Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   10   11   12   13   14   15   16   17   ...   100

 
41 
ir
əlidə  görəcəyimiz  kimi,  Ağbaba-Çıldır  aşıqlarının  yaradıcılığında  qeyd  olunan 
cizgil
ərin yetərli  şəkildə  müşahidə  olunmasıdır.  F.Köprülünün  “Türk  saz  şairləri” 
kitablarının  üstün  cəhətlərindən biri də  şeirlərini  toplayıb  nəşr  etdirdiyi  aşıqları 
yaşayıb-yaratdıqları əsrlərə görə qruplaşdırmasıdır. Doğrudur, bu bölgüdə müəyyən 
natamamlıqlar  da  nəzərə  çarpır.  Məsələn, XVI əsrdə  yaşayıb-yaratmış  Çıldırlı 
Bağdad  xanımın  poeziyasından  burada  nümunələr verilməmişdir.  Yaxud  XIX  əsr 
aşıqları  içərisində  Azərbaycan folklor arealında  çox  məşhur  olan  Aşıq  Şenliyin 
şeirləri də  öz  əksini  tapmamışdır.  Eləcə  də  Aşıq  Üzeyirin  (XIX-XX  əsr) və  digər 
m
əşhur  saz-söz sənətkarlarının  şeirləri kitaba daxil edilməmişdir.  F.Köprülü  kitaba 
daxil etdiyi 115 el s
ənətkarını xronoloji ardıcıllıqla aşağıdakı kimi düzmüşdür: 
1)
 
XVI 
əsr saz şairləri-11 aşıq 
2)
 
XVII 
əsr saz şairləri-15 aşıq 
3)
 
XVIII 
əsr saz şairləri-33 aşıq 
4)
 
XIX 
əsr saz şairləri-56 aşıq 
Görk
əmli alim sözü gedən kitablarda saz-söz sənətkarlarının  şeirlərindən 
örn
əklər verməklə  kifayətlənməmişdir.  Müəllif-tərtibçi hər bir cildə  daxil etdiyi 
aşıqların  poeziyasından  nümunələr verməzdən  əvvəl, “Ümumi mülahizələr” və 
“Başlıca  simalar”  başlıqları  altında  özünün  yığcam  nəzəri qeydlərini verməyi 
m
əqsədəuyğun  saymışdır.  “Ümumi  mülahizələr”  adlandırdığı  bölmələrdə  müəllif 
şeirlərini verdiyi aşıqların yaşadığı əsrlərdə türk etnik mədəniyyətinin əsas cizgilərini 
göst
ərməyə  səy  etmişdir.  XVI  əsr  saz  şairlərində  bəhs edərkən “Ümumi 
mülahiz
ələr”də  alim həmin dövrün tarixi-mədəni,  ədəbi-estetik təkamül meyillərini 
şərh edərək  yazır:  “XVI  əsr  klassik  Osmanlı  mədəniyyətinin  ən parlaq dövrüdür. 
F
əqət bununla bərabər, xalq kültürünün, xalq ədəbiyyatının  da  inkişaf  etdiyini, 
Anadolu v
ə  Rumelinin böyük mərkəzlərində, sərhəd  qalalarında  saz  şairlərinin 
çoxaldığını görürük” [218, 53-54]. 
“XII yüzillikd
ə  (1432-ci ildə)  Saltuk  oğullarından  Sultan  Məlik  İzzəddinin 
əmri ilə vəziri Firuz Akanın inşa etdirdiyi” [184, 122] Qars qalasında, adı VIII əsr 
m
ənbələrində çəkilən Gümrü qalasında, XVI əsrdə tikilmiş Axıska qalasında və digər 
qalalarda,  onların  yerləşdiyi  ərazilərdə  saz-söz sənətkarları  fəaliyyət göstərir, 


 
42 
yadellil
ərə  qarşı  mübarizədə  sazı  qılıncla  əvəz edirdilər. Buna örnək  olaraq  Qarslı 
Aşıq  Bəhrinin (XIX yüzillik) rus əsgərlərinə  qarşı  vuruşlarda  iştirakını,  “qalalar 
xanıdır Qarsın qalası” – deyə bu qədim türk qalasını mədh etməsini göstərmək olar. 
“Başlıca simalar” adlandırdığı nəzəri qeydlərdə isə F.Köprülü şeirlərini kitaba 
daxil  etdiyi  aşıqlar  haqqında  yığcam  bioqrafik  məlumatlar  vermişdir.  XVI  əsr saz 
şairlərindən tanınmış el sənətkarı Xəyali haqqında məlumatda deyilir. “Bəlkə Krımlı, 
yaxud Krım xanlarının təəbəliyində yaşayan, olduqca qüvvətli bir saz şairidir və heca 
il
ə  yazdığı  mənzumələrdə  də  klassik  ədəbiyyat təsiri  çox  qabarıqdır”  [218,  63]. 
Kitabda bu m
əşhur  el  sənətkarının  “Deyərsən”, “Xəyali” rədifli  qoşmaları  və  bir 
divanisi çap olunmuşdur [218, 105-107].  
Yeri g
əlmişkən, qeyd edək ki, Ə.Kabaklının nəşr etdirdiyi “Aşıq ədəbiyyatı” 
kitabında  da  Xəyalinin həmin  şeirlərindən ikisi-“Deyərsən” və  “Xəyali”  qoşmaları 
ça
p  olunmuş,  onun  “igid  bir  yeniçəri  şair  olduğu”  göstərilmişdir.  Qoşma  adı  ilə 
veril
ən “Xəyali”  şeirinin  burada  F.Köprülüdən fərqli olaraq ikinci bəndi 
verilm
əmişdir. Həmin şeiri olduğu kimi göstəririk: 
Leylam g
əlir deyə yollar gözlərəm, 
G
əlmədi gözümdə qaldı xəyalı. 
Gizli sirrim b
əyan etməm, gizlərəm, 
S
ərimi sevdaya saldı xəyalı. 
 
Yarımın sevdası vardı başımda, 
Oyansam qarşımda, yatsam duşumda. 
N
ə cənibə getsəm belə peşimdə
M
ənim ilə yoldaş oldu xəyalı. 
 
Der X
əyali hıram edərək yürü, 
Gec
ə-gündüz getməz, qarşımda durur. 
“M
ən səninəm”-deyə təsəlli verir, 
Q
ərib könlüm ələ aldı xəyalı. [197, 54] 
Ə.Kabaklının kitabına düşməyən ikinci bənd belədir. 


 
43 
Yarım biçarə olduğumu bilmiş, 
Ciftc
ə bənlər bəyaz gərdənə enmiş. 
Bu gec
ə seyr etdim bəyazlar geymiş, 
Salındı qarşıma gəldi xəyalı. [218, 106] 
Fikrimizc
ə,  Ə.Kabaklının  kitaba  daxil  etmədiyi bu bənd digər bəndlərə 
nisb
ətən bədii cəhətdən zəifdir. Ehtimal ki, tərtibçi də bu cəhəti nəzərdən qaçırmamış, 
qoşmanın digər bəndləri ilə ikinci bənd arasında məzmun və poetik uyarsızlığı görüb 
onu öz kitabına daxil etməyi məqsədəuyğun saymamışdır. 
“Türk saz sairl
əri” kitabında bilavasitə Ağbaba-Çıldır aşıq mühitinə mənsub 
olan s
əkkiz sənətkarın  da  haqqında  yığcam  məlumat və  əsərlərindən nümunələr 
verilmişdir. Həmin saz-söz sənətkarları bunlardır: Aşıq Məcnuni, Aşıq Vartan, Aşıq 
Civan (XIX 
əsr erməni aşıqları); Aşıq Summani, Cəlali, Aşıq Zülali, Mühibbi, Aşıq 
Əmrah (XIX əsr). Bu sənətkarlardan başqa F.Köprülü, Ərzurum-Bayburt yörəsindən 
çıxan  Ərbabi  adlı  saz-söz  ustasının  adını  çəkməklə  kifayətlənmişdir  [218,  542]. 
Poeziya örn
əkləri təqdim  edilmiş  sənətkarlar içərisində  Ərzurumlu  Aşıq  Əmrahın 
poetik irsind
ən  64  qoşması  və  9 səmaisi  verilmişdir.  Bu  haqda  irəlidə  daha  ətraflı 
b
əhs edəcəyik. Burada F.Köprülünün bir fikrinə münasibət bildirməyi lazım bilirik. 

əllif XIX əsrdə yaşayıb-yaratmış sənətkarlardan bəhs edərkən “bir çoxları Əmrah, 
D
ərdli,  Seyrani  kimi  böyük  aşıqların  əsərlərini təqliddən  başqa  bir  şey 
yapmamışlardır”  [218,  542]–qənaətini irəli sürür. Fikrimizcə, F.Köprülü öz 
q
ənaətində bir qədər ifrata varmış, bəzi sənətkarları, o cümlədən Ağbaba-Çıldır aşıq 
mühitinin  tanınmış  nümayəndələri  Aşıq  Sümmanini,  Aşıq  Zülalini  lazımınca 
qiym
ətləndirməmişdir. Halbuki hər iki sənətkar tanınmış saz-söz ustaları kimi şöhrət 
qazanmış aşıqlardır. Yalnız Anadoluda deyil, onun hüdudlarından çox-çox uzaqlarda 
da m
əşhur  olan  Aşıq  Şenlik  kimi  qüdrətli bir sənətkarla  Aşıq  Summaninin,  Aşıq 
Zülalinin  qarşılaşıb  deyişməsi  onların  sənət qüdrətindən  soraq  verir.  Aşıq  Şenliklə 
Aşıq Summaninin qarşılaşmasından bəhs edən aşıq rəvayətinin ilk cümlələrinə nəzər 
yetirs
ək, bunu aydın görərik: “Ərzurum elinin Nəriman qəzasında bir usta şair vardı 
ki, pirl
ər  əlindən  eşq  badəsi  içmiş  bir  “Haqq  Aşığı”  olduğunu  söylərlərdi. Bu, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə