127
məşhurdur. Əsarətdə qalan xalqın çəkdiyi iztirabların və zülmün gündən-günə
çoxaldığını Əhməd Məzlumi canlı xalq deyimləri ilə ifadə edir. Hanakda dörd yüzə
yaxın mal-qaranın xəstəliyə tutulub qırılmasına baxmayaraq çar hökuməti camaata
heç bir maddi yardım göstərmir, kəndin əhalisi daha da yoxsullaşıb var-yoxdan çıxır:
Naçarlar halından bilən olmadı,
Çox söylədik sözü qanan olmadı,
İnəkdən, danadan biri qalmadı,
Gör nə yaman oldu halı Hanakın. [202, 19]
İstehzalı gülüş və kinayəli ruh qoşmanın ictimai ovqatını daha da gücləndirir.
“Diri-
diri dərisi soyulan mallar”, “arı kimi uçan milçəklər”, “boş qalan tarlalar,
çayırlar, düzlər” və s. misra və ifadələr türklərin çəkdiyi məhrumiyyətləri dolğun
şəkildə əks etdirir. Etnoqrafik cizgilərin əlvanlığı, xalq dilinin şirinliyi qoşmanın
ideya-
məzmun tutumuna yeni çalarlar əlavə edir. Çar Rusiyasına xalqın bəslədiyi
nifrəti müəllif xalq dilindən aldığı “belə padişahı (çarı) taxtından düşə”, “rusun taxtı-
tacı başına dönə” və s. qarğışlarla daha kəskin şəkildə ifadə edir.
Son iki yüz ildə Azərbaycanın tarixi taleyində oynanan məkrli siyasət və
bunun nəticəsində onun ikiyə parçalanması, daha sonrakı dövrlərdə baş verən
məqsədyönlü etnik təmizləmə, deportasiya, soyqırımı, kütləvi sürgünlər Azərbaycan
aşıq sənətinə, xüsusilə Ağbaba-Çıldır mühitlinə də özünün dağıdıcı təsirini
göstərmişdir. Ona görə də iki əsrlik deportasiyanın izlərini tam şəkildə yalnız
Amasiya rayonunda yaşayıb-yaratmış aşıqların yaradıcılığında müşahidə etmək
müm
kündür. Şirəkli Həsənin, Aşıq Məhəmmədin, Çorlu Məhəmmədin, Aşıq Nəsibin,
Aşıq İsgəndər Ağbabalının və digər saz-söz sənətkarlarının poeziyasında bunun
şahidi oluruq. Sözsüz ki, Ermənistan ərazisində yerləşən digər aşıq mühitlərində də
son iki yüz ilin milli-
tarixi faciələri özünün poetik əksini tapmışdır. Xüsusilə Göyçə
və Dərələyəz aşıqlarının yaradıcılığında sonuncu deportasiyanın qanlı izləri qabarıq
əks olunmuşdur. Ancaq Azərbaycan aşıq mühitlərinin heç birində xalqımızın milli-
tarixi faciələri Ağbaba-Çıldır aşıq mühitində olduğu kimi ardıcıl və geniş çevrədə əks
olunmamışdır. Bunun bir səbəbi əvvəldə qeyd etdiyimiz kimi, bölgənin dəfələrlə
müharibələr meydanına çevrilməsi, amansız işğallara məruz qalması ilə əlaqədardır.
128
Bizcə, ikinci əsas səbəb isə “daxili tənzimləyici qüvvənin - müstəqil dövlətçiliyin
mövc
udluğu” [106, 176] ilə bağlıdır. Başqa sözlə, Ağbaba mahalı tarix boyu Osmanlı
Türkiyəsinin tərkibində olmuşdur. 1920-ci il Gümrü andlaşmasına görə bu mahal
zorla Ermənistana qatılsa da, SSRİ-Türkiyə sərhədləri çəkilənədək, yəni XX əsrin 30-
cu illərinin əvvəllərinədək Ağbaba əhalisinin Çıldır-Qars bölgələri ilə sıx əlaqələri
olmuşdur. Sonrakı dövrlərdə bu ənənə bölgənin saz-söz sənətkarlarının
yaradıcılığında mövcud sosialist quruluşunun təsiri altında zəifləsə də, XX yüzillikdə
Aşıq Nəsibin, Çorlu Məhəmmədin və başqalarının poeziyasında rus-erməni
əlbirliyinə, zorakılıqlara, repressiyalara qarşı açıq-aşkar etiraz özünü göstərir.
XX əsrin əvvəllərində bir neçə dəfə qaçqın düşən Aşıq Məhərrəm “Oldu”,
“Gedirəm”, “Ölməsəydim” və sair şeirlərində “eli ikiyə bölən kafirin” qanlı
əməllərini açıb göstərir, doğma yurd həsrətini ifadə edirdi:
Qarsa üz çevirdik ürəyi dağlı,
Tutdu qolumuzdan Hacabbasoğlu.
Müsibətlər gördüm qaralı-ağlı,
Didərgin, dərbədər olub gedirəm. [60, 56]
Tarixdən bəllidir ki, rus işğalına, erməni zülmünə qarşı yalnız Türkiyə
hökuməti deyil, el-obanın qeyrətli və adlı-sanlı igidləri də cəsarətlə vuruşur-dular.
Qoşmada adı çəkilən Hacabbasoğlu da belə tarixi şəxsiyyətlərdən biri olmuşdur.
“Ədahan ilə Gölədə Gülazar oğlu Abdulla bəyin dəstəsi, Oltuda Haşım bəy oğlu
Yusif Ziya, Çıldırda Pulutlu və Karavəli iki Kamil ağalar, Kağızmanda Məhəmməd
və Əlirza (Ataman) qardaşları ilə Şörəyelin qərb kəsimində Arpa çayı boyunca
ağbabalı Hacı Abbas oğlu Kərbəlayı Məhəmməd bəyin atlı dəstələri yaşadıqları
bölgələrə hücum edən erməni qüvvələrinə qarşı müdafiə olunmağı bacarırdılar” [168,
78]. Ağbaba camaatı arasında Hacı Abbas oğlu Kərbəlayı Məhəmməd ağanın
səxavəti, milli təəssübkeşliyi, qoçaqlığı haqqında indi də maraqlı əhvalatlar
dolaşmaqdadır. Kərbəlayı Məhəmməd ağa ilə bağlı bir əhvalatı qeyd etmək burada
yerinə düşər. Yaşlıların dediklərinə görə, bir dəfə daşnak Andranikin dəstələri keçmiş
Qızılqoç rayonunun Böyük Şiştəpə kəndində onlarla azəri türkünü qətlə yetirdikdən
sonra Kərbəlayı Məhəmməd ağaya xəbər göndərmişdilər ki, Böyük Şiştəpədə yaxşı
129
kabab çəkmişik, gəlin yeyin. Öz dəstəsi ilə kəndə gələndə gördükləri mənzərədən
hamı dəhşətə gəlmişdi: ermənilər öldürdükləri azərbaycanlıların meyitlərini üst-üstə
yığaraq süngüyə taxmışdılar. Kərbəlayı Məhəmməd ağa həmin gün bu qanlı cinayəti
törədən daşnak dəstəsini təqib edərək onların layiqli cəzasını vermişdi.
Başqa bir qoşmasında Aşıq Məhərrəm xalqa edilən müsibətləri, tutulan divanı
sonsuz kədərlə təsvir edir, “dünyanı qana çalxalayan şeytanları” nifrətlə
dam
ğalayırdı:
Gözləri dörd oldu arvad-uşağın,
Ac qurd tək kəndlərə soxuldu yağı.
Vətən övladının qalmadı sağı,
Urusla qaxdağan bəxtiyar oldu. [60, 56]
Aşıq Məhərrəm rus məmurları və əsgərləri ilə qaxdağan (gəlmə) ermənilərin
törətdiyi qətl və talançılığı, haqsızlığı cəsarətlə ifşa edirdi. Onun şeirlərindəki “ah-
nalə səsləri titrədir yeri”, “dağıldı, töküldü dövlət-varımız”, “erməni qudurdu çox
xunxar oldu”, “gözləri dörd oldu arvad-uşağın” və s. misralar qədim türk
torpaqlarında milli-etnik təmizləmə siyasətini həyata keçirənlərin amansızlığını,
qeyri-
insani hərəkətlərini göstərir.
Ağbaba-Çıldır aşıq mühitinin digər bir saz-söz ustadı Aşıq Məhəmməd
Axıska mahalında tökülən günahsız qanlardan dəhşətə gəlir, “ağla gözüm, ağla sazım,
bu dərdə” - deyə çıxış yolu axtarırdı. Dəhşətli milli faciələri şəxsən görən Aşıq
Məhəmməd Axırkələyin Xosbiya kəndində darmadağın olan evləri, qırılan insanları,
adlı-sanlı Xosbiya bəylərinin düçar olduğu fəlakətləri yalnız bir kəndin deyil, bütün
türklərin dərdi adlandırır:
Ölülərin sayı yoxdu, sağ hanı?
Sahibi yox, seldə-suda axanın,
Ey müsəlman, dərd tapıbdı yaxamı,
Tab eləyim, necə dözüm bu dərdə.
[11]
“Xırtızın” rədifli qoşmasında aşığın təsvir etdiyi qırğın “toplu-tüfəngli
kafirlərin” qanlı əməlləri kimi lənətlənir. “Qadını, qocası yanıb kül olan kənddə”
Dostları ilə paylaş: |