Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında Xartiya



Yüklə 338,42 Kb.
Pdf görüntüsü
səhifə2/12
tarix24.02.2018
ölçüsü338,42 Kb.
#27646
1   2   3   4   5   6   7   8   9   ...   12

 

3.5. Ödənişin (xidmət haqqının) əvvəlcədən ödənilməsi 



26 

3.6. Ödənişin (xidmət haqqının) qeyri-vəkillə 

bölüşdürülməsi 

26 


3.7. Məhkəmə xərcləri və hüquqi yardım 

26 


3.8. Müştərinin vəsaitləri  

27 


3.9. Peşə məsuliyyətinin sığortası 

28 


 

 

4. MƏHKƏMƏLƏRLƏ MÜNASİBƏT 

 

4.1. Məhkəmələrdə davranış qaydaları 



28 

4.2. Məhkəmə prosesində qanunauyğun davranış 

28 

4.3. Məhkəmədə davranış 



28 

4.4. Yanlış və ya çaşdırıcı məlumat 

28 

      4.5. Hakim və digər məhkəmə işçiləri ilə münasibətlər 



29 

 

 

5. VƏKİLLƏR ARASINDA MÜNASİBƏTLƏR 

 

5.1. Vəkil peşəsinin "komanda ruhu" 



29 

5.2. Üzv ölkələrin vəkilləri arasında əməkdaşlıq 

29 

5.3. Vəkillər arasında yazışma 



30 

5.4. Tövsiyə ilə bağlı ödənişlər 

30 

5.5. Qarşı tərəflərlə əlaqə 



30 

5.6. (Bu maddə 06 dekabr 2002-ci ildə Dublində 

keçirilmiş  Plenar İclasın qərarı ilə çıxarılmışdır)  

30 


5.7. Ödənişlə bağlı öhdəlik 

30 


5.8. Davamlı peşə təkmilləşməsi  

31 


5.9. Üzv ölkələrin vəkilləri arasında mübahisələr 

31 


 

 

İZAHEDİCİ MEMORANDUM 

33 

 

 

 



 

 



 

"Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında 



Xartiya" və "Avropa vəkillərinin davranış Kodeksi" 

 

Avropa  Vəkillər  Kollegiyaları  və  Hüquq  Birlikləri  Şurasının 



(CCBE)  başlıca  məqsədi  öz  daimi,  qeyri-daimi  və  müşahidəçi 

üzvlərinin  –  vəkillər  kollegiyalarının  və  hüquq  birliklərinin 

Avropa  və  beynəlxalq  səviyyədə  vəkil  peşəsinin  həyata 

keçirilməsi,  qanunun  aliliyi  prizmasından  hüquq  və  təcrübənin 

inkişaf  etdirilməsi,  habelə  ədalət  mühakiməsi  sisteminin  idarə 

olunması  sahəsində  təmsil  etməkdən  ibarətdir  (CCBE-nin 

Nizamnaməsi, Maddə III 1.a.). 

Bu  mənada  CCBE  Avropada  təxminən  1  milyon  hüquqşünas  və 

vəkili  birləşdirən  vəkillər  kollegiyaları  və  hüquq  birliklərinin 

rəsmi təmsilçisidir. 

Bu nəşrə CCBE tərəfindən qəbul olunmuş və təbiətləri etibarı ilə 

çox fərli olan iki sənəd daxil olunmuşdur. 

Onlardan ən sonuncusu Brüsseldə 24.11.2006-cı il tarixdə CCBE-

nin Plenar Sessiyasında qəbul olunmuş "Avropada vəkil peşəsinə 

dair  əsas  prinsiplər  haqqında"  Xartiyadır.  Bu  xartiya  davranış 

qaydaları  toplusu  kimi  başa  düşülməməlidir.  Xartiya  bütün 

Avropada,  hətta  daimi,  qeyri-daimi  və  müşahidəçi  üzv 

dövlətlərdən  başqa  digər  dövlətlərdə  də  tətbiq  olunmaq  üçün 

nəzərdə tutulmuşdur. Xartiyada vəkil peşəsini tənzimləyən milli 

və beynəlxalq xarakterli 10 əsas prinsiplər qeyd olunmuşdur. 

Bundan  başqa,  Xartiyanın  məqsədi  vəkillər  kollegiyalarına 

onların  öz  müstəqilliklərinin  təmin  edilməsi  istiqamətindəki 

mübarizələrinə  dəstək  verilməsindən,  vəkillər  arasında  "vəkilin 

cəmiyyətdə  rolunun  əhəmiyyəti  haqqında"  məlumatlılığın 

artırılmasından  ibarətdir.  Xartiyanın  hədəf  subyektləri  həm 

vəkillər, həm vəkilliyi idarə edən şəxslər, həm də ki, cəmiyyətin 

özüdür. 

Avropa  vəkillərinin  davranış  Kodeksi  28  oktyabr  1988-ci  ildə 

qəbul  olunmuşdur.  Ona  3  dəfə  dəyişiklik  edilmişdir.  Sonuncu 

dəyişiklik  19  may  2006-cı  ildə  CCBE-nin  Plenar  Sessiyasında 

edilmişdir.  Bu  sənəd  quruma  üzv  dövlətlər  üçün  məcburi 



 

xarakter  daşıyır.  Daimi,  qeyri-daimi  və  ya  müşahidəçi 



olmasından  asılı  olmayaraq  CCBE-yə  üzv  olan  vəkillər 

kollegiyalarının    vəkil  üzvləri  həm  öz  ölkələrində,  həm  Avropa 

İttifaqında,  həm  Avropa  İqtisadi  Zonasında,  həm  də  İsveçrə 

Konfederasiyasında  bu  Kodeksə  birmənalı  şəkildə  riayət 

etməlidirlər. 

Nəşrdə  yuxarıda  adları  çəkilən  sənədlərin  müvafiq  olaraq 

kommentariyası və izahedici memorandumu verilmişdir. 

Avropa  vəkil  peşəsinin  deontoloji  əsaslarını  müəyyənləşdirən, 

həmçinin  Avropa  vəkilliyi  və  Avropa  vəkillər  kollegiyalarının 

formalaşdırılmasına  töhfə  verən  bu  iki  sənəddəki  normaların 

əhəmiyyəti haqqında artıq danışmağa lüzum yoxdur. 

 

31 yanvar 2008-ci il 



 

 



 

Avropada vəkil peşəsinə dair əsas prinsiplər  



haqqında Xartiya

1

 

 

"Qanunun  aliliyi  hökmran  olduğu  cəmiyyətlərdə  vəkilin  xüsusi 



rolu vardır. Vəkilin vəzifəsi təkcə qanunun icazə verdiyi hədlərdə 

öz funksiyalarını vicdanla həyata keçriməyə başlamaqdan və onu 

sona  çatdırmaqdan  ibarət  deyildir.  Vəkil  ədalət  mühakiməsinin 

maraqlarına xidmət etməklə bərabər, ona müraciət etmiş şəxsin 

maraqlarını həm məhkəmədə müdafiə etməli, həm də ki, həmin 

şəxsin  məsləhətçisi  olmalıdır.  Vəkilin  peşəkar  fəaliyyətinə 

hörmətlə  yanaşılması  istənilən  cəmiyyətdə  qanunçuluğun  və 

demokratiyanın əsas şərtidir."  

 

– CCBE-nin Avropa vəkillərinin davranış Kodeksi, 1.1-ci maddə 



 

Avropada  vəkil  peşəsi  sahəsinə  ümumi  şəkildə  aid  olan  əsas 

prinsiplər  mövcuddur.  Halbuki,  bu  prinsiplər  müxtəlif 

yurisdiksiyalardan  asılı  olaraq  bir  balaca  fərqlənirlər.  Bu 

prinsiplər  vəkillərin  davranışını  tənzimləyən  bir  sıra  milli  və 

beynəlxalq  sənədlərin  təməlini  təşkil  edir.  İnsan  Hüquqlarına 

dair  Avropa  Konvensiyasının  "ədalət  mühakiməsinin  həyata 

keçirilməsi",  "məhkəmələrə  çatımlılıq"  və  "ədalətli  məhkəmə 

baxışı  hüququ"  anlayışlarına  əsaslanan  bu  prinsiplər  Avropa 

vəkilləri  üçün  öhdəlikdir.  Vəkillər  kollegiyaları,  hüquq 

təşkilatları, məhkəmələr, qanunvericilər, hökumət və beynəlxalq 

təşkilatlar cəmiyyətin maraqları naminə bu prinsiplərə riayət və 

onları müdafiə etməyə çalışmalıdırlar. 

Əsas prinsiplər aşağıdakılardan ibarətdir: 

(a)  vəkilin  müstəqilliyi  və  müştərinin  işinin  aparılmasında 

sərbəstliyi; 

(b)  vəkil  tərəfindən  müştərinin  işi  ilə  bağlı  məlumatların 

konfidensiallığının təmin edilməsi və peşə sirrinə hörmət

                                                           

1

 25.11.2006-cı il tarixdə CCBE-nin Plenar Sessiyasında qəbul olunmuşdur. 




Yüklə 338,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə