Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   4   5   6   7   8   9   10   11   ...   100

 
23 
Məqsədimiz ozan termininin etimologiyasını və yaxud bu sənətin tarixini və 
yayılma  coğrafiyasını  araşdırmaq  deyil.  Ozan  sənəti  haqqında  görkəmli  alimlərin 
söylədikləri mülahizələrə qısaca bir nəzər yetirməklə onların fəaliyyət dairəsinin və 
funksiyasının nə qədər geniş, əski türk köklərinə bağlılığın arasıkəsilməz bir axarda 
olduğunu  göstərmək  istəyirik.  Bu  baxımdan  şübhəsiz  ki,  ozanların  gürcü 
mqosanlarına, ermənilərin qusanlarına güclü təsirindən və eləcə də Azərbaycan aşıq 
sənətindəki göstərdikləri sənət xidmətlərindən söz açan tədqiqatçılar çox haqlıdırlar. 
“Ozan-qusan-
mqosan  sənəti  sinkretik  sənət  olub  eyni  məqsədə  xidmət  etmiş,  oxşar 
inkişaf yolu keçərək zəngin və rəngarəng aşıq ədəbiyyatının yaranmasında başlıca rol 
oynamışdır” [78, 145]. 
Ağbaba-Çıldır  aşıq  mühitinin  etnik-mədəni  təsir  dairəsi  bölgədə  fəaliyyət 
göstərən  erməni  və  gürcü  aşıqlarının  repertuarında,  dilində,  musiqi  və 
improvizasiyasında,  ifaçılıq  sənətində,  hətta  düşüncə  tərzində  və  s.  özünü  qabarıq 
şəkildə  hiss  etdirməkdədir.  Söz  yoxdur  ki,  bu  keyfiyyətlər  uzun  tarixə  malik  sənət 
ənənəsinin  təsiri  ilə  yaranıb  formalaşmışdır.  Azərbaycan  aşıq  yaradıcılığını  bu 
yönümdə tədqiq edib araşdıran Ə.Yerevanlı yazır: “XVII əsrdən başlayaraq əsrimizə 
qədər  yüzlərlə  erməni  aşığı  Azərbaycan  dilini  və  şifahi  ədəbiyyatını  səmimi  və 
hərarətlə sevmiş, öz mahnılarını bu dildə qoşmuşlar” [161, 131]. 
Fikrimizcə, alimin bu mülahizəsini bir qədər dəqiqləşdirməyə ehtiyac vardır. 
Aparılan  araşdırmalardan  aydın  olur  ki,  türk-Azərbaycan  aşıq  sənətinin  erməni 
aşıqlarına  təsiri  Ə.Yerevanlının  göstərdiyi  kimi  XVII  əsrdən  deyil,  daha  əvvəlki 
yüzilliklərdən görünməkdədir. Prof. F.Köprülünün qənaətinə görə, Şərqi Anadolu və 
Azərbaycan sahələrində geniş yayılan qızılbaşlıq ideyaları elə güclü şəkildə ermənilər 
arasında  da  özünü  hiss  etdirməkdə  idi  ki,  bu  da  Türk-erməni  bağlarının 
qüvvətlənməsinə,  türk  etnik-mədəni  ənənələrinin  ermənilər  tərəfindən  böyük  bir 
çevrədə mənimsənilməsinə səbəb olmuşdur. Bu təsir o qədər güclü idi ki, XIX əsrdə 
Anadolunu  gəzən  fransız  səyyahı  Moltke  erməniləri  xristian  türkləri  hesab  etmişdi 
[217
,  259].  Mənbələrdə  Şərqi  Anadolunun  Ərzurum  bölgəsində  yaşayıb-yaratmış 
Haqqı  təxəllüslü  Movses  adlı  erməni  el  şairindən,  Məcnun,  Vartan  adlı  saz 
şairlərindən  bəhs  olunur.  Aşıq  Çələbinin  verdiyi  məlumata  görə  XVI  əsrdə  Məsihi 


 
24 
adlı diyarbəkirli bir erməni aşığı xalq arasında geniş şöhrət qazanmışdı [217, 223]. 
Bu bilgi
lər onu göstərir ki, türkcə-azərbaycanca yazıb yaradan erməni aşıqları XVII 
yüzillikdən əvvəlki dövrlərdə mövcud olmuşdur, lakin qeyd olunan əsrdən etibarən 
onların  sayı  kütləvi  şəkildə  artmağa  başlamışdır.  Akad.  H.Araslı  da  XVI  əsrdə 
Azərbaycan  dilində  yazıb-yaradan  erməni  və  gürcü  aşıqlarından,  onların  ədəbi 
irsindən bəhs etmişdir [18, 31]. 
Erm
əni dilini mükəmməl bilən və  erməni  yazılı  mənbələri  əsasında 
Az
ərbaycan  folkşünaslığının  bir  sıra  vacib  problemlərini  sistemli  şəkildə  araşdıran 
folklorşünas İ.Abbaslı Azərbaycan-türk dilinin ermənilər arasında geniş bir çevrədə 
yayılmasının sosial-siyasi, tarixi-mədəni səbəblərini analiz edərək yazır: “Yüzilliklər 
boyu Az
ərbaycan-türk dilinin, bu dildə  yaranmış  şifahi  və  yazılı  əsəbiyyat 
örn
əklərinin təsir qüvvəsi,  yayılma  çevrəsi o qədər  güclü  olmuşdur  ki,  əsrlər boyu 
ayrı-ayrı erməni sənətkarları ardıcıl şəkildə Azərbaycan dilinə müraciət etmiş, əməkçi 
kütl
ə isə Azərbaycan folkloru incilərini yarandığı dildə dinləməyi, bu dildə qoruyub 
n
əsildən-nəslə yaşatmağı üstün tutmuşdur” [1, 223].  
Borçalı aşıq mühitində Sayat Nova, Arazlı Sərkis, Kiçik Nova və başqa saz-
söz s
ənətkarları Azərbaycan dilində yazıb-yaratmış, Azərbaycan aşıq sənətinin ənənə-
l
ərini davam etdirmişlər.  
Güney Az
ərbaycanın Urmiya aşıq mühitində Aşıq Qul Artun, Aşıq İso, Aşıq 
Yaqub,  Aşıq  Ohanes  Yusifi  kimi  erməni  aşıqları  yetişmiş,  sonuncu  üç  aşıq  [baba, 
oğul  və  nəvə] sənət  varisliyini  yaşadaraq,  Azərbaycan  aşıq  ədəbiyyatının  müxtəlif 
janrlarında əsərlər yaratmış, məclislər aparmışlar. “Osmanlı ordusu Urmiya və Sulduz 
bölgəsindəki  əhalini  erməni  quldur  dəstələrindən  qorumaq  üçün  gələndə  Aşıq  İso 
köksündə ay-ulduzlu sazı ilə Türk Ordusunun önünə çıxaraq onları “Koroğlu” havası 
ilə qarşılamışdır” [201, 136]. 
Bu faktorlar Az
ərbaycan-türk  dilinin  yalnız  Ağbaba-Çıldır  aşıq  mühitində 
deyil,  geniş  bir  coğrafi  hüdudlarda  bu  dilin  ümumfolklor  dili  olmaq  funksiyasının 
göst
əricisi olmaqla bərabər, eyni zamanda mədəni cəhətdən üstün bir millətin etno-
m
ənəvi gücünü və hakim mövqeyini də nümayiş etdirir. 


 
25 
Erm
ənilərin kompakt  yaşadığı  Axırkələkdə  azəri türkcəsinin ümumünsiyyət 
dili olduğunu 1988-ci ilədək apardığımız müşahidələr əsasında canlı şahid olmuşuq. 
Yeri  gəlmişkən,  milli  mənafe  baxımından  önəmli  əhəmiyyət  daşıyan  bir 
məsələnin  də  burada  üzərində  dayanmağı  lazım  bilirik.  Bir  sıra  erməni  alimləri 
(X.Ayvazyan,  M.H.Ağayan,  A.Qamaryan  və  b.)  mədəniyyət  və  incəsənətimizi 
özününküləşdirməyə  cəhd  etdikləri  kimi,  xalqımızın  mənəvi  söz  xəzinəsini,  o 
cümlədən  aşıq  yaradıcılığını  erməniləşdirməyə  müxtəlif dövrlərdə  səy  göstərmiş və 
bu saxtakarlıq indi də davam edir.  
Çar  Rusiyası  Azərbaycanı  işğal  etdikdən  sonra  milli-mənəvi  xəzinəmizə 
edilən  qəsdlər  intensiv  şəkil  almağa  başlamışdır.  SMOMPK  toplusunun  müxtəlif 
buraxılışlarında belə hallara sıx-sıx rast gəlmək mümkündür. M.Poqosov, S.Zelinski, 
Q.Bünyatov, M.Şahnazarov və başqalarının çap etdirdikləri yazılar buna nümunə ola 
bilər.  İrəvan  gimnaziyasının    müəllimi  S.Zelinski  “Erməni  xalq  aşığı  Vartan 
Xoyskinin nəğməsi” adlı məqalədə Azərbaycan və rus dilində 24 bənddən ibarət bir 
vücudnaməni  oxuculara  erməni  folklorunun  örnəyi  kimi  təqdim  edir.  Erməni 
aşıqlarının, o cümlədən Aşıq Vartanın Azərbaycan dilində çalıb-oxumasının səbəbini 
ermənilərin 400 illik türk əsarəti altında qalması ilə əlaqələndirməyə çalışır [239, 99-
106]. 
Qeyd 
edək  ki,  ermənilərin  bu  cür  təxribatlarına  gürcü,  dağ  yəhudiləri, 
minqrel,  kabardin,  ləzgi  və  başqa  xalqların  folklor  nümunələri,  mənəvi-etnik 
sərvətləri də məruz qalmışdır.  
Ozan,  qusan,  aşıq  ad-titullarının  ermənilərə  məxsus  olduğunu  iddia  edən 
erməni  folklorşunasları  heç  bir  elmi  əsası  olmadan  bu  sözlərin  etimologiyasını 
saxtalaşdıraraq  öz  mənafelərinə  uyğun  təhrif  edirlər.  Halbuki  Azərbaycan  aşıq 
sənətinin  inkişafının  müxtəlif  mərhələlərində  yaranıb  formalaşan  ozan,  qusan,  aşıq 
ad-
titullarının  etimologiyasını  və  semantikasını  türk  etnik-mədəni  arenasından 
kənarda  təsəvvür  etmək  qeyri-mümkündür.  “Azərbaycanda  aşıq  sənətinin 
çiçəkləndiyi  bir  mərhələdə  ermənilər  nə  qədər  gülünc  görünsə  də,  ozan  sənəti 
ənənələri ilə bağlılıqlarını iddia edərək yeni tarixi şəraitdə aşıq sənətini təqlid etməyə 
meyl  göstərmələri”  [115,  26]  onların  etno-psixologiyasından  əmələ  gələn  milli 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə