Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)


Oktyabr ayında ATƏM-in sədri Marqareta af Uqlasın münaqişə bölgəsinə səfəri



Yüklə 164,19 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix17.04.2018
ölçüsü164,19 Kb.
#38917
1   2   3   4   5   6   7

Oktyabr ayında ATƏM-in sədri Marqareta af Uqlasın münaqişə bölgəsinə səfəri zamanı Ermənistan 

Zəngilan rayonunu da işğal etdi. Bu, artıq Ermənistanın beynəlxalq təşkilatların reaksiyasına heç bir məhəl 

qoymadığını və qəbul olunmuş qərarlara, qətnamələrə laqeyd münasibətini açıq şəkildə ifadə edirdi. 

1993-cü ilin noyabrında ATƏM-ə  üzv dövlətlərin Vyanada keçirilən görüşündə  Dağlıq Qarabağ 

münaqişəsi ilə  əlaqədar bəyanat qəbul edildi. Sənəddə  döyüş  əməliyyatlarının davam etdirilməsi və yeni 

ərazilərin işğal olunması faktı beynəlxalq  hüququn prinsiplərinə  zidd addım kimi qiymətləndirilir və  işğalçı 

qüvvələrin Horadizdən və Zəngilan rayonundan çıxarılmasının zəruriliyi qeyd olunurdu. Bəyanatda ATƏM-in 

Minsk Konfransının çağırılması  və buna qədər işğal edilmiş  ərazilərdən hərbi qüvvələrin çıxarılması, atəşin 

dayandırılması məsələləri də öz əksini tapmışdı. Bu görüş zamanı "Təxirəsalınmaz tədbirlərin dəqiqləşdirilmiş 

cədvəli" yenidən münaqişə  tərəflərinə  təqdim olundu. Lakin bu sənəd də Azərbaycanın qəbul etmədiyi "Paris 

cədvəli"ndən bir o qədər fərqlənmirdi. Çünki "Təxirəsalınmaz tədbirlərin dəqiqləşdirilmiş  cədvəli" Dağlıq 

Qarabağdakı separatçı rejimi müstəqil tərəf kimi təqdim edir, işğalçı qüvvələrin  Şuşa və  Laçından çıxarılması 

tələbini qoymurdu. Ona görə də Azərbaycan bu planın qəbul olunmasına razılıq vermədi. 



1994-cü ildən etibarən münaqişənin həllində Rusiya daha fəal rol oynamağa başladı. Fevral ayının 8-

də  Rusiyanın hazırladığı "Silahlı münaqişəyə son qoymaq və onun nəticələrini ləğv etmək haqqında" saziş 

layihəsi tərəflərə təqdim olundu. 

Bu sənədin bəzi müsbət və mənfi cəhətləri vardı. Müsbət cəhət layihədə BMT qətnamələrinin qeyd-şərtsiz 

yerinə yetirilməsinin göstərilməsi idi. Bundan başqa, Rusiya Dağlıq Qarabağın hüquqi statusunun sonralar 

razılaşdırılmış formada müəyyənləşdirilməsini təklif edirdi. İlkin mərhələdə isə atəş dayandırılmalı  və 

Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarılmalı idi. Bu isə o demək idi ki, Ermənistan Azərbaycanın 

Dağlıq Qarabağ bölgəsindən başqa, işğal olunmuş digər rayonlarını azad edir və  yalnız bundan sonra Dağlıq 

Qarabağın statusu məsələsi gündəliyə  gəlirdi. Təbii ki, belə bir vəziyyət Azərbaycana sərf edirdi, ən azı o 

baxımdan ki, işğal olunmuş  ərazilərin bir hissəsini döyüşsüz geri qaytarmaq imkanı yaranırdı. Lakin sənəddə 

Şuşa və Laçın barəsində heç nə deyilmirdi. Rusiya Ermənistanla Dağlıq Qarabağ arasında beynəlxalq nəzarət 

altında olan təhlükəsiz yolun yaradılması ilə  eyni vaxtda Laçının taleyinin müəyyənləşdirilməsini təklif edirdi 

ki, bu da o dövr üçün bir tərəfdən real görünmürdü, digər tərəfdən də Rusiya dəhlizə nəzarət edəcək qüvvələrin 

məhz rus əsgərlərindən ibarət olmasını  nəzərdə tuturdu. Layihədə  Dağlıq Qarabağdakı separatçı rejim də 

müstəqil tərəf kimi göstərilirdi. Rusiyanın təklif etdiyi plan qəbul olunmadı. 

Aprel ayında ATƏM-in Minsk qrupunun Praqada keçirilən görüşü  zamanı "Etimadı 

möhkəmləndirmək tədbirləri haqqında" yeni plan irəli sürüldü. Bunların bəzi hissələri Rusiyanın təklifləri ilə 

üst-üstə  düşürdü, Planda göstərilirdi ki, danışıqlar prosesinin gedişində Azərbaycan Ermənistanla bütün 

kommunikasiya xətlərini açmaq öhdəliyini üzərinə götürməlidir. 



1994-cü ilin mayında MDB Parlamentlərarası Məclisinin təşəbbüsü ilə Bişkek şəhərində münaqişənin 

həllinə dair daha bir görüş keçirildi. Burada da yekun sənəd qəbul olundu, lakin Azərbaycan həmin sənədə 

imza atmadı. Çünki bu layihədə Dağlıq Qarabağdakı erməni icmasına müstəqil tərəf kimi sənədə imza atmaq 

səlahiyyəti verilir, azərbaycanlı icması üçün isə belə bir hüquq nəzərdə tutulmurdu. 

Nəhayət, uzun sürən danışıqlardan və müzakirələrdən sonra 1994-cü ilin may ayının 12-də Azərbaycanla 



Ermənistan arasında atəşkəs haqqında saziş imzalandı.  Xatırladaq ki, bu, Ermənistan-Azərbaycan, Dağlıq 

Qarabağ münaqişəsi başlayandan münaqişə tərəfləri arasında sülhə doğru atılmış ilk ciddi və əhəmiyyətli addım 

kimi yadda qaldı. 

Atəşkəsin əldə edilməsindən sonra da danışıqlar prosesi davam etdirildi. ATƏM, əvvəlki kimi, danışıqlarda 

vasitəçilik missiyasını yerinə yetirir və tərəflər arasında davamlı sülhə gətirib çıxara biləcək razılaşmanın  əldə 

olunmasına çalışırdı. Doğrudur bu prosesdə bəzi obyektiv və subyektiv çatışmazlıqlar meydana çıxırdı, bir çox 

hallarda ikili standartlar amili özünü göstərirdi. ATƏM-in sənədlərində, təkliflərində  ədalətsiz məqamlar öz 

əksini tapırdı. Amma bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki. ATƏM münaqişənin həlli ilə intensiv 

məşğul olan və real nəticələrin əldə edilməsi istiqamətində həqiqətən fəallıq nümayiş etdirən yeganə beynəlxalq 

təşkilat olmuşdur. Minsk qrupunun səyləri bu mənada xüsusən yüksək qiymətləndirilməlidir. Bu qurumun 

fəaliyyəti hələlik real sülhə  gətirib çıxarmasa da etiraf etmək lazımdır ki, Ermənistan-Azərbaycan, Dağlıq 

Qarabağ münaqişəsinin həmişə beynəlxalq ictimaiyyətin diqqət rnərkəzində  qalmasında ATƏM-in fəaliyyəti 

əvəzsiz rol oynamışdır. 

Qeyd edək ki, danışıqlar prosesinin gedişində ATƏM ilə Rusiya arasında ziddiyyətlər meydana çıxır və bəzi 

hallarda sülhün əldə  olunmasına bu amil də  öz  mənfi təsirini göstərirdi. Bilavasitə  Qərbin maraqlarını  təmsil 

edən və Rusiya ilə  müqayisədə bir qədər neytral görünməyə  çalışan ATƏM Moskvanın mövqelərinin Cənubi 

Qafqazda möhkəmlənməsini istəmirdi. Bununla yanaşı, təbii ki, Rusiya da tamamilə fərqli mövqedən çıxış edir 

və öz mənafelərinə uyğun həll modelinin gündəliyə çıxmasına can atırdı. Danışıqların gedişi zamanı müəyyən 

kompromislərin  əldə edildiyi ərəfədə Ermənistanın cəbhə  xəttində əməliyyatların intensivləşdirilməsi də  məhz 

bu ziddiyyətlərin təzahürü kimi özünü göstərirdi. 




Yüklə 164,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə