Avtomobil təmirinin əsasları. Avtomobillərin təmirinin növləri və təmir metodları



Yüklə 388,09 Kb.
səhifə15/46
tarix14.04.2022
ölçüsü388,09 Kb.
#85433
1   ...   11   12   13   14   15   16   17   18   ...   46
avtomobil temirinin esaslar avtomobillerin temirinin novleri ve temir metodlari

Aqreqatların təmirə qəbulu və

aqreqatların sökülmə texnologiyası

Aqreqatların təmirə qəbulu obyekti təmirə göstərən təşkilat tərəfindən verilən sənədə:akt və ya arayışa əsasən aparılır.

Təmirə qəbul edilən aqreqat tam komplekt halında olmalıdır.İki növ komplektlilik nəzərdə tutulur.

Güc aqreqatları üçün yığım halında – birinci ,dizel mühərrikləri üçün birinci,karbüratorlu mühərriklər üçün isə birinci və ikinci növ komplektlilik qəbul edilmişdir.

Birinci komplektli mühərrikdə onun üzərində quraşdılıan bütün tərkib hissələri ilə , eləcədə ilişmə muftası,kompressor,yanacaq aparatları,yağlama və soyutma sistemlərinin cihazları,haca təmizləyivi elektrik avadanlığı vəs. olmalıdır.

Ikinci komplektli mühərrik ilişmə muftası ilə yığım halında olur.Lakin onun üzərində ventilyator,su nasosu,yağ süzgəci,su boruları,generator, starter ,karbürator,yanacaq nasosu ,yanacaq bortları,paylayıcı və alışdırma şamları olur.

Qalan bütün aqreqatlar və düyünlər ancaq bir komplektliliyə malik olurlar.Bunlar təmirə qəbul edərkən və təmirdən təhvil verilərkən istehsal edən zavod tərəfindən qoyulmuş komplektlilikdə olmalıdır.

Aqreqat təmirə qebul olunarkən 3 nüsxədən ibarət xüsusi formada akt tərtib edilir.Aktda təmirə qəbul edilən obyektin texniki vəziyyəti və komplektliliyi qeyd edilir.Akt avtotəmir müəssisəsinin nümayəndəsi və sifarişçi tərəfindən imzalanır.

Baza və əsas hissələri silinməyə məruz qalan – yararsız olan aqreqatlar təmirə qəbul olunmur.

Təmirə qəbul edilən aqreqatlar çirkdən və tozdan təmizlənmiş və yuyulmuş olmalıdır.




Yüklə 388,09 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə