Avtomobil təmirinin əsasları. Avtomobillərin təmirinin növləri və təmir metodları


Avtotəmir müsəssisələrinin strukturu



Yüklə 388,09 Kb.
səhifə12/46
tarix14.04.2022
ölçüsü388,09 Kb.
#85433
1   ...   8   9   10   11   12   13   14   15   ...   46
avtomobil temirinin esaslar avtomobillerin temirinin novleri ve temir metodlari

Avtotəmir müsəssisələrinin strukturu

ATM-də strukturu əsasən istehsal proqramına görülən təmir işlərinin həcminə və xarakterinə görə,eləcə də müəssisənin əmək haqqı qrupuna görə təyin edilir.

Aqreqat təmiri müəssisəsinin (zavodunun)-istehsal bölməsi əsas istehsal sexlərindən ,köməkçi istehsal xidməti və anbarlardan ibarətdir.

İstehsal bölməsinə baxaq.Aqreqat təmir müəssisələrində əsas istehsala sökmə sexi,yığma sexi,hissələrin bərpası və istehsalı sexləri vardır.

Sökmə sexinə daxil edilən sahələr:

-Sökmə yuma,burda aqreqatların yarımçıq və tam sökülməsi ,sökmədən əvvəl və sonra yuyulması ,hissələrin yuyulması və təmizlənmə işləri aparılır.

-Nəzarət – çeşidləmə ,burada hissələrin qüsurları müəyyənləşdirilir və çeşidlənir.

Yığma sexi aşağıdakı sahələrdən ibarətdir:Komplektləşdirmə və çilingər – çatdırma sahəsi.

Burada yığma qrupları üzrə hissələr seçilir,qrup halında yığma üçün cüt hissələrin komplektləşdirilməsi və çilingər - çatdırma işləri yerinə yetirilir:

-aqreqat yığma sahəsi ,burada mühərrikdən başqa bütün aqreqatlar yığılır ,sınaq edilir və rənglənir;

-mühərrik sahəsi,burada mühərriklər yığılır,sınaq edilir,və rənglənir;

-qaynaq sahəsi,burada müxtəlif qaynaq növlərindən istifadə etməklə hissələr bərpa edilir;

Köməkçi istehsalın növləri:

-alt sahəsi,burada texnoloji avadanlıq və alətlər hazırlanır,təmir edilir,kəsici alətləritilənir,tərtibat və alətlər saxlanılır və paylanılır;

-baş mexanik şöbəsinin təmir- mexaniki sahəsi,burada texnoloji avadanlıq və sanitar –texniki qurğulara texniki xidmət və təmir işləri aparılır,qeyri standart avadanlıqalr hazırlanır;

-elektrik avadanlığının təmir sahəsi ,burada elektrik mühərrikləri , elektrik qurğularıtəmir edilir;

-təmir-inşaat sahəsi.

Ümumzavod anbarları müxtəlif yarımfabrikat və materialları qəbul etmək ,emal etmək ,saxlamaq və paylamaq üçün xidmət edir.




Yüklə 388,09 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə