Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   2   3   4   5   6   7   8   9   ...   100

 
17 
ah
ənginə, musiqisinə uyğun olaraq halay tutur, əylənirdilər. Bu, əsasən təzə gəlinləri 
v
ə nişanlı qızları toyxanaya [mağara] gətirmək üçün toyçular gedəndə olurdu [5,164]. 
H
əmin vaxt xüsusi poetik və  musiqi  istedadı  olan  sənətkarlar  əllərindəki tənəkə 
əşyaya  (sini,  məcməyi və  s.) vurur, məclisə  uyğun  tırınqılar  oxuyurdular.  Bu 
m
əclislərdə daha istedadlı el şairlərinin qabiliyyəti ortaya çıxır və onlar ellikcə tırınqı 
ustası kimi qəbul olunurdu. Bölgədə Aşıq Nəsibin, Aşıq Əbdülün, el şairləri Yetim 
Tapdığın, Yetim Əsgərin və başqalarının gözəl tırınqılar qoşub oxuduqları məlumdur. 
Fikrimizc
ə,  tırınqı  sözünün  etimologiyası  bu  nəğmələr oxunarkən tənəkə  əşyalara 
vurulan ritmik z
ərbələrin  çıxardığı  səslə-“tırınq”  səsinin təqlidi ilə  bağlıdır.  Başqa 
sözl
ə, “tırınq” səsinin yamsılanması yolu ilə yaranan tırınqı termini janrın adı kimi 
formalaşmışdır. “Tırınqı qoşmaq” ifadəsi də buradan əmələ gəlmişdir. Prof.B.Xəlilov 
ritmik sözl
ərdən  danışarkən “ritmik sözlərin daha çox folklor nümunələrində,  aşıq 
ədəbiyyatında özünü göstərdiyini” [87, 346] qeyd edir. O da maraqlıdır ki, bölgədə 
geniş  yayılmış  digər  bir  lirik  janrın  adı-nanay termini də  təqlidi yolla əmələ  gəlib 
“naynay” ritmik sözünd
ən yaranmışdır. 
Onu da qeyd ed
ək  ki,  tırınqı  məclisləri  sonrakı  dövrlərdə  bəzi sufi 
t
əriqətlərinə  də  təsir göstərmişdir.  Qarapapaq  tərəkəmələrinin  yaşadıqları  bir  sıra 
ərazilərdə  keçirilən mərasimlərdə-meyxanalarda halay vurub səma rəqslərinin ifa 
olunması, bu zaman çalğı aləti kimi tənəkə əşyalardan istifadə edilməsi həmin təsirin 
izl
əridir.  Xalq  yazıçısı  İ.Şıxlının  “Dəli  Kür”  romanında  təsvir olunan meyxana 
s
əhnəsi buna nümunə ola bilər [148, 178]. Cahandar ağanın Molla Sadıq haqqındakı 
“dınqıra  sizən” ifadəsinin birinci tərəfindəki  dınqıra  sözü  tırınqı  sözünün  fonetik 
d
əyişikliyə  uğramış  formasıdır.  “Dınq”  ritmik  sözü  ilə  “tırınq”  təqlidi sözünün 
arasında mahiyyətcə heç bir fərq yoxdur. 
Prof. E.Aslan da t
ərəkəmələr  arasında  şaman  ayinlərini  xatırladan  bu  cür 
m
əclislərin son dövrədək keçirildiyini yazır. 
Biz  tırınqıların  poetik  quruluşu,  forma  və  məzmun xüsusiyyətləri,  tırınqı 
ustaları və s. haqqında əvvəlki araşdırmalarımızda [5, 164-167] bəhs etdiyimizə görə 
burada  folklorşünas  T.Qurbanovun  bir  fikrinə  münasibət bildirməyi  vacib  sayırıq. 
T.Qurbanov  doğru  olaraq  tırınqıların  sufi  təkkələri ilə  birgə  Ağbaba  aşıq  mühitinə 


 
18 
t
əsirini  qeyd  edir,  el  şairlərinin,  aşıqların  formalaşmasında  tırınqı  məclislərinin 
müsb
ət rolunu göstərir. Lakin müəllifin tırınqıları qürbət nəğmələri və didərginliklə 
əlaqələndirməsi, bu nəğmələrin məzmununda daha çox qəm-kədər hisslərinin ifadə 
olunması fikri ilə razılaşmaq çətindir [114, 16]. 
Çünki mü
əllifin özünün qeyd etdiyi kimi, “tırınqılar, adətən, toylarda, payız 
v
ə qış gecələrində [yığnaq və məclislərdə] oxunurdu” [114, 13]. Toy mərasimlərində, 
şənlik məclislərində  qəmli nəğmələrin  oxunmadığını  nəzərə  alsaq,  onda  tırınqıların 
m
əzmununda  yalnız  didərginliyin deyil, fəlsəfi  düşüncələrin, ülvi məhəbbətin, sufi 
görüşlərin, şux ovqatın və s. hisslərin ifadə olunduğunu görərik. Məsələn, aşağıdakı 
tırınqıda dini-ürfani ruh, sufi dərvişlərin uca məqamı əks olunmuşdur: 
Bir qara d
ərvişəm, mətahım sözdü, 
Müştərim bilmirəm, əllidi, yüzdü, 
Papağım qaradı, xırxam da bozdu, 
G
əzdiyim yollardı, getdiyim eldi. [11] 
Bölg
ədə  el  şənliklərində,  yığnaqlarda  tırınqı  məclisləri keçən  əsrin 60-cı 
ill
ərinədək keçirilirdi. Maraqlıdır ki, Ağbabada təzə gəlinləri yazda - gül-çiçəyin bol 
vaxtında  seyrangaha  çıxarır,  çəmənlikdə  şirniyyat  süfrəsi  açılır,  qız-gəlinlər halay 
vurub  tırınqı  deyir,  əylənirdilər. Bu ənənə  indi də  yaşlı  ağbabalıların  şifahi 
yaddaşında  yaşayır.  Bu  məclislər qeyd etdiyimiz kimi, bölgə  aşıq  mühitinin 
formalaşmasında özünəməxsus rol oynamışdır. 
Ağbaba-Çıldır aşıq mühitinin tarixi-mədəni təşəkkül xüsusiyyətlərinin ümumi 
s
əciyyəsini nəzərdən keçirərkən bölgə  əhalisinin etnik tərkibinə  xüsusi diqqət 
yetirm
ək  lazımdır.  Aborigen  əhalinin-türklərin zəngin milli-mənəvi dəyərlərə
b
ənzərsiz folklor ənənələrinə malik olması “coğrafi durumu əlverişli olan bölgənin öz 
çevr
əsinə  cəlb  etdiyi  bir  çox  yeni  türk  boyları  və  boybirləşmələri sayəsində” [195, 
XIII] mümkünl
əşmiş  və  bu amil də  Ağbaba-Çıldır  aşıq  mühitinin  özünəməxsus 
xüsusi s
ənət çeşidləri qazanmasına səbəb olmuşdur. Ayrıca olaraq qeyd edilməlidir 
ki, Şərqi Anadolu yalnız Osmanlı türklərinin deyil, həm də azəri türklərinin mədəni 
m
ərkəzlərindən sayılır. Şərqi Anadolunun və ona həmsərhəd ərazilərin azəri sahəsinin 
t
əsiri  altında  olması  (Fuad  Köprülü,  E.Aslan,  İsmayıl  Hikmət, Tələt  Onay,  Əhmət 


 
19 
C
əfəroğlu  və  b.) folklorumuzun, eləcə  də  aşıq  sənətinin təşəkkülündə, anadilli 
ədəbiyyatımızın  ilk  nümunələrinin  yaranması  istiqamətində  münbit zəmin rolu 
oynamışdır. Tarixi və ədəbi mənbələrdən bəllidir ki, Ərzurum, Sarıqamış, Qağızman, 
Araz v
ə  Arpaçay boyu, Qars və  Qars  ətrafı  kəndlərdə  azərbaycanlılar  yurd  salıb 
m
əskunlaşmışlar.  Prof.  Ə.Cəfəroğlunun  verdiyi  məlumatlardan  aydın  olur  ki,  Qars, 
Ərzurum, Çoruh və  Şərqi Anandolunun digər bölgələrində  “tərəkəmə” yaxud 
“qarapapaq”, “Çinçavat” adlanan etnik qruplar mövcuddur ki, onların məskunlaşdığı 
k
əndlərin sayı yüz on dördə yaxındır [181, XV]. Maraqlıdır ki, 1949-cu ildə Qarsda 
keçiril
ən bir aşıqlar gecəsində Aşıq Sabit Müdami “yeni bir Xətay zəfəri ilə Axıska 
v
ə  Batumun  qurtulacağına  inanıram”-deyə  xalqa müraciət  etmiş,  öz  şeirində  pasin, 
karsak, saka, hurri kimi q
ədim türk tayfaları ilə yanaşı çinçavatların da adını iftixar 
hissi il
ə  çəkmişdi.  Əslində  isə  “tərəkəmə”,  “qarapapaq”,  “çinçavat”,  “bezbaş”  və 
dig
ər  adlarla  etnik  qurupların  hamısı  azəri türkləridir ki, bu və  ya digər 
xüsusiyy
ətlərinə görə müxtəlif adlarla tanınmışlar. Aydınlıq üçün deyək ki, Qars və 
Axıskanın  yerli  sakinləri oturaq həyat sürənlərə  karapapaq, köçərilərə  isə  tərəkəmə 
adı vermişlər. Çıldırda isə tərəkəmə olmayan türklər “çinçavat”, bəzən də “bezbaş” 
adı  ilə  çağrılmışdır.  Hansı  adla  tanınmasından  asılı  olmayaraq  qeyd  olunan  etnik 
qrupların dili Gəncə dialektinə yaxın bir dildir [181, XV].  
Ə.Cəfəroğlu  1926-cı  ildəki rus statistik mənbələrinə  əsaslanaraq 
Aleksandropol q
əzasının  Ağbaba  nahiyəsində  6311 nəfər qarapapağın 
m
əskunlaşdığını,  “Ermənistan və  Gürcüstanda yerləşənləri az bir zaman sonra bu 
sah
ənin yerli azəri mühiti içərisində tamamilə əriməsini və bu səbəbdən də özlərinin 
etnik adlarını mühafizə edə bilmədiklərini” [181, XV] yazır.  
Qarapapaqlıların  təxminən  yüz il bundan əvvəl qismən Qafqaz, qismən də 
Güney Az
ərbaycandan gəlib Ağbaba nahiyəsində Gürcüstanın Axalsix və Axırkələk 
q
əzalarında  məskunlaşması  haqqında  Ə.Cəfəroğlunun  məlumatını  dəqiqləşdirməyə 
ehtiyac vardır. Çünki keçmiş Amasiya rayonunun müxtəlif kəndlərində çoxlu sayda 
qarapapaq q
əbirləri  mövcud  idi  ki,  onların  da  qəbir  daşlarındakı  tarix  XIX  əsrdən 
xeyli 
əvvəllərə aid idi. Qeyd edək ki, zəngin maddi mədəniyyət abidələri, at heykəlli, 
qoç heyk
əlli qəbirlər,  Çıldır  gölündəki  Ağcaqala  adasında  daş  dövründən qalma 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə