Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında Xartiya


 Vəkillər arasında yazışma



Yüklə 338,42 Kb.

səhifə9/12
tarix24.02.2018
ölçüsü338,42 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   12

31 

 

 



5.3. Vəkillər arasında yazışma  

 

5.3.1.  Vəkil  digər  üzv  ölkədəki  bir  vəkilə  konfidensial  və  ya 



“hüquqlara  xələl  gəlməyəcək”  şəkildə  qorunmasını  arzuladığı 

məktub  göndərmək  istəyərsə,  o,  məktubu  göndərməmişdən 

qabaq bu istəyini aydın şəkildə bildirməlidir.  

5.3.2. Əgər məktubun ünvanlandığı şəxs onun konfidensial və ya 

“hüquqlara xələl gəlməyən” statusunu təmin edə bilməyəcksə, bu 

barədə məktubu göndərən şəxsə dərhal xəbər verməlidir.  



 

5.4. Tövsiyə ilə bağlı ödənişlər  

 

5.4.1. Vəkil müştəriyə başqa vəkil tövsiyə etməsinin müqabilində 



həmin  vəkildən  və  ya  hər  hansı  üçüncü  şəxsdən  xidmət  haqqı, 

komisyon  haqqı  və  hər  hansı  digər  ödəniş  tələb  edə  və  ya  ala 

bilməz.  

5.4.2. Vəkil onun müştəriyə tövsiyə olunmasının müqabilində heç 

kimə  xidmət  haqqı,  komisyon  haqqı  və  hər  hansı  digər 

kompensasiya ödəyə bilməz.  



 

5.5. Qarşı tərəflərlə əlaqə 

 

Vəkil hər hansı bir iş və ya məsələ ilə bağlı digər vəkil tərəfindən 



təmsil  edildiyini  və  ya  məsləhət  verildiyini  bildiyi  hər  hansı  bir 

şəxslə  həmin  iş  və  ya  məsələ  ilə  bağlı  digər  vəkilin  razılığı 

olmadan  birbaşa  ünsiyyət  saxlaya  bilməz  (həmçinin,  həmin 

ünsiyyət barədə digər vəkilə məlumat verməlidir).  



 

5.6.  (Bu  maddə  06  dekabr  2002-ci  ildə  Dublində  keçirilən 

plenar iclasın qərarı ilə çıxarılmışdır.) 

 

5.7. Ödənişlə bağlı öhdəlik  

 



32 

 

Müxtəlif üzv ölkələrin vəkillər kollegiyalarının üzvləri arasındakı 



peşəkar  münasibətlər  çərçivəsində  vəkil  müştəriyə  başqa  bir 

vəkili  tövsiyə  etmək  və  ya  müştərini  başqa  bir  vəkilə 

yönləndirmək  əvəzinə  özü  hər  hansı  bir  məsələ  ilə  bağlı 

həmkarına  tapşırıq  verdikdə  və  ya  həmkarının  məsləhətini 

istədikdə,  tapşırığı  verən  vəkil  hətta  müştəri  müflis  olsa  belə, 

xarici həmkarının xidmət haqqını, xərclərini və sair məsrəflərini 

ödəməyə  şəxsən  məsuliyyət  daşıyır.  Buna  baxmayaraq, 

sözügedən vəkillər bu məsələ ilə bağlı qabaqcadan xüsusi razılığa 

gələ bilərlər. Bundan əlavə tapşırıq verən vəkil öz məsuliyyətini 

gələcəkdə məsuliyyət daşımayacağı barədə bəyanatı xarici vəkilə 

təqdim etdiyi ana qədər yaranmış xidmət haqları, xərclər və sair 

məsrəflərlə məhdudlaşdıra bilər.  



 

5.8. Davamlı peşə təkmilləşməsi  

 

 



Vəkillər  öz  peşələrinin  Avropa  müstəvisindəki  rolunu  nəzərə 

alaraq öz peşəkar biliklərini və bacarıqlarını qorumalı və inkişaf 

etdirməlidir.  

 

5.9. Üzv ölkələrin vəkilləri arasında mübahisələr 

 

5.9.1.  Əgər  vəkil  digər  üzv  ölkədəki  həmkarının  peşə  davranışı 



qaydalarını  pozduğunu  hesab  edərsə,  bu  barədə  həmin 

həmkarına məlumat verməlidir.  

5.9.2. Əgər müxtəlif üzv ölkələrdən olan vəkillər arasında peşə ilə 

bağlı hər hansı şəxsi mübahisə yaranarsa, onlar mümkün olduğu 

halda  həmin  mübahisəni  əvvəlcə  dostcasına  həll  etməyə 

çalışmalıdırlar.  

5.9.3. Vəkil 5.9.1 və ya 5.9.2-ci bəndlərdə göstərilən məsələlərlə 

bağlı  əvvəlcə  hər  iki  vəkilin  mənsub  olduğu  vəkillər 

kollegiyalarına  və  hüquq  cəmiyyətlərinə  məlumat  vermədən 

digər  üzv  dövlətdəki  həmkarına  qarşı  heç  bir  icraata 

başlamayacaq.  Bu  məlumatın  verilməsində  məqsəd  hər  iki 



33 

 

vəkillər  kollegiyalarına  və  hüquq  cəmiyyətlərinə  vəkillərə 



razılığa gəlməkdə köməklik göstərməsinə imkan yaratmaqdır. 

 

 



 

 


34 

 

İZAHEDİCİ MEMORANDUM 

 

Bu  İzahedici  Memorandum  CCBE  Daimi  Komitəsinin  müraciəti 



əsasında Davranış Kodeksinin ilk versiyasının hazırlanması ilə də 

məşğul  olmuş  CCBE  deontologiya  işçi  qrupu  tərəfindən 

hazırlanmışdır. 

Memorandum 

Kodeksin 

müddəalarının 

mənbəyini  açıqlamaq,  onların  həllinə  yönəldiyi,  xüsusilə 

beynəlxalq  fəaliyyətlərlə  bağlı  problemləri  təsvir  etmək  və  Üzv 

Ölkələrin  Səlahiyyətli  Qurumlarına  Kodeksin  tətbiqi  ilə  bağlı 

kömək  göstərmək  məqsədi  daşıyır.  Onun  Kodeksin  təfsiri  ilə 

bağlı  hüquqi  baxımdan  məcburi  xarakter  daşıması  nəzərdə 

tutulmamışdır.  İzahedici  Memorandum  28  oktyabr  1988-ci  il 

tarixdə  qəbul  olunmuş  və  CCBE  Plenumunun  19  may  2006-cı  il 

tarixli  sessiyasında  yenilənmişdir.  Bu  İzahedici  Memorandum 

həmçinin  CCBE  Nizamnaməsinə  20  avqust  2007-ci  il  tarixdə 

Plenumun  Növbədənkənar  Sessiyasında  təsdiq  olunmuş 

düzəlişləri  də  nəzərə  alır.  1.4-cü  maddənin  şərhində  göstərilən 

peşələrin siyahısı dəyişikliklərə açıqdır.  

Kodeksin  orijinal  versiyaları  Fransız  və  İngilis  dillərindədir. 

Avropa Birliyinin digər dillərinə tərcümələr mili deleqasiyaların 

nəzarəti altında həyata keçirilir.  

 

1.1-ci Maddənin şərhi – Vəkilin Cəmiyyətdəki Funksiyası 

 

1977-ci ildə CCBE tərəfindən qəbul edilən Perucca Bəyannaməsi 



Avropa  Birliyi  daxilində  vəkillərə  şamil  olunan  peşə  davranış 

qaydalarının  fundamental  prinsiplərini  təsbit  etmişdir.  1.1-ci 

Maddə  vəkilin  cəmiyyətdəki  funksiyası  barədə  Perucca 

Bəyannaməsində  qeyd  edilənləri  təkrarlayır  və  bu  da  öz 

növbəsində həmin funksiyanın həyata keçirilməsini tənzimləyən 

qaydalar üçün əsas təşkil edir.   



 

1.2-ci Maddənin şərhi – Peşə Davranış Qaydalarının Təbiəti  

 





Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə