Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   2   3   4   5   6   7   8   9   ...   100

 

c
əsində yerli əhali var-yoxdan çıxmış, yaşayış məskənləri darmadağın edilmiş, yüz-
l
ərlə kənd və qəsəbə xəritələrdən silinmişdir. 
Miladdan önc
ə  VII  yüzilliyin  ortalarından  bu  ərazilərdə  məskunlaşan  türk 
tayfaları özlərinin zəngin maddi və mənəvi mədəniyyətlərini yaratmışdılar. Soyqırım; 
v
ə deportasiyalar, qanlı repressiyalar və sürgünlər Şərqi Anadolu türklərinin başına 
olmazın  fəlakətlər gətirmiş,  bənzərsiz folklor örnəkləri, mənəvi sərvətlər məhv 
olmuşdur.  1805-ci ildə  ilk dəfə  olaraq  Anadolunun  Ağbaba  bölgəsinin  şərq hissəsi 
işğal edildikdən sonra Çar Rusiyası Türkiyə ilə qonşu oldu. Bununla da rus çarlarının 
“ayır-buyur” siyasətinin, varislərinin mərhələ-mərhələ həyata keçirdikləri köçürüşü-
m
ə planlarının, insanlıq tarixində görünməmiş sürgünlərin, qırğınların əsası qoyuldu. 
Çar Rusiyas
ının işğalçı müharibələrinin qanlı izləri el şairlərinin və aşıqların nifrət və 
q
əzəb hissi ilə qələmə aldıqları qoşqularda poetikləşmişdir. Türk tarixçisi Cem Ender 
Arslanoğlunun yazdığı kimi “bu aşıqların yaşantılarını, həyat fəlsəfələrini, şeirlərini 
toplamaq üçün yüzl
ərcə cildlik bir antologiya lazımdır”. 
Az
əri türklərinə, ümumiyyətlə, türk xalqına qarşı yürüdülən bu mənfur siyasət 
Sovet hakimiyy
əti illərində  formasını  dəyişsə  də, mahiyyətini dəyişmədi. 1944-cü 
ild
ə  Axıska  mahalından  məhsəti türklərinin son nəfərinədək  sürgün  olunması 
“parçala-hökm et” siyas
ətinin  davamı  idi.  Məlumdur ki, Böyük Vətən müharibəsi 
ill
ərində çeçenlər, inquşlar, qaraçaylar, krım tatarları və digər xalqlar guya almanlara 
casusluq etdikl
ərinə görə doğma torpaqlarından zorla sürgün olunmuş, ağır terror və 
işgəncələrə  məruz  qalmışdır.  Qəribədir  ki,  axıskalılara  belə  bir  “ciddi  ittihamı” 
yapışdıra  bilməyən  kommunist  rejimi  onları  türk  olmaqda,  Türkiyəyə  casusluqda 
günahlandırmışdı. Bunun üçün isə qəribə bir üsula əl atılmışdı. Sürgünə göndərilənə-
d
ək rəsmi sənədlərdə  azərbaycanlı  kimi  qeyd  olunan  axıskalıların  tarixi  günahını 
sübut etm
ək üçün Sovet hökuməti  onları  türk  adlandırmışdı.  Bundan  sonra  “suçu 
boynuna mindiril
ən”Axıska türkləri Qazaxıstanın, Orta Asiya və Rusiyanın müxtəlif 
bölg
ələrinə sürgün olunmuşdular. Daha acınacaqlısı odur ki, Sovetlər Birliyi 1968-ci 
ild
ə  axıskalıları  yenidən azərbaycanlı  kimi  tanımaq  istəyəndə  onlar rejimin bu 
ist
əyindən qəti imtina etmişdilər. 


 

1988-1989-cu ill
ərdə Sovet hökumətinin himayədarlığı ilə ermənilər azərbay-
can
lılara qarşı etnik təmizləmə və milli soyqırımı siyasətini həyata keçirdilər. Ermə-
nistan adlanan q
ədim türk torpaqlarından, o cümlədən, Ağbaba-Şörəyel mahalından 
az
ərbaycanlılar axırıncı nəfərinədək deportasiya olundu. Yüzlərlə insan vəhişicəsinə 
q
ətlə yetirildi. 
Xalqımıza dəyən maddi ziyanın ölçüsü olmadığı kimi, folklorumuza vurulan 
z
ərbələri, mənəvi sərvətlərimizə  edilən qəsdləri heç nə  ilə  ifadə  etmək mümkün 
deyildir. T
əcavüzkar müharibələr, milli-etnik təmizləmələr, deportasiya və  terror 
xalqımızın folklor yaddaşında mühafizə olunan nanay və tırınqıları, neçə-neçə dastan 
v
ə nağılları, bir sözlə, şifahi ədəbiyyatımızın böyük bir qismini məhv etmişdir. Şərqi 
Anadolunun müxt
əlif bölgələrində  yaşayıb-yaradan saz-söz sənətkarları  da  qanlı 
f
əlakətlərin qurbanlarına çevrildilər, özləri ilə açılmamış sənət nümunələri apardılar. 
25  yaşında  ermənilər tərəfindən qətlə  yetirilən Rəcəb  Hifzi  ,  rus  işğalının  qurbanı 
olan axıskalı Aşıq Üzeyir Fəqiri, el şairi Hanaklı Əhməd Məzlumi, sonuncu depor-
tasiyada yurd h
əsrətinə dözməyərək dünyadan vaxtsız köçən Aşıq İsgəndər Ağbabalı, 
Aşıq Paşa Göydağlı və neçə-neçə sənətkarın qara taleyi buna acı nümunədir. Bütün 
bunlar  Şərqi  Anadolu  aşıqlığının,  daha  dəqiq desək,  Ağbaba-Çıldır  aşıq  mühitinin 
t
əxirəsalınmadan araşdırılmasını tələb edən vacib problemlərdir.  
B
əllidir ki, Ağbaba-Çıldır aşıq mühiti bütövlükdə Azərbaycan folklor arealına 
daxil olan bir mühitdir. Başqa sözlə, bu mühitin dil və ləhcə xüsusiyyətləri, saz-söz 
repertuarı ifaçılıq ənənələri və sair Azərbaycan aşıq sənətinin başlıca xüsusiyyətlərini 
ozünd
ə əks etdirir. Ağbaba-Çıldır aşıq mühitinin Anadolu və Azərbaycan aşıq sənəti 
arasında bir keçid-körpü rolunu oynaması, Anadolu və Azərbaycan aşıqlığının sənət 
ənənələrinin  daşıyıcısı,  həm də  yaradıcısı  olması  mövzunun  elmi  aktuallığını 
şərtləndirən mühüm amillərdən biridir. Ozan-aşıq keçidinin Anadoluda baş verdiyini, 
xüsusil
ə də  Şərqi Anadolunun bu istiqamətdə  münbit zəmin olduğunu nəzərə  alsaq 
Ağbaba-Çıldır  aşıq  mühitinin  Azərbaycan  aşıq  yaradıcılığında  nə  qədər önəmli 
mövqe tutduğu bütün aydınlığı ilə görünər.  
Lakin indiy
ə qədər Ağbaba-Çıldır aşıq mühiti çox az öyrənilmişdir. Bunun da 
özün
əməxsus müəyyən səbəbləri vardır. Birincisi, Ağbaba-Çıldır aşıq mühitinin əhatə 


 

etdiyi tarixi-
coğrafi  ərazi  Çar  Rusiyası  və  Sovet hakimiyyəti tərəfindən bir neçə 
hiss
əyə parçalanmışdır. Məlumdur ki, Göyçə, Dərələyəz, İrəvan, o cümlədən Ağbaba-
Çıldır  sıradan  çıxarılmış  aşıq  mühitlərinə  daxil edilir. Zənnimizcə,  Ağbaba-Çıldır 
aşıqlığını  sıradan  çıxarılmış  mühit  yox,  parçalanmış  aşıq  mühiti  kimi 
s
əciyyələndirmək  daha  düzgün  olardı.  Mühitin  Türkiyədə-Çıldırda  qalan  hissəsində 
bu mühit öz f
əaliyyətini davam etdirməkdədir. Məsələyə  bu aspektdən  yanaşsaq, 
Ağbaba-Çıldır aşıq mühitinin həm Azərbaycan, həm Türkiyə forlklorşünaslığında bu 
v
ə  ya digər dərəcədə  tədqiq  olunduğunu,  lakin  bu  tədqiqatların  birtərəfli səciyyə 
daşıdığını görərik. Yəni, Azərbaycan folklorşünaslığında Ağbaba-Çıldır aşıq mühiti 
il
ə  bağlı  aparılan  araşdırmalar  əsasən  Aşıq  Şenlik,  qismən Xəstə  Hasan və  son 
dövrl
ərdə az-az da olsa Aşıq İsgəndər Ağbabalı ilə məhdudlaşmışdır. 
Türkiy
ə  folklorşünasları  isə  Ağbaba  aşıqlığından,  onun  regional 
xüsusiyy
ətlərindən,  Aşıq  Şenlik  xəttinin bölgədəki  davamçılarından  və  başqa 
m
əsələlərdən xəbərsiz olduqları üçün bəhs etməmişlər. Halbuki həm Şərqi Anadolu, 
h
əmdə keçmiş Sovetlər Birliyi ərazisində (Ermənistanın Ağbaba mahalında) yaşayıb-
yaradan saz-söz s
ənətkarları eyni aşıq mühitinin yetirmələri olmuşdur. Bütün bunlarla 
yanaşı  Ağbaba-Çıldır  aşıq  mühitinin  tarixi-mədəni özəllikləri, tədqiqi tarixi, bu 
mühitd
ə fəaliyyət göstərən aşıqlar, onların sənət şəcərəsi, saz-söz repertuarı, ifaçılıq 
ənənələri və  s.  lazımınca  öyrənilib tədqiq  olunmamışdır.  80-cı  illərdə  və  milli 
dövl
ətçiliyimizi bərpa etdikdən sonra aparılan çalışmalar müəyyən qədər genişlənib 
sür
ətlənsə də, bu sahədə hələ də bir sıra boşluqlar mövcuddur.  
Mühitin tarixi-m
ədəni xüsusiyyətlərini, digər  aşıq  mühitləri ilə  qarşılıqlı 
əlaqəsini öyrənmək, sırf regional səciyyə daşıyan tırınqı məclislərinin Ağbaba-Çıldır 
aşıq  mühitinin  formalaşmasında  rolunu  müəyyənləşdirmək, XIX-XX əsrlərdə bölgə 
aşıqlarının  poeziyasında  deportasiya,  repressiya  və  soyqırımının  obrazlı  inikasını 
aydınlaşdırmaq-bir sözlə,  Ağbaba-Çıldır  aşıq  mühitinin  özünəməxsus sənət 
göst
əricilərinin  Azərbaycan  aşıq  yaradıcılığı  kontekstində  araşdırmaq  və  s. kimi 
m
əsələlər bu boşluqlar sırasındadır. Monoqrafiya mövcud boşluqları qismən də olsa, 
aradan qaldırmaq məqsədi ilə qələmə alınmışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə