifə-
yə  öz  hakimiyyətini  tanıtmaq  üçün  Bağdadı  mühasirəyə  aldığı  za-
man  Xəlifənin  təhriki  ilə Azərbaycan  hakimi  Eldəniz və  digər  bəzi 
əmirlər Məlik şahı Sultan elan etmiş və paytaxt Həmədan ələ keçi-
rilmişdi.  Şumla  da  Məlik  şahın  tərəfdarı  kimi  Həmədana  gəlmişdi. 
Bir  il  sonra  Şumla  xəlifənin  əmirlərindən  Kaymazı  məğlub  edərək 
əsir aldığı və Sultan Məhəmmədə göndərdiyi üçün Xəlifə onun üzə-
rinə böyük bir ordu ilə vuruşmamışdı. 554-cu ildə (1159) ölkəsi əl-
dən  gedən  Məlik  şah  məiyyətində  Həmədanlı  Sunqur  və  Kovdan 
kimi böyük əmirlər olduğu halda Xuzistana girdi. Şumla onun qar-
şısına çıxsa da, məğlub oldu və bir qalaya sığınıb gizləndi. Xorasanı 
alan  Məlik  şah  Farsı  da  işğal  hakimi  Zəngi  də  Məlik  şahı  suzeren 
tanıyaraq  hər  ikisi  onun  yaxın  əmirlərinə  çevrildi.  Hətta  həmin  il 
(554) Sultan Məhəmməd öldükdə bəzi məliklər səlcuq taxtında əy-
lərmək üçün məhz Məlik şahı dəvət elədilər. Məlik şah bu məqsədlə 
yanında Şumla və Zəngi olduğu halda İsfahana gəldi. Burada başqa 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə