Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında Xartiya


  Digər  vəkil  birlikləri  tərəfindən  müəyyən  edilmiş



Yüklə 338,42 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix24.02.2018
ölçüsü338,42 Kb.
#27646
1   2   3   4   5   6   7   8   9   ...   12

24 

 

2.4.  Digər  vəkil  birlikləri  tərəfindən  müəyyən  edilmiş 



qaydalara hörmət 

 

Xarici  ölkənin  ərazisində  peşə  funksiyalarını  icra  edən  vəkildən 



həmin  ölkənin  vəkillərinin  davranış  qaydalarına  riayət  edilməsi 

tələb  oluna  bilər.  Konkret  fəaliyyətin  icrası  ilə  bağlı  onların 

işlərinə  təsir  edə  bilən  qaydalar  barədə  vəkillər  bir-birlərini 

xəbərdar etməlidirlər. 

CCBE-yə üzv olan bütün təşkilatlar öz davranış qaydalarını CCBE-

nin  Katibiliyinə  təqdim  etməlidirlər  ki,  öz  növbəsində  istənilən 

vəkil həmin qaydaların nüsxəsini Katiblikdən əldə edə bilsin. 

 

2.5. Vəkilliklə bir araya sığmayan fəaliyyət 

 

2.5.1.  Öz  funksiyalarının  sərbəst  şəkildə  icra  edilməsi,  həmçinin 



ədalət  mühakiməsinin  lazımi  qaydada  həyata  keçirilməsinin 

təmin  edilməsi  məqsədi  ilə  vəkilin  müəyyən  peşə  ilə  məşğul 

olmasına məhdudiyyət qoyula bilər. 

2.5.2.  Müştərini  digər  üzv  ölkənin  ərazisində  yerləşən  müxtəlif 

dövlət  qurumlarında  təmsil  edən  və  ya  məhkəmə  prosesində 

müdafiə  edən  vəkilə,  fəaliyyət  göstərdiyi  ölkənin  vəkillərinə 

"başqa  peşə  ilə  məşğul  olmaq  məhdudiyyəti"  barədə  qaydalar 

şamil olunur. 

2.5.3. Digər üzv ölkənin ərazisində vəkillik funksiyalarının icrası 

ilə  bağlı  olmayan  kommersiya  və  digər  xarakterli  fəaliyyətlə 

məşğul  olan  vəkil  həmin  ölkənin  vəkillərinə  aid  olan  müvafiq 

qadağalara tabedir. 

 

2.6. İctimailik 

 

2.6.1. Vəkil konfidensiallıq və digər əsas peşə prinsiplərinə zidd 



olmayacaq  çərçivədə  göstərdiyi  xidmətlərlə  bağlı  ictimaiyyəti 

düzgün məlumatlandırmaq vəzifəsi daşıyır. 

2.6.2. Bu Kodeksin 2.6.1.-ci bəndinin tələbləri rəhbər tutulmaqla 

vəkil  mətbuat,  radio,  televiziya  və  digər  kommersiya  xarakterli 




25 

 

elektron  kommunikasiya  vasitələrindən  istifadə  etməklə  öz 



fəaliyyətini işıqlandıra bilər. 

 

2.7. Müştərinin marağı 

 

Peşə etikası normaları rəhbər tutulmaq şərti ilə vəki hər zaman 



müştərisinin  maraqlarını  həm  öz,  həm  də  ki,  peşəsinin  digər 

üzvlərinin maraqlarından üstün tutmalıdır. 

 

2.8. Vəkilin müştəri qarşısındakı məsuliyyətinin həddi 

 

Vəkil  üzv  ölkənin  və  ərazisində  fəaliyyət  göstərdiyi  digər  üzv 



ölkənin  qanunlarının  imkan  verdiyi  həddə,  habelə  tabe  olduğu 

peşə  davranışı  qaydaları  həddində  öz  müştərisi  qarşısındakı 

məsuliyyətini məhdudlaşdıra bilər. 

 

 



3. MÜŞTƏRİLƏRLƏ MÜNASİBƏTLƏR 

 

3.1. Tapşırığın qəbulu və ləğvi 

 

3.1.1.  Vəkil,  tərəfin  tapşırığı  olmadan  icraatına  heç  bir  işi  qəbul 



edə  bilməz.  Bununla  belə,  vəkil  başqa  vəkilin  tapşırığı  və  ya 

səlahiyyətli orqanın təyinatı əsasında işdə iştirak edə bilər. 

Qeyri-müəyyənlik  olduğu  təqdirdə  vəkil  müəyyən  işlərlə  bağlı 

ona  tapşırıq  verən,  müraciət  edən  şəxsin,  səlahiyyətli  qurumun 

kimliyini, səlahiyyətlərini aydınlaşdırmağa cəhd göstərməlidir. 

3.1.2. Vəkil mütərisini düzgün, vicdanla və əzmlə təmsil etməli və 

məsləhətlər verməlidir. Vəkil ona etibar olunmuş işin gedişatı və 

icrası ilə bağlı müştərisini məlumatlandırmaq öhdəliyi daşıyır. 

3.1.3.  Müvafiq  səlahiyyətli  vəkil  ilə  əməkdaşlıq  etmədən  vəkil 

özünün səlahiyyəti çatmadığı işi icraatına qəbul edə bilməz. 

Vəkil, icraatında olan digər işlərin yükü ilə bağlı əlavə tapşırıqlar 

qəbul etməməlidir. 




26 

 

3.1.4. Vəkil, müştərinin vəziyyətini pisləşdirə biləcək hallarda və 



ya ona vəkil tapmağa çətinlik yaradacaq vəziyyətdə "işdən imtina 

etmək hüququ"ndan istifadə edə bilməz. 

 

3.2. Maraqların toqquşması 

 

3.2.1.  Eyni  işlə  bağlı  maraqların  toqquşması  və  ya  belə  bir 



toqquşma  riski  mövcud  olduğu  halda  vəkil  həmin  işlə  əlaqədar 

iki və ya daha artıq müştərini təmsil edə bilməz. 

3.2.2.  Müştəriləri  arasında  maraqların  toqquşması  baş  verdiyi, 

həmin  işlə  bağlı  konfidensiallığın  pozulma  təhlükəsi  mövcud 

olduğu  hallarda,  habelə  öz  vəzifələrini  müstəqil  icra  etmək 

təhlükəsi yaranarsa, vəkil həmin işin icrasından imtina etməlidir. 

3.2.3. Yeni müştərinin maraqlarının müdafiəsi əvvəlki müştərinin 

işi ilə bağlı məlumatların konfidensiallığının pozulmasına səbəb 

olarsa,  habelə  əvvəlki  müştərinin  işi  ilə  bağlı  əldə  olunmuş 

məlumatlar yeni müştəriyə əsassız üstünlük verərsə, vəkil həmin 

işin icrasından imtina etməlidir. 

3.2.4. Bu Kodeksin 3.2.1.-3.2.3.-cü bəndlərinin tələbləri həmçinin 

vəkilin işlədiyi şirkətə, təşkilatlara və digər qurumlara və həmin 

qurumlara aidiyyəti olan bütün şəxslərə şamil olunur. 

 

3.3. Pactum de Quota Litis 

 

3.3.1. Vəkil "pactum de quota litis" bağlaya bilməz. 



3.3.2.  "Pactum de quota litis"  dedikdə  vəkillə  müştərisi  arasında 

həvalə  olunmuş işin  yekun  həllinədək  bağlanmış  müqavilə  başa 

düşülməlidir.  Bu  cür  müqaviləyə  əsasən,  müştəri  vəkilinə  işin 

yekununa  uyğun  olaraq  müəyyən  pay  (faiz)  ödəməyi  üzərinə 

götürür. Həmin pay pul və ya hər hansı mənfəət  formasında ola 

bilər. 


3.3.3.  "Pactum  de  quota  litis"  dedikdə  səlahiyyətli  orqan 

tərəfindən  müəyyənləşdirilən  xidmət  haqqının  dərəcəsi 

həddində  işin  (iddianın)  məbləğindən  asılı  olaraq  onun  həlli  ilə 



Yüklə 338,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə