Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında Xartiya



Yüklə 338,42 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix24.02.2018
ölçüsü338,42 Kb.
#27646
1   2   3   4   5   6   7   8   9   ...   12

14 

 

sahəsinin  özünüidarəetmə  işinin  təşkili  vəkillərin  fərdi  qaydada 



müstəqilliyinin,  sərbəstliyinin  təmin  edilməsində  həyati 

əhəmiyyətə  malikdir.  Qeyd  olunmalıdır  ki,  azad  olmayan 

cəmiyyətlərdə vəkillər öz müştərilərinin işlərinin aparılmasında 

maneələrə rast gəlirlər, hətta onlar həbslə və ölüm halları ilə üz-

üzə gələ bilərlər. 

 

(b)  Vəkil  tərəfindən  müştərinin  işi  ilə  bağlı  məlumatların 

konfidensiallığının  təmin  edilməsi  və  peşə  sirrinə  hörmət 

prinsipi 

 

Vəkil  peşəsinin  təbiəti  elədir  ki,  müştəri  başqa  şəxslərlə 

bölüşmədiyi  şəxsi  məlumatları  –  intim  və  ya  kommersiya 

sirlərini  vəkillə  bölüşür.  Vəkil  qarşılıqlı  etimad  əsasında  əldə 

olunan  bu  cür  məlumatların  qəbuledicisdir.  Konfidensiallığa 

əminlik  olmayan  yerdə  etimaddan  danışmaq  olmaz.  Xartiyada 

"konfidensiallıq  prinsipi"nin  ikili  xarakteri  qeyd  olunur.  Belə  ki, 

konfidensiallığa  riayət  edilməsi  təkcə  vəkilin  öhdəliyi  deyil, 

həmçinin  onun  müştərisinin  fundamental  hüququdur.  "Hüquq 

peşəsinin imtiyazlılığı" adlı prinsip vəkillə müştəri arasında olan 

ünsiyyətdən  müştəriyə  qarşı  istifadə  olunmasını  qadağan  edir. 

Bəzi  ölkələrdə  konfidensiallıq  hüququ  yalnız  müştəriyə  aid 

olunur.  Digər  ölkələrdə  isə  qarşı  tərəfin  vəkilinin  qarşılıqlı 

etimad  əsasında  digər  tərəfin  vəkilinə  verdiyi  məlumat  vəkil 

tərəfindən  müştərisinə  açıqlanmamalıdır.  (b)  Prinsipi  qeyd 

olunan  3  məfhumu  -  "hüquq  peşəsinin  imtiyazlılığı", 

konfidensiallıq  və  peşə  sirrini  ehtiva  edir.  Bununla  bağlı  vəkilin 

müştərisi  qarşısındakı  məsuliyyəti  onlar  arasında  bağlanılmış 

müqavilə qüvvədən düşdükdən sonra da davam edir. 

 

(c)  Müştərilər  arasında,  habelə  vəkillə  müştəri  arasında 



maraqların toqquşmasından çəkinilməsi prinsipi 

 

Öz  peşə  funskiyalarını  lazımi  qaydada  icra  etmək  üçün  vəkil 

maraqların  toqquşmasından  çəkinməlidir.  Beləliklə,  əgər  eyni 



15 

 

işlə  əlaqədar  tərəflər  arasında  maraqların  toqquşmasl  riski 



mövcuddursa,  vəkil  iki  tərəfə  xidmət  göstərə  bilməz.  Bununla 

bərabər,  vəkil  cari  və  ya  əvvəlki  müştərisindən  konfidensial 

məlumat  əldə  etmişdirsə,  o,  əlaqədar  yeni  müştəri  ilə 

münasibətlərin  qurulmasından  çəkinməlidir.  Hətta  vəkil  özü  ilə 

müştərisi  arasında  fikir  ixtilafı,  maraqların  toqquşması  halında 

belə bu cür işləri qəbul etməkdən çəkinməlidir. Əgər maraqların 

toqquşması  müştəriyə  xidmət  göstərilməsindən  doğursa,  vəkil 

həmin müştəriyə göstərdiyi xidməti dayandırmalıdır. Göründüyü 

kimi, bu prinsip konfidensiallıq (b), müstəqillik (a) və loyallıq (e) 

prinsipləri ilə qarşılıqlı əlaqədədir. 



 

(d)  Hüquq  peşəsinin  nüfuzu,  fərdi  vəkilin  düzgünlüyü  və 

müsbət reputasiyası prinsipi 

 

Müştərilərin,  üçüncü  şəxslərin,  məhkəmələrin  və  dövlətin 



etimadını  qazanmaq  üçün  vəkil  bu  etimada  layiq  olmalıdır.  Bu 

etimada şərəfli vəkil peşəsinə üzvlüklə nail olmaq olar. Dolayısilə 

vəkil özünün və peşəsinin reputasiyasını ləkələyəcək, habelə bu 

peşəyə ictimai inamı azaldacaq hərəkətlərdən uzaq olmalıdır. Bu 

o  anlama  gəlməməlidir  ki,  vəkil  bir  şəxs  olaraq  hər  mənada 

mükəmməl olmalıdır. Bununla belə, o, həm peşə, həm də ki, şəxsi 

həyatında  ləyaqətsiz  davranışdan  çəkinməlidir.  Ləyaqətsiz 

davranış  ağır  sanksiyanın  –  peşə  fəaliyyətindən  kənarlaşdırma 

cəzasının tətbiqinə gətirib çıxara bilər. 

 

(e)  Müştəriyə  münasibətdə  loyal  (sədaqətlə)  davranma 



prinsipi 

 

Müştərisinə loyal davranmaq vəkil peşəsinin mahiyyətindən irəli 



gəlir.  Öz  məsləhətçisi  və  nümayəndəsi  olaraq  müştəri  vəkilə 

güvənə  bilməlidir.  Müştərisinə  loyal  davranmaq  üçün  vəkil 

müstəqil  olmalı  (a),  maraqların  toqquşmasından  çəkinməli  (c), 

konfidensiallığı təmin etməlidir (b). Peşə davranışı ilə bağlı incə 

bir  məsələ  loyallıq  prinsipinin  digər  mühüm  "hüquq  peşəsinin 



16 

 

nüfuzu,  fərdi  vəkilin  düzgünlüyü  və  müsbət  reputasiyası"  (d), 



"həmkarlarla  hörmətlə  davranılması"  (h),  "qanunçuluğa  və 

ədalət  mühakiməsinin  həyata  keçirilməsinə  hörmət"  (i) 

prinsipləri  ilə  əlaqədən  yaranan  problemdir.  Belə  vəziyyətlərdə 

vəkil  müştərisinə  izah  etməlidir  ki,  o,  məhkəmələrdə  və  ədalət 

mühakiməsinin  həyata  keçirilməsində  müştərinin  mənafeyi 

naminə  qeyri-qanuni  işi  aparmaqla  öz  peşə  vəzifələrini  təhlükə 

altına qoya bilməz. 

 

(f) Ödənişlərlə bağlı müştəriyə vicdanla yanaşılması prinsipi 

 

Müştəridən  xidmət  haqqı  üçün  alınan  ödənişin  məzmunu  ona 



açıq-aydın  şəkildə  izah  edilməli,  onun  məbləği  ədalətli  və 

əsaslandırılmış olmalı, habelə qanun və peşə davranışı qaydaları 

ilə uzlaşmalıdır. Peşə davranışı qaydaları toplularında vəkillərin 

müştəriləri  ilə  maraqlarının  toqquşmasından  çəkinmələrinin 

əhəmiyyəti  vurğulansa  da,  xidmət  haqqı  məsələləri  bu  cür 

ixtilafların  yaranmasına  səbəb  olan  məsələ  kimi  görsənə  bilər. 

Dolayısilə  bu  prinsipə  (f)  əsasən,  gələcəkdə  anlaşılmazlığın 

aradan  qaldırılması  məqsədi  ilə  ödəniş  məsələlərinin 

peşəkarcasına tənzimlənməsi zəruridir. 

 

(g) Vəkilin peşəkarlığı prinsipi 

 

Məlumdur  ki,  müvafiq  peşə  təhsili  və  hazırlığı  olmadan  vəkil 



müştərini  səmərəli  formada  təmsil  edə  və  ona  məsləhət  verə 

bilməz. Son dövrlər sürətlə inkişaf edən iqtisadi münasibətlərin 

və texnologiyaların, habelə daima dəyişən və yenilənən hüquq və 

praktikasının  fonunda  davamlı  peşə  hazırlığının  əhəmiyyəti 

artmışdır.  Peşə  qaydalarına  əsasən,  vəkil  ixtisaslaşmadığı  sahə 

üzrə işləri öz icraatına qəbul etməməlidir. 

 

(h) Həmkarlarla hörmətlə davranılması prinsipi 

 



Yüklə 338,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə