Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)



Yüklə 164,19 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix17.04.2018
ölçüsü164,19 Kb.
#38917
1   2   3   4   5   6   7

1994-cü ilin iyulunda Vyanada ATƏM-in Minsk qrupunun iclasında Rusiyanın hazırladığı "Böyük 

Siyasi Saziş" layihəsi müzakirəyə  təqdim olundu. Bu layihə  ATƏM-in bəzi təklif və  əlavələrindən sonra 

tərəflərə verilməli idi. Uzun müzakirələrdən sonra məlum oldu ki, ATƏM-lə Rusiya layihə barədə ortaq 

mövqeyə  gələ bilməyiblər. Qeyd edək ki, burada Minsk qrupunun təklif etdiyi "Təxirəsalınmaz tədbirlərin 

dəqiqləşdirilmiş cədvəli"ni Rusiyanın irəli sürdüyü layihə ilə razılaşdırmaq nəzərdə tutulmuşdu. Sənədlərin əsas 

fərqi isə bundan ibarətdir ki, Rusiya nizamlama prosesini sırf özünün nəzarətinə keçirmək niyyətində idi. 

ATƏM isə  çoxtərəfli vasitəçiliyə tərəfdar çıxırdı. Rusiya, əvvəlki kimi, sülhməramlıların rus ordusundan

ATƏM isə çoxmillətli qüvvələrdən təşkil olunması ideyasını dəstəkləyirdi. Nəhayət, 1994-cü ilin oktyabrında 

sülhməramlı qüvvələrin çoxmillətli olması barədə  ATƏM-in qərarı  qəbul edildi. Bu, Rusiya tərəfindən 

ciddi etirazla qarşılandı. Beləliklə  də  ATƏM-in Minsk qrupunun qərarı ilə  münaqişə  bölgəsinə  çoxmillətli 

sülhməramlı qüvvələrin göndərilməsi barədə  təklif tərəflərin müzakirəsinə verildi. Ermənistan bu təkliflə 

razılaşmadı. 



1994-cü ilin dekabrında Budapeştdə  ATƏM-ə  üzv olan dövlət başçılarının növbəti zirvə  görüşü 

keçirildi. Burada qəbul olunmuş sənədlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair xüsusi 

bölmədə  öz  əksini tapmışdı. Budapeşt sammitində 1995-ci ilin yanvarından etibarən ATƏM-in ATƏT 

adlandırılması barədə qərar qəbul edildi. 

1995-ci ilin fevralında ABŞ-ın DQ üzrə  xüsusi nümayəndəsi Cozef Pressel münaqişə  bölgəsinə  səfər 

etdi. Lakin onun bu səfəri Azərbaycanda ciddi narazılıqla qarşılandı. Belə ki, C Pressel Azərbaycan  güzəştə 

getməyə, öz iddialarından (?) əl çəkməyə  çağırmaqla  əslində Ermənistanın mövqelərini müdafiə etdiyini 

göstərdi. Bu isə, təbii ki, münaqişənin həllinə  kömək göstərə bilməzdi,  əksinə, sülh prosesini ləngidən bir 

mövqe idi. 



1995-ci ildə Moskvada yenə  də  Rusiyanın  təşəbbüsü ilə  danışıqlar başladı.  Bu danışıqlarda Dağlıq 

Qarabağdakı separatçı rejimin də müstəqil tərəf kimi iştirakı nəzərdə tutulurdu. Belə olan halda Azərbaycan da 

Dağlıq Qarabağın azərbaycanlı icmasının prosesə qatılmasını təklif etdi. Danışıqların gedişində Ermənistan yeni 

bir təkliflə  çıxış edərək sülh sazişinin sülhməramlı qüvvələrin münaqişə  bölgəsinə  göndərilməsindən sonra 

imzalanmasını  təklif etdi. Ermənilər sülhməramlı qüvvələrin tərkibində  Türkiyənin təmsil olunmasının da 

əleyhinə  çıxış edir, Şuşa və  Laçının azad olunması  məsələsinə  Dağlıq Qarabağın statusunun 

müəyyənləşdirilməsindən sonra baxılmasını istəyir, Laçının da erməni qoşunlarının nəzarəti altında olmasını 

tələb edirdilər. Bu təkliflərin heç biri Azərbaycan tərəfindən qəbul olunmadı. 



1995-ci ildə  Stokholmda ATƏT-in Minsk qrupunun növbəti iclası keçirildi. Burada qəbul olunmuş 

bəyanatda ATƏT-in Minsk qrupu atəşkəs rejiminin qorunub saxlanılmasını  təqdir edir, münaqişə  tərəflərini 

hərbi  əməliyyatların yenidən başlanmasından çəkinməyə  çağırır, münaqişənin nəticələrini qeyd-şərtsiz aradan 

qaldırmağı tələb edir və danışıqlar prosesini davam etdirməyi tövsiyə edirdi. 

Həmin ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Moskvada 

danışıqlar keçirilməsi ərəfəsində Ermənistan Minsk prosesi çərçivəsində danışıqları dayandırdığını bəyan etdi. 

Bu. danışıqlar prosesinin iflasa uğradığını göstərirdi. Bir qədər sonra ATƏT-in Minsk qrupunun Helsinkidə və 

Badəndə keçirdiyi danışıqlar da nəticəsiz bitdi. 

Bundan sonra Qərb ölkələri danışıqlar prosesində real nəticələrə  çatmaq üçün daha fəal mövqe nümayiş 

etdirməyə  başladılar. ABŞ, Türkiyə  və  Almaniyanın ATƏT-in Minsk qrupundakı nümayəndələrinə  xüsusi 

səlahiyyətli səfir statusu verilməsi bunun əyani göstəricisi idi. 

1995-ci ilin sentyabrında Moskvada danışıqların növbəti raundu keçirildi  və burada Azərbaycan bəzi 

irəliləyişlərə nail ola bildi. Belə ki, Ermənistan  Şuşa və  Laçının azad edilməsi məsələsinə  Dağlıq Qarabağın 

statusunun müəyyənləşdirilməsindən  əvvəl baxılmasına razılıq  verdi. Qeyd edək ki, bu, hər  şeydən  əvvəl 

Rusiyanın təzyiqlərinin nəticəsi idi. Çünki Rusiya C.Presselin məlum bəyanatından sonra danışıqlar prosesini öz 

nəzarətinə  keçirmək üçün belə bir manevr etməyi qərara almışdı. Bununla da rəsmi Moskva özünün daha 

konstruktiv və səmərəli fəaliyyət göstərdiyini nümayiş etdirməyə çalışırdı. Lakin Ermənistan bu dəfə də Laçın 

və  Şuşanın azad olunması barədə  öhdəlik götürməkdən imtina etdi. Ermənilər Laçına ATƏT-in sülhməramlı 

qüvvələrinin göndərilməsinə  etirazlarını bildirdilər, həmçinin  Şuşanın Azərbaycana qaytarılmasının 

mümkünsüzlüyünü bəyan etdilər. 

1995-ci ilin dekabrında Budapeştdə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi və burada 

yenə də eyni məsələlər ətrafında ortaq mövqenin tapılmaması sülh prosesində irəliləyişə gətirib çıxarmadı.  



1996-cı ilin yanvarında ATƏT-in Minsk qrupunun Moskvada keçirdiyi görüş də nəticəsiz başa çatdı. 

Mübahisə doğuran məqamlar əvvəlkilərdən fərqlənmirdi. 



İyun ayında Moskvada yenidən danışıqlar keçirildi. Bu dəfə  də Ermənistan  Şuşa və  Laçının işğaldan 

azad edilməsinə razılaşmadı. Onlar Azərbaycanın iqtisadi və hərbi qüdrətinin artdığını bəhanə gətirərək bun-dan 

ehtiyatlandıqlarını bildirdilər. Maraqlıdır ki, bu məsələdə həmsədrlərin fikri də ermənilərin bəhanələri ilə üst-

üstə düşürdü. Elə buna görə də Moskvada aparılan danışıqlarda irəliləyiş əldə edilmədi. 




Yüklə 164,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə