Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında Xartiya



Yüklə 338,42 Kb.

səhifə5/12
tarix24.02.2018
ölçüsü338,42 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   12

17 

 

Vəkil,  müştərilərinin  mütəmadi  şəkildə  təmsil  edilməsi  ilə  bağlı 



çox həssas və mübahisəli işlərə cəlb edilməsinə baxmayaraq bu 

prinsip hər bir zaman nəzakətli davranışın nümayiş etdirilməsini 

tələb edir. Bu prinsip vəkilin nümayəndə olaraq istənilən şəxsin 

adından çıxış edə bilməsini, həqiqəti söyləməsini, peşə davranışı 

qaydalarına riayət etməsini və öz vədlərinin üstündə durmasını 

nəzərdə tutur. Ədalət mühakiməsinin normal həyata keçirilməsi 

tələb  edir  ki,  vəkillər  mübahisəli  məsələlərin  sivil  yolla  həlli 

məqsədi  ilə  bir-birlərinə  qarşı  hörmətlə  davransınlar.  Analoji 

olaraq ictimai maraqlar tələb edir ki, vəkillər bir-birlərinə qarşı 

xoş  niyyətlə  davranmaqla  bir-birlərini  aldatmasınlar.  Vəkillər 

arasında  qarşılıqlı  hörmətin  saxlanılması  onların  müştərilərinin 

maraqlarına  cavab  verməklə  ədalət  mühakiməsinin  düzgün 

həyata  keçirilməsinə  imkan  və  mübahisələrin  həllinə  şərait 

yaradır. 

 

(i)  Qanunçuluğa  və  ədalət  mühakiməsinin  həyata 

keçirilməsinə hörmət prinsipi 

 

Biz, vəkili ədalət mühakiməsinin həyata keçirilməsinin iştirakçısı 



kimi  xarakterizə  etmişdik.  Eyni  zamanda  vəkili  "məhkəmənin 

işçisi"  və  ya  "ədalət  mühakiməsinin  icraçısı"  kimi  adlandırırlar. 

Vəkil  məhkəməyə  heç  vaxt  bilərəkdən  yanlış  məlumat 

verməməli,  habelə  peşə  fəaliyyəti  ilə  bağlı  üçüncü  şəxsləri 

aldatmamalıdır.  Bu  qadağalar  mütəmadi  şəkildə  müştərilərin 

bilavasitə maraqları ilə toqquşa bilir və müştərinin maraqları ilə 

ədalət  mühakiməsinin  maraqları  arasında  bariz  görsənən    bu 

ziddiyyətin  həlli  çox  incə  məsələdir  ki,  onun  da  həlli  vəkilin 

peşəkarlığından  asılıdır.  Bu  cür  problemlərin  həlli  ilə  bağlı 

vəkilin  üzvü  olduğu  kollegiyaya  müraciət  etmək  hüququ  vardır. 

Yalnız məhkəmənin, üçüncü şəxslərin nəzərində etibarlı təmsilçi, 

habelə ədalət mühakiməsinin həyata keçirilməsinin əsl iştirakçısı 

olduğu təqdirdə, vəkil öz müştərisini uğurla təmsil edə bilər. 

 

(j) Vəkillik fəaliyyətinin özünüidarəedilməsi prinsipi 




18 

 

 



Hüquq peşəsinin və vəkillərin fəaliyyətinə aşkar və ya gizli dövlət 

nəzarəti  qeyri-azad  cəmiyyətlərin  əlamətlərindən  biridir.  Əksər 

Avropa ölkələrində bu peşə sahəsinin idarə edilməsinin dövlət və 

özünüidarəetməsi  üsulları  mövcuddur.  Əksər  hallarda  dövlət 

əsas  Prinsiplərin  əhəmiyyətini  nəzərə  alaraq  vəkillik 

fəaliyyətində konfidensiallıq məsələlərini normativləşdirir və ya 

kollegiyalara 

öz 


peşə 

davranışı 

qaydalarının 

müəyyənləşdirilməsi ilə bağlı hüquqyaratma səlahiyyətləri verir. 

CCBE  əmindir  ki,  yalnız  güclü  özünüidarəetmə  vəkillərin  dövlət 

qarşısında  müstəqilliyini  təmin  edə  bilər  və  bu  cür  müstəqillik 

olmadan vəkillər öz peşə fəaliyyətlərini icra edə bilməzlər. 

 

 




19 

 

Avropa vəkillərinin davranış Kodeksi 

 

Bu  Kodeks  CCBE-nin  28  oktyabr  1988-ci  il  tarixli  Plenar 



Sessiyasında  qəbul  olunmuş  və  ona  müvafiq  olaraq  28.11.1998, 

06.12.2002  və  19.05.2006-cı  illərdə  dəyişikliklər  edilmişdir. 

Kodeksdə həmçinin 20.08.2007-ci il tarixdə CCBE-nin fövqəladə 

iclasında  onun  Nizamnaməsinə  edilən  dəyişikliklər  nəzərə 

alınmışdır. 

 

1. PREAMBULA 



 

1.1. Vəkilin cəmiyyətdəki funksiyası 

 

Qanunun aliliyinə hörmətlə yanaşılan cəmiyyətlərdə vəkil xüsusi 



rola  sahibdir.  Vəkil  təkcə  qanunun  icazə  verdiyi  həddə  ona 

həvalə  olunmuş  tapşırıqları  vicdanla  yerinə  yetirmir.  O,  ədalət 

mühakiməsinin  maraqlarına  xidmət  etməklə  həm  ona  etimad 

göstrən şəxslərin hüquq və azadlıqlarını müdafiə edir, həmçinin 

müştərisinin  məsləhətçisinə  çevrilir.  Demokratik  cəmiyyətdə 

vəkilin peşə funksiyalarına hörmət nümayiş etdirilməsi qanunun 

aliliyinin ümdə şərtidir. 

Vəkillik fəaliyyətinin həyata keçirilməsi vəkilin aşağıdakı şəxslər 

qarşısında hüquqi və mənəvi məsuliyyətini şərtləndirir: 

- müştərilər; 

-  qarşısında  müştərinin  maraqları  təmsil  olunan  orqanlar, 

məhkəmələr; 

-  ümumi  olaraq  vəkillik  və  məxsusi  olaraq  bu  sahənin 

təmsilçiləri; 

-  cəmiyyət (azad və müstəqil peşənin mövcudluğu dövlətin gücü 

və  ictimai  maraqlar  qarşısında  insan  hüquqlarının  müdafiəsi 

baxımından əhəmiyyətlidir). 

 

1.2. Peşə davranışı qaydalarının təbiəti 

 



20 

 

1.2.1.  Peşə  davranışı  qaydaları  vəkillər  tərəfindən  sivil 



cəmiyyətdə  öz  funksiyalarını  lazımi  qaydada  icra  etmələri 

məqsədi  ilə  öz  üzərlərinə  götürdükləri  öhdəliklərdir.  Bu 

qaydalara riayət edilməməsi intizam cəzası ilə nəticələnə bilər. 

1.2.2. Yerli, milli adətlərdən asılı olaraq hər bir vəkil kollegiyası 

özləri üçün davranış qaydaları müəyyən edir. Bu qaydalar hər bir 

üzv  dövlətin  vəkillik  peşəsinin  təşkili  və  fəaliyyət  sahələri, 

məhkəmə  və  inzibati  prosessual  normalar  və  yerli 

qanunvericiliklə uzlaşdırılır. Bu qaydaları onların məzmunundan 

uzaqlaşdırmaq,  buna  cəhd  göstərmək,  həmçinin  mahiyyət 

etibarilə  onları  ümumi  qaydadan  fərqli  olaraq  başqa  cür  tətbiq 

etmək mümkün deyildir. 

Vəkillər  kollegiyalarının  və  hüquq  cəmiyyətlərinin  özlərinə  aid 

davranış  qaydaları  olmalarına  baxmayaraq  eyni  dəyərlərə 

söykənməklə eyni mahiyyətə malikdirlər. 

 

1.3. Kodeksin məqsədi 

 

1.3.1.  Avropa  İttifaqı  və  Avropa  İqtisadi  Zonasının  davamlı 



inteqrasiyası  bu  ərazidə  işləyən  vəkillərin  öz  ölkələrindən 

kənardakı  fəaliyyətlərinin  genişlənməsinə  səbəb  olur  ki,  bu  da 

cəmiyyətin  maraqları  naminə  bu  zonada  fəaliyyət  göstərən 

vəkillər 

üçün 

ümumi 


davranış 

qaydalarının 

müəyyənləşdirilməsini  şərtləndirir.  Bu  cür  vahid  qaydaların 

müəyyənləşdirilməsinin  konkret  məqsədi  Avropa  Zirvəsinin 

77/249/EEC  saylı  Direktivinin  4  və  7.2.-ci  maddələrinin, 

həmçinin  Avropa  Parlamenti  və  Avropa  Zirvəsinin  birgə  qəbul 

etdiyi  98/5/EC  saylı  Direktivinin  6  və  7-ci  maddələrində  açıq 

şəkildə əks olunmuş "ikili deontologiya"nın tətbiqindən yaranan 

çətinliklərin aradan qaldırılmasıdır. 

1.3.2. Beləliklə, CCBE vasitəsi ilə vəkillik fəaliyyətini təmsil edən 

təşkilatlarin  bu  qaydaları  məcəllələşdirməkdə  məqsədləri 

aşağıdakılardan ibarətdir: 

-  bu  niyyətin  Avropa  İttifaqı  və  Avropa  İqtisadi  Zonasında 

fəaliyyət göstərən vəkillər kollegiyaları və hüquq cəmiyyətlərinin 






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə