Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   5   6   7   8   9   10   11   12   ...   100

 
26 
atavizm hadi
səsidir. Bu yanlış tendensiya müxtəlif tarixi şəraitlərdə sistemli şəkildə 
özünü gös
tərsə  də,  bir  sıra  erməni  tədqiqatçıları  (Y.Yeremyan, Q.Levonyan, 
L.Minasyan və b.) bu məsələnin tam əksini etiraf etməyə məcbur olmuşlar. Onu da 
qeyd etmək lazımdır ki, erməni folklorşünaslarının saxta iddiaları elmi mahiyyətdən 
daha çox siyasi təbliğat daşıyır.  
Maraqlıdır ki, erməni alimi Raçiya Açaryan I Türkoloji Qurultayda türkcənin 
erm
əni dili və  mədəniyyəti üzərindəki təsirindən bəhs edərkən  yalnız  Anadoluda 
deyil, dünyanın bir çox ölkələrində bu təsirin böyük gücünü qeyd etməyi unutmur: 
“Türk dilinin erm
ənicəyə  təsiri böyükdür... Kiçik Asiyanın  qərb kəsimində, Kipr, 
Bolqarıstan,  Şərqi  Anadolu,  Rumıniya,  Bessarabiyada,  eyni  zamanda  İranın  və 
Qafqazın bəzi kəndlərində türkcənin ermənicə üzərindəki təsiri o dərəcədə güclüdür 
ki, erm
ənilər öz dillərini tamamilə itirmişlər. Bu hadisə daha bir neçə yüzillər öncə 
gerç
əkləşmişdir”  [175,  205]  Alim  erməni  əlifbası  ilə  türk dilində  özlərinin 
ədəbiyyatını  və  mədəniyyətini yaradan erməni  xalqının  türk  dilinin  incəliklərindən 
əsrlər boyu bəhrələndiyini,  ədəbi və  xalq  danışıq  dilində  türk sözlərinin  sıx-sıx 
işləndiyini göstərir. 
Prof.  F.Köprülü  Türk  ədəbiyyatının  erməni  ədəbiyyatına,  o  cümlədən  aşıq 
yaradıcılığına təsiri məsələsindən bəhs edərkən bu problemə “Ədəbiyyat araşdırma-
ları” adlı əsərində ayrıca bir fəsil həsr etmişdir. Müəllif ermənilərin “aşuğ” adlandır-
dığı  saz-söz  sənətkarlarının  türk  aşıqları  ilə  aralarındakı  bənzərliklərə  toxunaraq 
“aşuğ  “istilahının  “aşıq”  sözünün  erməni  ləhcəsində  səslənən  forması  olduğunu 
göstərir. “Əslən ərəbcə olmaqla bərabər, yalnız Türklər arasında saz şairi mənasına 
gələn aşıq kəlməsi, ermənilər bu ədəbiyyat tərzini Türklərdən iqtibas etdikləri zaman 
“aşuğ”  şəklində  ermənicəyə  hətta  “saz”  kəlməsi  ilə  birlikdə  keçmişdir”  [217, 246]. 
Müəllif yazir ki, türk aşıqları kimi erməni aşıqları da mahnı, qoşma, türkü və s. şeir 
şəkillərindən sıx-sıx istifadə edirlər.  
Azərbaycan-gürcü  ədəbi  əlaqələrinin  tanınmış  tədqiqatçısı  D.Əliyeva  da 
gürcü  aşıq  və  şairlərinin  Azərbaycan  şeirinin  qoşma,  müxəmməs,  gəraylı,  təcnis, 
bayatı və s. şəkillərində əsərlər yaratdığını yazırdı [67, 41]. F.Köprülü erməni aşıqları 
məsələsi ilə bağlı olaraq bir neçə mühüm məqam –aşıq termininin etimologiyası, türk 


 
27 
dilində  yazıb-yaradan  bəzi  erməni  aşıqlarının  həyat  və  yaradıcılığı,  türk-erməni 
əlaqələri və s. haqqında öz münasibətini bildirir. Əlbəttə, biz bu məsələlər üzərində 
dayanmayacağıq.  Ancaq  bir  məqam  haqqında  bir  qədər  ətraflı  bəhs  etməyi  lazım 
bilirik.  F.Koprülü  aşıq  sənətindən  danışarkən  bu  sənətin  yalnız  Kiçik  Asiya  və 
Azərbaycandakı  Oğuz  türkləri  arasında  deyil,  Şərqi  Türküstanda,  Amu  –Dəryanın 
şimalında, ən ucqar Türk bölgələrindəki [217, 247] geniş bir coğrafi hüdudları əhatə 
etdiyini göstərir. Müəllif belə faktorlardan çıxış edərək sübut edir ki, daha çox siyasi 
təbliğatlarla  məşğul  olan  fırıldaqçı  Çobanyanın  iddia  etdiyinin  əksinə  olaraq  türk 
aşıqları üzərində heç bir erməni aşığının təsiri olmamışdır. Bəlli olduğu kimi, erməni 
Arşak  Çobanyan  1906-cı  ildə  çap  etdirdiyi  “Erməni  aşıqları”  kitabında 
“erməniləşdirmə” tendensiyasına meyl edərək erməni ədəbiyyatının türk ədəbiyyatına 
təsir  gösdərdiyini  əsaslandırmağa,  türk-islam  ədəbiyyatına  erməni  aşıqlarının 
xristian-
erməni  ruhunu  gətirdiklərini  iddia  etməyə  çalışır.  Onun  bir  elmi  dəlilə 
söykənmədən irəli sürdüyü bu müddəaları tarixi-mədəni zəmini olmadığını üçün F. 
Köprülü təkzibolunmaz dəlillərlə puça çıxarır. A. Çobanyan məkrli məqsəd güdərək 
erməni  aşıqlarının  ərəb  və  qeyri-türk  xalqlarının  ədəbi-mədəni  irsindən 
təsirləndiklərini və beləliklə də, erməni aşıq ədəbiyyatı üzərində türk aşıq sənətinin 
təsirinin  olmadığını  göstərməyə  cəhd  edir.  F.Köprülünün  belə  bir  fikri  xususilə 
diqqəti cəlb edir ki, türkdilli erməni aşıqlarının əsərləri türkün zövq və düşüncəsini 
əks etdirir, türk aşıqları kimi türkcə yazıb yaradan erməni aşıqlarının da əksəriyyəti 
Ələvi-Bəktaşi təriqətinə mənsubdurlar [217, 247].  
Türkcə  yazıb-yaradan  erməni  aşıqları  haqqında  maraqlı  bir  mülahizə  türk 
alimi Ə.Kabaklıya məxsusdur. O yazır :”Bu erməni ozanların saz şeirini yalnız vəzn 
və üslubca deyil, kültürcə, dünya görüşüylə və hətta inanc dünyası ilə mənimsədikləri 
bəllidir.  Yalnız  türkcəni  mənimsəyərək  danışmaqla  kifayətlənməyib,  eyni  zamanda 
türkcə  şeirlər  yazmaq  bu  azlıqların  türkcədən  başqa  bir  dildə  danışmadıqlarını  və 
düşüncədə,  duyum  tərzində  belə  türklərdən  ayrı  olmadıqlarını  göstərən  önəmli  bir 
dəlildir” [197, 104].  
Bura
dan  aydın  görünür  ki,  yalnız  erməni  sənətkarları  deyil,  digər  azlıqların 
nümayəndələri də türk dilini doğma dili kimi sevmiş, tarixin müxtəlif mərhələlərində 


 
28 
türk  düşüncəsi  və  dünyagörüşündən,  türkün  ədəbi  ənənələrindən  və  musiqisindən 
yararlanmışdır.  
Tədqiqatçı Y.Ramazanov XVIII-XX yüzilliklərdə Qars vilayətinə daxil olan 
Gümrüdə  (Aleksandropol-Leninakan-Kumayri)  onlarla  erməni  aşığının  azəri 
türkcəsində yazıb-yaratdıqlarından, Azərbaycan aşıq sənətinin zəngin söz və musiqi 
repertuarından  bəhrələndiklərindən  bəhs  etmişdir.  Müəllif  yazır  ki,  erməni  alimi 
Q.Levonyan  “Erməni  aşıqları”  kitabına  yazdığı  müqəddimədə  erməni  aşıqlarının 
Azərbaycan  aşıq  sənətindən  bəhrələndiklərini,  bu  zəngin  xəzinədən  geniş  istifadə 
etdiklərini  göstərir.  Q.Levonyanın  qeydinə  görə  XVII-XVIII  əsrlərdə  yaşayıb-
yaratmış  erməni  aşıqlarının  yaradıcılığında  bir  kəlmə  də  olsun  erməni  sözünə  rast 
gəlmək  mümkün  deyildir.  Onların  yazdıqlarının  hamısı  Azərbaycan  dilindədir 
[135
,20].  Azərbaycan-erməni  ədəbi  əlaqələrinin  orta  əsrlər  mərhələsini  geniş  elmi 
aspektdə araşdıran prof. M.Seyidovun da bu barədə çox qiymətli fikirləri mövcuddur.  
Erməni  aşıqları  azərbaycanca  yazıb-yaratdıqları  kimi,  aşıq  şeirinin  bir  sıra 
şəkillərini də mənimsəmişlər. Aşıq Civaninin, Sayat Novanın, Qul Artunun və digər 
e
rməni sənətkarlarının poeziyasında bayatı, qoşma, gəraylı, varsağı, təcnis və sair şeir 
şəkillərinə sıx-sıx rast gəlmək mümkündür. Müəyyən müddət keçəndən sonra erməni 
folklorşünasları  bu  şeir  şəkillərini  özününküləşdirib  erməni  ədəbiyyatının  milli 
janrlar
ı kimi qələmə verirlər. 
Görkəmli  alim  M.Seyidovun  araşdırmalarına  görə  erməni  aşıqlarının 
yaradıcılığında 33,  erməni  tədqiqatçılarına  istinad  edən  Ə.Yerevanlının  fikrincə 50, 
Q.Levonyanın  qənaətinə  görə  71  şeir  şəkli  mövcuddur  ki,  [135,  106]  bunların  da 
əksəriyyəti Azərbaycan xalq poeziyasından götürülmüşdür. 
Bütün  bunlardan  ətraflı  söhbət  açmağımızın  əsas  səbəblərindən  başlıcası 
Azərbaycan aşıq sənətinin zəngin qollarından biri olan Ağbaba-Çıldır aşıq mühitinin 
erməni  aşıq  ədəbiyyatının təşəkkül  tapmasında  və inkişafında  münbit  tarixi-mədəni 
zəmin  olduğunu  göstərməkdir.  Erməni  saxtalaşdırıcılarının  Azərbaycan-türk  aşıq 
sənətini  təhrif  edərək  özününküləşdirmək  cəhdləri  qeyd  etdiyimiz  kimi,  tarixin 
müxtəlif  mərhələlərində  bu  və  ya  digər  şəkildə  özünü  büruzə  versə  də,  bütün  bu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə