Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   2   3   4   5   6   7   8   9   ...   100

 
11 
Çıldır  mahalına  daxil  olan  Ağbaba  və  Qızılqoç  bölgələrində  aşıq  sənəti yüksək 
d
ərəcədə  təşəkkül  tapmışdır.  M.Qasımlı  adı  çəkilən  monoqrafiyada  “Çıldır-Ağbaba 
aşıq  mühiti”  ifadəsini də  işlədir  [106,  174].  Geniş  bir  mədəni-coğrafi  arealı  əhatə 
ed
ən bu bölgənin Çıldır, Qars və Axıska mahalları ilə sıx sosial-siyasi, tarixi-mədəni 
əlaqələri  əsrlər  boyu  davam  etmişdir.  Göstərilən lokal  coğrafi  arealın  hüdudlarında 
saz  havaları  və  musiqi  repertuarı,  ifaçılıq  və  bəstəçilik  ənənələri və  s. eyni bir 
istiqam
ətdə inkişaf etməklə yanaşı, Azərbaycan aşıq sənətinin başlıca repertuarını da 
özünd
ə  mühafizə  etmişdir.  Deməli,  bu  mühiti  Ağbaba-Çıldır  aşıq  mühiti  kimi 
s
əciyyələndirmək daha düzgündür. Prof. A.Nəbiyevin də  bu barədə  mülahizələri 
ziddiyy
ətli və  mübahisəli görünür: “Tarixən saz-söz  ənənəsi olan ərazilərdə  aşıq 
mühitl
əri  yaranıb  formalaşırdı.  Bu  baxımdan  İrəvan, Dərələyəz,  Ağbaba-Çıldır, 
Borçalı,  Gəncəbasar  regionlarında  saz-söz  ənənələrinin kifayət qədər tarixi əsası 
mövcud idi” [125, 206]. Göründüyü kimi, A.N
əbiyev Ağbaba-Çıldır bölgəsində aşıq 
mühitinin köklü 
ənənələrə  əsaslandığını  və  yaranıb  formalaşdığını  göstərsə  də, 
n
ədənsə bu mühiti Çıldır aşıq mühiti adlandırmağı daha məqsədəuyğun sayır. İrəlidə 
bu haqda daha 
ətraflı  bəhs etdiyimizə  görə, deyilənlərlə  kifayətlənir və  mədəni-
coğrafi  arealını,  tarixi  genetik  xüsusiyyətləri, regional özəllikləri nəzərə  alaraq bu 
mühiti  Ağbaba-Çıldır  aşıq  mühiti  adlandırmağı  filoloji  fikirdə  daha  doğru  hesab 
edirik. 
Ağbaba-Çıldır  aşıq  mühiti  keşməkeşli  tarixə  malik olmaqla bərabər, uzun 
müdd
ət Azərbaycan  folklorşünaslığının  tədqiq obyektindən kənarda  qaldığına  görə 
regionun tarixi-m
ədəni coğrafiyası da öyrənilməmişdir. Ağbaba-Çıldır bölgəsi əsrlər 
boyu  Osmanlı  Türkiyəsinin, daha dəqiq desək,  Şərqi  Anadolunun  inzibati  coğrafi-
yasının  hüdudları  daxilində  yerləşmişdir.  Prof.  F.Kırzıoğlu  “Üç  Uğuz  dağı”  adlı 
m
əqaləsində  Ağbaba-Çıldır  bölgəsinin  tarixi  coğrafiyasından  bəhs edərkən  yığcam 
şəkildə bu ərazilərin tarixinə toxunaraq yazır: “Çıldır gölünün doğu və güneyindəki 
k
əndlərin  yaylağı  olan  Ağbaba  dağı  (3110  m)  üzərindən 1920-ci ildən bəri dövlət 
s
ərhədimiz keçir. Yaylaqları ilə tanınan bu dağın çevrəsindəki otuz iki kəndi “Ağbaba 
nahiy
əsi”, 1639-cu ildə Qəsri-Şirin müqaviləsindən bəri Qars bölgəsinə bağlı ikən, 2-
3 dekabr 1920-
ci il Gümrü andlaşması ilə sərhəd xaricində qalmış və “Ermənistana” 


 
12 
verilmişdir; hamısı türk olan əhalinin çoxu Qars ətrafındakı kəndlərə köçüb yerləş-
mişlər” [202, 52]. Təsadüfi deyildir ki, Türkiyə  Şərqinin  “açarı-kilidi”  adlandırılan 
bölg
ənin  ən  böyük  mahallarından  biri  olan  Axıska  isə  xalq  arasında  “İstanbulun 
kilidi”  kimi  tanınmışdır.  Hələ  miladdan öncə  VII-VI  əsrlərdə  bu torpaqlarda 
m
əskunlaşan Saka [İskit] tayfaları, daha sonrakı əsrlərdə Oğuz boyları köklü ənənələr 
üz
ərində  özlərinin qüdrətli dövlət  qurumlarını  yaratmış,  müstəqilliyinin, millətinin 
varlığını  qoruyub  saxlamaq  üçün  qanlı  savaşlar,  müharibələr aparmaq 
m
əcburiyyətində  qalmışdır  [177,  15].  Bu  isə  özlüyündə  etno-milli  yaddaşın,  milli-
m
ənəvi və  maddi dəyərlərin, folklorun, onun önəmli bir sahəsi  olan  aşıq  sənətinin 
qorunması  deməkdir. Bu cizgiləri qeyd etməyimiz heç də  təsadüfi deyildir. 
Az
ərbaycan  aşıq  mühitləri içərisində  Ağbaba-Çıldır  aşıq  mühiti  bölgədə  baş  verən 
tarixi-
coğrafi,  sosial-mədəni, iqtisadi-siyasi dəyişiklikləri xüsusi mühafizəkarlıqla 
özünd
ə 
qoruyub saxlayan mühitl
ərdən 
biridir. 
Axıskanın, 
Qarsın, 
Ərdahanın,Ağbabanın,  Şörəyelin  rus orduları  tərəfindən işğalı və  yaxud da  Çıldırın 
S
əfəvilərdən  alınıb  Osmanlı  Türkiyəsinin təkibinə  qatılması  bölgə  aşıqlarının 
yaradıcılığında  bütün  poetik  detalları  ilə  təsvir olunur. XVI əsrdə  yaşayıb-yaratmış 
Aşıq  Xəyali  Osmanlı  dövlətinin tarixində  Çıldır  zəfəri ilə  tanınan  tarixi  döyüşü 
q
ələmə almış, o dövrdə baş vermiş hadisələri, müəyyən faktları etno-milli yaddaşda 
poetikl
əşdirmişdir.  “Deyərsən” rədifli  qoşma  bir  çox  aşıq  şeirlərində  olduğu  kimi 
durnaya müraci
ətlə başlanır: 
Durnam, ged
ər olsan bizim ellərə
V
əzir Ərdahandan köçdü deyərsən. 
Qarşı gəldi Qızılbaşın xanları, 
Çıldırda bir döyüş oldu, deyərsən. [197, 54] 
Tarixi qaynaqlardan m
əlum olduğu kimi, 1578-ci il avqustun 9-da baş verən 
bu  Çıldır  müharibəsi  hava  yağışlı  keçdiyi  üçün  çox  gərgin  keçmiş  və  axşamadək 
davam 
etmişdi [177, 22]. Bu müharibənin iştirakçısı olmuş Aşıq Xəyali şahidi olduğu 
qanlı səhnələrdən dəhşətə gələrək real gerçəklikləri ürəkyanğısı ilə qələmə alırdı: 
Çamır dizə çıxdı qan ilə yaşdan, 
Atlar dalmaz oldu s
ərilən leşdən, 


 
13 
Qalalar quruldu k
əsilən başdan,  
Ağ gövdələr qana batdı deyərsən. [197, 55] 
Aşıq  Xəyalinin  qoşmasında  türklərin qələbəsi qələmə  alınırdısa,  Aşıq 
Üzeyirin şeirində Axıskanın məğlubiyyəti acı kədər və qəzəb hissi ilə təsvir olunur: 
M
əgər təzmiş bağda bülbüllər ötməz? 
Hicr
ət edər yada, ayağı getməz, 
Xanimanlar sönmüş, bir ocaq tutmaz, 
Durna kimi qatar, köçü düzülmüş. [202, 45] 
Qeyd ed
ək  ki,  Ağbaba-Çıldır  aşıq  mühitinin  tanınmış  nümayəndələrindən 
olan Aşıq Üzeyirin Rus-Türk müharibələri, xüsusilə rus qoşunlarının Axıskada törət-
dikl
əri qanlı cinayətlər haqqında bir sıra şeirləri vardır. Gətirilən örnəklər göstərir ki
bütün dövrl
ərdə  Ağbaba-Çıldır  aşıqları  bölgədə  baş  verən hərbi  çarpışmalara, 
inzibati-siyasi d
əyişikliklərə  xüsusi həssaslıqla  yanaşmış  və  bu  yanaşma  tərzi bir 
s
ənət ənənəsi şəklini almışdır. Bu qoşmaların yazılma tarixləri arasında 250 illik bir 
zaman k
əsimi olsa da, hər  iki  şeirin  poetik  məzmununun eyni türkçülük 
m
əfkurəsindən, etno-milli təfəkkür tərzindən qaynaqlandığı buna əyani sübutdur. Bu 
c
əhət Ağbaba-Çıldır aşıq mühitinin tarixi-mədəni səciyyəsinin göstəricilərindən biri 
kimi xarakteriz
ə olunmalıdır.  
Ağbaba-Çıldır  aşıq  mühitinin  Azərbaycan  aşıq  sənətindəki mövqeyindən 
danışarkən bir sıra aşıq mühitlərində olduğu kimi, bu mühitdə də “sənət xəritəsi” ilə 
coğrafi xəritənin bir çox hallarda üst-üstə düşmədiyini” [92, 10] mütləq nəzərə almaq 
lazımdır. 1828-ci ildə rus işğalçıları tərəfindən Axıskanın zəbt olunması ilə Ağbaba-
Çıldır  aşıq  mühitinin  tarixi  taleyində  faciələrin  əsası  qoyulur.  Çıldırın  şimal 
s
ərhədlərində yerləşən Axıska mahalına beş böyük rayon –Axıska //Axalsix, Adıgün, 
Əsmincə, Axırkələk, Qocabəy rayonları daxil idi. Ümumi sahəsi 6160 km
2
, 220 para 
k
ənddən ibarət olan bu qədim  türk  torpaqları  Çıldır  düzənliyindən,  Kürün  yuxarı 
axarından və Çoruh çayının hövzəsindən başlayaraq Mesxet-Cavaxet dağları silsiləsi 
boyunca  Borçalı  çökəkliyinədək  uzanır  [177,  108].  Hazırda  Gürcüstanın  tərkibində 
qalan  tarixi  Axıska  mahalında  (indiki  Mesxet-Cavaxetiya-A.M) 1944-cü ilədək 
türkl
ər  yaşamışdır.  1944-cü  ilin  noyabrında “Türkiyə  ilə  əlaqə  saxladığına  görə” 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə