Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)



Yüklə 164,19 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix17.04.2018
ölçüsü164,19 Kb.
#38917
1   2   3   4   5   6   7

1.

 

ABŞ  



2.

 

Almaniya  



3.

 

Azərbaycan  



4.

 

Belarus  



5.

 

Ermənistan  



6.

 

İsveç  



7.

 

İtaliya  



8.

 

Niderland Krallığı  



9.

 

Portuqaliya  



10.

 

Rusiya  



11.

 

Türkiyə  



12.

 

Finlandiya  



13.

 

Fransa 



1997-1998-ci illər  ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair Minsk Qrupunun 

Həmsədrləri tərəfindən üç təklif tərtib edilmişdir. İlk iki təklif Ermənistan tərəfindən, son təklif isə Azərbaycan 

tərəfindən qəbul edilməmişlər.  

18-19 noyabr 1999-cu ildə İstanbulda keçirilən ATƏT-in üzv ölkələrinin Dövlət və Hökumət Başçılarının 

növbəti Zirvə görüşündə iştirak edən Azərbaycan İstanbul Bəyannaməsinə və Avropa Təhlükəsizliyi Xartiyasına 

qoşulmuşdur.  

Azərbaycanla ATƏT-in Demokratik Təsisatlar və  İnsan Hüquqları Bürosu (DTİHB) arasında sıx 

əməkdaşlıq münasibətləri  əldə  olunmuşdur. 1998-ci ildən başlayaraq DTİHB Azərbaycan Respublikasının 

Hökuməti ilə  fəal  əməkdaşlıq aparmış  və  aparılan birgə  əməkdaşlıq nəticəsində demokratikləşdirmə, qanun 

aliliyi, qanunvericiliyin, xüsusilə  də  seçki qanunvericiliyinin təkmilləşdirilməsi, miqrasiya, gender bərabərliyi 

və digər sahələrdə  bir çox layihələr həyata keçirir. DTİHB Azərbaycanda keçirilmiş prezident, parlament və 

bələdiyyə seçkilərində fəal iştirak edir.  

 ATƏT-in Mətbuat Azadlığı üzrə  Nümayəndəsi ilə  də  əməkdaşlığa Azərbaycan hökuməti tərəfindən 

xüsusi önəm verilir. 2001-ci ilin dekabrında ATƏT-in Mətbuat Azadlığı üzrə Nümayəndəsinin Ofisi və AR-in 

XİN-in birgə  təşəbbüsü  əsasında Azərbaycanın gənc jurnalistləri üçün keçirilmiş “Azərbaycanda Mətbuat 

Azadlığı  və  Məsuliyyətinin  İnkişafı” mövzusunda seminarın Ofislə Azərbaycan  arasında  əməkdaşlığın 

dərinləşdirilməsi və  Jurnalistikada davranış  məcəlləsi, həmçinin digər müvafiq məsələlərin müzakirəsi 

baxımından vacib əhəmiyyət kəsb etmişdir.  

ATƏT-in tam-hüquqlu üzvü olduğundan Azərbaycan ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarının Ofisi 

ilə  əlaqələr yaratmışdır. Lakin Milli Azlıqlar üzrə  Ali Komissarının mandatına (mandata uyğun olaraq, 

Komissarın Ofisi adətən milli zəmində münaqişə ocağının yaranması ehtimal olunan bölgələrlə geniş fəaliyyət 

göstərir), eyni zamanda ölkəmizin milli azlıqların hüquqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə və 

həyata keçirdiyi tədbirlərə  baxmayaraq, Ali Komissarının Ofisi ilə Azərbaycan arasında  əməkdaşlıq hələ arzu 

olunan səviyyədə deyil və müntəzəm qaydada həyata keçirilmir.  

300-dən çox deputatdan ibarət olan ATƏT-in Parlament Assambleyası (PA) ilə Azərbaycan 

Respublikasının Milli Məclisi arasında sıx  əməkdaşlıq  əlaqələri qurulmuşdur. ATƏT-in PA-da təmsil olunan 

Azərbaycandan olan deputatlar hər il PA-nın iclaslarında iştirak edirlər.  

ATƏT-in Bakıda Ofisinin yaradılması haqqında 16 noyabr 1999-cu ildə ATƏT-in Daimi Şurasının 318 

saylı qərarı qəbul olunmuşdur.  

ATƏT-in Daimi Şurasının 318 saylı qərarının qəbulundan sonra 1999-cu ilin noyabrın 25-də imzalanmış 

Qarşılıqlı Anlaşma Memorandumu ATƏT və Azərbaycan arasında əməkdaşlığa yeni təkan vermişdir. 

18 iyul 2000-ci ildə ATƏT-in Bakıdakı Ofisinin rəsmi açılışı baş tutmuşdur. 

ATƏT-lə Azərbaycan arasında səmərəli  əməkdaşlığın inkişafı ölkəmiz üçün vacib əhəmiyyət kəsb 

etdiyindən, xüsusi olaraq bu məqsədlə Azərbaycanda ATƏT-in Dostları Qrupu yaradılmışdır. 




Münaqişənin həllinə dair danışıqlar prosesinə ATƏT-in vasitəçilik missiyası 

(Danışıqlar prosesinin xronologiyası) 

 

Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsi 1992-ci ildən etibarən  ATƏT-in diqqət 



mərkəzində  saxladığı  əsas məsələlərdən biri olmuşdur. Bu təşkilat münaqişənin həlli prosesində vasitəçilik 

missiyasını öz üzərinə  götürmüş  və bu istiqamətdə  müəyyən irəliləyişlər  əldə  olunması üçün bir çox mühüm 

addımlar atmışdır. Lakin hələ ki, ATƏT münaqişənin nizamlanması üçün konkret nəticələr əldə etməyə nail ola 

bilməmişdir. 



1992-ci il mart ayının 24-də  ATƏM-in Xarici İşlər Nazirləri  Şurası Azərbaycanın Dağlıq Qarabağ 

bölgəsində yaranmış vəziyyəti müzakirə edərək münaqişənin sülh yolu ilə nizamlanmasını təmin etmək üçün 

Yüksək Vəzifəli  Şəxslər Komitəsinin zəmanəti  əsasında Dağlıq Qarabağa dair sülh konfransının çağırılması 

barədə qərar qəbul etdi. Konfransda ABŞ, Türkiyə, Fransa, Almaniya. İtaliya, Çexiya-Slovakiya, Belarus, İsveç, 

Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdu. 



1992-ci ilin mayında ATƏM-in Yüksək Vəzifəli  Şəxslər Komitəsi tərəfindən  konfransın təşkili  və 

iclasın keçirilməsi  şərtləri, eləcə  də  sədrin səlahiyyətlərini müəyyənləşdirən qərar qəbul olundu. Minsk 



Konfransının keçirilməsi üçün yaradılan Minsk qrupu  münaqişənin həlli prosesində  iştirak etməli və 

nəticədə  Belarusun paytaxtında yekun sənəd qəbul olunmalı idi. Bu zaman Ermənistan tərəfi  Dağlıq Qarabağ 

ermənilərinin konfransda ayrıca tərəf kimi iştirakını  nəzərdə tutan təkliflə  çıxış etdi, lakin Azərbaycan tərəfi 

buna razı olmayaraq Dağlıq Qarabağ ermənilərinin yalnız Azərbaycan nümayəndə heyətinin tərkibində 

konfransa qatılmasının mümkünlüyünü bildirdi. 

1992-ci ilin mayında Helsinkidə  ATƏM-in Yüksək Vəzifəli  Şəxslər Komitəsinin iclası keçirildi  və 

burada Azərbaycan, Türkiyə  və Ermənistan nümayəndələri bəyanatla çıxış etdilər. Azərbaycan təcavüzkarın 

cəzalandırılmasını, Ermənistanın işğalçılıq  əməliyyatlarına son qoymasını  tələb etsə  də,  əks tərəfin  mövqeyi 

onun belə bir addım atmağa hazırlaşmadığını ortaya qoydu. Beləliklə də görüşdə heç bir nəticə əldə olunmadı. 

May ayında isə ermənilər hərbi əməliyyatları genişləndirərək Şuşa  Laçını da işğal etməyə nail oldular. 

1992-ci ilin 1 iyununda Romada Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar prosesinin ilkin mərhələsi 

start götürdü.  ABŞ, Türkiyə, Fransa, Almaniya, İtaliya, Çexiya, Slovakiya. Belarus, İsveç, Azərbaycan və 

Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilən bu görüş iyunun sonlarında açılması nəzərdə tutulan Minsk 

Konfransına hazırlıq məqsədi daşıyırdı. Ermənistan tərəfi Dağlıq Qarabağın erməni nümayəndələrinin də görüşə 

qatılmasında israr edirdi. Belə olan təqdirdə Azərbaycan tərəfi də  Dağlıq Qarabağın azərbaycanlı icmasının 

görüşdə  iştirak etməsi barədə  təklif irəli sürdü. Bundan sonra Dağlıq Qarabağdakı separatçı rejimin 

nümayəndələri Romaya gəlməkdən imtina etdilər. Onlar danışıqlarda müstəqil tərəf kimi iştirak etmək 

istədiklərini bildirdilər və bu da bir daha ermənilərin sülhə  hazır olmadığını ortaya qoydu. Lakin buna 

baxmayaraq görüş baş tutdu və  qəbul olunmuş  sənədlərdə  Laçından və  Şuşadan qoşunların çıxarılması, 

qaçqınların yerlərinə qaytarılmasının təmin edilməsi barədə müddəalar öz əksini tapdı. 

İyunun 15-də  Romada danışıqların ikinci mərhələsi başladı.  Bu görüşdə isə ermənilər Türkiyənin 

danışıqlardan kənarlaşdırılması tələbini irəli sürdülər. Onlar eyni zamanda Goranboy və Ağdərədə Azərbaycanın 

apardığı  hərbi  əməliyyatlar haqqında bəndlərin də  sənədlərə  əlavə  olunmasını  təklif etdilər. Bu təklif 

Azərbaycan tərəfinin  etirazı ilə  qarşılandı  və  danışıqlarda heç bir nəticə  əldə  olunmadı. Həmin görüş zamanı 

tərəflərə atəşin 60 gün müddətində dayandırılması barədə müraciət qəbul olundu. Ermənistan bu müraciətə də 

əməl etmədi. 



Avqust  ayında Minsk Konfransının sədri Mario Raffaelli atəşin dayandırılması haqqında təkliflə 

regiona səfərə gəldi. Təklif tərəflərə təqdim olundu və Azərbaycan onu qəbul etdiyini bildirdi. Həmin təklifə 

görə, tərəflər atəşin dayandırılmasına dərhal razılaşmalı  və bundan sonra cəbhə  xəttinə  müşahidəçilərin ilkin 

qrupu yerləşdirilməli idi. Avqustun 27-də Azərbaycan, Qazaxıstan və Ermənistan nümayəndələri birgə 

bəyanatla çıxış edərək ATƏM-in Minsk Konfransının təklifini alqışladıqlarını bildirdilər. Sentyabrın 3-də 

İcevan protokolu imzalandı. Bu saziş atəşin dayandırılması haqqında təklifin müddəalarının yerinə yetirilməsini 

nəzərdə tuturdu. 

Sentyabrda Almatıda Azərbaycan və Ermənistan arasında münaqişənin nizamlanmasına dair 

danışıqlar başladı. Lakin burada da bir nəticə əldə olunmadı. Ermənistan Azərbaycan və Qazaxıstanın qəbul 

etdiyi bəyannamə layihəsini rədd etdi. 

Bundan sonra ATƏM-in Minsk qrupunda ABŞ-ı təmsil edən Con Mareska yeni təkliflə çıxış edərək ABŞ, 

Türkiyə, Rusiya. Azərbaycan və Ermənistanın iştirakı  ilə  Minsk Konfransının başlanması üçün danışıqların 

bərpa olunması ideyasını irəli sürdü. Bu təklifə görə, adı çəkilən 5 ölkənin nümayəndələri Cenevrədə toplanmalı 

və müəyyən nəticə əldə etmək üçün danışıqlara başlamalı idilər. Bundan sonra müəyyən ilkin razılaşmalar əldə 

olundu. Belə  ki, Minsk Konfransının keçirilməsi barədə  bəzi prinsiplər müəyyənləşdirildi, atəşin dekabr və 



Yüklə 164,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə