Avtomobil təmirinin əsasları. Avtomobillərin təmirinin növləri və təmir metodları



Yüklə 388,09 Kb.
səhifə11/46
tarix14.04.2022
ölçüsü388,09 Kb.
#85433
1   ...   7   8   9   10   11   12   13   14   ...   46
avtomobil temirinin esaslar avtomobillerin temirinin novleri ve temir metodlari

İstehsalın tipləri.Avtotəmir istehsalının aşağıdakı növləri vardır:ədədi(fərdi) seriyalı və kütləvi.

Ədədi istehsal növündə buraxılan məhsulun sayı çox kiçik olur.Belə istehsal kiçik emalatxanalarda mənsublu üsulla yerinə yetirilir.İstifadə olunan avadanlıq və alətlər universal olur,mexanikləşdirmə dərəcəsi kiçik ,işçilər yüksək ixtisaslı və geniş profilli olurlar.

Seriyalı istehsalda məmulatın təmiri periodik təkrar olunan partiyalar şəklində aparırlar.Partiyadaki məmulatın sayından asılı olaraq seriyalı istehsal kiçik,orta və iri seriyalı növlərə bölünür.Seriyalı istehsalatda universal avadanlıq xüsusi tərtibat və alətlər tətbiq edilir.İşçilərin ixtisas səviyyəsi geniş hədlərdə dəyişir.

Kütləvi istehsalda təmir olunan məmulatınsayı xeyli böyük olur,istehsal fasiləsiz olur,hər bir işçi yerində yalnız bir əməliyyat yerinə yetirilir.

Belə istehsalda axın üsulu ,konveyerlər,xüsusi avadanlıq və alətlər tətbiq edilir.İşçilərin ixtisası kiçik olur.

Böyük yükgötürmə qabiliyyəti olan avtomobillərin və müxtəlif markalı avtobusların təmiri avtotəmir emalatxanalarında ədadi istehsal prinsipi üzrə yerinə yetrilir.Seriyalı istehsal avtomobil və aqreqatlar təmiri zamanı tətbiq edilir.Kütləvi istehsal növünə isə ixtisaslaşdırılmış böyük istehsal proqramına malik hissələrin bərpa zavodları aid edilə bilər.





Yüklə 388,09 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə