Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   2   3   4   5   6   7   8   9   10   ...   100

 
20 
mağara  və  s.  qarapapaqların  bu  ərazilərdə  qədimdən məskunlaşdıqlarını  göstərir. 
“Qısacası,  qoç//qoyun  heykəlli məzar  daşları,  islamiyyətdən öncə  “Dədə-Qorqud 
oğuznamələri”  dastanlarını  yaradan  atalarımızdan  gələn  Şərqi Anadolunun tapu-
anıtlarıdır” [202, 72] - abidə-sənədləridir. 
SMOMPK toplusunun 1883-
cü il üçüncü buraxılışında K.Sadovskinin “Qars 
vilay
əti  haqqında  bəzi qeydlər”  adlı  məqaləsi  çap  olunmuşdur.  Müəllifin Qars 
vilay
ətinin  əhalisi  haqqında  verdiyi  məlumatdan  aydın  olur  ki,  həmin dövrdə 
vilay
ətin 163 min nəfərlik ümumi əhalisinin 15%-ni qarapapaqlılar təşkil edirdi [240, 
345]. Z
əngin xalq ədəbiyyatına malik olan qarapapaqların içərisindən bir çox aşıqlar 
yetişmişdir.  Qazax  rayonunun  ərazisindəki Qarapapaq kəndinin  adı  da  qarapapaq 
tayfaları ilə bağlıdır [44, 64]. 
Prof.  V.Hacılar  də  qarapapaq tərəkəmələrinin Cavaxetdə  çoxdan 
m
əskunlaşdığını  qeyd  edir  [78,  166].  O  da  maraqlıdır  ki,  Amasiya  rayonunda  ən 
böyük k
əndin  -  Güllübulağın  adı  erməni mənbələrində  Qarapapaq-Güllübulaq kimi 
v
erilir.  Qarapapaq  etnik  adı  qonşu  rayon  Qızılqoçun  (Qukasyan)  ərazisindəki 
Güllübulaqla bu Güllübulağı fərqləndirmək üçün işlədilmişdir [45, 163]. 
Erm
əni  tarixçisi  A.Poqosyan  qarapapaq  tayfalarının  Qars  vilayətinin  əsasən 
Ağbaba  və  Şörəyel bölgələrində  məskunlaşdıqlarından,  onların  ictimai-mədəni 
h
əyatdakı rolundan bəhs etmişdir [238, 126]. 
Türkiy
əli tədqiqatçı, prof. E.Aslan Qars və onun ətrafındakı tərəkəmələrdən 
b
əhs edərkən tərəkəmələrin ikinci böyük köçünün 1921-ci ildə (əslində XIX əsrin 30-
cu ill
ərindən başlayaraq-A.M.) Ağbaba, Tiflis, Qazax, Borçalı bölgələrindən gəlib bu 
ərazilərdə məskunlaşdıqlarını yazır. Müəllif daha sonra qeyd edir ki, Qars vilayətində 
t
ərəkəmələrin ən sıx yaşadıqları yer Çıldırdır. Çıldırdan sonra ikinci yerdə Arpaçay 
bölg
əsi dayanır. E.Aslan tərəkəmələrin yerləşdikləri kəndlərin adını çəkərkən Balıqlı, 
Ağbaba,  Çaxmaq,  Bozqala,  Mağaracıq  və  digər kəndlərin də  adını  qeyd  edir  [164, 
24]. Qeyd ed
ək ki, bu kəndlərin əhalisi XIX əsrin ortalarından başlayaraq Qarsa köç 
etmiş,  nisbi  sakitlikdən  sonra  geri  qayıdıb  doğma  ocaqlarında  məskunlaşmışdılar. 
Sonrakı dövrlərdə rus işğalı nəticəsində həmin kəndlərin bəziləri (Ağbaba, Bozqala, 


 
21 
Sınıq,  Mumuxan  və  s.) tamamilə  boşalmış  və  xaraba  qalmışdı.  Bir  qismində  isə 
(Balıqlı, Göllü, Çaxmaq və s.) 1988-ci ilədək azəri türkləri yaşayıb-yaratmışdılar. 
Folklorşünas  A.Ercilasun  “Kars  ili  ağızları”  əsərində  göstərir  ki,  “Ağbaba 
t
ərəkəmələri  Ağbaba  nahiyəsinin Ördəkli, Hamasa (Amasiya-A.M.),  Balıqlı,  Göllü, 
Sınıq  və  Qarabulaq kəndlərindən gəlmişlər” [191, 29]. Alimin bu qeydi özlüyündə 
maraqlı və dəyərli olsa da, natamam səciyyə daşıyır. Çünki Ağbaba nahiyəsindən 70-
d
ən çox kənd 1930-cu ilə qədər köçüb Qars və onun ətrafında məskunlaşmışdı. 
Prof. F.Köprülü öz t
ədqiqatlarında müntəzəm şəkildə “azəri sahəsi”ndən bəhs 
ed
ərək “Kitabi-Dədə  Qorqud”  dastanlarını  da  birmənalı  şəkildə  bu sahəyə  aid edir 
[202,  129].  Prof.  Ə.Dəmirçizadə  Azərbaycan  şifahi  ədəbi  dilinin  arealından,  təsir 
dar
əsindən bəhs edərkən  yazır:  “Bu  dövrdə  (VI-VII  əsrlərdə-A.M) hətta Dərbənd-
Tehran-
Bağdad və Şərqi Anadolu dairəsində ümumiləşmiş halda işlənən dil, demək 
olar ki, vahid türk-Az
ərbaycan dili idi” [59, 73]. Ümumiyyətlə, mütəxəssislərin 
fikrinc
ə, hələ  eradan  əvvəl Türkiyənin  Şərq bölgələrində  qədim  türk  tayfaları 
m
əskunlaşmışdılar ki,  Səlcuq türklərinin bu ərazilərə kütləvi axını  başlananda artıq 
bu dövrd
ə  Oğuz  dili  hökmran  mövqe  tuturdu  [109,  235].  Belə  faktların  sayını 
ist
ənilən qədər artırmaq olar. Qeyd olunanlar onu deməyə əsas verir ki, tarixin erkən 
dövrl
ərində Şərqi Anadoluda türklərin məskunlaşması “azəri sahəsinin” - Azərbaycan 
folklor  arealının  yaranıb  formalaşmasının başlanğıcını qoydu,  sonrakı dövrlərdə isə 
geniş  bir  coğrafi  arealda  Azərbaycan dili sürətlə  yayılıb  inkişaf  etməyə, həmçinin 
bölg
ədə aşıq mühitinin təşəkkülündə də özünün hakim mövqeyini təmin etməyə nail 
oldu. Dem
əli,  Ağbaba-Çıldır  aşıq  mühitinin  tarixi-mədəni  inkişafı  əski genetik 
qaynaqlara,  xalqımızın  güclü  folklor  ənənələrinə  söykənirdi.  Bu  baxımdan 
Az
ərbaycan  dilinin  Şərqi Anadoluda güclü təsir dairəsinə  malik  olması  tamamilə 
tarixi-
coğrafi  proseslərin təbii nəticəsi kimi qiymətləndirilməlidir.  Çünki  “Şərqi 
Anadolu Qafqaz v
ə  Azərbaycanla Mərkəzi və  Qərbi Anadolunu birləşdirən, bunlar 
arasında əlaqə yaradan bir körpü olmuşdur. Ona görə də azərbaycanlıların əcdadları 
q
ədim dövrlərdə Şərqi Anadoluda məskunlaşmış və bu regionda Azərbaycan dilinin 
nüfuzu t
əmin  olunmuşdur”  [110, 150]. Mütəxəssislərin bu qeydi xüsusi elmi 
əhəmiyyət daşıyır və Ağbaba-Çıldır aşıq mühitinin qədim türk etnik laylarının geniş 


 
22 
bir  coğrafi-mədəni  arealda  türk  tarixi,  etnoqrafiyası,  əski milli mədəniyyəti ilə 
bağlılığını göstərir. 
Burada bir c
əhətə ayrıca diqqət yetirmək lazım gəlir. Şərqi Anadoluda yalnız 
az
əri-türk  aşıqları  deyil,  həmçinin onlarla erməni və  gürcü saz-söz sənətkarı  da 
Az
ərbaycan dilində yazıb yaratmışlar. Ümumiyyətlə, Azərbaycan aşıq yaradıcılığının 
Qafqazın bir sıra xalqlarının milli mədəniyyətinə güclü təsiri olmuşdur. Ermənilərdə 
“qusan”, gürcül
ərdə “mqosan” adlanan xalq sənətkarlarının daşıdıqları bu sənət adı 
əksər  tədqiqatçıların  fikrincə,  “ozan”  sözündən  törəmişdir.  Bu  sahənin  tanınmış 
bilicisi prof. İ.Abbaslı “sənətkar mənasında aşığı keçmişdə Azərbaycanda ozanların, 
ermənilərdə isə qusanların əvəz etdiklərini”, bu sənətkarların geniş coğrafi ərazilərdə 
fəaliyyət  göstərdiklərini  və  sənət  ənənələrində  erməni  qusanlarının  türk  ozanından 
bəhrələndiklərini  əsaslandırmışdır  [2,  128].  Azərbaycan  aşıq  yaradıcılığının  etnik 
təməlinin  müəyyən  mərhələsində  ozan  sənətinin  dayandığını,  Oğuz  cəmiyyətində 
ozanların  xüsusi  bir  təbəqə  təşkil  etdiklərini,  el-el, oba-oba  dolaşaraq  xalq 
şənliklərində əski Oğuz dastanlarını söylədiklərini, nəğmələr qoşduqlarını qeyd edən 
prof.  F.Köprülü  ozanların  XV  əsrə  qədər  geniş  bir  coğrafi  arealda  şöhrət 
qazandıqlarını göstərir: “XIII əsrdə Anadolu Səlcuqlularının ordularında gördüyümüz 
ozanları Misir Məmalikləri dövlətində hökmdarların təntənəli alaylarında, türkləşmiş 
bir  monqol  xanədanı  olan  Cəlayirlilərdə,  hətta  XV  əsrdə  Anadolu  bəylərinin 
saraylarında  da  görürük”  [217, 162]. F.Köprülü 1928-ci ilin  statistik  məlumatına 
əsaslanaraq  Anadolunun  müxtəlif  yerlərində  Ozan,  Ozança  adlı  kəndlərin,  Ozan 
doruğu, Ozan beli adlı yerlərin olduğunu göstərir. Bu isə onu sübut edir ki, ozan ad-
titulunun  tarixi  qədim  dövrlərə  gedib  çıxır.  “Dədə  Qorqud”  boylarında  ozanlar 
həmişə xalqın xeyir və şərində ağıllı məsləhətçi olmuş başbilən kimi təqdim və təqdir 
olunurlar” [85, 17]. 
Ozan  sənəti  haqqında  başqa  bir  mülahizə  prof.  M.Qasımlıya  məxsusdur. 
Alimin fikrincə, ozanlar nə qədər islamlaşmış olsalar da, əski inanış və törənlərə çox 
bağlıydılar.  XV-XVI  yüzilliklərdən  başlayaraq  sənət  sahəsindən  tədricən  aşıqlar 
tərəfindən sıxışdırılmağa başlamışlar [106, 69-97]. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə