Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)



Yüklə 164,19 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix17.04.2018
ölçüsü164,19 Kb.
#38917
1   2   3   4   5   6   7

yanvar aylarında dayandırılması haqqında razılığa gəlindi, cəbhə bölgəsinə müşahidəçilərin göndərilməsi qərara 

alındı. Amma bütün bunlara baxmayaraq, Ermənistanın  əməliyyatları genişləndirməsi nəticəsində sülhün əldə 

edilməsi istiqamətində irəliləyişləri sona qədər davam etdirmək mümkün olmadı. 

1993-cü ildə  Minsk qrupuna üzv dövlətlərin iştirakı ilə  münaqişənin həllinə  dair növbəti görüş 

keçirildi. Burada tərəflər cəbhə  bölgəsinə  müşahidəçilər göndərilməsini razılaşdırdılar. Danışıqlar çox gərgin 

keçsə də Ermənistanla Azərbaycan arasında sazişin imzalanması baş tutdu. Görüşdə belə bir qərar qəbul edildi 

ki, atəşin dayandırılması müddətləri və ATƏM-in müşahidəçilər missiyasının işə başlaması, eyni zamanda sülh 

danışıqlarının sənədləri barədə saziş imzalamaq üçün Minsk qrupunun aprel ayında görüşü keçirilsin. Tərəflərin 

imzaladığı saziş ATƏM YVŞK-nın iclasında müzakirə olunmalı və təsdiqlənməli idi. Lakin bütün bunlar hələ 

münaqişə tərəfləri arasında ümumi razılığın əldə olunması demək deyildi. Çünki atəşin dayandırılması və Minsk 

Konfransının açılması məsələsi həll edilməmiş qalmaqda davam edirdi. 

Bu görüşdən sonra nizamlama prosesinin proqressiv xarakter alacağına böyük ümidlər yaranmışdı. Lakin 

aprel ayında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsi sülhün əldə 

edilməsinə  yaranan ümidləri puça çıxartdı. Azərbaycan yenidən dünya dövlətlərinə  və beynəlxalq təşkilatlara 

müraciət edərək Ermənistanın işğalçılıq siyasətinə qiymət verməyi xahiş etdi. 

1993-cü il aprel ayının sonlarında Praqada ATƏM YVŞK-nin iclası keçirildi və burada Kəlbəcər 

rayonunun işğalı  məsələsi müzakirəyə  çıxarıldı. Ermənistanın işğalçılıq  əməllərini pisləyən və  hərbi 

qüvvələrin Kəlbəcərdən çıxarılmasını tələb edən sənədin layihəsi hazırlansa da qəbul olunmadı. Çünki ATƏM-

də  bütün sənədlər konsensus yolu ilə  qəbul edilirdi, Ermənistan isə  sənədə  səs vermədi. Bu vaxt artıq BMT 

Təhlükəsizlik Şurası məsələyə münasibətini ifadə edən 822 saylı qətnamə qəbul etmişdi. 



İyun ayında ATƏM-in Minsk qrupu üzvlərinin növbəti görüşü keçirildi. Bu görüş zamanı Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini nəzərdə tutan daha bir sənəd layihəsi hazırlandı. Həmin 

sənəddə BMT Təhlükəsizlik  Şurasının 822 saylı  qətnaməsinin yerinə yetirilməsi nəzərdə tutulurdu. Bundan 

başqa, Minsk qrupunun üzvləri "Təxirəsalınmaz tədbirlər cədvəli" adlı plan qəbul edərək onu tərəflərə təqdim 

etdilər.

1

  Görüş zamanı  həmin planın qeyd-şərtsiz qəbul olunması barədə  Minsk qrupu üzvlərinin və  sədrinin 



müraciəti də oldu. "Təxirəsalınmaz tədbirlər cədvəli" qısa vaxt ərzində (iyunun 11-dək) Ermənistan və 

Azərbaycan tərəfindən  imzalanmalı idi. Həmçinin burada Ermənistanın öz silahlı qüvvələrini iyunun 15-dən 

etibarən Kəlbəcər  ərazisindən çıxarması da tələb olunurdu. Qoşunların çıxarılması üçün 5 gün vaxt nəzərdə 

tutulmuşdu.  İyunun sonlarında Minsk qrupunun üzvləri məsləhətləşmələrə  başlamalı  və  müşahidəçilər 

missiyasının yerləşdirilməsi, Minsk Konfransının açılışı barədə plan hazırlamalı idilər.  

Azərbaycan bu cədvələ  dərhal razılıq verdiyini bəyanladı. Ermənistan isə bu dəfə  də qeyri-konstruktiv 

rnövqe nümayiş etdirərək cədvəlin yerinə yetirilməsi vaxtının bir ay uzadılmasını xahiş etdi. Onlar bu 

təkliflərini  guya Dağlıq Qarabağda "Təxirəsalınmaz tədbirlər cədvəli"nin narahatlıq yaratması ilə izah etdilər. 

Əslində isə ermənilər bu bəhanə ilə  danışıqların konstruktiv məcrada inkişafına mane olmaq və beləliklə  də 

hərbi  əməliyyatların  genişləndirilməsi üçün stimul yaratmağa çalışırdılar. Danışıqlardan bir qədər sonra 

Azərbaycanın Ağdam və Ağdərə rayonlarının Ermənistan tərəfindən işğal edilməsi bunu bir daha təsdiqlədi. 

1993-cü il avqustun 9-da ATƏM-in Minsk qrupu münaqişə tərəfləri ilə məsləhətləşmələrə başladı və 

"Təxirəsalınmaz tədbirlər cədvəli"ni yenidən müzakirə etdi. Ermənistanın sənəddə  nəzərdə  tutulmuş  bəzi 

planlara etirazından sonra cədvəlin yeni variantı hazırlandı. Bu, "Təxirəsalınmaz tədbirlər cədvəli"nin 

dəqiqləşdirilmiş variantı kimi təqdim olunurdu. Əslində isə yeni variant tamamilə Ermənistanın iddiaları  və 

təklifləri əsasında qurulmuşdu. Belə ki, burada ATƏM müşahidəçilərinin Azərbaycan ərazisində yerləşdirilməsi 

nəzərdə tutulur, Ermənistanla sərhəd rayonlarda isə  yalnız 10 kilometrlik məsafənin nəzarətdə  saxlanılacağı 

göstərilirdi. Azərbaycan bu sənədə  qəti etirazını bildirərək onu qəbul etmədiyini Minsk qrupu üzvlərinin 

diqqətinə çatdırdı. 

Bundan sonra artıq ATƏM-in münaqişənin həlli üçün heç bir real mexanizmlərə  əl atmamasından və 

beynəlxalq ictimaiyyətin laqeyd münasibətindən istifadə edən Ermənistan Azərbaycanın Qubadlı, Cəbrayıl və 

Füzuli rayonlarını da ələ keçirdi. 



Sentyabr ayında ATƏM-in Minsk qrupunun üzvləri Parisdə  görüşdülər və burada da 

"Təxirəsalınmaz tədbirlər cədvəli"nin yeni variantı  tərəflərə  təqdim olundu. Lakin bu layihədə  də 

Azərbaycanın təklifləri nəzərə  alınmamışdı. Burada Azərbaycanın işğal olunmuş  ərazilərindən Ermənistan 

silahlı qüvvələrinin çıxarılması üçün şərtlər irəli sürülür və bununla da beynəlxalq hüququn mühüm prinsipləri 

pozulurdu. Azərbaycan tərəfi belə bir sənədin qəbul olunmasının mümkünsüzlüyünü bildirərək ona imza 

almaqdan qəti  şəkildə imtina etdi. BMT Təhlükəsizlik  Şurası  sənədi müzakirə edərək onu bəyəndiyini və bu 

layihə  əsasında regionda sülh yaratmağın mümkünlüyünü bəyanladı. BMT Təhlükəsizlik  Şurasının 874 saylı 

qətnaməsində bu, açıq şəkildə öz əksini tapmışdı. 



Yüklə 164,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə