Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında Xartiya



Yüklə 338,42 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix24.02.2018
ölçüsü338,42 Kb.
#27646
1   2   3   4   5   6   7   8   9   ...   12

21 

 

ümumi  razılığı,  konsensusu  olmasının  hamı  tərəfindən  qəbul 



olunması; 

-  ən  qısa  vaxtda  Avropa  İttifaqı  və  Avropa  İqtisadi  Zonasında 

vəkillik  ilə  məşğul  olan  şəxslərə  münasibətdə məcburi  davranış 

qaydalarının müəyyənləşdirilməsi; 

-  deontologiya  və  peşə  davranışı  ilə  bağlı  qaydalar 

təkmilləşdirilərkən 

onların 

davamlı 


olaraq 

Kodekslə 

harmonizasiyalaşdırılması. 

Daha  sonra  onlar  deontoloji  və  vəkillik  praktikası  ilə  bağlı  milli 

davranış qaydalarının bu Kodeksə uyğun olaraq implementasiya 

olunacağını ifadə edirlər. 

Bu  Kodeksdəki  qaydalar  vəkillərin  xaricdəki  fəaliyyətləri 

hissəsində  məcburiləşdirildikdən  sonra  vəkillər  bu  Kodeksin 

tələbləri  gözlənilməklə  yerli  kollegiyanın  və  ya  hüquq 

cəmiyyətinin  müəyyənləşdirdiyi  davranış  qaydalarına  riayət 

edəcəklər. 

 

1.4. Kodeksin şəxslərə görə qüvvəsi 

 

Bu  Kodeks,  Avropa  Zirvəsinin  77/249/EEC,  Avropa  Parlamenti 



və  Avropa  Zirvəsinin  birgə  qəbul  etdiyi  98/5/EC  saylı 

direktivlərində  qeyd  olunan,  habelə  CCBE-nin  assosiativ  üzv  və 

müşahidəçi ölkələrinin vəkillərinə şamil olunur. 

 

1.5. Kodeksin tətbiq olunduğu fəaliyyətlərin əhatə dairəsinə 



görə qüvvəsi 

 

Üzv ölkələrdə deontologiya və vəkillik praktikası qaydalarının bu 



Kodekslə harmonizasiyalaşdırılması prosesinə xələl gətirilmədən 

Kodeksdə  əks  olunmuş  müddəalar  vəkillərin  Avropa  İttifaqı  və 

Avropa  İqtisadi  Zonasındakı  xarici  fəaliyyətlərinə  şamil 

olunacaqdır.  Bu  mənada,  xarici  fəaliyyət  dedikdə  aşağıdakılar 

başa düşülməlidir: 

(a) vəkilin  öz  ölkəsindən  başqa,  digər  üzv  ölkələrdəki  vəkillərlə 

peşəkar əlaqələrin həyata keçirilməsi; 



22 

 

(b)  vəkilin  öz  ölkəsindən  başqa,  digər  üzv  ölkələrin  ərazisində 



bilavasitə olub-olmamasından asılı olmayaraq peşə fəaliyyətinin 

həyata keçirilməsi. 

 

1.6. Anlayışlar 

 

"Üzv dövlət" – Avropa İttifaqının üzv dövlətləri və Kodeksin 1.4.-



cü  maddəsində  əks  olunan  meyarlara  uyğun  gələn  vəkilin  aid 

olduğu digər dövlət. 

"Yerli  üzv  dövlət"  –  vəkilin  öz  peşəsi  ilə  məşğul  olmaq  hüququ 

əldə etdiyi dövlət. 

"Digər üzv dövlət" – vəkilin xaricdə fəaliyyət göstərdiyi dövlət. 

"Səlahiyyətli 

orqan" 

– 

peşə 



davranışı 

qaydalarını 

müəyyənləşdirməyə  məsul  olan,  habelə  vəkillərin  intizam 

məsələləri  ilə  məşğul  olan  üvz  dövlətin  müvafiq  səlahiyyətli 

orqanı. 

"77/249/EEC  saylı  Direktiv"  –  Avropa  Zirvəsinin  vəkillər 

tərəfindən  xidmətlərin  göstərilməsinin  sərbəstləşdirilməsinə 

dəstək  verilməsi  barədə  22  mart  1977-ci  il  tarixdə  qəbul  etdiyi 

77/249/EEC saylı Direktiv. 

"98/5/EC  saylı  birgə  Direktiv"  –  vəkillik  peşə  fəaliyyəti  ilə 

məşğul  olmaq  hüququ  əldə  etdiyi  ölkənin  ərazisindən  başqa, 

digər  ölkələrin  ərazisində  daimi  əsaslarla  vəkillik  fəaliyyəti  ilə 

məşğul olunmasına dəstək verilməsi haqqında 16 fevral 1998-ci 

ildə  Avropa  Parlamenti  və  Avropa  Zirvəsinin  birgə  qəbul  etdiyi 

98/5/EC saylı Direktiv. 

 

2. ƏSAS PRİNSİPLƏR 



 

2.1. Müstəqillik 

 

2.1.1.  Vəkilin  aid  olduğu  əksər  məsələlərdə  onun  tam  şəkildə 



müstəqil  olması  əsas  şərtdir.  O,  eyni  zamanda  fərdi 

maraqlarından, habelə istənilən xarici təzyiqdən kənar olmalıdır. 

Bu  cür  müstəqillik  hakimlərin  qərəzsizliyi  kimi  həm  də  ədalət 



23 

 

mühakiməsi  üçün  əhəmiyyətlidir.  Ona  görə  də  vəkil  onun 



müstəqilliyinə xələl gətirə biləcək hərəkətlərdən çəkinməli və öz 

peşə  standartlarını  belə  desək,  müştərisinin,  hakimin  və  ya 

üçüncü şəxslərin ayağına verməməlidir. 

2.1.2.  Müstəqillik  həm  mübahisəsiz  məsələlərdə,  həm  də 

məhkəmə  prosesləri  zamanı  əhəmiyyətlidir.  Müştəriyə 

yarınmaqdan  ötrü  öz  maraqları  üçün  və  ya  xarici  təzyiq 

nəticəsində vəkil tərəfindən verilmiş məsləhətin dəyəri yoxdur. 

 

2.2. Etimad və vicdanlılıq 

 

Etimad  münasibətləri  yalnız  vəkilin  şərəfinə,  ləyaqətinə  və 



vicdanlılığına şübhə olmadığı təqdirdə mövcud ola bilər. Bu cür 

dəyərlərə sadiqlik vəkilin peşə borcudur. 

 

2.3. Konfidensiallıq 

 

2.3.1.  Vəkillik  peşəsinin  təbiəti  etibarilə  müştəri  tərəfindən 



vəkilə  başqa  şəxslərə  deyilməyən  məlumatlar  verilir  ki,  bu  da 

məhz  konfidensiallıq  şəraitində  baş  verir.  Konfidensiallıq  təmin 

olunmayan yerdə etimad haqqında danışmaq olmaz. Ona görə də 

konfidensiallıq vəkilin başlıca və əsas hüquq və vəzifəsidir. 

Vəkilin  konfidensiallığı  təmin  etmək  vəzifəsi  həm  ədalət 

mühakiməsinin  həyata  keçirilməsinə,  həm  də  ki,  müştərinin 

maraqlarına xidmət edir. Bu səbəbdən, konfidensial məlumatlar 

dövlətin xüsusi mühafizəsi altındadır. 

2.3.2.  Vəkil  öz  peşə  funskiyalarının  icrası  ilə  bağlı  daxil  olmuş 

məlumatların konfidensiallığına hörmət etməlidir. 

2.3.3.  Məlumatların  konfidensiallığının  təmin  edilməsi  zamanla 

məhdudlaşdırılmamışdır. 

2.3.4. Vəkil hüquqi xidmətin göstərilməsinə cəlb edilmiş istənilən 

əməkdaş və şəxslərdən konfidensiallıqla bağlı öhdəliklərə riayət 

edilməsini tələb etməlidir. 

 



Yüklə 338,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə