Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə91/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   83   84   85   86   87   88   89   90   91

 
312 
Hacı  İbrahim  Əjdər  bəy  Musa  xan  oğlu  1923-cü  ildə  özü 
tikdirdiyi məsçiddə dəfn edilmişdi. 
 
* * * 
 
 Diqqəti  cəkən  bir  detal:  Bakının  dörd  iri  məsçidindən  ikisi 
əsilzadə  Aşurbəyovlar  nəslinin  təmsilçiləri:  Nabat  xanım  və  Hacı 
Əjdər  bəy  Aşurbəvovlar  tərəfindən  ucaldılmışdır.  Bu  məscidlər 
şəhərdəki dini binaların əksəriyyətinin unudulduğu və baxımsız hala 
düşdükləri  illərdə  belə  fəaliyyət  göstərirdi.  Bütün  bu  illər  ərzində 
Aşurbəyov  məscidləri  bizim  şəhərin  tikinti  ənənələrinə  bu  nəslin 
verdiyi böyük töhfələri canlı xatirələri olmuşlar. 
 Teymur bəy  Aşurbəyovun tikdirdiyi indiki «Günəşli»  sanato-
riyasının  binası,  Əjdər  bəy  Aşurbəyovun tikdirdiyi Əjdərbəy  məs-
cidi, Nabat xanım  Aşurbəyovun tikdirdiyi Təzə Pir məscidi  Şərq 
arxitekturasının möhtəşəm simasını bugünkü nəslə çatdırır. 
 
 
Hacı Mehdiqulu bəy Aşurbəyov 
 
Hacı Mehdiqulu bəy Aşurbə-
yov  bu  soyun  yaşlı  nəslinin  tipik 
təmsilçilərindən biri idi. 
H.Z.Tağıyevlə 
birlikdə 
H.M.Aşurbəyov  Bakı  Quberniyası 
uşaq  evlərinin  hamilik  təşkilatının 
fəxri üzvü olmuşdur. 
Sara  xanım  Aşurbəylinin  şa-
hidliyinə  görə,  Bakı  əsilzadələrinin 
təmsilçisi  qismində  Hacı  Mehd-
iqulu  bəy  Aşurbəyov  II  Nikolayın 
tacqoyma 
mərasimində 
iştirak 
etmiş  və  monarxa  qızıl  işləməli 
xəncər hədiyyə etmişdir. 
İsa bəy Aşurbəyov Hacı Mehdiqulu bəyin yeganə oğlu idi. 


 
313 
İsa bəy Aşurbəyov 
 
İsa  bəy  Hacı  Mehdiqulu 
bəy  oğlu  oğlu  1881-ci  ildə  Bakı 
şəhərində 
anadan 
olmuşdur. 
("Difai"nin  yaradıcılarından  və 
b.); türkcə və rusca çıxan "Nicat" 
qəzetinin  (1910-1912)  redaktoru; 
1914-də  Bakı  Şəhər  Dumasının 
üzvü  (qlasnı)  –  İzvestiə  Bakin-
skoy  qorodskoy  dumı.  Baku, 
1915,  III  çastğ,  s.41;  (XMK  so-
sial  tərbiyə  şöbəsi  müdirinin 
müavini – 10.1920; XMK məktəb 
bölməsinin  işçisi-1921;  XMK-da 
dərsliklərin tərtibi  komissiyasının 
sədri  –  5.7.1922-dən,  18  iyul 
1922-ci  ildən  nəşriyyat  şöbəsinin 
müdiri vəzifəsində çalışmışdı. 
İsa bəy Aşurbəyli oktyabr 1938-ci ildə vəfat etmişdir 
 
 
Sara Aşurbəyli 
 
Sara  Bala  bəy  qızı  Aşurbəyli  1906-cı  il  27  yanvar|yanvarın 
27-də  Bakı  şəhərində  anadan  olmuşdur.  1925-ci  ildə  İstanbulda 
Müqəddəs  Janna  d-Ark  adına  kolleci,  1930-cu  ildə  Bakı  Dövlət 
Universitetinin  şərqşünaslıq,  1941-ci  ildə  Azərbaycan  Pedaqoji 
İnstitutunun xarici  dillər fakültələrini bitirmişdir. Ali  təhsilini başa 
vurduqdan  sonra  Azərbaycan  Dövlət  Universitetində  baş  müəllim, 
Azərbaycan Pedaqoji İnstitutunda dekan vəzifəsində çalışmışdır. Ali 
məktəblərdə  Azərbaycan  tarixi,  Qərb  və  Şərq  mədəniyyətləri 
haqqında mühazirələr oxumuşdur. 


 
314 
O,  Yaxın  və  Orta  Şərq 
xalqları  tarixinin  bilicisi  olmaqla 
yanaşı, həm də rəssam və musiqiçi 
idi.  Ağır  təqib  illərində  yaşamaq 
üçün bu bilik və bacarıqlarından is-
tifadə  etmişdir.  Sara  xanım  dram 
teatrında rəssam və dekorator, mək-
təbdə  müəllim  işləmiş,  müəllimi 
Üzeyir Hacıbəyovun dəvəti ilə 15 il 
Konservatoriyada xarici dildən dərs 
demiş,  eləcə  də  öz  çəkdiyi  rəsm 
əsərlərini  sataraq  dolanmışdır.  Sər-
gilərdən  birində  onun  "Göygöl" 
əsərini  Meksika  nümayəndələri  al-
mışlar. Bu əsər indi Meksika muze-
yində  saxlanır.  1946-cı  ildə  Sara 
xanım Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilmişdir. 
Sara  Aşurbəyli  sonralar  Azərbaycan  Tarixi  Muzeyində  Orta 
əsrlər  tarixi  şöbəsinin  müdiri,  Azərbaycan  Elmlər  Akademiyasının 
Şərqşünaslıq  İnstitutunda  baş  elmi  işçi,  Tarix  İnstitutunda  elmi 
katib, baş elmi işçi və aparıcı elmi işçi vəzifəsində işləmiş, 1993-cü 
ildən  ömrünün  sonuna  qədər  Akademiyanın  Arxeologiya  və 
Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi olmuşdur. 
O, "Bakının tarixinə dair oçerklər", "Orta əsrlərdə Azərbaycan 
və  Hindistanın  iqtisadi  və  mədəni  əlaqələri"  və  "Şirvanşahlar 
dövlətinin  tarixi"  kitablarının  müəllifidir.  Bu  tədqiqatlarına  görə 
Sankt-Peterburqda tarix elmləri namizədi, Tbilisidə isə, 1966-cı ildə 
tarix elmləri doktoru adına layiq görülmüşdür. Azərbaycan tarixinə, 
mədəniyyətinə  həsr  etdiyi  məqalələrinə,  tədqiqatlarına  görə  isə  o, 
Azərbaycan  Dövlət  Mükafatı laureatı, "Şöhrət" ordeni  və respubli-
kanın  əməkdar  elm  xadimi  adı  ilə  mükafatlandırılmış,  Xəzər 
Universiteti nin Fəxri doktoru adını almışdır. 
Görkəmli  alim  2001-ci  il  17  iyulun  17-də  96  yaşında  vəfat 
etmişdir. 


 
315 
 
Kamal Aşurbəyov 
 
Ölkəmizin musiqi ictimaiyyəti arasında yaxşı tanınan Helsinki 
Konservatoriyasının  müəllimi  Kamal  Aşurbəyov  Finlandiyada 
Azərbaycan  diasporunun  fəal  nümayəndələrindən  biri,  Azərbaycan 
“Dostluq”  cəmiyyətinin  üzvüdür.  Kamal  müəllim  qədim  Aşurbə-
yovlar  nəslindəndir.  Bu  nəslin  banisi  məşhur  sərdar  (hərbi  nazir) 
Aşur xan Avşar olmuşdur. 
Aşurbəyovların  zadəgan  nəsli  Köhnə  Bakı  ziyalıları  arasında 
xüsusi yer tutur. Bu qədim nəslin nümayəndələrinə nüfuzlu neft sə-
nayeçiləri, iri təhsil müəssisələrinin qəyyumları, maarifçilər, xeyriy-
yəçilər, naşirlər, ən səxavətli mesenatlar arasında rast gəlmək olar. 
Onun yaradıcı fəaliyyəti 1984-cü ildə Moskva hərbi dairəsinin 
Mahnı  və  Rəqs  ansamblında  başlanmışdır.  Həmin  ansamblla  bəra-
bər Çernobıl atom elektrik stansiyasında olmuş K.Aşurbəyov AES-
də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakçılara verilən 
fəxri fərmana layiq  görülmüşdür. 1991-ci  ildə P.İ.Çaykovski adına 
Moskva  Dövlət  Konservatoriyasını  bitirəndən  sonra  1994-cü  ildə 
Finlandiyaya köçmüşdür. 
Musiqiçi deyir: “Mən Rəşid Behbudov, Müslüm Maqomayev, 
Tofiq  Quliyev, Qara Qarayev, Üzeyir Hacıbəyli  kimi  sənətkarların 
yaradıcılığından  bəhrələnmişəm,  adlı-sanlı  maestro  Niyazinin  iste-
dadına vurğun idim. Bu sənətkarların  yaradıcılığına indi də müntə-
zəm  müraciət  edirəm, öz uşaqlarıma, finlandiyalı və digər tamaşa-
çılara onlardan söhbət açıram”. 
Avropa ölkələrinin çoxunda Azərbaycan mədəniyyətini, Azər-
baycan musiqisini, o cümlədən muğamları təbliğ edən Kamal Aşur-
bəyov  Helsinki  şəhərinin  meriyasında  Azərbaycan  mədəniyyətinin 
tarixinə dair mühazirələr oxumuşdur. 
Kamal  Aşurbəyov  finlandiyalı  dinləyiciləri  tez-tez  Azərbay-
can  musiqisinin  özünəməxsus  ecazkar  melodiyaları  və  qeyri-adi 
ahəngdarlığı  ilə  tanış  edir.  Finlandiyalı  musiqiçilərin  çoxu  Azər-


 
316 
baycan  melodiyaları  ilə  türk  musiqisi  arasında  sıx  əlaqə  olduğunu 
qeyd edirlər. 
Kamal  müəllim  öz  yaradıcılığında  muğamlara  xüsusi  əhəmiy-
yət  verir,  çünki  muğam  Azərbaycan  xalq  musiqisinin  əsasını  təşkil 
edir. Kamal Aşurbəyov deyir: “Muğam ifaçıdan müstəsna musiqi du-
yumu,  habelə  improvizə  bacarığı,  yəni  bəstəkarlıq  istedadı  tələb 
edir”. 
 
 
İqor Aşurbəyli 
 
1963-cu  ilin  9  sentyabrında 
Bakıda anadan olub. Atası – Aşur-
bəyli  Rauf  (1936)  texniki  elmlər 
namizədi,  Azərbaycan  neft-kimya 
proseslər  İnstitutunda  şöbə  müdiri 
vəzifəsində  çalışıb,  təqaüdə  çıx-
dıqdan  sonra  Xəzər  Qırmızı  bay-
raqlı  Ali  hərbi-dəniz  məktəbində 
dərs deyib. Anası Kaprielova (Re-
zanova)  Yelizaveta  Kosmik  tədqi-
qatlar  instinununda  Meteoroloqiya 
şöbəsinin  müdiri  olub.  İqorın  hə-
yat  yoldaşı  Aşurbəyli  (Burşteyn) 
Viktoriya 
(1962) 
Azərbaycan 
Yüngül  Sənaye  Nazirliyində  mü-
həndis-proqramçı  vəzifəsində  çalışıb.  Oğlu  -  Aşurbəyli  Ruslan 
(1984) texniki elmlər namizədi, OAO Konstruktor bürosunda şöbə 
müdiri işləyir. 
İqor Rauf oğlu  Aşurbəylinin ana nəsli Rezanovlar Nijeqorod 
vilayətinin  Arzamas  şəhərindəndilər.  Onun  ulu  babası  Qriqori 
Stepanoviç  inqilab  illərində  Bakıya  gəlib,  burada  o  “Iskra“  adlı 
inqilab  qazeti  çap  edən  “Nina”  gizli  mətbəəsinin  təşkilatçılarından 
idi.  Sovet  vaxtı  o,  Azərbaycanın  iri  senayeçisi  olmuşdur.  Qəribə 


 
317 
olsa da, bu faktdır: “İskra” mətbəəsi qədim dvoryan nəslindən olan 
Aşurbəylilərə məxsus olan evin zirzəmisində yerləşirdi. 
Sovet höküməti qurulan zaman başqa Aşurbəylilər kimi İqorın 
ulu  babası  və  babası  İsa  bəy  və  onun  oğlu  Davud  repressiyaya 
məruz  qalmışlar  (onlar  Vətəni  tərk  etməmişlər).  Sonralar  50-ci 
illərdə ölümündən sonra reabilitasiya olmuşlar. 
Ana tərəfindən olan babası Artavazd Kaprielov Böyük Vətən 
Müharibəsində  həlak  olmuş,  1940-ci  ildə  anadan  olmuş  qızının 
üzünü görməmişdir. Onu İqorın nənəsi Yevqeniya Rezanova (Azər-
baycanın  neft  senayesi  nazirliyində  maliyyə  sistemində  işləmiş) 
böyütmüşdür. Onun nəvəsinin tərbiyəsində də böyük rolu olmuşdur. 
14  may  1896-cı  ildə  Rus  imperatoru  II  Nikolayın  təntənəli 
tacqoyma mərasimi olmuşdur. Fəxri qonaqların içərisində İqor Rauf 
oğlu  Aşurbəyovun  Ulu  babası  Hacı  Mehdiqulubəy  Aşurbəyov  da 
iştirak  etmişdir.  O,  Bakı  zadəganlarını  təmsil  etmiş  və  imperatora 
qızıl xəncər hədiyyə etmişdir. 
Taleyin  hökmü  ilə  iki  soyadın  Rezanov  və  Aşurbəylilər  nəs-
linin nümayəndələri – Yelizaveta və Rauf inqilab illəri və müharıbə 
illərindən çox-çox sonra 1962-ci ildə bir ailədə birləşmişlər. 
Həmin illərdə ailənin tarixi müzakirə olunmurdu. 
1980-ci ildə İqor bir neçə fənni inqilis dilində tədris olunan 27 
nömrəli xüsusi orta məktəbi qızıl medalla bitirir. Bununla bərabər o, 
fortepiano sinfi üzrə və şahmat məktəblərini bitirir. 
Sonra  o  1985-ci  ildə  Azərbaycan  neft  və  kimya  institutunu 
“avtomat idarə etmə” ixtisası üzrə mühəndis texnik-sistemçi diplo-
mu ilə bitirir. 
3-cü kursda oxuyarkən o, ailə qurur, 4-cü kursda Ruslan adlı 
bir oğlu olur. 
1984-ci  ildə  leytenant  hərbi  rütbəsini  alır  (radioəlaqə  üzrə 
vzvod komandiri). 
1987-ci  ildə  Azərbaycan  neft  və  kimya  institunun  aspirantu-
rasına  qəbul  olunur,  həmin  illərdə  Moskvanın  institutları  ilə  elmi 
kontaktlar  aparır:  İnformasiya  daşıyıcısı  İnstitutu,  Kosmik  tədqi-
qatlar İnstitutu. Avtomobillərin elektron idarəetmə İnstitutu. 


 
318 
1988-ci  ilin  yanvar  ayında  gənc  alim  İqor  Aşurbəyli  “İz-
vestiya”  qazetitndə  dərc  olunmuş  “SSR-də  Koopirasiya  haqqında 
qanunun” layihəsini oxuyur. O, öz şəxsi işini açmaq fikrinə düşür. 
10  iyun  1988-ci  ildə  Qanun  SSR-in  Ali  Soveti  tərəfindən 
təsdiq olunur. Elə həmin gün o, “Sosium” adlı kooperasiya- koordi-
nasiya istehsal birliyini qeyddən keçirir. Burada kompyuter kursları 
və  kompyuter  texnikasının  ticarətilə  məşğul  olurlar.  Biznes  uğurla 
inkişaf edirdi. Sonra İqor əvvəllər işləyib hazırladığı idarəetmə sis-
temlərini  Orenburq,  Qroznı,  Bakı  şəhərlərinin  neftayırma  zavod-
larını təchiz edir. 
1991-ci  ildə  İqor  namizədlik  dissertasiyasını  müdafiə  edir. 
Onun  təşkilatçılıq  bacarıqları  həm  Respublikamızda,  həm  də 
Moskva da diqqəti cəlb edir. 1989 ildə o, SSR-in Nazirlər Şurasının 
və müstəqil kooperatorlar himayəsi altında yaradılmış SSR-in vahid 
Kooperatorlar  Şurasının  üzvü  seçilir.  Aşurbəyli  Azərbaycanda  ya-
ranmış Kooperatorlar Şurasının vitse-prezidenti seçilir. Respublika-
nın Elm və texnika sahəsində işləyən bütün kooperativlərin elmi və 
texniki-istehsal müəssisələrinin Asosiyasiyasını yaradır və ona baş-
çılıq  edir.  İqor  Bakıda  özünün  “Kim  kimdir”  adlı  ilk  qazetini  bu-
raxır. 
1989-cu ilin sonlarında o, daimi işləməyə Moskvaya köçür. 
1991-ci  ildə  İqor  Moskvada  Beynəlxalq  informasiya  və  tele-
kommunikasiya  birjasını  yaradır  və  onun  prezidenti  olur.  Beləliklə 
Rusiyada  ilk  dəfə  elektron  ticarət  sistemi  yaranır.  28  yaşında  İqor 
Aşurbəyli Rusiyanın  “müdafiə” seçmə müəssisənə- EMB “Almaz” 
birləşməsinə daxil olur. 
1992-ci  ildə  İqor  EMB  “Almaz”la  birgə  birjanın  bazasında 
“Benəlxalq  informasiya  və  telekomunikasiya  bürosu”  təsis  olunur. 
İ.Aşurbəyli  onun  baş  direktoru  təyin  edilir.  Bununla  yanaşı  o  icti-
mai-publisistik  “Sosium”  jurnalı  və  “İşgüzar  kitab”  adlı  qazet  nəşr 
edir. 
1994-cü ildə  İqor böhranaqarşı  idarəetməni  həyata keçirmək-
dən ötrü “Almaz”ın baş direktorunun müavini vəzifəsinə dəvət olu-
nur. Onun sayəsində müdafiə müəssisəsi  öz imkanlarından istıfadə 


 
319 
edərək  qazanc  əldə  etməyi  öyrənir.  1995-ci  ildə  “Almaz”  səhmdar 
cəmiyyəti  kimi  qeydə  alınır  və  İqor  onun  məsul  katibi  seçilir. 
Sonralar o tədricən maliyyə üzrə baş direktor, kommersiya direkto-
ru,  1998-ci  ildən  isə  “Almazın”  baş  direktorunun  müavini  vəzifə-
sində çalışır. 
1996-ci ildə İqor “Almaz”Müdafiə İstehsalat Birliyinin direk-
torlar Şurasının sədri təyin olunur. 2000-ci ilədək hər il həmin vəzi-
fəyə seçilir. 
2000-ci  ilin  iyun  ayında  direktorlar  Şurasının  qərarıla  İqor 
Aşurbəyli  yekdilliklə  CKB  “Almaz”  Səhmdar  cəmiyyətininbaş 
direktoru seçilir. 
Qısa  müddət  ərzində  İqor  Rauf  oğlu  müəssisənin  maliyyə 
vəziyyətini  yaxşılaşdırır  və  “iqtisadi  bir  möcüzə”  yaradaraq  “Al-
maz”ı Rusiyanın müdafiə-senayesi komplekslərinin lideri edir. 
Yeni hava-müdafiə sistemləri yaranır, elmi tədqiqatlar davam 
edir, dünyada tanınan “Favorit” adlı havada işlənilən universal zenit 
raket  sistemi  tədqiq  edilir.  2002-ci  ilin  aprel  ayında  Rusiya  Fede-
rasiyasının  Prezidentinin  qərarı  əsasında  “Almaz-Antey”  OAO 
Hava Müdafiə Konserni” yaranır. Konsernə 46 senaye və elmi-təd-
qiqat müəssısəsi daxil olur. 
2002-ci ildə Rusiya Federasiyası hökümətinin göstərişilə İqor 
Rauf  oğlu  Aşurbəyli  Konsernin  idarə  heyəti  üzvü  seçilir.  2003-
2008-illərdə İqor Rauf oğlu Aşurbəyli rəhbərlik etdiyi Konsern fəal 
işləyir,  xarici  ölkələrlə  hərbi-texniki  əməkdaşlığı  effektiv  inkişaf 
edir.  C-  300PMU-2  “Favorit”  zenit  qurğuların  istehsalı  və  çatdırıl-
ması  üzrə  sifarişlər  yerinə  yetirilir,  çoxmilliardlı  kontraktlar  bağ-
lanır. Bununla yanaşı C-400 “Triumf” adlı ən yeni sistemin tətbiqi-
nin tamamlanması üzrə işlər aktivləşir. 
2005-2006-illərdə Rusiya Federasiyasının göstərişləri və PVO 
“Almaz-Antey”  Konsernin  Direktorlar  Şurasının  qərarları  əsasında 
“Almaz” Elmi-İstehsalat Müəssisəsi baş sistem-konstruktor Bürosu 
kimi  təyin  olunur  və  bütün  zenit-raket  kompleksları  hazırlama 
müəssisə  və  Hərbi-müdafiə  sistemlərini  özündə  birləşdirir  (hərbi-


 
320 
dəniz  flotu,  hərbi-hava  qüvvələri,  quru-piyada  qoşunları,  kosmik-
raket müdafiə qoşunları). 
Bir neçə il İqor Aşurbəyli “Hərbi-kosmik müdafiə” adlı jurna-
lını, “Moskovski sokol”, “Hərbi-senaye kuryer” qazetlərini nəşr edir. 
2008-ci  il  10  sentyabrda  Rusiya  Federasiyasının  elmlər 
Akademiyasında keçirilmiş elmi-texniki konfransda İqor Aşurbəyli 
əsəs  məruzəsində  belə  bir  tezis  səsləndirir  ki,  20-ci  əsrin  ikinci 
yarısında  “Almaz”  konsernində  hazırlanan  hava-hərbi  müdafıə  sis-
temləri  üçüncü  dünya  müharibəsinin  başlanmasının  qarşısını  dəfə-
lərlə  almış  geopolitik  silaha  dönmüşlər,  bu  da  Nobel  mükafatının 
nominasiyasına layiqdir. 
İqor  Aşurbəyli  –  professor,  ehtiyatda  olan  podpolkovnik, 
A.M.Proxorov  adına  mühəndis  elmləri  Akademiyasının  həqiqi 
üzvü, məşhur “fiztex”in və “MİREA” kafedralasının müdiridir. 
İqor  Aşurbəyli  Rusiya-Britaniya  ticarət-senaye  palatasının 
icra komitəsinin üzvüdür (1998-ci ildən). 
O,  idarəetmənin  avtomatlaşdırması  və  texniki-sistem,  müəs-
sisələrin  böhrana  qarşı  idarəetməsinin,  informasiya  texnologiyası, 
intellektual mülkiyyət üzrə 80-dan çox elmi əsərlərin müəllifidir. 
İqor Aşurbəyli dövlət mükafatları ilə təltif edilib: Fəxri orden 
(2007),  Rus  provoslav  kilsəsinin  mükafatları:  Moskva  knyazı  Bla-
qovernı Daniilın 1 və 2 dərəcəli və başqa ordenlərilə; ictimai müka-
fatlar:  “İlin  menedjeri-2000”  Beynəlxalq  müsabiqəsinin  laureatı, 
“Senayeçi-alim 2002-2003” nominasiyasında “Rusiya Milli Olimp” 
Ümumrusiya  mükafatı  ilə  və  çoxsaylı  başqa,  həmçinin  beynəlxalq 
mükafatlar,  müəssisə  mükafatları  və  fərqlənmə  nişanları  ilə  təltif 
edilir. 
23 may 2003-cü ildə A.N.Proxorov adına Rusiya Mühəndislik 
Akademiyası öz nizamnaməsinə əsasən Aşurbəyli İqor Rauf oğlunu 
A.M.Proxorov  adına  mühəndislik  akademiyasının  həqiqi  üzvü 
seçilir. 
Aşurbəyli  İqor  Rauf  oğlu  Rusiya  Federasiyasının  Prezidenti 
Vladimir  Vladimiroviç  Putinin  fərmanı  ilə  23  aprel  2007-ci  ildə 
şərəf ordeni ilə təltif olunmuşdur. 


 
321 
Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin Ali Attes-
tasiya  komissiyasının  20  aprel  2011-ci  il  tarixli  qərarı  ilə  Texniki 
elmlər doktoru elmi titulu verilir. 
21  dekabr  2009-cu  ildə  Rusiya  Federasiyasının  Prezidentinin 
Administrasiyası  500  nəfərin  adını  açıqlayır  ki,  onlar  idarə  etmə 
kadrlarının ehtiyyatıdır. O, cümlədən biznes nümayəndələri də var-
dır ki, onların içərisində Almaz-Antey abedneniyasının baş direkto-
ru İqor Rauf oğlu Aşurbəyli də vardır. 


 
322 
 
MÜNDƏRİCAT 
 
 
Giriş ............................................................................................... 3 
Avşarlar haqqında ümumi məlumat ............................................... 4 
Avşar boyunun yurdları və yayılma arealları ................................ 16 
Avşar elinin oymaqları, tayfa və tirələri ........................................ 22 


 
323 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ənvər Çingizoğlu, Aydın Avşar 
Məşhur avşarlar (Tarixi-bioqrafik tədqiqat) 
Bakı – Mütərcim – 2014 


 
324 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kitab “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində 
 səhifələnmiş və çap edilmişdir. 
 
Чапа имзаланыб: 16.09.2014. 
Формат: 60х84 1/16. Гарнитур: Тимес. 
Щяъми: 20,25 ч.в. Тираж: 200. Сифариш № 161  
Гиймяти мцгавиля иля. 
 
 
 
 
ТЯРЪЦМЯ 
ВЯ НЯШРИЙЙАТ-ПОЛИГ РАФИЙА 
МЯРК ЯЗИ
Аз 1014, Бак ы
, Рясул Рза к цч., 125
596 21 44; 497 06 25; (055) 715 63 99 
e-mail: mutarjim@mail.ru
 
www.mutercim.az 
 

Document Outline

  • АZƏRBAYCAN TARİX QURUMU
  • ƏNVƏR ÇİNGİZOĞLU, AYDIN AVŞAR
  • (Tarixi-bioqrafik tədqiqat)
  • Ənvər Çingizoğlu, Aydın Avşar. Məşhur avşarlar. Tarixi-bioqrafik tədqiqat. – Bakı: Mütərcim, 2014. – 324 səh.
  • Jurnalist-etnoqraf Ənvər Çingizoğlunun və tədqiqatçı Aydın Avşarın bu kitabında Avşar boyunun məşhur simalarından söhbət açılır. Dündən bu günə dünyanın siyasətində və mədəniyyətində mühüm rol oynayan şəxsiyyətlərin yaşam yolundan bəhs olunur.
  • ISBN: 978-9952-28-185-9
  • © Müəllif hüquqları qorunur. Müəlliflərin icazəsi olmadan bu kitabı
  • və ya onun hər hansı bir hissəsini çap etdirmək, surətini çıxarmaq qadağandır!
  • GİRİŞ
  • Avşar adı gələndə bəzilər qürrələnir, bəziləri isə qıcıqlanır. Qürrələnənlər şanlı tariximizə sevgisi olanlar, qıcıqlananlar isə cılız hisslərlə yaşayanlar, türkün möhtəşəm tarixinə dodaq büzənlərdir. Biz bu kitabı hamı üçün yazdıq.
  • Avşar boyunun tarixi Oğuz elinin, Türk soyunun tarixidir.
  • Avşar boyu еli tarix yazıb, tarix yaradıb. Bir şahlıq (Avşarlar imperiyası, 1735-1748), bir neçə bəylik (Qaramanoğulları, Sarıxanoğulları), bir neçə xanlıq (Qarabağ xanlığı, 1747-1822, Urmiya xanlığı, 1747-1865, Marağa xanlığı, 1747-1925, Zəncan xa...
  • Kitabın yazılmasında arхiv matеrialları ilə bərabər, muхtəlif illərdə cap olunmuş qaynaqlardan, kitablardan da istifadə olunmuşdur. Daha çox faydalandığımız Faruq Sümerin, Mehdi Bamdadın, Tahirə Həsənzadənin və başqalarının kitabları oldu. Onlara mi...
  • Avşar boyunun ünlü, adlı-sanlı övladları çoxdur. Təbii ki, bir kitabda onları bir yеrə cəmləmək çətindir. Biz Türkiyədə, Suriyada, İraqda yaşayan avşarlardan bəhs etmədik. Onları gələn kitabımıza saxladıq.
  • Kitabı yazarkən çalışdıq ki, qiymətli adamlar qədərincə olsun. Əsas üstünlüyü tarixi kеçmişə, əski soylara, hərbçilərə və mədəniyyət xadimlərinə vеrdik. Maarif və səhiyyəni də bacardıqca işıqlandırdıq. Hələ ki, bu son kitab dеyil. Qüsurlarımızı y...
  • İsmayıl xan Alplı-Avşar
  • Ərdoğdu xan Alplı-Avşar
  • Ərdoğdu xan Avşar elinin tanınmış əmirlərindən biri sayılırdı. Onun I Şah Təhmasibin hakimiyyətinin son illərində ortaya çıxdığı məlumdur.
  • Ənvər Çingizoğlu, Aydın Avşar
  • Məşhur avşarlar (Tarixi-bioqrafik tədqiqat)
  • Bakı – Mütərcim – 2014

Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə