Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında Xartiya



Yüklə 338,42 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix24.02.2018
ölçüsü338,42 Kb.
#27646
1   ...   4   5   6   7   8   9   10   11   12

27 

 

bağlı  müəyyən  payın  (faizin)  tutulması  haqqında  müqavilələr 



başa düşülməməlidir. 

 

3.4. 



Ödənişlərin 

(xidmət 

haqlarının) 

məbləğinin 

tənzimlənməsi 

 

Müştəriyə təyin olunan ödəniş (xidmət haqqı) aşkar, ədalətli və 



ağlabatan  həddə  olmaqla  vəkilin  yursdiksiyasında  olduğu 

ölkənin  qanunlarına  və  peşə  davranışı  qaydalarına  müvafiq 

olmalıdır.  

 

3.5. Ödənişin (xidmət haqqının) əvvəlcədən ödənilməsi 

Əgər  vəkil  ödənişin  və  xərclərin  bir  hissəsinin  və  ya  tamının 

əvvəlcədən  ödənilməsini  tələb  edərsə,  həmin məbləğ  və  xərclər 

ağlabatan həddə olmalıdır. 

Bu  Kodeksin  3.1.4.-cü  bəndinin  tələbi  nəzərə  alınmaqla  ödəniş 

həyata  keçirilmədiyi  təqdirdə  vəkil,  işin  icrasından  və  ya  onu 

qəbul etməkdən imtina edə bilər. 

 

3.6. 

Ödənişin 

(xidmət 

haqqının) 

qeyri-vəkillə 

bölüşdürülməsi 

 

3.6.1.  Qeyri-vəkillə  əməkdaşlığın  qanunla  və  peşə  davranışı 



qaydaları  ilə  icazə  verildiyi  hallar  çıxılmaq  şərtilə  vəkil  ona 

ödənilən ödənişi həmin şəxslə bölüşməyə bilər. 

3.6.2.  Bu  Kodeksin  3.6.1.-ci  bəndi  vəkilin  işin  əvvəkli  icraatını 

aparan sabiq vəkilin özünə və ya həmin vəkil vəfat etmişsə, onun 

vərəsələrinə 

müəyyən 


ödənişin 

(komissiyanın, 

kompensasiyanın) edilməsini istisna etmir. 

 

3.7. Məhkəmə xərcləri və hüquqi yardım 

 

3.7.1. Vəkil hər zaman müştərisinin probleminin həllini ən sərfəli 



və  səmərəli  şərtlərlə  həyata  keçirməyə  çalışmalı  və  onu 


28 

 

problemin  istənilən  mərhələsində  "mübahisələrin  alternativ 



həlli" yolları ilə bağlı məlumatlandırmalıdır. 

3.7.2.  Vəkil,  müştərini  hüquqi  yardımdan  yararlanıla  bilinməsi 

imkanları barədə məlumatlandırmalıdır. 

 

3.8. Müştərinin vəsaitləri 



 

3.8.1.  Müştərisinin  və  ya  üçüncü  şəxslərin  pul  vəsaitlərinə 

sahiblik  edən  vəkil  həmin  vəsaiti  aidiyyəti  dövlət  orqanının 

nəzarət  edə  biləcəyi  müvafiq  hesaba  və  ya  bank  hesabına 

yatırmalıdır.  Müştərinin  hesabı  vəkilin  digər  hesablarından  ayrı 

olmalıdır.  Əgər  müştəri  tərəfindən  özünün  vəsaitləri  barəsində 

başqa  tapşırıq  verilməmişdirsə,  onun  bütün  pul  vəsaitləri  bu 

bəndin  birinci  cümləsində  qeyd  olunan  qaydada  hesaba 

yatırılmalıdır. 

3.8.2.  Vəkil  müştərinin  vəsaitlərinin  istifadəsi  ilə  bağlı  tam  və 

dəqiq uçot aparmalı və öz hesablarını müştərinin hesablarından 

ayırılmalıdır. Milli qanunvericiliyə uyğun olaraq uçot işi müəyyən 

dövrü əhatə edə bilər. 

3.8.3.  Vəkil  tərəfindən  təsirə  məruz  qalmamaq  şərti  ilə  milli 

qanunvericilikdə  göstərilən  hallar  və  ya  bank  xərcləri  istisna 

olmaqla müştərinin  hesabı "debet (borc) hesabı" ola bilməz. Bu 

cür  hesab  vəkil  tərəfindən  heç  bir  halda  qarantiya  kimi  istifadə 

oluna  bilməz.  Müştərinin  bu  hesabı  ilə  digər  bank  hesabları 

arasında  əməliyyatlar  (hesabların  birləşdirilməsi  və  s.)  aparıla 

bilməz,  habelə  vəkil  tərəfindən  bu  hesab  hər  hansı  öhdəliyin 

ödənilməsi üçün istifadə oluna bilməz. 

3.8.4.  Müştərinin  vəsaitləri  ən  qısa  vaxt  ərzində  və  ya  onların 

müəyyənləşdirdiyi şərtlərlə onlara geri qaytarılmalıdır. 

3.8.5.  Vəkil  müştəriyə  yazılı  şəkildə  məlumat  vermədən  ona 

veriləcək  ödənişi  müştərinin  hesabından  öz  hesabına  köçürə 

bilməz. 


3.8.6.  Konfidensiallığın  təmin  edilməsi  və  peşə  davranışı 

qaydaları  çərçivəsində  üzv  ölkələrin  müvafiq  səlahiyyətli 




29 

 

qurumlarının  müştərinin  vəsaitləri  barədə  təftiş  və  yoxlama 



aparmaq səlahiyyətləri vardır. 

 

3.9. Peşə məsuliyyətinin sığortası 

 

3.9.1.  Vəkillər  peşə  fəaliyyətlərinin  icrası  ilə  bağlı  mülki-hüquqi 



məsuliyyətdən  sırğortalanmalıdırlar.  Çünki  bu  risk  onların 

peşəsinin xarakterindən irəli gəlir. 

3.9.2.  Əgər  bu  mümkün  deyildirsə,  vəkil  bu  və  onun  nəticələri 

barədə müştərini məlumatlandırmalıdır. 

 

 

4. MƏHKƏMƏLƏRLƏ MÜNASİBƏT 



 

4.1. Məhkəmələrdə davranış qaydaları 

 

Məhkəmələrdə  işlərə  çıxan  hər  bir  vəkil  həmin  məhkəmələrdə 



tətbiq olunan davranış qaydalarına riayət etməlidir. 

 

4.2. Məhkəmə prosesində qanunauyğun davranış 

 

Məhkəmə  prosesinin  ədalətli  həyata  keçirilməsi  üçün  vəkil 



qanunauyğun davranış nümayiş etdirməlidir. 

 

4.3. Məhkəmədə davranış 

 

Vəkil  məhkəməyə  qarşı  hörmət  və  nəzakətlə  davranmaqla 



müştərisinin  maraqlarını  şərəflə,  qorxmadan  müdafiə  etməli  və 

bu zaman nə özünün, nə də ki, digər şəxslərin maraqlarınü üstün 

tutmalıdır.

 

 



4.4. Yanlış və ya çaşdırıcı məlumat  

 

Vəkil  heç  vaxt  məhkəməyə  bilərəkdən  yanlış  və  ya  çaşdırıcı 



məlumat verməməlidir.  


30 

 

 



4.5. Hakim və digər məhkəmə işçiləri ilə münasibətlər 

 

Vəkillərin  məhkəmələrlə  münasibətlərini  tənzimləyən  qaydalar 



həm də vəkillərin hakimlər və hətta müvəqqəti əsaslarla olsa da, 

məhkəmə  və  ya  kvazi-məhkəmə  səlahiyyətlərinə  malik  digər 

şəxslərlə olan münasibətlərinə də şamil olunur.  

 

5. VƏKİLLƏR ARASINDA MÜNASİBƏTLƏR 

 

5.1. Vəkil peşəsinin "komanda ruhu" 

 

5.1.1.  Vəkil  peşəsinin  komanda  ruhu  müştərilərin  faydalanması 



üçün və vəkillik peşəsinin nüfuzuna xələl gətirə biləcək lazımsız 

məhkəmə  proseslərinin  qarşısnı  almaq  üçün  vəkillər  arasında 

etimada və əməkdaşlığa əsaslanan münasibətlərin olmasını tələb 

edir. Lakin bu heç bir halda vəkilliyin maraqlarının müştərilərin 

maraqlarından üstün tutulmasına əsas vermir.  

5.1.2.  Vəkil  üzv  dövlətlərin  bütün  digər  vəkillərini  peşəkar 

həmkarları kimi tanımalı və qəbul etməli və onlara qarşı ədalətli 

və nəzakətli şəkildə davranmalıdır.  



 

5.2. Üzv ölkələrin vəkilləri arasında əməkdaşlıq  

 

5.2.1.  Digər  üzv  ölkədən  olan  həmkarının  müraciət  etdiyi  vəkil 



səlahiyyətli  olmadığı  məsələlərlə  bağlı  tapşırıqları  qəbul 

etməməlidir.  Bu  cür  hallarda  vəkil  həmin  həmkarının  tələb 

olunan xidməti göstərə biləcək vəkil tapa bilməsi üçün lazım olan 

məlumatı ona verməyə hazırlıqlı olmalıdır.  

 

5.2.2.  Bir  üzv  ölkədən  olan  vəkil  digər  üzv  ölkədən  olan  bir 



vəkillə  əməkdaşlıq  etdiyi  halda,  hər  iki  vəkil  müvafiq  hüquq 

sistemləri,  peşə  birlikləri,  müvafiq  üzv  ölkələrdə  vəkillərin 

səlahiyyətləri və öhdəlikləri arasında ola biləcək fərqləri nəzərə 

almalıdır.  




Yüklə 338,42 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə