Avtandil ağbaba



Yüklə 5,01 Kb.

səhifə1/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   100


AVTANDİL AĞBABA 
 
 
 
 
 
 
 
 
 
AĞBABA-ÇILDIR AŞIQ MÜHİTİ 
 
 
 
 
 
 
 
 
 
 
Elm və təhsil-2012 


 
 
Bakı Dövlət Universitetinin filologiya fakültəsi Elmi Şurasının 11 oktyabr 
2012-ci il tarixli (protokol 
№ 2) qərarı ilə çap olunur. 
 
Elmi redaktor:  
Nizami Cəfərov 
 
                 AMEA-
nın müxbir üzvü, professor, əməkdar elm xadimi 
Rəyçilər:              Paşa Əfəndiyev 
 
                   
Filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi  
 
                  
Sədnik Paşa Pirsultanlı   
 
                   Filologiya üzr
ə  elmlər  doktoru,  professor,  əməkdar 
mədəniyyət işçisi 
 
 
 
   
 
Avtandil Ağbaba. Ağbaba-Çıldır aşıq mühiti. Bakı, Elm və təhsil, 2012,      səh 
 
 
 
 
 
Azərbaycan  və  Anadolu  aşıq  sənəti  arasında  bir  keçid  -  körpü rolunu oynayan 
Ağbaba-Çıldır  aşıq  mühiti  özünəməxsus  qədim  və  zəngin  tarixə  malikdir. 
Bütövlükdə  Azərbaycan  folklor  arealının  tərkibinə  daxil  olan  Şərqi  Anadolu, 
ayrıca olaraq Ağbaba-Çıldır aşıq mühitinin regional özəllikləri ilk dəfədir ki, bu 
əsərdə monoqrafik planda araşdırılır.  
Kitab elmi i
ctimaiyyət və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 
 


Avtandil Ağbaba 
(Məmmədov Avtandil İsrafil oğlu) 
 
 
AĞBABA-ÇILDIR AŞIQ MÜHİTİ 
 
 
Bakı, Elm və təhsil, 2012 


MÜNDƏRİCAT 
 
Ağbaba-Çıldır aşıq mühitinin tarixi təşəkkülü və coğrafi çevrəsi 
Ağbaba-Çıldır aşıqlığı Azərbaycan aşıq sənətinin tərkib hissəsi kimi 
Aşıq mühitinin tarixi coğrafiyasının özünəməxsusluğu 
Ağbaba-Çıldır aşıq mühiti: toplama, nəşr və tədqiqi təcrübəsi 
Az
ərbaycan folklorsünaslığında 
Türkiy
ə folklorşünaslığında  
Ağbaba-Çıldır aşıq poeziyasında tarixi yaddaş problemi 
Poeziyada milli kimlik düşüncəsi 
Tarixi faci
ələrin bədii inikası 
Aşıq poeziyasının estetik səciyyəsi 
B
əşəri duyğuların tərənnümü . 
M
ənəvi kamilliyə və ilahi məhəbbətə çağırış 
Aşıq ənənəsini yaşatmanın regional ozəlliyi 
Ustad - 
şagird münasibətləri və sənət səcərəsi 
Dastançılıq ənənəsi 
İfaçılıq: improvizə və bəstəçilik məsələləri 
N
əticə 
Ədəbiyyat 
Ağbaba-Çıldır aşıq mühitinə mənsub sənətkarların elmi kataloqu 
 
 
 


 

GİRİŞ 
 
Milli-etnik v
ə tarixi-mədəni kökləri ilə çox qədim dövrlərə gedib çıxan aşıq 
s
ənəti özünəməxsus təşəkkül və inkişaf yolu keçmişdir. Sinkretik bir sənət kimi aşıq 
yaradıcılığı  tarixin  müxtəlif dövlərində  mürəkkəb sosial-siyasi,  ictimai-mədəni, 
ədəbi-estetik  şəraitlərdə  inkişaf  dialektikasını  davam  etdirmiş,  sözün  gerçək anla-
mında  türkün  genetik  yaddaşının  qoruyucusuna  və  daşıyıcısına  çevrilmişdir.  Tarixi 
q
ədimliyi və əhatə etdiyi coğrafi genişlik bu sənətin regional xüsusiyyətlərini, milli-
m
əhəlli koloritin özünəməxsus cizgilərini də  sistemli  şəkildə  öyrənməyi tələb edir. 
M
əsələyə  bu aspektdən  yanaşdıqda,  ayrı-ayrı  aşıq  mühitlərinin Azərbaycan  aşıq 
s
ənəti kontekstində tədqiq olunub araşdırılması zəruri bir problem kimi ortaya çıxır. 
Az
ərbaycan folkloru, o cümlədən aşıq sənəti XX əsrədək müəyyən istisnalar 
olmaqla, 
əsasən Sovet hakimiyyəti illərində daha sürətlə öyrənilməyə  başlanmışdır. 
N
əzərə  alsaq ki, bu dövrdəki  araşdırmalarda,  əsasən  aşıq  sənətinin ümumi 
m
əsələlərindən, ayrı-ayrı  aşıqların  həyat və  yaradıcılığından  bəhs  olunmuş,  ya  da 
aparılan tədqiqatlar kommunist ideologiyasının nəzəri prinsiplərinə uyğunlaşdırılmış, 
yaxud da elmi-filoloji t
əhlildən daha çox toplama və  nəşr  işlərinə  üstünlük 
verilmişdir. Onda aşıq mühitləri, o cümlədən Ağbaba-Çıldır aşıq mühiti Azərbaycan 
aşıq sənətinin qədim və zəngin tərkib hissələrindən biri kimi ətraflı tədqiq olunmalı, 
araşdırılmalıdır. Bu tarixi-elmi zərurət mühitin özünün daxili özünəməxsusluğundan
onun tarixi-m
ədəni taleyindən doğur. 
Ağbaba-Çıldır aşıq mühitinin tarixi-mədəni coğrafiyası Çıldır-Qars–Ərzurum-
Axıska-Ağbaba-Şörəyel-Posof sərhədləri boyunca  geniş  miqyaslı  əraziləri  əhatə 
etmişdir.  Tarixən bu ərazilər rus-türk müharibələrinin  şahidi  olmuş,  dəfələrlə  qanlı 
qırğınlar  meydanına  çevrilmişdir.  XIX  əsrin  əvvəllərindən  başlayaraq  rusların 
Anadolu  torpaqlarını  ələ  keçirmək cəhdləri  qanlı-qadalı  qırğınlarla  nəticələnirdi. 
Anadolunun  “bel  sümüyü”  sayılan  Qarsı,  İstanbulun  “açar-kilidi”  kimi  tanınan 
Axıskanı  və  bu bölgələrə  yaxın  əraziləri  işğal  etmək  üçün  çar  Rusiyası  dəfələrlə 
Türkiy
ə  ilə  müharibələr  aparmışdır.  Şərqi Anadolu hərbi strateji mövqeyinə  görə 
Osmanlının qapısı hesab olunurdu. Buna görə də bu ərazilərdə qanlı müharibələr nəti-




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   100


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə