Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)



Yüklə 164,19 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix17.04.2018
ölçüsü164,19 Kb.
#38917
1   2   3   4   5   6   7

imkanları var. ATƏT beynəlxalq hüquqdan doğan 10 təhlükəsizlik prinsipi müəyyənləşdirmişdir ki, bunların da 

hamısı Ermənistan tərəfindən pozulmuşdur. Həmin prinsiplər aşağıdakılardır: 

1. Suverenliyə hörmət

2. Silahlı qüvvələrdən istifadə etməmək; 

3. Sərhədlərin toxunulmazlığı; 

4. Dövlətlərin ərazi bütövlüyü; 

5. Mübahisələrin dinc yolla həlli; 

6. Bir-birinin daxili işlərinə qarışmamaq; 

7. İnsan hüquq və azadlıqlarına hörmət etmək; 

8. Millətlərin bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət; 

9. Dövlətlər arasında əməkdaşlıq; 

10. Beynəlxalq hüquqa dair öhdəliklərin vicdanla yerinə yetirilməsi.

1

 

Ermənistan Azərbaycana qarşı  işğalçılıq siyasəti yürütməklə bu prinsiplərin heç birini nəzərə  almadığını 



göstərib. Azərbaycanın suverenliyinə qəsd edib (1-ci prinsip), ölkəmizə və xalqımıza qarşı silahlı qüvvələrdən 

istifadə edib (2-ci prinsip), sərhədlərimizi pozub (3-cü prinsip), ərazi bütövlüyümüzü tanımadığını  dəfələrlə 

beynəlxalq  əhəmiyyətli tədbirlərdə  nümayiş etdirib və  təcavüzkar  əməlləri ilə bunu bir daha təsdiqləyib (4-cü 

prinsip), Azərbaycanın daxili işlərinə  qarışıb, bu, Dağlıq Qarabağda məhz Ermənistan hökumətinin təhriki ilə 

başlayan proseslərdə öz əksini tapır (6-cı prinsip), bir milyona qədər qaçqın və məcburi köçkünün hüquqlarını 

tapdalayıb (7-ci prinsip), millətlərin bərabərliyi anlayışına hörmət etmədiyini və azərbaycanlıları, eyni zamanda 

bütün türkləri düşmən kimi qəbul etdiyini əməlləri ilə sübuta yetirib, erməni xalqının bir dəfə öz müqəddəratını 

təyin edərək dövlət yaratdığını bilə-bilə ikinci dəfə bu xalqın öz müqəddəratını təyin etməsini bəhanə gətirərək 

xalqımıza qarşı görünməmiş  vəhşiliklərə  rəvac verib (9-cu prinsip), beynəlxalq hüquqa dair heç bir öhdəliyi 

yerinə yetirmir (10-cu prinsip).  

 



ATƏT və Azərbaycan 

 

Azərbaycan ATƏM-in (1 yanvar 1995-ci ildən ATƏT) üzvlüyünə 1992-ci ilin 30 yanvarında qəbul 

olunmuşdur. Qeyd etmək lazımdır ki, ATƏM Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı olmuşdur. 

1992-ci ilin fevral ayından başlayaraq Ermənistan-Azərbaycan münaqişəsi ATƏM-in prinsiplərinə uyğun 

olaraq üzv olan dövlətlərin daha çox diqqət obyektinə çevrildi. Bu məqsədlə fevral ayının ortalarında ATƏM-in 

ilk xüsusi missiyası Azərbaycanda oldu. 

Fevralın 27-28-də  ATƏM-in Yüksək Vəzifəli  Şəxslər Komitəsinin (YVŞK) iclasında ilk dəfə olaraq 

Ermənistan-Azərbaycan münaqişəsi ilə  bağlı müzakirələr aparıldı. Dağlıq Qarabağın Azərbaycan 

Respublikasına mənsub olunmasını  təsdiq edən sənəddə, sərhədlərin dəyişdirilməməsi  şərti ilə, münaqişənin 

sülh yolu ilə həllinə çağırış öz əksini tapdı.  

1992-ci ilin mart ayının 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) birinci əlavə görüşündə 

Dağlıq Qarabağda vəziyyət müzakirə  olundu. Görüşdə  ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh 

yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edildi. 

Azərbaycan ilk dəfə olaraq 1992-ci ilin iyulun 8-10-da Helsinkidə  keçirilən ATƏM-in Zirvə 

Toplantısında iştirak etmiş, onun sənədlərini imzalamışdır.  

20 dekabr 1993-cü ildə Azərbaycan ATƏM-in Paris Xartiyasına qoşulmuşdur. 

5-6 dekabr 1994-cü ildə  ATƏM-in  Budapeşt Zirvə  Toplantısı keçirilmişdir. Budapeşt sammitinin 

nəticəsinə əsasən ATƏM 1 yanvar 1995-ci ildən yeni Avropanın sivilizasiyalı birgəyaşayış qaydalarını müəyyən 

edən, sülhün, demokratiyanın və insan hüquqlarının qorunmasını təmin edən, üzv ölkələrinin təhlükəsizliyini və 

qarşılıqlı faydalı  əməkdaşlıq prinsiplərini həyata keçirən, özünüidarə mexanizmləri olan ümumavropa 

təşkilatına - ATƏT-ə çevrilmişdir.  

Budapeşt Sammitində ilk dəfə  olaraq ATƏT çərçivəsində Avropa təhlükəsizlik tədbirlərində iştirak edə 

biləcək sülhməramlı qüvvələrinin yaradılması və  münaqişəli ərazilərə göndərilməsi qərara alınmışdır. İştirakçı 

dövlətlər ATƏT rəhbərliyi altında olan ilk sülhməramlı çoxmillətli hərbi hissənin Dağlıq Qarabağ bölgəsinə 

göndərilməsi haqqında razılıq eldə etmişlər. Bundan başqa Budapeştdə Minsk prosesi çərçivəsində həmsədrlik 

institutu təsis olunmuşdur. Ermənistan-Azərbaycan münaqişəsinə  dair Budapeşt sammitinin işinin konkret 

yekunu olaraq “Dağlıq Qarabağ münaqişəsi ilə  əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” adlı 

qətnamənin qəbulu təşkil etmişdir.  

Budapeşt Sammitinin nəticələrinə  əsasən 20 dekabr 1994-cü ildə Vyanada Ermənistan-Azərbaycan 

münaqişəsi üzrə  ATƏT-in üzv ölkələrinin təyin etdiyi hərbi nümayəndələrdən ibarət olan Yüksək Səviyyəli 

Planlaşdırma Qrupu (YSPQ) təsis olunmuşdur.  

Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəl Finlandiya ilə Rusiya, sonra isə 1995-97-

ci illər ərzində İsveç ilə Rusiya başçılıq etmişlər.  

28 avqust 1995-ci ildə ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində 

olan münaqişə  üzrə  Şəxsi Nümayəndəsi vəzifəsi təsis olunmuşdur. 1 yanvar 1997-ci ildən bu vəzifəni Səfir 

Anjey Kasprşık (Polşa) icra edir.  

1996-cı il 2-3 dekabr tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində 54 iştirakçı dövlət tərəfindən 

Avropada XXI əsrdə ümumi və hərtərəfli təhlükəsizlik modeli adlı Bəyannamə qəbul edilmişdir. Bəyannamədə 

üzv ölkələrinin təhlükəsizliyinə  yönələn təhdidlər qeyd edilmiş  və bu təhdidləri aradan qaldırmaq üçün birgə 

əməkdaşlığın vacibliyi xüsusi vurğulanmışdır.  

Lissabon Zirvə  görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə  dair ATƏT-in iştirakçı 

dövlətləri tərəfindən (Ermənistandan başqa) aşağıdakı prinsiplərə razılıq verilmişdir: 

1. Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü; 

2. Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusun verilməsi; 

3. Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatı. 

 

1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər. 



Hazırda Minsk qrupunun Həmsədrləri aşağıdakılardır:  

 

Stiv Man (ABŞ)  



 

Anri Jakolen (Fransa)  

 

Yuriy Merzlyakov (Rusiya)  



Hazırda Minsk Qrupu aşağıdakı tərkibə malikdir (ATƏT-in rəsmi saytında olan məlumata əsasən):  


Yüklə 164,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə