Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında Xartiya



Yüklə 338,42 Kb.
Pdf görüntüsü
səhifə11/12
tarix24.02.2018
ölçüsü338,42 Kb.
#27646
1   ...   4   5   6   7   8   9   10   11   12

39 

 

ilə  bağlı  fəaliyyətlər,  yaşayış  yeri  və  ya  peşə  təşkilatı  üzrə 



qeydiyyat tələbləri istisna olmaqla, həmin dövlətdə vəkillər 

üçün  nəzərdə  tutulmuş  qaydalara  əsasən  həyata 

keçirilməlidir;  

(b)   bu  fəaliyyətləri  həyata  keçirən  vəkil  mənsub  olduğu 

ölkədəki  öhdəliklərinə  xələl  gəlməməsi  şərtilə  digər  üzv 

ölkənin peşə davranış qaydalarına riayət etməlidir;  

(c)   bu fəaliyyətlər Birləşmiş Krallıqda həyata keçirildiyi halda, 

“digər  üzv  ölkənin  peşə  davranış  qaydaları”  dedikdə, 

barristerlərin  və  vəkillərin  müstəsna  səlahiyyətində  olan 

fəaliyyətlər istisna olmaqla, solisitorlara şamil olunan peşə 

davranış  qaydaları  başa  düşülür.  Digər  hallarda,  barrister 

və  vəkillərə  şamil  ounan  peşə  davranış  qaydaları  tətbiq 

edilir.  Lakin  İrlandiyadan  olan  barristerlərə  hər  zaman 

Birləşmiş Krallıqda barrister və vəkillərə şamil olunan peşə 

davranış  qaydaları  tətbiq  olunur.  Bu  fəaliyyətlər 

İrlandiyada  həyata  keçirilərsə,  “digər  üzv  ölkənin  peşə 

davranış qaydaları” məhkəmə çıxışlarını tənzimlədiyi halda 

barristerlərə  şamil  olunan  peşə  davranış  qaydalarını  ifadə 

edir.  Bütün  digər  hallarda  solisitorlara  şamil  olunan  peşə 

davranış  qaydaları  tətbiq  edilir.  Lakin  Birləşmiş  Krallıqda 

olan  barristerlərə  və  vəkillərə  hər  zaman  İrlandiyada 

barristerlərə  şamil  olunan  peşə  davranış  qaydaları  tətbiq 

olunur; və  

(d)   yuxarıda  (a)  bəndində  göstərilənlərdən  başqa  fəaliyyətləri 

həyata keçirən vəkil digər üzv ölkədə vəkilliyi tənzimləyən 

qaydalara,  xüsusilə  həmin  ölkədə  vəkilliklə  bir  araya 

sığmayan  fəaliyyət,  peşə  məxfiliyi,  digər  vəkillərlə 

münasibətlər,  maraqları  toqquşan  tərəflərin  eyni  vəkil 

tərəfindən təmsil edilməsinə qoyulan qadağa və ictimailiklə 

bağlı  qaydalara,  mənbəyindən  asılı  olmayarq,  hörmət 

etmək  şərtilə  öz  mənsub  olduğu  ölkənin  peşə  davranış 

qaydalarına  və  tələblərinə  riayət  etməyə  davam  etməlidir. 

Bu qaydalar o halda tətbiq olunur ki, digər üzv ölkədə daimi 

fəaliyyət  göstərməyən  vəkil  tərəfindən  onlara  riayət 




40 

 

edilməsi  mümkündür  və  onlara  riayət  olunması  həmin 



ölkədə  vəkilin  fəaliyyətlərinin  düzgün  həyata  keçirilməsi, 

vəkilliyin nüfuzu və vəkilliklə bir araya sığmayan fəaliyyətlə 

bağlı  qaydaların  təmin  edilməsi  üçün  obyektiv  baxımdan 

əsaslıdır.  

Vəkil Təsisatı Direktivi Avropa Birliyi sazişinin 43-cü maddəsinə 

uyğun olaraq digər üzv ölkədə daimi əsaslarla fəaliyyət göstərən 

vəkilin  riayət  etməli  olduğu  qaydalarla  bağlı  aşağıdakı 

müddəaları əks etdirir:  

(a)   mənsub  olduğu  ölkədə  ona  şamil  olunan  peşə  davranış 

qaydalarından asılı olmayaraq, digər üzv ölkənin ərazisində 

öz ölkəsinin peşə titulu ilə fəaliyyət göstərən vəkil digər üzv 

ölkənin  ərazisində  göstərdiyi  bütün  fəaliyyətlərlə  bağlı 

digər  üzv  ölkədə  eyni  peşə  titulu  ilə  fəaliyyət  göstərən 

vəkillərə  tətbiq  olunan  peşə  davranış  qaydalarına  riayət 

etməlidir (6.1-ci Maddə);  

(b)   digər üzv ölkə öz ölkəsinin peşə titulu ilə fəaliyyət göstərən 

vəkildən  digər  üzv  ölkənin  ərazisində  göstərilən  peşə 

fəaliyyətləri  ilə  bağlı  qaydalara  uyğun  olaraq  peşə 

məsuliyyətini sığortalamasını və ya peşə zəmanət fonduna 

qoşulmasını  tələb  edə  bilər.  Buna  baxmayaraq,  vəkil 

mənsub  olduğu  ölkənin  qaydalarına  uyğun  olaraq  sığorta 

və  ya  zəmanəti  olduğunu  sübut  edərsə,  öz  ölkəsinin  peşə 

titulu  ilə  fəaliyyət  göstərən  vəkil  həmin  sığorta  və  ya 

zəmanətin şərtlərinin və əhatə dairəsinin ekvivalent olduğu 

həddə  bu  tələbdən  azad  edilir.  Qismən  ekvivalent  olduğu 

halda  isə,  digər  üzv  ölkənin  səlahiyyətli  qurumu  öz 

ölkəsinin qaydalarına əsasən həyata keçirilmiş sığorta və ya 

zəmanətlə  əhatə  olunmayan  məsələlər  üçün  əlavə  sığorta 

və ya zəmanət tələb edə bilər (6.3-cü maddə); və  

(c)   öz  ölkəsinin  peşə  titulu  ilə  digər  üzv  ölkədə  qeydiyyatdan 

keçmiş vəkil digər üzv ölkənin peşə titulu ilə qeydiyyatdan 

keçmiş  şəxslərə  yol  verdiyi  həddə  başqa  bir  vəkilin,  vəkil 

şirkətlərinin  və  ya  birliklərinin,  yaxud  dövlət  və  ya  özəl 



41 

 

müəssisələrin muzdlu işçisi kimi fəaliyyət göstərə bilər (8-



ci maddə);  

Bu  Direktivlərin  heç  biri  ilə  əhatə  olunmayan  və  ya  bu 

Direktivlərin  tələblərindən  kənar,  yaxud  əlavə  hallarda 

vəkilin  Avropa  Birliyi  hüququna  əsasən  digər  Vəkillər 

Kollegiyaları  və  Hüquq  Cəmiyyətlərinin  qaydalarına  riayət 

etməsi öhdəlikləri hər  hansı konkret müddəanın, məsələn, 

Elektron  Ticarət  haqqında  Direktivin  (2000/31/EC) 

təfsirinə  bağlıdır.  Kodeksin  əsas  məqsədi  “ikiqat 

deontologiya”,  yəni  potensial  olaraq  ziddiyyət  təşkil  edə 

biləcək bir neçə milli qaydaların konkret situasiyaya tətbiq 

edilməsindən  yarana  biləcək  problemləri  minimuma 

endirmək  və  mümkün  olduğu  halda  tamamilə  aradan 

qaldırmaqdır (1.3.1-ci Maddəyə baxın).  

 

2.5-ci  Maddənin  şərhi  –  Vəkilliklə  bir  araya  sığmayan 

fəaliyyət 

 

Həm  üzv  ölkələr  arasında,  həm  də  həmin  ölkələrin  daxilində 



vəkillərin  digər  fəaliyyətlə,  məsələn,  kommersiya  fəaliyyəti  ilə 

məşğul olmasının  yol verilən  həddi  barədə  müxtəlif fikirlər  var. 

Vəkillərin  digər  fəaliyyətlə  məşğul  olmasını  qadağan  edən 

qaydaların  əsas  məqsədi  vəkili  onun  müstəqilliyinə  və  ədalət 

mühakiməsindəki  roluna  xələl  gətirə  biləcək  mənfi  təsirlərdən 

qorumaqdır.  Bu  qaydalardakı  fərqlər  müxtəlif  yerli  şərtləri, 

vəkillərin  düzgün  fəaliyyətinin  fərqli  anlaşılması  və  qaydaların 

hazırlanmasında fərqli üsulları əks etdirir. Məsələn, bəzi hallarda 

vəkilin müəyyən işlərdə işləməsinə tam qadağa var, bəzi hallarda 

isə  digər  işlərdə  işləməyə  ümumilikdə  icazə  var,  bu  şərtlə  ki, 

vəkillərin  müstəqiliyinin  təminatı  üçün  xüsusi  qaydalara  riayət 

olunsun.  

2.5.2-ci  və  3-cü  maddələr  üzv  ölkələrdən  birinin  vəkilinin  digər 

üzv  ölkənin  peşə  birliyinin  üzvü  olmadığı  halda,  həmin  ölkədə 

beynəlxalq  fəaliyyətlə  (1.5-ci  maddə  ilə  müəyyən  edildiyi  kimi) 

məşğul olması ilə bağlı müxtəlif şərtləri müəyyən edir.  




Yüklə 338,42 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə